Qiymətləndirmə meyarlarının müəyyən olunması
Qiymətləndirmə meyarları məzmun standartları əsasında müəyyən olunur.
Müəllimin fəaliyyətindəki xüsusi yerini nəzərə alaraq kiçik və böyük
summativ qiymətləndirmənin daha geniş şəkildə şərhinə, müyyən qədər təkrara yol
vermiş olsaq da belə, bir daha diqqət yönəldək:
- Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə
bəhs və ya bölmələrin sonunda dörd həftədən tez və altı həftədən gec olmayaraq
müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında
nəzərə alınır.
- Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən
müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük
summativ qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumtəhsil müəssisəsi
rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
- Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni
tədris edən müəllim tərəfindən hazırlanır.
- Kiçik summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla
hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı
bir məlumatı bilməsini və yadda saxlamasını ölçür.
Orta s
ə
viyy
ə
li
tapşırıqlar
idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini
anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını
qiymətləndirir.
Çə
tin s
ə
viyy
əli tapşırıqlar idrakın sintez etmək, qarşılaşdırmaq,
dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.
-Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir
hissəsində aparıla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən
müəyyənləşdirilir.
- Kiçik summativ qiymətləndirmənin keçirdiyi gün dərsdə iştirak etməyən
şagirdin sinif jurnalında adının qarşısında xana diaqonalla 2 yerə ayrılır və onun
surətində “q” (qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə
növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə
qeyd edir.
- Böyük summativ qiymətləndirmə.
-
Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir dərs saatı
ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur;
-
Böyük summativ qiymətləndirmə vasitələri (test tapşırıqları) ümumi təhsil
müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır;
-
Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas
zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət
edir. Təhsil Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir
ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir.
-
Böyük summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla
hazırlanır. Asan tapşırıqlar”
idrakın bilmə mərhələsinə” aid olub şagirdin
hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli
tapşırıqlar” idrakın anlama, tətbiq və təhlil mərhələsinə” aid olub şagirdin
səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və
fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar
“idrakın sintez və dəyərləndirmə mərhələsinə” aid olub şagirdin sintez
etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını
ölçür.
-
Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə bir
ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin
edilir.
-
Şagird II yarımildə üzürlü səbəbdən böyük summativ qiymətləndirmədə
iştirak etmədikdə II yarımillik qiyməti çıxarılarkən, I böyük summativ
qiymətləndirmədə aldığı qiymət ,həm də II böyük summativ qiymət hesab
olunur. Şagirdin üzürsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük
summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən “o”
qəbul edilir.
-
Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzürlü səbəbdən
iştirak etməmiş və bir ay müddətində onun böyük summativ
qiymətləndirmədə iştirakını təmin etmək mümkün olmamışdırsa, həmin
şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm
də I yarımilin qiyməti olaraq hesablanır. Hər iki böyük summativ
qiymətləndirmədə üzürlü və ya üzürsüz səbəbdən iştirak etməyən şagird
haqqında məktəbin pedaqoji şurasında qərar çıxarılır.
-
Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif
üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri
hazırlanır.
-
Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir
və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və
qiymətlər sinif jurnalına yazılır.
Ümumiləşmə.
Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin və şagirdin
fəaliyyəti, müəllimin fəaliyyətinin şagirdlrin tələbatına nə dərəcədə cavab verməsi,
habelə kurikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin
aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi (müvafiq konsepsiya barədə əvvəlki fəsillərdə bəhs etmişik)
şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları
haqqında məlumatların toplanması kimi qəbul edilir. Təlimin bu komponenti şagird
irəliləyişinin (geriləməsinin) izlənilməsi (monitorinqi), təlim prosesində qərarların
qəbulu və şagirdin təlim nəticələrini və kurukulumun qiymətləndirilməsi
məqsədlərinə xidmət edir .