Yhq-imtahan suallari


Nizamlanmayan yol ayrıclarından keçilmə qaydaları



Yüklə 3,26 Mb.
səhifə19/20
tarix10.05.2023
ölçüsü3,26 Mb.
#109396
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20
YHQ KOLLOK CAVABLARI

28. Nizamlanmayan yol ayrıclarından keçilmə qaydaları

Nizamlanmayan yolayrıcları
I. Eyni әhәmiyyәtli olmayan yolların kәsişdiyi yolayrıcında, ikinci dәrәcәli yolla hәrәkәt edәn nәqliyyat vasitәsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nәqliyyat vasitәlәrinә, onların sonrakı hәrәkәt istiqamәtindәn asılı olmayaraq, yol vermәlidir.
II. Yolayrıcında baş yol istiqamәtini dәyişirsә, baş yolla hәrәkәt edәn sürücülәr öz aralarında eyni әhәmiyyәtli yolların kәsişdiyi yolayrıcını keçmәk qaydalarını әsas tutmalıdırlar. İkinci dәrәcәli yollarla hәrәkәt edәn sürücülәr dә öz aralarında bu qaydaları әsas tutmalıdırlar.
III. Eyni әhәmiyyәtli yolların kәsişdiyi yolayrıcında relssiz nәqliyyat vasitәsinin sürücüsü sağdan yaxınlaşan nәqliyyat vasitәlәrinә yol vermәlidir. Tramvay sürücülәri dә öz aralarında bu qaydanı әsas tutmalıdırlar. Belә yolayrıclarında tramvay, onun hәrәkәt istiqamәtindәn asılı olmayaraq, relssiz nәqliyyat vasitәlәri qarşısında üstünlüyә malikdir.
IV. Relssiz nәqliyyat vasitәsinin sürücüsü sola vә ya geriyә dönәrkәn eyni әhәmiyyәtli yolda qarşı tәrәfdәn düzünә vә ya sağa hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol vermәlidir. Tramvay sürücülәri dә öz aralarında bu qaydanı әsas
tutmalıdırlar.
V. Әgәr sürücü yolun örtüyünün olub-olmadığını tәyin edә bilmirsә (sutkanın qaranlıq vaxtı, palçıq, qar vә s. nәticәsindә), üstünlük nişanları isә yoxdursa, o, belә hesab etmәlidir ki, ikinci dәrәcәli yoldadır.

29. Nizamlanan yol ayrıclarından keçilmə qaydaları

I. Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur (2 saylı Əlavə).

II. Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır:


1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:
a) «Diqqət. Hərəkət dayandırılsın» siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir;

b) «Müəyyən istiqamət üzrə hərəkət» siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir;

v) «Sola dönmə» siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə qadağan edir;


2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar:


a) «Sürəti azaldın» siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaldılmasını tələb edir;
b) «Sürəti artırın» siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir;
v) «Dayanın» siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir.
III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər.
IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər.
V. Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.

svetofor siqnalları yol nişanları ilə ziddiyyət təşkil edərsə, onda svetofor siqnalları əsas götürülməlidir



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə