Zahid xəLİLİn bəDİİ obraz yaratmaq texnologiyasi


Z.Xəlil poeziyasının oxucular tərəfindən zaman ölçüsü bilmədən eyni hərarətlə qəbul edilməsini əsaslandıran ümumi cəhətlərdən biri də budur



Yüklə 49,19 Kb.
səhifə5/5
tarix29.11.2023
ölçüsü49,19 Kb.
#143334
1   2   3   4   5
4 ÇIXIŞ üçün TEXNOOGİYA10.07.2022

Z.Xəlil poeziyasının oxucular tərəfindən zaman ölçüsü bilmədən eyni hərarətlə qəbul edilməsini əsaslandıran ümumi cəhətlərdən biri də budur: yaratdığı həm surətlərin, həm də obrazların xarakterik cizgilərini fərdi müşahidələri, həyat həqiqətləri əsasında qələmə alması. Qələmə alınmasından 50 ildən artıq bir zaman keçməsinə baxmayaraq “Fərruxun dişi” bu gün də poetik nümunə baxımından oxucular tərəfindən maraqla qarşılanır, sevilə-sevilə oxunur.
Üç yerdə misralara rədif qafiyələr hopdurmaqla təkririn epifora növündən ustalıqla bəhrələnməsi (Dişi mırıqdı Fərruxun, // İşi fırıqdı Fərruxun) şeirə özəl ritm, musiqilik, əsrarəngiz gözəllik bəxs etmişdir.
Poetik təfəkkürün bəhrəsi olan bu “incilər” Z.Xəlil üslubunun təsdiqləyici amilidir. Şeir başdan-başa mükəmməl qafiyələrin (fikir//bir-bir) və rədif qafiyələrin (iynə dişlər//balta dişlər//düymə dişlər) ecazkar nəğmə çələngi ilə sıralanıb:
Dedim: - Fərrux,
Çəkmə fikir,
Çıxacaqdı
Dişin bir-bir.
Çıxacaqdı
İynə dişlər,
Balta dişlər,
Düymə dişlər.
Onda heç kəs
Deyə bilməz:
Dişi mırıqdı Fərruxun,
İşi fırıqdı Fərruxun.
Z.Xəlil elə qələm sahibidir ki, bütün təbiətdə olan uşaqlar onun yaradıcılığında yer alıb. Uşaqlara isti münasibəti sayəsində o, hər təbiətdə olan uşaqla dil tapıb onu öyrənə bilir.
Məsələn, yağışdan əmələ gələn su sıcağının içində ayaqqabılarını şappıldada-şappıldada yeriyib həm özünün, həm də yan-yörəsində olanların üst-başını nohurun çirkli suyuna bulaşdırmaqdan “həzz alan” “Çərkəz” təbiətdə azmı yaşıdımız olub?!
Girir yağış gölünə,
Şappıldadır suları.
Vecinə də almır ki,
Üstü-başı bulaşır.
Şappıldayır çəkmələr
Laq, laq, laq. [5. “Çərkəz”. s.206]
Özü öz əməlindən həzz alan, dəcəlliyi, şıltaqlığı, ərköyünlüyü ilə qürrələnən bu uşaq daha düşünmür ki, bu hərəkəti ilə həm özünün, həm də məktəbli yoldaşlarının valudeynləri üçün əlavə problem yaratmış olur.
Yazıçının ədəbi qəhrəmanlarının sayı, sözsüz ki, əsərlərinin sayından dəfələrlə çoxdur. Məsələn, “Çələ və tələ”də iki uşaq surəti yaradılıbsa (Şəlalə və Səfər), “Ay dənuzə düşübdür”də dörd surətlə (Sərxan, Çərkəz, Kamran və Fikrət) qarşılaşırıq.
Ədəbiyyat - zaman və məkan müstəvisində öyrənilməsini tələb edən söz sənətidir. Amma nə xoş ki, Z.Xəlilin uşaq əsərləri zaman çərçivəsinə sığmır, zamanının (XX əsrin 70-ci illərinin) uşaq ədəbiyyatına xas təravətini yarım əsr sonra da qoruyub saxlamaq imkanında olduğundan bu gün də ədəbi tənqidin diqqətindədir. Hər haldan öncə ona görə ki, bu surətlərin hər biri zamanının - XX əsrin 70-ci illərinin uşaqlarıdır. Və bu da danılmazdır ki, Z.Xəlilin şeirlərilə illər sonra təkrarən “ünsiyyətdə” olduqda, həqiqətən 1970-80-ci illərdə tanıdıqlarımızdan kiminsə xarakterik cizgiləri ilə yenidən “qarşılaşır”, nostalji duyğulara köklənirik.
Deyək ki, körpə yaş həddini yaşayan anlaqsız bir uşaq. Onun üçün dünyada ən əziz nəsnə (şey) nədir? Müəllif bu sualı “Ən şirin şey” şeirində cavablandırıb:
- Ən şirin şey nədir, de?!-
Soruşdum Şəlalədən.
Bircə anlıq durdu o.
Amma cavab vermədi,
Əmziyini sordu o. [5. s.141]
Mirzə İbrahimov 1964-cü ilin fevralında qələmə aldığı “Müsbət qəhrəman məsələsi” adlı məaləsində yazır: “Müsbət qəhrəman yazıçının uzun müşahidələri nəticəsində həyatın mürəkkəb, dramatık mübarizələri içərisindən seçildikdə canlı çıxır, əsərdə böyük rol oynamağa başlayır” ... “Belə qəhrəmanı o zaman yaratmaq olar ki, sən onun özünü həyatda görüb sevəsən, ideallarına, xasiyyətinə, əxlaqına, vərdişlərinə vurğun olasan. Böyük məhəbbətsiz böyük qəhrəman yaratmaq çətindir” [6. s.71].
Həmçinin bu da xüsusi qeyd edilməlidir ki, qınaq obyekti olan bəzi uşaq surətlərinin əməlləri nə zamanında, nə də 50 il sonrakı oxucu tərəfindən də sərt qınaqla, lağla qarşılanmır. Əksinə, bu surətlərlə kəlmə-kəlmə, misra-misra tanış olduqca, artıq yaşlaşmış oxucunun ürəyinə özündən asılı olmayan ilıq bir xiffət dolur - ədəbi qəhrəmanda olan xoşagəlməz əlamətlərin islah olunduğunu görmək istəyi.
Əslində yazıçının nail olmaq istədiyi də budur: cəmiyyətin qəbul etməkdə çətinlik çəkdiyi ovqatları azyaşlıda xoş əhvalla islah etmək! İstəyinə hansı qədərdə nail olduğu da göz önündədir. Belə olmasaydı, qələmə alındığından yarım əsrdən artıq zaman ötməsinə baxmayaraq həm XX əsrin 70-ci illərinin uşaqları olan bugünkü ağsaqqal nəsil, həm də XXI əsrin öz uşaqları həmin əsərləri məmnuniyyətlə, sevə-sevə mütaliə etməzdilər.
Söyləyin görək kimdir,
Çıxan zaman eşiyə
Pişik dama dırmaşır,
Siçan girir deşiyə?!
Yenə haray-həşirdi:
Kimsə bərkdən dişləyib
Qulağını dovşanın,
Kimin işidir görən?
- Kimin olar, Orxanın! [4. “Orxan” s.236]
NƏTİCƏ
Son olaraq bu qənaətə gələ bilirik ki, Z.Xəlilin uşaq şeirlərinin ədəbi qəhrəmanları şairin həyati müşahidələrindən misralara köçürülən real surətlərdir. Onların hər biri özünəməxsus­luğu ilə diqqətdə qalır. Aralarında dəcəli, ərköyünü, həyatı öz bildiyi məzmunda yaşamaq istəyində olanı, dərslərində davamiyyəti zəif olanlar olduğu kimi, yüksək qiymətlərlə oxuyanı, hər kəs tərəfindən qəbul ediləni, hər kəsə örnək göstəriləni də var. Ümdə olanı isə budur ki, bu surətlərin hər biri müəllifin, eləcə də bizlərin həyatda gördüyü 100-lərin, 1000-lərin ümumiləşmiş surətidir.
Mövzü gündəmə gətirilməklə, bu vaxta qədər diqqət yetirilməyən bir qənaət - bu qisim şeirlərin əsasən tərənnüm xarakterli olması da diqqətə çatdırılmışdır.
***
“Dünyada sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır” yazıb böyük Mirzə Cəlil Məmmədquluzadə.
İnanırıq ki, Z.Xəlilin sözlə “rəsmini çəkdiyi” obrazlar, eləcə də surətlər bugünəqədərki yarım əsrdən artıq bir müddət ərzində məhəbbətlə əhatə olunduqları kimi, insan yaşamının bu mərhələsi (uşaq ömrü) var olduqca onlar da daim yaşayacaq, bundan sonrakı zamanlar civarında da qələmə alındığı illərdəki şirinliklə qəbul olunacaq, seviəcək, var olacaq.


Yüklə 49,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə