53
kəsildi. 14 əsgərlə yanaşı kənddə 104 əliyalın sakin də
qalmışdı.
Elə həmin gün fürsətdən istifadə edən ermənilər fevralın
14-də hücuma keçdilər. Elə ilk dəqiqələrdə kənd güclü
atəşə tutuldu. İlkin müdəfiəçilər düşmən gülləsinə tuş
gələndən və qumbaraatanlarla bir-iki ev vurulandan sonra
burada olan mülki əhali pərən-pərən düşərək, evlərini tərk
edib, daha təhlükəsiz binalara sığınmağa başladılar. İlqar,
Mariz və onların digər qohumları evdən yalnız sənədləri
götrürb müdafiəçilərə qoşuldular.
Atəşin intensivliyindən müəyyən etmişdilər ki, düşmən
bu döyüşə ciddi-cəhdlə hazırlaşmış və qarşıdakı yaşayış
məntəqəsini ələ keçirməyi məqsəd kimi qarşılarına
qoymuşdu. Kəndxord (cəllad Zori Balayanın anadan olduğu
kənd) Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ninqi-Xankəndi
və digər erməni kəndləri istiqamətində xarici muzdluların,
Xankəndidə yerləşən keçmiş Sovet ordusunun 366-cı alayın
texnikasından və canlı qüvvəsindən istifadə edən ermənilər
köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma
keçmişdilər. Avtomat silahlardan istifadə edən 14 nəfər
əsgər kənd camaatı ilə birlikdə amansız və qeyri-bərabər
döyüşə girmiş və çoxsaylı quldur dəstələrinin qüvvəsini
mərdliklə dəf edirdilər. Müqavimətin şiddətini görən
ermənilər elə zənn edirdilər ki, kəndi 5-6 taqım əsgər
54
müdafiə edir, odur artilleriyaya üstünlük verdilər. Lakin
buna baxmayaraq qaradağlılar son patronlarına qədər 4 gün
döyüşdülər. Döyüş vaxtı onlarla erməni yaraqlısı məhv
edilmişdi.
Artıq fevralın 17-də ermənilər bütün ətrafda olan qüvvə-
lərini cəmləşdirib hərbi texnikanın köməyi ilə total hücuma
keçdilər. Kəndin alınmasında birbaşa qaniçən kimi tanınan
Robert Köçəryan rəhbərlik edirdi. Ev-eşiklərini tələm-
tələsik halda tərk edən əhali bir-birinə qarışmışdı. Uşaqların
vahiməli səsi, bir-birilərini aramaq üçün böyüklərin
qıçqırtısı, mərmi partlayışlarının və atəş səsləri qaçqınların
arasında xaos yaratmışdı. Əllərində heç bir silah olmayan
mülki əhali yüksəkliklərdə mövqe tutmuş erməni quldurları
tərəfindən minaatanlarla atəşə tutulurdu.
Elə birinci saatda qohum-qohumdan aralı düşdü. Yanın-
dakı arvad-uşağa kömək edən İlqar qısa müddət əzrində öz
əzizlərindən bir çoxunu gözdən itirdi. Bir-iki saat keçəndən
sonra o, qardaşı Marizi və dayısı oğlu Faiqi xəstəxana
binasının həyətində tapdı. Onlar tərəddüd etmədən kömək
etmək üçün məktəb tərəfdə müdafiə olunan əsgərlərin yanı-
na getdilər. Onların yanında yaxşı tanıdıqları və dostluq
etdikləri əslən, Masallı rayonundan olan milis leytenantı
Səfəralı Məmmədovun meyidi vardı. Döyüş zamanı böyük
fədakarlıq, xüsusi şücaət göstərən milis zabiti aldığı
55
çoxsaylı güllə yarasından şəhid olmuşdu. Atışma şiddətli
olduğundan qardaşlar onu basdıra bilmədilər.
Bir qədər keçəndən sonra erməni quldurları məktəbi ələ
keçirmək üçün cinahlardan hücuma keçdilər. İntensiv atılan
güllələrdən bir neçəsi Faiqi yerə sərdi. İlqar cəld əyilib
qohumunu qaldırmaq istədi, lakin atılan güllələrdən biri
arxadan onun çiyninə dəydi və o, özünü saxlaya bilməyib
dizləri üstə yerə çökdü. Mariz qardaşının yarasından axan
qanı saxlamağa cəhd edəndə, həmin vaxt dayısı oğlu Faiq
əbədi olaraq gözlərini yumdu. İçəridə müqavimət göstərən-
lərin sursatı qurtarandan sonra müqavimət dayandı. Lakin
onlar hələ də təslim olmaq fikirində deyildilər.
Vaxtilə bu kənddə yaşayan ermənilərdən bir neçəsi
qabağa keçib həmkəndlilərini təslim olmağa çağırdılar.
Belə olan halda sağ qalanların hamısı əfv olunacaqlarına
söz verildi. Çox çəkmədən erməni quldurları məktəbə daxil
olub, burada sağ qalanların hamısını əsir aldılar.
Əsir alınan hər bir kəs yaşından və cinsindən asılı
olmayaraq quldurlar tərəfindən döyülə-döyülə kəndin mər-
kəzi meydanına yığıldı. İlk növbədə, ölümlə hədələnən
sakinlərin üst-başı axtarıldı və qiymətli nə vardısa hər şey
əllərindən alındı.
Hərbi əməliyyata başçılıq etmiş Robert Köçəryan Saro
Yeremyanla birlikdə 366-cı alaya məxsus olan “UAZ”
56
markalı maşınla kəndin əsas küçələrini gəzib, əldə olunan
uğurun nəticəsinə tamaşa edirdilər. Həddindən artıq
özlərindən razı olan qaniçən komandirlərin gəzişməsinin
bir məqsədi vardı, onlar imkanlı sakinlərin evlərini tapıb
orada olan qiymətli əşyalrı qənimət kimi əldə etmək
istəyirdilər. Halbuki Köçəryan yaxşı bilirdi ki, azərbay-
canlıların kənddə böyük üstünlük təşkil etmələrinə baxma-
yaraq, buradakı ermənilər onlardan imkanlı olublar.
Əli dirsəyə qədər qana bulaşan Köçəryan mis samovar-
ları və əl ilə toxunan xalçaların siyahıya alınaraq, məhz ona
təhvil verilməsini tələb etdi. Paralel olaraq o, girov
götürülənlərdən kimi yerindəcə edam ediləcəyini seçməyə
başladı. Günahsız insanların qanının axıdılmasını səbirsiz-
liklə gözləyən Köçəryan, edam olunanların əzabına tamaşa
etmək istəirdi.
Anadan olandan cəllad kimi böyüyən erməni millətçiləri
komandirlərinə xoş olmaq üçün, onların şərəfinə 33 nəfər
kənd sakinini başqa əsirlərin gözü qarşısında xüsusi
qəddarlıqla öldürdülər. Digər əsirlər, əsasən öldürülənlərin
qohumları ah-nalə edir, ağlayır, ermənilər isə qəh-qəhə
çəkib gülürdülər. Azərbaycanlıları dəhşətə gətirən o idi ki,
bu əməliyyatda onlarla uzun müddət yanyanaşı yaşamış bir
neçə yerli erməni sakini də iştirak etmiş və onlar vaxtilə
xoşları gəlmədikləri qonşularını qabağa çıxarıb amansız-
Dostları ilə paylaş: |