Zəfər Gününə həsr edilmiş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı Tədbirin Ssenarisi



Yüklə 0,74 Mb.
səhifə11/17
tarix31.12.2021
ölçüsü0,74 Mb.
#82435
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Xarıbülbül qoxulu Zəfər günü adlı ssenari 2021

Bir azdan dağlara çiskin çökəcək,

yollara cumacaq dumanlar, sazaq,

Xətai qılıncın orda elə çək,

adını hər çarpan ürəyə yazaq.


Səninlə birlikdə taleyimizə

qızılla yazılar Sərkərdə adı,

qırıcı təyyarə, tank öz yerində -

Qələbə piyada ayağındadı!
Çıxış üçün söz verilir : 5-ci şagird

Müharibənin öz qanunları var. Həmin qanunlara görə qocalara, uşaqlara, xəstələrə əl vurulmur. 1-ci Qarabağ müharibəsi isə bütün bu qanunları puç etdi. XX əsrin demək olar ki, bir çox onillikləri qanla yuyulmuşdur. 1-ci qarabağ müharibəsi isə bu qanlı dəryanın ən dəhşətlisi, ən faciəlisi oldu. Bu faciə Azərbaycan tarixinin sinəsində elə bir qanlı şırım açdı ki, əsrlər keçsə də, neçə-neçə nəsillər keçsə də bu qanlı şırımın üzərini ot-alaq, daş-kəsək örtə bilməyəcək. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə