27
məhz buna görə də azərbaycanlılar arasında "hacı-leylək" adla-
nır. Amma, N.Dubrovin bilmirdiki azərbaycanlılar İslamdan da
əvvəl Leyləyə toxunmurdular və bu qayda onun milli-mənəvi
dəyərlərindən olan Tanrıçılıqdan qidalanırdı.
Azərbaycan türkləri yaz zamanı uçub gələn kəpənəklərin
rənginə uyğun olaraq, bu və ya digər məhsulları haqqında söz
deyə bilirdilər. Ağ rəngli kəpənəyin çoxluğu el-obada ağartı
(süd məhsulları), qırmızı kəpənək taxıl, yaşıl kəpənək isə ot-
alafın bolluğuna bir işarə demək idi.
Novruz bayramını çox təntənəli keçirən Azərbaycan xal-
qı səməni göyərtməkdə dünyada birinci olmuşlar və taxılı, çö-
rəyi müqəddəs saymışlar. Müasir tarixçilər ən çox midiya in-
sanlarının, midiya türklərinin adını çəksələr də, əslində Midiya
dövlətidə Azərbaycan dövrləri olmuş, əhalisi isə türk soylu ol-
maqla, bizim qədim babalarımızdandırlar.
Səməni əl-əl gəzər,
Dolanar, el-el gəzər.
Novruz şamı yananda,
Gözəllər tellin bəzər.
21 martadək təbiətin dörd ünsürünü od, su, torpaq və kü-
ləyi qeyd edən Azərbaycan türkləri bunların hamısına birlikdə
"cəmlə" mərasimi adı vermişlər.
Azərbaycanda xüsusi əhəmiyyət verilən məsələlərdən biri
də, Novruzda alovun sehrli kəsərini, qüvvəsini artırmaq üçün
nənələrimizin tonqala üzərlik atmasıdır.
Üzərliksən havasan,
Hər bir dərdə davasan.
Balama kəc baxanın,
Gözlərini ovasan.
28
Azərbaycanda Novruzun təmtəraqlı keçmə xüsusiyyətlə-
rindən biri də yaz-bahar gecə-gündüz bərabərləşməsi anında
fişəng, güllə, top atılmaqla baharın qarşılanmasıdır.
Novruz bayramı Azərbaycandan dünyaya yayılsa da, bu-
rada daha güclü keçirilsə də bu bayram bir sıra dünya xalqla-
rının həyatında mühüm rol oynayan, gəlişi ilə təbiətdə, insan-
ların oturuşunda, duruşunda, geyimində - keçimində xeyli dəyi-
şiklik yaradan istinin, Günəşin artması ilə səciyyələnən bir bay-
ramdır. Odur ki, Novruz bayramının dünya xalqlarının vahid
Yeni il bayramı kimi qeyd edilməsi haqqında beynəlxalq YU-
NESKO təşkilatında dəfələrlə məsələ qaldırılsada, “ikili stan-
dart” burada da öz “bəhrəsini” vermişdir.
Ədalət naminə deməliyik ik, martın 21-i Ümumdünya
meterologiya günü kimi qeyd olunur və həmin gün BMT-nin
qərarı ilə Yer günü elan edilmişdir, əkin-biçinlə məşğul olan
ulularımız Novruz bayramının, Bahar bayramının gəlişini həm
də şum bayramı kimi qəbul edərdilər. Onlar, özlərinin çörək
ağacı olan xışı, cütü, kotanı və eləcədə öküzü, kəli əzizlər, bay-
ram öncəsi sahmanlar, işə başlayanda mahnılar oxuyar, holavar
mahnıları ilə iş görərdilər.
Bahar gəldi yer oyandı,
Soyuq qışın yası gəldi.
Ala öküz, çək kotanı,
Örüşlərin yazı gəldi.
Öküzüm cütə gedər, ho de,
Açılıb ota gedər, ho de,
Malı mallılar, ho de,
Qolu canlılar, ho de.
Qızıl öküzüm, yeri,
Qoyma şum qala geri,
İti tərpən, maralım,
Düşmənlər baxır bəri.
29
El obada şuma çıxma, eləcə də səpin dövründə nənələri-
miz buğda göyərdər hədik bişirərdilər ki, bunlarda xalq sınağı-
na görə bərəkət rəmsi sayılırdı.
Məlum olduğu kimi ilin üç ay davam edən yaz fəsli öz
yerini 22 iyunda yaya verir. Martm 22-dən uzanmağa başlayan
gün 22 iyunda ilin ən uzun günü və ən qısa gecəsidir. Bundan
sonra gündüzlər tədricən qısalmağa, gecələr isə uzanmağa baş-
layır və bu hal 22 dekabra qədər davam edir.
Azərbaycanda istər qədim Tanrıçılıq dini-mənəvi dəyər-
lər dövründə və istərsədə Atəşpərəstlik dövründə təbiətə, təbi-
ətdə olan bitki aləminə, xüsusən meşəliklərə, hətta canlılar
aləminə çox yaxşı münasibət olmuş, təbiət Tanrının yaratdığı
toxunulmazlıq sayılmışdır.
Arzu edərdik ki, müasir insanlar da qədim ata-baba milli-
mənəvi dəyərlərimizi araşdırsın, təbiətin toxunulmazlığının
mənasını özü üçün əxz etsin və tamahının quluna çevrilməsin.
30
III FƏSĠL
BAKI BULVARI TARĠXĠNDƏN
Bakı şəhərinin Xəzər boyu sahil zolağı elə Xəzərin özü
ilə yaşıtdır. Bakı şəhəri olmayanda da bu sahil mövcud idi. Ba-
kı şəhəri salındı, amma onun sahilləri uzun illər yaşıllaşdırıl-
madı. Bu haqda tarixi mənbələrdə yalnız 1860-cı il məlumatları
vardır. Bu məlumata görə Bakı şəhərindəki "Qız qalası" sal
daşlar üzərində tikilmiş və dəniz suları da bu daşların ətəyini
döyürdü. Hətta, bəzi müəlliflərin yazdığına görə "Qız qalası"
ilk dövrlər dəniz içərisində olmuşdur. Həmin vaxtlardan uzun
illər keçmiş, dəniz suları tədricən "Qız qalası"ndan çəkilərək
onu Xəzər ləpələrindən "xilas" etmişdir. 1860-cı il məlumatının
bir məqamında göstərilir ki, "…Yaxınlıqda heç bir ağac da gö-
zə dəymir və düşünürsən ki, burada özünü yalnız şıltaq "xəzri"
rahat hiss eləyir. At nalını xatırladan buxtanın sahillərində özü-
nə sığınacaq tapmış şəhərin yavaş-yavaş zülmətə qərq olunma-
sı cansıxıcı və darıxdırıcıdır".
XX əsrin 50-ci illərində Bakı bulvarı nisbətən abad idi,
amma indiki qədər ağaclı və səliqə-səhmanlı deyildi. O illərdən
hətta "Kukla teatrı"nın qabağında az da olsa bəzi nişanələr qal-
maqdadır. Həmin vaxtlarda Xəzər suları oradakı az bir hissədə
qalmış divara çırpılardı. Küçənin adı isə İ.V.Stalinin adını daşı-
yırdı. İstirahətə, gəzintiyə gələnlərin sayı isə çox olardı.
Vaxt keçdi, çox şeylər dəyişdi, Bakı bulvarının adı
Neftçilər prospekti oldu. Bundan xeyli əvvəllər isə Bakı bulva-
rının küçəsi Aleksandrovsk küçəsi adını daşımışdır. Elə həmin
illərdə də yəni XIX əsrin 80-ci illərində dəniz qırağı yerlərə
torpaq tökmək qərarı verilmişdir. Lakin ilk torpaq tökmə hazır-
da "Azneft" meydanından "Kukla teatrı"nadək olan əraziyə tö-
külmüşdür və ilk yaşıllıqlar salınmışdır.
Azərbaycanda neft "bumu" XX əsrin ilk on illiyində bö-
yük vüsət almışdı. Bu dövrlərdə "Bakı şəhər Upravası"nın ti-
kinti işlərinə baxan Məmmədhəsən Hacınski idi. O, həm də
Dostları ilə paylaş: |