339
14.4. Bəzi sahil neft-qazçıxarma sahələrindəki
ekoloji durum
"Azneft" İB-nin NQÇİ-lərində ekoloji vəziyyət qeyri-qə-
naətbəxşdir. Belə ki, quruda neft-qaz hasilatı işlərini həyata ke-
çirən müəssisələrdə formalaşan tullantılar idarə edilmədiyindən
çirkab sular dolayısı ilə (Hövsan və 32 saylı kanallarla) Xəzər
dənizinə axıdılır, neftli şlamlar isə NQÇİ-lərin istehsalat sahə-
lərində üst-üstə yığılaraq qalmaqdadır. Müəssisələrin fəaliyyəti
zamanı formalaşan istehsalat sularının kortəbii halda əraziyə
axıdılması nəticəsində yüzlərlə süni çirkab gölməçələri əmələ
gəlmişdir. Müşahidələr zamanı müəssisələrin istehsalat dairələ-
rində çoxlu sayda kiçik həcmli zibilxanalar və on minlərlə ton
metal qalıqlarının pərakəndə halda səpələnməsi aydınlaşmışdır.
"Balaxanıneft" NQÇİ-nin tabeliyində olan Ramana tuneli
qəzalı vəziyyətdə olduğundan, çirkab sular tunel qarşısındakı
süni yaradılmış gölməçəyə yığılaraq "Balaxanıneft" NQÇİ-yə
məxsus nasoslar vasitəsilə Hövsan kanalına nəql edilir.
Suraxanı bölgəsi ərazisində fəaliyyət göstərən "Suraxanı-
neft" NQÇİ-nin (hazırda "Suraxanı OİL") istehsalat dairəsində
ekoloji tarazlığın pozulma hallarına tez-tez rast gəlinir. İş əs-
nasında formalaşan çirkab suların bir qismi 18 saylı nasosxa-
nanın qarşısındakı süni gölməçəyə yığılır və gücü 300 m
3
/saat
olan nasos vasitəsi ilə birbaşa Hövsan kanalına ötürülür. Müəs-
sisənin sərəncamında olan 10-cu qovşaq istismara yararsız ol-
duğundan daxil olan çirkab suları təmizləyə bilmir.
"Suraxanı" OİL-dən götürülmüş qarışıq çirkab su nümü-
nəsində ammonium ionları-40,4; sintetik səthi aktiv maddələr
(SSAM)-5,2; neft məhsulları və oksigenə biokimyəvi tələbat
(OBT5)-83,3 dəfə tələbdən artıqdır.
"Bibi-Heybətneft" NQÇİ-nin ərazisində mövcud çatışma-
mazlıqların aradan qaldırılması istiqamətində bir sıra işlər gö-
rülsə də, uzun illərdən bəri yığılıb qalmış ekoloji gərginlik hələ
də qalmaqdadır.
340
Ə.Əmirov adına NQÇİ Qaradağ bölgəsi ərazisində (ümu-
mi istehsalat sahəsi 2186,08 ha) fəaliyyət göstərir. Müəssisənin
istehsalat sahəsinin 1421 hektarı neftlə və istehsalat tullantıları
ilə çirklənmiş, 300 hektarı isə bataqlıqlaşmış vəziyyətdədir.
Ə.Əmirov adına NQÇİ-nin ərazisində ümumi sahəsi 32,1 ha
olan 40-dan çox süni çirkab gölməçələri mövcuddur. İdarənin
inzibati binalarında gün ərzində 770 m
3
içməli sudan istifadə
olunur ki, formalaşan məişət-fekal suları təmizlənmədən və zə-
rərsizləşdirilmədən Puta gölünə axıdılır.
"Azneft" İB-nin tabeliyində dənizdə fəaliyyət göstərən
müəssisələrin tabeçiliyində ümumi uzunluğu 131,1 km olan es-
takada, 299 estakadayanı meydança və 276 dəniz özülləri var.
Xəzərin ayrı-ayrı bölgələrində 25 neft-qaz yatağı kəşf edilmiş-
dir ki, bunların da hazırda 17-də neft-qaz hasilatı həyata keçiri-
lir. Dənizdə neft kompleksinə xidmət edən hidrotexniki qurğu-
lar uzun müddət fasiləsiz istismar olunduğundan, yararsız və-
ziyyətə düşmüş və hidrotexniki qurğuların əksər hissəsinin qə-
za vəziyyətində olması ekoloji tələblərin gözlənilməsini təmin
edə bilmir. Dənizdə fəaliyyət göstərən müəssisələrin tabeliyin-
də olan fərdi özüllərin əksəriyyətində bugünkü vəziyyət müva-
fiq tələb və standartlara cavab vermir. Hidrotexniki qurğuların
istismara yararsız hissələrinin indiyədək dəniz akvatoriyasında
qalması bir çox ekoloji fəsadların yaranması ilə nəticələnmək-
dədir.
İstər dənizdə neft-qazçıxarma, istərsə də qazma işini hə-
yata keçirən sahələrdə ekoloji tələblərə riayət olunmadığından
ekoloji tarazlığın pozulması hallarına tez-tez rast gəlinir. Belə
hallar "Neft Daşları" bölgəsində, "Abşeronneft", "28 May",
"Qum adası" NQÇİ-lərin istehsalat dairələrində, eləcə də bu
müəssisələrə məxsus fərdi özüllərdə vardır. Bu müəssisələrdə
formalaşan tullantılar idarə olunmadığından, Xəzər dənizinə
göstərilən antropogen təsir qalmaqda davam edir. Dəniz qurğu-
larında əsas məqamlardan biri də aşağı təzyiqli səmt qazlarının
341
atmosferə atılmasıdır. Bu məsələ dəfələrlə xatırladılsa da hələ
də öz həllini tapmamışdır.
14.5. Bakının əsas limanları və yanalma körpülərində
ekoloji durum
Azərbaycan Respublikasının Xəzər dənizində gəmiçiliklə
məşğul olan əsas müəssisələri - "Xəzərdənizgəmiçiliyi" (84
gəmi), "Xəzərdənizneftdonanma" Ġdarəsi-(XDNDĠ-269 gə-
mi), Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (20 gəmi), Azər-
baycan Hərbi Dəniz Qüvvələri (49 gəmi), "BUE KASPĠ-
AN" Alyansı (14 gəmi) və digərlərdən ibarətdir.
Bu müəssisələrdə istismar olunan gəmilərin sahilə yan al-
ması, müxtəlif təyinatlı yüklərin götürülüb daşınması və ya bo-
şaldılması məqsədi ilə 27 liman və körpülərdən istifadə olunur.
XDNDİ-nin tabeliyində olan ĠxtisaslaĢdırılmıĢ Dəniz
Neft Donanma Ġdarəsinin (İDNDİ) "Liman baza" körpüsü-
nün eni 30 m, uzunluğu 500 m-dir. Limanda gəmilərə içməli
suyun ötürülməsi və "SLV" növlü gəmilərdən məişət-fekal çir-
kab suların təhvil alınması məqsədi ilə körpü xüsusi su və ka-
nalizasiya xətləri ilə təchiz edilmişdir. Lakin, "Liman baza"
ərazisində xüsusi neft-zibilyığan gəmilər xidmət göstərmədi-
yindən, körpü ətrafında yığılmış müxtəlif mənşəli bərk tullantı-
lar və neft ləkələrinin olması (cənub və cənub-şərq küləklərinin
təsiri ilə) mütəmadi olaraq mövcuddur. Əhmədli qəsəbəsində
formalaşan məişət-fekal çirkab suların bir hissəsi Əhmədli yay-
lasının leysan suları kollektoru vasitəsi ilə təmizlənmədən və
zərərsizləşdirilmədən "Liman baza" ərazisindən Xəzər dənizi-
nə axıdılır.
İDNDİ-nin tabeliyində olan Sahil qəsəbəsində yerləşən
"Qaradağ körpüsü"nün eni 50 m, uzunluğu 100 m-dir. Kör-
püdə gəmilərdən yükaşırma işləri aparmaq üçün kran quraşdı-
rılmışdır, yanğın söndürmə xətləri və içməli su xətti ilə təchiz
Dostları ilə paylaş: |