Ziyaos-salehin
az.ziaossalehin.ir
Yezid hətta İslam dininin əsas qanunlarını tapdalamaqdan da
çəkinmirdi. O öz şerlərinin birində deyir:
«Əgər şərab İslam dinində haramdırsa,
Biz onu xristian dininə görə içərik
)4(
».
Ömər ibn Rəbiə deyir: «Yezid atasının zamanında həcc
ziyarətinə gedir və həcdən qayıtdıqdan sonra yenə şərab
içməyə başlayır
)5(
».
Müaviyə ölməmişdən qabaq Bəsrə şəhərinin valisi Ziyad ibn
Əbiyhə məktub yazıb ondan bəsrəlilərdən Yezidin gələcək
hökumətinə beyət almasını tələb edir.
səh:12
1
-
[
1
. ]
M ə sudi, «Mürucüz-z ə h ə b», c. 3, s ə h. 18 .
2
-
[
2
. ]
M ə sudi, «Mürucüz-z ə h ə b», c. 3, s ə h. 77; İbn
Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 164 .
3
-
[
3
. ]
İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 164 .
4
-
[
4
« . ]
Ə nsab ül- ə şraf», c. 2, s ə h. 3 .
5
-
[
5
. ]
İbn Ə sir, «Kamil», c. 3, s. 318 .
Ziyad onun məktubunun cavabında yazır: «Məktubunu aldım.
Axı mən camaatı Yezidin beyətinə dəvət edərək onların
rişxəndli suallarına necə cavab verim?! Onlar məndən Yezidin
it və meymunbaz olduğu, qadın paltarı geyinib şərab içdiyi,
Ziyaos-salehin
az.ziaossalehin.ir
gecə-gündüz rəqqasə qadınlarla əyləndiyi barədə soruşsalar nə
cavab verim
)1(
»?
Yezid öz iyrənc əməllərindən utanmayıb hələ İmam Hüseyn
kimi dahi bir şəxsiyyətdən öz hökuməti üçün beyət istəyirdi.
Belə olan halda əgər İmam Hüseyn (ə) Yezidə beyət etsəydi,
xalq İmam Hüseynə (ə) inandıqları üçün Yezidin bütün
iyrənc, eybəcər əməllərini İslam dininə bağlayıb, İmam
Hüseyn (ə) Yezidlə beyət edib və onu təsdiq edib deyə Yezidi
dindar və onun hakimiyyətini dini hökumət sanacaqdılar.
Bununla da İslam dini təhrifə uğrayacaqdı.
İmam Hüseyn (ə) İslamı təhrifdən qorumaq və müsəlmanları
çaşqınlıqdan azad etmək üçün Yezidin hakimiyyətinə qarşı
qiyam etdi.
İkinci: Kufəlilərin İmamdan (ə) kömək istəmələri:
Bəni-Üməyyənin zülm və cinayətindən təngə gəlmiş Kufə
camaatı Müaviyənin ölümündən sonra İmam Hüseynin (ə)
Yezidlə beyət etməyərək onun hakimiyyətinə qarşı çıxdığını
eşitdikdə, İmama məktub yazıb onu özlərinə rəhbər
seçdiklərini elan etdilər. İlk məktub hicrətin 60-cı ili,
Ramazan ayının onunda İmamın (ə) Məkkədə Yezidin
əleyhinə çıxışlar etdiyi zaman əlinə yetişdi
)2(
.
Kufənin tanınmış və görkəmli şəxsiyyətləri ardıcıl şəkildə
İmama (ə) məktub yazıb onun Kufəyə gəlməsini və onlarla
birlikdə Yezidin xilafətini devirməyi xahiş edirdilər. Hətta bir
gündə İmamın əlinə 600 məktub
səh:13
Ziyaos-salehin
az.ziaossalehin.ir
1
-
[
1
. ]
İbn Ə sir, «Kamil», c. 3, s ə h. 505; «Tarixi-T ə b ə ri»,
c. 5, s ə h. 302 .
2
-
[
2
. ]
Şeyx Müfid, «İrşad», s ə h. 203 .
yetişirdi. Nəhayət on səkkiz min məktub Kufəlilər tərəfindən
İmama (ə) yazıldı
)1(
.
İmam Hüseyn (ə) kufəlilərin atasına və qardaşına vəfasız
qalmalarını bilsə də, bu qədər məktublar yazıb kömək istəyən
camaata da etinasız qala bilmədi. Üzərinə böyük bir
məsuliyyət düşmüş İmam Hüseyn (ə) əmisi oğlu Müslimi
Kufəyə göndərib orada olan vəziyyəti onun vasitəsi ilə
yaxından öyrənməyi məsləhət gördü.
Müslim ibn Əqil İraqa yola düşdü. O, Kufə şəhərinə çatdığı
zaman camaatın dəstə-dəstə sevinclə onun üzərinə axışdığını
gördü. Müslim məscidə daxil olduqda minlərlə kufəli onun
arxasınca məscidə girib onunla beyət etdilər.
Müslim qırx günə qədər Kufədə qalıb oranın vəziyyətini
yaxından öyrəndikdən sonra İmama (ə) belə bir məzmunda
məktub yazır:
«Bu şəhərdə istənilən qədər sizi sevən və arxanızda duran
könüllülər var. Kufəlilər hər bir cəhətdən sizə kömək etməyə
hazırdırlar. Artıq Məkkədə qalmayın və yeni hökumət təşkil
etmək üçün Kufəyə gəlin
)2(
» .
İmam Hüseyn (ə) zil-həccə ayının səkkizinə qədər Məkkədə
qalıb xalqı, Yezidin müsəlmanlara hakimiyyət etməyə
Ziyaos-salehin
az.ziaossalehin.ir
səlahiyyəti olmadığı üçün ona qarşı çıxmağa çağırdı. Və sonra
Kufəyə tərəf hərəkət etdi.
Yezid Müslimin Kufədə camaatı başına yığıb İmam Hüseynə
(ə) kömək üçün beyət aldığından xəbərdar oldu. O, dərhal
Kufənin hakimi Noman ibn Bəşiri, Müslimin fəaliyyətlərinin
qarşısını ala bilmədiyi üçün icra
səh:14
1
-
[
1
. ]
İbn Tavus, « Ə l-Lühuf», s ə h 15 .
2
-
[
2
« . ]
Ə l- Ə xbarüt-t ə vil», s ə h. 219 .
hakimiyyətindən kənarlaşdırıb onun yerinə qəddar
dostlarından olan Ubeydullah ibn Ziyadı təyin etdi
)1(
.
Ubeydullah Kufə əhlinin qorxaq və ikiüzlü olduqlarını bildiyi
üçün onları hədələyərək Müslimin ətrafından uzaqlaşdırıb və
hətta onun əleyhinə qaldırdı. İş o yerə çatdı ki, İmam Hüseynə
(ə) məktub yazıb onu Kufəyə dəvət etdilər, amma əllərinə
silah götürüb İmamın yeganə nümayəndəsi Müslimi şəhid
etdilər
)2(
.
İmam Hüseyn (ə) Kufəyə tərəf hərəkət etdiyi yolda, öz
zamanının məşhur şairlərindən olan Fərəzdəq ibn Qaliblə
üzbəüz gəldi. Fərəzdəq İmama(ə) ərz etdi: «Ey Peyğəmbər
balası, niyə kufəlilərə etibar edirsən? Onlar sənin əmioğlu
Müslimi və onun tərəfdarlarını öldürdülər» .
İmam (ə) Müslümün şəhadət xəbərini eşitdikdə buyurdu:
«Allah Müslimə rəhmət etsin! O, Tanrıya qovuşdu. Və öz
Dostları ilə paylaş: |