Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə17/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

65

    Y

ol gedirik

Tapdalandı yurdun haqqı, millət qalxdı savaşa,



Xəyanətkar əllər ilə oxun dəysə də daşa,

Gec də olsa gəl qovuşdur sən qardaşı qardaşa,

Gəl şəhidlər eşqinə dur, yıx sədləri, bayrağım,

Torpağımı parçalayan sərhədləri, bayrağım.

Aç qapısın istiqlalın, alsın nəhri əlinə,

Bir səadət bəxş eləsin Şadimanın elinə,

O tamarzı əllər yetsin həmişəlik əlinə,

 Çıx qəhrəman savaşlardan pələng təki, bayrağım,

Boynumuza həmayil ol, çələng təki, bayrağım.

 

30.10-1.11.1990

 

QAN - QADALI MƏMLƏKƏTİM 

 

Azərbaycan – dərdi böyük, şəhidlərin yurdu diyar,



Hıçqırığın boğazında kilidlənib ürək oyar,

Yadellilər azğınlaşıb əleyhinə imza qoyar,

Sərvətini talayanlar, hər nəyin var satar,sovar,

Yığdığını gizlədənlər yığdığından nə vaxt doyar?…

Varlığına qənimlərin gül hüsnünə haçan uyar?

Səndən başlar, Gözəl Vətən, Allahıma ibadətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

İçindəki göz yaşını boğub, susub dayanmısan,

Fitnələrdən, fəsadlardan al qanına boyanmısan,

Qollarında qandalların ya yatıb, ya oyanmısan,

Alışmısan ocaq üstə, atəşlərə çox yanmısan,

Ağızımın dadı Vətən, təbim, ruhum, bərəkətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Sən səadət arayarkən, səadətin öldü getdi,

Düşmən gəldi torpağını tikə-tikə böldü getdi,

Xainlərin, bədxaxların hey üzünə güldü getdi,

Atəşini sovurdular, ocaqların küldü, getdi,

İzlərində, cığırında niyə donub hərəkətim?

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Sənə canı qurban dedim, qurbanını götür apar,

Atıl savaş meydanına titrət ərzi, tufan qopar,

Əliqanlı cəlladların içdə, çöldə bağrı çapar,

Ürəyim od tutub yanar, dərdlərinə misra yapar,

Harda itib, harda batıb milli hissə nəzakətim?!

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.



66

Şirin x

anım Kərimbə

yli Şadiman

Düşmən çapır yurd-yuvanı övladların susur, durur,



Döşənibmi ayaqlara bəy babama layiq qürur?

Cəlladların Qarabağda ağac çapır, yuva qurur,

Öz ağlımız içimizin atəşini suya vurur,

Dodaqlarım kilidlənib cövlan edir sükunətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Cavidimin, Cavadımın, Mümtazımın ahı səndə,

Məmməd Əmin amalını batırdınmı duman, çəndə?

Övladının gəzdirdiyi ürəkmi, ya daşmı təndə?

Ölülərin dirilərə ağı deyir bu Vətəndə!!!…

İqtidarım – müxalifim susub, öndə fəlakətim…

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

 

Al canımı birdəfəlik, canım sənə fəda olsun,



Başın üstə bu sonuncu itgi olsun, qada olsun,

Dur əyilən qəddi düzəlt, get savaşa səda olsun,

Ayağının altın qazan övladların gəda olsun,

Düşməninə, satqınına bu mərtəbən əda olsun,

Xain çıxsam, quşlarının yemi olsun təndə ətim!…

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Səndən əziz kimim var ki, de cahanda ulu yurdum?

Ürəyinin atəşindən bu könlümə ocaq qurdum,

İçimdəki qorxuları kötüklədim, boynun vurdum,

Alacaqmı işğalçıdan torpağını Milli Ordum?

Bu məramla mən yuxumda gecəgözlü şəri yordum,

Səndən başlar Qanunuma, Kitabıma ibadətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Qarabağın qıfılına düşməyirmi heç bir açar?

Şəhidimin məzarının goru çatlar, yerim qaçar,

Bədənimin əti gedər, vücudumdan dərim qaçar,

Eyləmişik özümüzü qul fikirli qəmə düçar,

Əri olan bir ölkənin yurdu qalmaz düzdə naçar…

Boğulubmu kişi həddim, ər dözümüm, dağ cürətim?

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Bizi tarix dolaylarda min bir yerə çapdı keçdi,

Sinəmizin aynasına qara çirkab yapdı keçdi,

İtdişlilər ağzımızdan sözümüzü qapdı keçdi,

Övladların ocağını kül eylədi, sapdı keçdi,

İçimizdən xain çıxdı, oldu xara qul heyrətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Dağlar başı duman olar, yel dumanı qovar gedər,

Sel coşanda bənd-bərəni, çal-çəpəri ovar gedər,

Gözdən axar qan yaşlarım yanan könlü suvar gedər,



67

    Y

ol gedirik

Sinəmizdən qorxuları gurşadların yuvar gedər,



İçimdəki sərsəmlərə üsyan edər can qeyrətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Nədir belə qoruyuruq canımızı tən altında?

Kürsülərə aşiq olduq, hiss boğuldu mən altında,

Ağlımızı ovxalayır iradəmiz çən altında,

Sərçələrin sürüləşib, qartalların dən altında…

Öz gözümün güzgüsündən sanki mənə Ay surətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Kərkükümə,Təbrizimə, Dərbəndimə ağı Vətən!

Övladların özü oldu yurd-yuvana yağı, Vətən!

Getməz qeyrət hissi olan sinədən el dağı, Vətən!

Vuruşmasaq, döyüşməsək, bitməz işgal çağı, Vətən!

Dur ayağa çalxat yeri, qopart göydən tağı, Vətən!

Kəs Xətayi qılıncınla əllərindən bağı, Vətən!

Ürəyimdə yaram sızlar, təbib bulmaz bir illətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Şadimanın bağrı partlar, dözməz sənin möhnətüvə,

Qarabağın əldən gedib, düşmən gülür möhlətüvə,

Dodaqların dilin tutub, mat qalmışam millətüvə,

Pardaqlanır yağlananlar, fərman verir zillətüvə,

Qolun harda qopub düşüb, nə olubdu qüvvətüvə?

Tanrı özü təkan versin donub qalan sürətüvə,

Haçan qalxar ayaqlardan ucalığa ləyaqətim?!…

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim… 

 

03. 05. 2003

 

QƏRİBƏM, VƏTƏN… 

Bir içim suyumsan, bir udum havam,

Dilimdən göylərə ucalan duam,

Köksümü sığdığım ən isti yuvam,

Ruhum ağuşunda bülbültək ötən,

Sənsiz yerdə, göydə qəribəm, Vətən. 



 

29.04.2016

 SƏNİ QANA SALAN 

Səni qana salan qanda boğulsun,

İçinə dünyanın qəmi yığılsın,

Başından dərd-bəla bir yol dağılsın,

Ruhumuz içində eşqiylə bitən,

Ey candan, könüldən boylanan Vətən. 



13.05.2016


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə