ortaya çıxır. Buna – şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə
aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kö-
mək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması
gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Bunun üçün problem fərziyyələrlə həll edilməyə başlayır.
Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlük
şəklində və ya fərdi şəkildə aparıla bilər. Lakin, interaktiv təlim anlayışının özü
ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş
formalarının mövcudluğunu özündə ehtiva edir. Təlimin interaktiv xarakteri kiçik
qruplarda və ya cütlük şəklində aparılan işlərdə daha qabarıq formada təzahür edir.
Dərsin III mərhələsi: “İnformasiya mübadiləsi” adlanır. Bu mərhələdə
iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın
mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün
iştrakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni
biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq,
sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq
zərurəti yaranır.
Bu mərhələnin əsas məqsədi bütün şagirdləri yeni faktlar və tapıntılarla tanış
etməkdir. İnformasiya mübadiləsi yalnız o zaman səmərəli ola bilər ki, sinif fəal
dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun.
Bunun üçün müəllim:
PROBLEM
Fərziyyə 1
Fərziyyə 2
Fərziyyə 3
Tədqiqat sualı
FƏRZİYYƏNİN YOXLANILMASI
İrəli sürülmüş fərziyyələri təsdiq və ya təkzib
edən faktların tapılması
Sinifdə nizam-intizam yaradılmasına nail olur,işgüzarlıq mühitini tənzimləmək
yönümlü işlər görür;
İnformasiya olunan material qrup işidirsə, bütün iştirakçılardan xahiş edir ki,
üzlərini təqdimatın keçirildiyi yerə yöəltsinlər;
Onları təqdimata öz münasibətlərini, razılıqlarını və ya razı olmadıqlarını
bildirməyə sövq edir;
Ardıcıllığı müəyyən edir və təqdimatın keçirilməsi, rəylər mübadiləsi və
informasiyanın təsdiqlənməsi qaydalarını bəyan edir.
Əgər bu, qrup təqdimatıdırsa, o zaman qrupun bütün üzvlərinin (tərkibində 5
şagirddən çox olan böyük qruplar istisna edilməklə) iştirakı yerinə düşər. Bunun üçün
hələ təqdimatın başlanğıc mərhələsində şagirdlərə təqdimat mərasimindəki vəzifə
bölgüsü barədə təlimat verilməlidir.
Daha çox şagirdin sözügedən prosesdə fəal iştirakını təmin etmək üçün onlara
(şagirdlərə) təqdimatı keçirən öyrəcilərə sual vermələrini təklif etmək olar. Ən yaxşı
sualı verən şagirdi hansısa şəkildə mükafatlandırmaq da olar.
Təqdimatın
nəticələrinin qeydedilmə formalarını müəllim öncədən
planlaşdırmalıdır. Əgər təqdimat zamanı iş vərəqlərindən istifadə edilirsə, bunlar
lövhədən asılmalıdır. Mövcud mərhələnin sonunda təqdimatların əks olunduğu bütün
iş vərəqləri lövhədən asılmalı və tapılmış əsas faktlar lövhədə(və ya digər yerdə
məqsədəuyğun şəkildə) qeyd edilməlidir. Bu sonrakı mərhələnin – informasiyanın
müzakirə və təşkilinin ilkin məcburi şərtidir. Təqdimatın keçirilməsi zamanı müəllim
tərəfindən bir sıra səhvlərə yol verilə bilər, belə səhvlər işin səmərəliliyinə mənfi təsir
göstərir.
Sözügedən səhvlər bunlardır.
Səhv 1. Təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur.
Halbuki müəllim bütün sinfi diqqət mərkəzində saxlamalı, çıxış edənlərin
fikirlərini, eləcə də digər şagirdlərin dinləmə prosesini izləməyə çalışmalıdır. Bu
müəllimə işini səmərəli qurmağa,ən azı sinifdə nizam-intizamı qorumağa kömək
edər.
Səhv 2. Müəllim vaxta qənaət etmək məqsədilə bütün təqdimatlara ardıcıl
qulaq asır, fikir mübadiləsi üçün vaxt və imkan vermir.
Yadda saxlamaq lazımdır ki, hər bir təqdimat şagirdlərin şüurunda iz
buraxmalı və sonrakı təhlil üçün material olmalıdır. Bütün şagirdləri fəal dinləməyə
sövq etmək, onlara öz fikirlərini sözlə deyil, jestlərin köməyilə ifadə etməyi təklif
etmək, bir-iki nəfərə isə təqdim edilmiş informasiyaya əlavələr və düzəlişlər etmək
imkanı vermək gərəkdir.
Səhv 3. Təqdimat zamanı qrup üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin
önündə toplaşaraq arxaları sinfə tərəf öz qeydlərini ucadan oxuyurlar. Bu halda
müəllim də arxasını sinfə(şagirdlər çoxluğuna) çevirməyə məcburdur ki, iş vərəqi ilə
tanış olsun. Bunun nəticəsində təqdimatı izləməli olan şagirdlərin(əslində prosesin
həmin məqamı üçün daha maraqlı tərəfin) diqqəti və informasiyanı qavraması
pozulur.
Təqdimat zamanı iş vərəqlərini şagird və müəllim, eləcə də bütün sinif aydın
görə bilməlidir. Buna görə də vərəqləri əldə tutmaq (iri plakat vərəqləri istisna
edilməklə) və təqdimat başa çatdıqdan sonra lövhədən asmaq lazımdır.
Səhv 4. Müəllim təqdimata bir növ rəsmiyyət xatirinə qulaq asır, ifadələrin
yığcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışmır, yəni təqdimat mədəniyyətini
formalaşdırmağa səy göstərmir.
Yadda saxlamaq lazımdır ki, həm şagirdin təfəkkür və nitqinin fərdi inkişafı,
həm də informasiyanın daha yaxşı qavranılması, mənimsənilməsi və tərtibi üçün
təqdimat mədəniyyəti ən vacib şərtlərdən biridir.
Səhv 5. Hər bir təqdimatdan sonra müəllimin özü onu şərh edir, qiymətləndirir
və ya tapılmış cavablara öz münasibətini bildirir.
Öyrəncilərə digər şagirdlərin (
təqdimat edənlərin) işləri barədə öz fikir və
münasibətlərini bildirmək imkanı verilməlidir. Fikir mübadiləsi prosesində müəllimin
rolu aparılmış tədqiqat haqqında öünəməxsus fikrini söyləmək deyil, informasiyanın
şagirdlər tərəfindən daha yaxşı qavranılması və başa düşülməsi üçün optimal şəraiti
təmin etməkdən ibarətdir. Bu zaman müəllim keçirilən təqdimatın keyfiyyəti barədə
öz qiymətverici rəyini söyləyə bilər (əks-əlaqə yaradar).