Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

 
21 
«Ləngəkəran» – «ləngidən yer» deməkdir. Onu da demək lazımdır ki, 
bu  ərazidə  «kəran»  sonluqlu  adlar  çoxdur:  Səpinəkəran,  Şıxəkəran, 
Gilokəran, Sufridkəran, Seydəkəran və s. Digər yerli versiya Lənkəran 
sözünün  «lankon»  ləngimək  (farsca  «ləng  konət»,  talışca  «lanq 
kon»)  mənasını  daşıdığını  bildirir.  Bu  baxımdan  əsas  landşaftı 
qumsallıq,  bataqlıq,  qamışlıq  və  çəltiklik  elementlərindən  olan,  isti 
iqlim  və  dənizdən  gələn  ifrat  rütubət  ilə  xarakterizə  olunan  Astara 
adının da «asta hərəkət»dən yaranması kimi yozulmasına əsas verir. 
Bəzi  mütəxəssislər  «talış»  sözünün  mənasını  da  ərazinin  bu 
xüsusiyyəti ilə bağlayırlar. Bu fikrə görə «talış» talış dilində - «toloş, 
tülüş» - torpaq, zığ sözündən yaranmışdır. «Kəran» sonluğu isə çox 
güman ki, «yer», «oba» mənasını daşıyır. 
Bəzi  qaynaqlar  indiki  Lənkəranın  yaxınlığında  Lankon  adlı  kəndin 
olduğunu,  Lənkəranın  böyüdükcə  həmin  kəndin  şəhərə  qarışdığını 
bildirir.  İndiki  Lənkəranın  tarixinə  gəldikdə  isə  Nadir  Şahın 
ölümündən  sonra  Talış  Xanı  Qaraxanın  xanlıq  mərkəzini  Astaradan 
Lənkərana-indiki yerə köçürməsi ilə yaranmışdır. 
Lənkəran  Gülüstan  sülh  müqaviləsi  əsasında  1813-cü  ildə 
Rusiyaya  qatılmışdır.  O, 1840-cı  ildən  Talış  uyezdinin  mərkəzi  kimi 
Kaspi  vilayətinə, 1846-cı  ildən  Şamaxı  quberniyasına, 1859-cu  ildən 
isə Bakı quberniyasına daxil idi. 12 may 1843-cü ildə Kaspi vilayətinin 
digər  uyezdləri  kimi  Talış  uyezdinin  də  gerbi  təsdiq  edilir.  Gerbin 
konturu  qalxan  formasında  olub  yuxarı  hissəsinin  fonu  qızılı,  aşağı 
hissəsininki isə yaşıl rəngdədir. Qızılı fon iki hissəyə bölünərək soldakı 
hissədə  pələng,  sağdakı  hissədə  isə  üç  ədəd  alovdan  ibarət  yanar 
torpaq  təsvir  edilmişdir.  Yaşıl  fonda  gümüşü  rəngli  mala  (tarla 
dırmıxı)  
Talış  torpaqlarının  məhsuldar  olduğunu,  qıvrılmış  ilanlar  burada 
ilanların  çoxluğunu  göstərir  (Gerb  bütün  vilayəti  əhatə  etdiyindən 
ilanlar  daha  çox  Muğan  düzünə  aiddir). 1876-cı  ildə  Lənkəran 
şəhərinin  yeni  gerbi  tərtib  edildi.  Qalxanın  ortasında  əks 
istiqamətlərdə  gərilmiş  iki  balıq  təsvir  edilmişdir.  Qalxanın  yuxarı 
hissəsində Bakı quberniyasının gerbi, «müqəddəs Aleksandr» lenti ilə 
bir-birinə  bağlanmış  qızılı  rəngli  iki  ədəd  çarpaz  lövbər  təsvir 
edilmişdir. 
Azərbaycanda  yeni  rus  hakimiyyətinin  yaranması  ilə  Avropanın 
müxtəlif  xalqlarının  bu  ərazilərə,  o  cümlədən  Talışa  gəlməsi  prosesi 
başlanmışdır.  Bunlar  əsasən  almanlar,  ruslar  və  ukraynalılar  idilər. 
Lənkəran  qəzasına  gələn  koloniyalar  əsasən  ruslardan  ibarət  idi. 


 
22 
Bunlar  «andı,  kilsəni,  dini  mərasimi  və  ali  hakimiyyəti  qəbul 
etməyən»  insanlar  kimi  çar  hökuməti  tərəfindən  buraya  sürgün 
edilmiş  müxtəlif  xristian  təriqətçiləri  (molokanlar,  duxoborlar, 
yəhudipərəstlər,  babtistlər,  subbotniklər  və  s.)  idilər.  Lənkəran 
qəzasına sürgün edilənlər subbotniklər olub Andreyevka, Astraxanka, 
Novoqolskoye, Pravoslavnoe, Privolnoe, Prişib, Vel və Nikolayevkada 
məskunlaşdırılmışdılar. 1914-cü  ildə  Bakıda  çap  olunmuş  «Очерк 
сельского  и  лесного  хозяйства  Ленкоранского  уезда  Бакинской 
губернии» əsərində burada 13 rus kəndinin olduğunu; Privolnoyenin 
1838-ci  ildə,  Andreyevka,  Petrovskoe  və  Prişibin  1840-cı  ildə, 
Nikolayevkanın  1841-ci  ildə,  Astraxankanın  1842-ci  ildə, 
Novoqolkanın  1844,  Vel  kəndinin  1862,  Pravoslavnoyenin  1864, 
Aleksyevka,  Qriqoryevka  və  Pokrovkanın  1904,  Burcalı  kəndinin  isə 
1905-ci  ildə  yaradıldığını  bildirir.  Əsərdə  ərazinin  etnik 
rəngarəngliyinə  toxunularaq  qəza  əhalisinin  sayının  154 443 nəfər, 
onlardan 14 317 nəfərin rus, 77 066 nəfərin talış, 63 060 nəfərin isə 
azəri  türkü  olduğu  bildirilir,  qəzanın  başlıca  torpaq  sahibkarlarının 
Talışinskilər  və  Talışxanovların  olduğu  qeyd  edilir 
(Cavadov  Q.C., 
2004). 


 
23 
II BÖLMƏ 
 
Biosfer Rezervatlar konsepsiyası haqqında 
 
Yuxarıda qeyd edildiyi kimi, Biosfer Rezervat konsepsiyası 1974-cü 
ildə YUNESKO-nun hazırladığı «İnsan və Biosfer» proqramı əsasında 
hazırlanmış, 1976-cı  ildən  isə  həyata  keçirilmişdir.  Yaradılmış  bu 
şəbəkə  insanla  təbiət  arasında  davamlı  tarazlığın  yaradılmasında, 
bioloji müxtəlifliyin qorunması və iqtisadi inkişafa kömək sahələrində 
çox mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, biosfer rezervatlar elə 
həssas  bir  institutdur  ki,  burada  davamlı  inkişafın  təklif  olunan 
prinsipləri sınaqdan keçirilir, dəqiqləşdirilir və alınmış müsbət təcrübə 
digər ərazilərdə yayılaraq genişləndirilir. Adi qoruq ərazilərindən fərqli 
olaraq  biosfer  ərazilər  spesifik  ərazi  zonalarına  bölünürlər:  ərazinin 
mərkəzində ciddi qoruq reciminin şamil edildiyi 
nüvə zonası yerləşir. 
Nüvənin  ətrafında  müəyyən  fəaliyyət  növlərinin  icazə  verildiyi 
bufer 
zonası yerləşir. Bu zonalar dəqiq sərhədlərə malik olurlar. Bu zonada 
ancaq konkret və müəyyənləşdirilmiş şəkildə məhdud fəaliyyətlərə – 
monitorinq  və  digər  elmi  tətqiqatlara,  ekoloji  turizmə  icazə  verilir. 
Biosfer rezervatın üçüncü zonası isə keçid zonası adlanır. Bu zonaya 
bəzən  tranzit  zona  və  ya  əməkdaşlıq  zonası  da  deyilir.  Bu  zona 
yuxarıda adı çəkilən zonalardan fərqli olaraq dəqiq sərhədlərə malik 
olmur və əsas xarakterik cəhəti ondan ibarətdir ki, bu ərazidə təbiətə 
qarşı  loyal  olan  istənilən  təsərrüfat  fəaliyyəti  həyata  keçirilə  bilər. 
Burada  yaşayış  məntəqələri,  bəzi  hallarda  hətta  liman  da  olur.  Bəzi 
ölkələrdə buraya dördüncü zona da – sanasiya zonası əlavə edilir. 
Hal-hazırda  dünyanın  97  ölkəsində  442,  o  cümlədən  Rusiya 
Federasiyasında 31 biosfer rezervat fəaliyyət göstərir.  
Biosfer  ərazi  öz  fəaliyyəti  zamanı  əsasən  üç  funksiyanı  həyata 
keçirir:  

 
mühafizə funksiyası;  

 
inkişaf funksiyası;  

 
elmi-texniki yardım funksiyası.  
Birinci  funksiyaya  əsasən  landşaftın,  ekosistemlərin,  bioloji  və 
genetik  müxtəlifliyin  qorunması  məsələləri  aiddir.  İkinci  funksiya 
əsasən iqtisadi və sosial rifahın yüksəlməsini, sosial-mədəni və ekoloji 
cəhətdən davamlı inkişafa kömək məqsədini daşıyır. Üçüncü funksiya 
isə:  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə