«Region plus».-2013.-№ 13 (167).-S.44-47.
DAVOS BAKIYA GƏLİR
AZƏRBAYCAN DÜNYANIN ƏN NÜFUZLU İQTİSADİ FORUMUNA EV SAHİBLİYİ
EDƏCƏK
Ceyhun NƏCƏFOV
Bakı
"Məmnunluq", "islahatlar", "ehtiyatlı optimizm". Britaniyanın "Guardian" qəzetinin yazdığına görə, bu üç
söz yaxın günlərdə Davosda keçirilmiş Dünya İqtisadi Forumunda ən çox işlənən sözlər sırasında olub. Britaniya
qəzetinin jurnalistləri diqqəti ona yönəldiblər ki, forum iştirakçılarının böyük əksəriyyəti dünyadakı iqtisadi
durumun sabitləşməsindən məmnunluq bildirib, amma bununla yanaşı, əldə edilənlərlə kifayətlənməməyə və
islahatları davam etdirməyə çağırıblar. Bir sözlə, hər bir kəs qlobal iqtisadayyatın böhrandan çıxması ilə bağlı
ehtiyatlı optimizm nümayiş etdiriblər.
Oxşar mövqeləri Azərbaycan Prezidenti İlham Əliyevin Davos görüşlərində də müşahidə etmək olar.
Amma bir fərqlə. Azərbaycanın özü ilə əməkdaşlıq barədə söhbət düşəndə ehtiyatlı optimizm, inamlı optimizm ilə
əvəz olunurdu.
Əlverişli meydança
Bəlkə də elə bununla bağlıdır ki, bu ilin aprel ayında Dünya İqtisadi Forumunu Bakıda keçirmək qərara
alınıb. Bu barədə razılaşma Azərbaycan Prezidenti ilə Davos Forumunun banisi və icraçı direktoru Klaus Şvabın
görüşü zamanı əldə edilib. Şvab ümid etdiyini bildirib ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz
və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək.
Görüşdə qeyd edilib ki, son illərdə Azərbaycanla Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni
inkişaf mərhələsinə qədəm qoyub. Həmçinin forumun Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığa göstərdiyi
müsbət təsiri də qeyd olunub.
Bütünlükdə, İsveçrənin Davos şəhərində baş tutmuş sayca 43-cü Dünya İqtisadi Forumunda Azərbaycan
Prezidenti İlham Əliyev ölkənin yaxın illərdəki prioritetlərini əks etdirən bir sıra görüşlər keçirib.
Qeyd edək ki, bu il dünyanın ən nüfuzlu iqtisadi meydançasına 100-dər çox ölkədən üç mindən artıq
nümayəndə gəlmişdi ki, onların sırasında da 50-yə yaxın ölkənin prezidentləri və hökumət başçıları yer alırdı. İndiki
forum "Çevik dinamizm" dev altında keçirilib ki, bu da sammitin leytmotivi ilə bağlıdır: avrozonanın xilas edilməsi
və dünyada iqtisadi böhranın qarşısının alınması. Eyni zamanda, forumda "ərəb bahar"ının nəticələrinə aid
məsələlər, dünyanın mühüm bölgələrinin inkişaf perspektivi enerji təhlükəsizliyinin təmin edilməsi və s. də
müzakirə ediləcək.
Azərbaycan Davos Forumun inkişaf etməkdə olan iqtisadiyyata və sosial infrastruktura malik, geniş
sərmayə imkanları olan, borc yükünün girdabına girməyən, enerji resurslarının ixracatçısı olan bir ölkə kimi iştirak
edir. Bakı forumda sabit və perspektivli mövqeyi olan azsaylı iştirakçılardan biridir. Bu il Prezident İlham Əliyev
Azərbaycanın müxtəlif iqtisadiyyat sahələrinin sərmayə imkanları və əməkdaşlıq perspektiləri ilə dünyanın siyasi
və iqtisadi elitasını tanış etmək üçün bu meydançadan maksimum yararlanıb.
Prioritetlər
CNN telekanalına müsahibəsində Azərbaycan Prezidenti bildirib ki, Dünya İqtisadi Forumu ölkənin
lazımınca təqdim edilməsi, sərmayələrin cəlbi, yeni iqtisadi tərədaşlar ilə əməkdaşlıq qurmaq baxımından ən
əlverişli məkandır.
Dövlət başçısı, həmçinin dünyanın "bp" kimi nüfuzlu enerji oyunçusu ilə münasibətlərə də aydınlıq
gətirib.
İ.Əliyev bildirib ki, Azərbaycanla "bp" arasındakı dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri,
demək olar ki, 20 illik tarixə malikdir və "bizim münasibətlər ən azı daha 20 il də davam edəcək". O vurğulayıb ki,
bu Britaniya neft nəhəngi tərəfindən gerçəkləşdirilən layihələr gələcəyə ünvanlanıb və Britaniya şirkətinin başqa
tərəfdaşları ilə, o cümlədən "Rosneft"lə münasibətləri Bakıda narahatlıq doğurmur.
Yeri gəlmişkən, "bp" ilə münasibətlər Azərbaycan Prezidentinin birbaşa bu şirkətin sədri Karl-Henrik
Svanberq ilə də görüşündə müzakirə edilib. Tərəflər "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və Transanadolu qaz
kəməri (TANAP) layihələri çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi ediblər və İlham Əliyev ümid etdiyini
bildirib ki, bu əlaqələr gələcəkdə də genişlənəcək.
"Total"ın rəhbəri Kristof de Marjeri ilə görüşdə dövlət başçısı, həmçinin bu şirkətlə də Azərbaycanın
çoxillik əməkdaşlığı barədə məmnunluq ifadə edib. "Total"la ikitərəfli əməkdaşlıq Azərbaycan-Fransa iqtisadi
münasibətlərinin inkişafına öz töhfəsini verir.
Bununla yanaşı, həm ayrı-ayrı danışıqlarda, həm də CNN-ə müsahibəsində İlham Əliyev Azərbaycan
iqtisadiyyatının daha da şaxələndirilməsində, ölkənin neftdənkənar bölməsinə, xüsusilə də yüksək texnologiyalar,
informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə sərmayə cəlbində maraqlı olduğunu vurğulayıb.
Nəzərdə tutulan bu məqsədlərə uyğun olaraq, dövlət başçısı Davosda "Microsoft International" şirkətinin
prezidenti Jan-Filipp Kurtua ilə də görüşüb. İnformasiya agentliklərinin məlumatına görə, görüşdə Azərbaycanda
"Elektron hökumət" layihəsinin gerçəkləşdirilməsi istiqamətinda bu şirkət tərəfindən təklif edilən xidmətlərin
önəmi vurğulanıb. Həmçinin "Microsoft International" ilə Azərbaycan arasında gələcəkdə Bakıda şirkətin
informasiya mərkəzinin yaradılması üzrə strateji əməkdaşlıq haqqında saziş bağlanmasının perspektivləri də
müzakirə edilib.
"Thales Alenia Space" şirkətinin prezidenti Jan-Lyo Qalleye ila görüşdə isə dövlət başçısı Azərbaycanın
ikinci telekommunikasiya peykinin orbitə buraxılmasına aid məsələləri müzakirə edib.
"Booz&SO" şirkətinin baş icraçı direktoru Çezare Maynardi ilə danışıqların mövzusu Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının inkişafı məsələləri olub.
Dünyanın iri telekommunikasiya şirkətlərinin rəhbərləri ilə mütəmadi fikir mübadiləsi bu sahənin
Azərbaycan üçün prioritet olmasının göstəricisidir. Prezident İ.Əliyevin Davosdakı görüşləri isə onun elan etdiyi
İnformasiya-Kommunkasiya Texnologiyaları ili baxımından xüsusilə aktualdır.
Davosda Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbəri Suma
Çakrabarti ilə görüşü isə investisiyalar cəlbi baxımından xüsusilə önəmlidir.
AYİB Azərbaycanı ən etibarlı və perspektivli tərəfdaşlardan sayır. Azərbaycanla AYİB arasındakı çoxillik
məhsuldar əməkdaşlıq qeyd edilib, informasiya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, turizm,
energetika və iqtisadiyyatın başqa sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Yeri gəlmişkən,
AYİB prezidenti bildirib ki, Azərbaycana səfər etmək niyyətindədir.
Qeyd edək ki, hələ 2009-cu ildə qlobal maliyyə böhranının ilk vaxtlarında Kiyevdə keçirilən forumda
AYİB-in ekspertləri bildirmişdilər ki, Azərbaycan böhranı maksimum az itkilərlə yola verəcək bir neçə ölkədən
biridir. AYİB-in tədqiqatlarında Azərbaycan iqtisadi perspektivlər baxımından, bir qayda olaraq, həmişə yüksək
qiymət alır.
Davosda Azərbaycan Prezidenti ilə Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Cin-En Kay,
"Holcim Group" şirkətinin rəhbəri Bemar Fontan, həmçinin tanınmış konsaltinq şirkəti "McKinsey&Sompany"nin
prezidenti Dominik Barton arasında keçirilmiş görüşlər də bundan sonrakı investisiya cəlbi və Azərbaycanda
gerçəkləşdirilən layihələrdə iştirak məsələlərinə həsr edilmişdi.
Davos sammiti çərçivəsində İlham Əliyev İsveçrə Konfederasiyasının rəhbəri Uli Maurer ilə də görüşüb,
İsrail prezidenti Şimon Pereslə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin Türkiyə xarici işlər
naziri Əhməd Davudoğlu ilə TANAP layihəsinin gerçəkləşdirilməsindən danışıb. Prezident, həmçinin müxtəlif
sessiyalarda çıxış edib, sammitdə iştirakından Azərbaycanın uğurlarının nümayiş etdirilməsi, iqtisadi potensialının,
sərmayə imkanlarının təqdim edilməsi üçün məhsuldar istifadə olunub.
Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində görüşlərinin ənənəvi dolğun qrafiki öz-özlüyündə
aparıcı dünya şirkətlərinin, iri ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana və onun iqtisadiyyatına böyük
marağından xəbər verir. Forumun 43-cü sessiyası da istisna olmayıb. Bundan başqa, həm də Azərbaycan dünya
iqtisadiyyatının problemlərinin müzakirə meydançası kimi seçilib. ■