Yeni dünyada dövlətçilik məfhumu


İslam vəhdəti barədə 5 mühüm nöqtə



Yüklə 297,27 Kb.
səhifə6/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

İslam vəhdəti barədə 5 mühüm nöqtə


Höccətülislam doktor Mehdi Əlizadə Musəvi ilə müsahibə

Cənab Rəhbər Ayətullah Xamenei Beynəlxalq İslam Vəhdəti Konfransının 28-ci toplantısında dövlət rəsmiləri və qonaqlarla görüşdə buyurdu: “Biz öz xarici siyasətimizi bütün müsəlman ölkələr, region ölkələri ilə dostluq və qardaşlıq prinsipi üzərində qurmuşuq. Buraya qonşu olmayan ölkələr də aiddir. Bu bizim siyasətimizdir. Biz bu prinsipi gözləmişik, gələcəkdə də bu xətt üzrə hərəkət edəcəyik.” Cənab Rəhbərin informasiya mərkəzi bu mövzu ilə bağlı höccətülislam doktor Mehdi Əlizadə Musəvi ilə söhbətləşib. Cənab Əlizadə Musəvi politologiya üzrə doktordur və hazırda Həcc-Ziyarət Araşdırma Mərkəzinin rəisidir.

Sual: Bəziləri bu fikirdədir ki, biz vəhdət zəminində dialoqa getməli və təşəbbüs göstərməliyik. Bunun səbəbi İslam vəhdəti mövzusunun Əhli-Beyt məktəbi və Qurandan qaynaqlanmasıdır. İlk sualımız budur ki, vəhdəti dünyaya dialoq vasitəsi və meyar kimi tanıtdırmaq üçün nə etməliyik?

Cavab: Əvvəla müəyyənləşdirməliyik ki, təqrib adlandırdığımız məzhəblərin yaxınlaşması, başqa sözlə İslam vəhdəti strategiyadır, yoxsa taktika? Strategiya ilə taktika arasında fərq bundan ibarətdir ki, strategiya məqsədə doğru aparan ümumi siyasətdir, taktika həmin məqsədə çatmaq yollarıdır. Belə görünür ki, biz təqribə bir strategiya kimi baxmalıyıq. Təqrib İslam dünyasının bünövrə siyasətlərindən və məqsədlərindəndir. Əhli-Beyt (ə) yoluna nəzər saldıqda da bunu görürük. Başqa dinlərdə də belə prinsip var. Bir zaman məsihi məzhəbləri, protestantlar və katoliklər ağır müharibələr aparırdı. İndi onlar arasında da gərginliyin zəiflədiyinə şahid oluruq. Onlar da dialoq sorağındadır. Bir növ düşüncələrdə də qloballaşma gedir. Təkcə ideologiya sahəsində yox, siyasət və iqtisadiyyatda da bunu müşahidə edirik. Bu gün dünya həmkarlıq, yaxınlaşma, həmrəylik marağındadır. Müştərək mənafelərin daşıyıcısı olan təşkilatlar, qruplar yaranır. Hamı bu yaxınlaşmanın zərurətini dərk edir.

Növbəti nöqtə budur ki, İslam tam şəkildə vəhdət yaratmaq potensialına malikdir. Bizim dini təlimlərimizdə İslam vəhdətinə yol açan təlimlər çoxdur. Təkcə ümmət sözünə diqqət yetirək. Ümmət sözü coğrafi sərhəd tanımır. Bu söz sırf ideoloji məfhum daşıyır. Harada İslam düşüncəsi varsa İslam coğrafiyası da genişdir. Vəhdət mövzusu ortaya gələndə milliyyətçilik, tayfaçılıq, cinsi və irqi fərqlər, dini mənsubiyyət kənara qoyulur. Amma vəhdət dini təlimlər üzərində qurulub.

Sual: Əgər bu prinsipi nümunə, meyar şəklində təqdim etmək istəsək onun hansı xüsusiyyətləri olmalıdır?

Cavab: İlk məsələ budur ki, müştərək prinsipləri ortaya qoyaq. Elə prinsiplər ki, bütün məzhəblər onu qəbul edir. Elə müştərək nöqtələr tapılmalıdır ki, bu məzhəblər arasında bağlılıq yaratmağa qadir olsun. Zənnimcə bütün məzhəblərdə belə nöqtələr var. Tövhid, nübüvvət, məad, Quran məzhəblər arasında müştərək mövzulardır. Bu mövzular məzhəbləri bir-biri ilə əlaqələndirir. Demək, əsas məsələ müştərək nöqtələrdir və həmd olsun Allaha ki, məzhəblərdə belə nöqtələr var.

İkinci məsələ müxaliflərə qarşı dözümlü olmaqdır. İslam məzhəbi daşıyıcıları bir-birinə qarşı dözümlü olmağa çalışmalıdırlar. Dini mətnlərdə belə dözümlülük haqqında buyuruqlar var. Məsələn deyilir ki, İslamı qəbul edən şəxsi qeyri-müsəlman saymaq olmaz. Quranda, Peyğəmbər (s) Əhli-Beyt (ə) buyuruqlarında bu ruhiyyə müşahidə olunur. Əmirəlmöminin (ə) xəlifələr dövründə haqqı tapdansa belə xəlifələrlə yoldaşlıq edirdi. Məsələn, ikinci xəlifəyə məsləhət verirdi.

Bu misallardan görünür ki, İslam prinsiplərini qorumaq ixtilaflardan önəmlidir. Bu yolu siz məzhəb başçılarında da müşahidə edə bilərsiniz. Nəql olunur ki, Əbül-Həsən Əşəri dünyadan gedəndə ətrafındakılara dedi: “Şahid olun ki, mən qiblə əhlindən kimsəni təkfir etmirəm.”

Əhməd ibn Hənbəl Cəhmiyyənin arxasında namaz qılırdı, hansı ki, onun küframiz əqidədə olduğunu düşünürdü. Bunun səbəbini soruşanda Cəhmiyyənin qiblə əhli olduğunu söylədi.

Üçüncü nöqtə budur ki, təqrib, məzhəblərin yaxınlaşması məzhəb əqidələrindən imtina etmək deyil. Biz təqrib deyəndə öz təlimlərimizə göz yummağı nəzərdə tutmuruq. Həqiqət budur ki, dialoq mədəniyyəti gözlənilməlidir. Təqribin xüsusiyyətlərindən biri budur ki, bu mövzuda danışılsın, dəlillər göstərilsin. Əgər şiə ilahi təyinat, sünnə əhli şura seçiminə inanırsa hər tərəf öz dəlillərini göstərməlidir.

Mərhum Seyyid Şərəfuddinin Əl-Müraciat kitabı ilə yanaşı Təliful-ummə kitabı var. Əl-Müraciat kitabında ixtilaflı baxışlar nəzərdən keçirilir. Bu kitabda şiə məzhəbinin baxışları şərh olunub. Amma qeyd edir ki, biz belə düşünsək də, başqa məzhəblərlə rabitə fikrində olmalıyıq. Yəni məzhəbləri yaxınlaşdırmaq, ümmət arasında vəhdətə nail olmaq lazımdır.

Hər bir məzhəbə hörmət, onun müqəddəsliklərinə ehtiram göstərilməsi zəruridir. Biz təqrib yolunu gedərkən bu yola münasib mədəniyyət yaratmalıyıq. Heç bir məzhəbin müqəddəsliyi təhqir olunmamalıdır. Sadəcə insan öz əqidəsini sübut etməlidir. Əhli-Beyt (ə) heç zaman müqəddəsliklərin alçaldılmasına yol verməyib. Münasibətlər gərginləşəndə məzhəblər arasında uçurum dərinləşir. Gördüyünüz kimi ifratçı, təkfirçi cərəyanlar uçurum yaratmaqla məşğuldur. Bu gün Pakistanda müxtəlif firqələr bir-birini küfrdə suçlayır. Elə firqələr var ki, özləri açıq-aşkar yolu azdığı halda başqalarını küfrdə ittiham edir. Amma məzhəblərin bir-birinin müqəddəsliyinə hörmət göstərməsi lazımdır.

Dördüncü nöqtə budur ki, məzhəbi anlaşmalar kənarında İslam alimləri arasında məhəbbət olmalıdır. Heç bir alim başqa məzhəbdən olan alimə qarşı sərt davranmamalıdır. Həmin alimlər üzləşəndə özünü müharibə səhnəsində görməməlidir. Bizdə çox işlənən iki söz var: sual və şübhə. Təqribin əsas işlərindən biri şübhəni suala çevirməkdir. Şübhənin işi dağıdıcılıqdır. Şübhə qarşı tərəfin əqidəsini aşağılayır. Şübhə olan yerdə məntiqi cavab axtarışı yoxdur. Şübhəyə cavab verildikdə də başqa şəkildə təkrarlanır. Əgər məzhəb nümayəndələri öz şübhələrini sual formasında ortaya qoysalar həm qarşılıqlı anlaşma yaranar, həm də mövzu elmiləşər.

Təqribdə son nöqtə budur ki, düşməni tanıyaq. Düşmənin İslama qarşı əsas işlərindən biri təfriqə yaratmaqdır. Müsəlmanlar öz aralarında mehriban, düşmənə qarşı sərtdirlər. Düşmən heç zaman sülh, barış istəmir. Onların əsas işlərindən biri məzhəblər arasında dialoqu əngəlləməkdir. Bu gün İslam oyanışı ifadəsi aktualdır. Başqa bir ifadə İslam huşyarlığıdır. İslam oyanışı daxildən gəlir. Yəni onun dirçəliş təsiri daxildəndir. İslami huşyarlıq isə İslam dünyasının xaricinə aiddir. Yəni öz çevrəmizdən kənara baxışımızı nizamlamalıyıq.

Sual: Biz ciddi informasiya hücumları ilə üzləşmişik. Elə bir saniyə yoxdur ki, regional və ya beynəlxalq mətbuatda İran əleyhinə söz deyilməsin.

Cavab: Bəli bu hal var. İnqilabın dünyaya yayılması məqsədi düşmən tərəfindən həmişə şiəliyin yayılması kimi təqdim olundu. Biz ötən vaxtda daha səmərəli işlər görə bilərdik. Həzrət İmam (r) və Cənab Rəhbərin yanaşması dünya müsəlmanlarını vəhdətə maraqlandırmağa xidmət edir. Məsələn, İfratçı və Təkfirçi Cərəyanlar İslam Alimlərinin Nəzərində beynəlxlaq konfransının iştirakçıları ilə görüşdə Cənab Rəhbər söhbətini başa çatdırandan sonra onun ətrafında saysız alimlər toplaşdı. Onlar Cənab Rəhbərə sevgilərini bildirirdilər. Şübhə yeri qalmır ki, ayrı-ayrı məzhəblərdən olan alimlər Cənab Rəhbəri bir məzhəb çərçivəsində görmürlər. Onu İslamın rəhbəri kimi qəbul edirlər. Hətta bəzi alimlər açıq şəkildə İslam dünyasının vahid rəhbəri tələbini ortaya qoyurdular. Deyirdilər ki, Ayətullah Xamenei İslam dünyasının rəhbəri məsuliyyətini daşıyır.

Cənab Rəhbərin vurğuladığı məsələlərdən biri bu idi ki, İran İslam Cümhuriyyətinə vəhdət fəzası hakimdir. İran İslam Respublikasının xarici siyasətində vəhdət, məzlumların müdafiəsi mühüm yer tutur.

Başqa bir nöqtə budur ki, İran İslam Respublikası dünyanın istənilən bir nöqtəsində müsəlmanların müdafiəsini özünə vəzifə sayır. Myanmarda faciə baş verəndə ilk addım atan İran İslam Cümhuriyyəti oldu. Fələstin probleminə münasibətdə də belədir. Qərb imperializminə etiraz səhnəsində də İran öncüldür. İslam İnqilabının başlanğıc dövründən İran İslam Cümhuriyyəti dünya məzlumlarının müdafiəsində durub. Bütün bunlar təqrib, məzhəblərin yaxınlaşması prosesində əsas prinsiplərdir.

Sual: Qeyd etdiniz ki, Həzrət Ağa həmin məclisdə buyurub: “İran İslam Cümhuriyyəti Allahın lütf və fəzli ilə məzhəbi məhdudiyyətlər və ixtilaflara səbəb olmayıb. Livanda şiə Hizbullaha kömək etdiyi kimi Fələstində sünni İslam Cihadı və başqa qruplara yardım göstərib və bu yardımı davam etdirir.” Bu sözün ardınca salonda təkbir səsi eşidildi.

Cavab: Əgər xatırlayırsınızsa həmin məclisdə Cənab Rəhbər ixtilaf salan cərəyanların biganələrlə əlaqəsinə işarə etdi. İran İslam Respublikasında insanın şiə və ya sünni olmasına fərq qoyulmur. Bu nümunə məhdud məzhəbi baxışın fövqündədir. Bəli, Rəhbər həm şiə Hizbullahın, həm də sünni İslami Cihad qrupunun himayəsini qeyd etdi. İraqın Mosul, Neynəva, Səlahəddin, Əl-ənbar məntəqələrində şiə azdır, əksəriyyət sünnə əhlidir. Amma İran İslam Respublikası bu insanların taleyi ilə bağlı məsuliyyət hiss edir. Əksər kürdlər sünnə əhlindəndir. Şahid olduq ki, Kobanidə faciə baş verəndə İran sərt siyasi mövqe nümayiş etdirdi.

Əgər İslam oyanışı coğrafiyasına baxsaq Misirdə hərəkat şiə hərəkatı deyildi. İslami bir hərəkat hesab edilirdi. Bu hərəkata münasibətdə İran İslam Respublikası hami mövqeyi tutdu. Tunisdə də belə oldu. Əksər müsəlman ölkələrində İslam oyanışı zamanı İran İslam Cümhuriyyəti birinci addım ataraq hərəkatı müdafiə etdi. Bu zaman məzhəb ayrıseçkiliyinə yol verilmədi. İslami oyanış coğrafiyasında yalnız Bəhreyn əhalisi arasında şiələr çoxdur. Amma İran Bəhreynə diqqət yetirdiyi qədər Liviyaya, Tunisə diqqət ayırdı. Yəni İran İslam Cümhuriyyəti məzhəb mənsubiyyətinə baxmadan İslam amallarını izləyir.

Əgər diqqət yetirsəniz şiə müctəhidləri də məsələyə belə yanaşır. İfratçı və Təkfirçi Cərəyanlar İslam Alimlərinin Nəzərində konfransı müqəddəs Qum şəhərində keçirildi. Konfransda 300-dən artıq qonaq iştirak edirdi. Onların 70%-i sünnə əhlinin təmsilçisi idi. Qum şiə mərkəzi kimi tanınır. Şiə mərcə alimlərinin baxışı məzhəb fövqündədir.

Son illər bəzi cərəyanlar səhnəyə gəlib. Bunlardan biri təkfirçilikdir. Təkfirçilər meydana çıxandan sonra yaranmış faciələri müşahidə edənlər vəhdət prinsipinə daha çox diqqət yetirməyə başladılar. Təkfirçilər hər yerdə ənənəvi məzhəblə müxalifdirlər. Nigeriyada Boko-Haram qruplaşması bu ölkənin sünnə əhlini qətlə yetirir. Əl-Şəbab terrorçuları da Somalidə sünnə əhlini qılıncdan keçirir. Tunisdə, Əl-Cəzairdə özünü Ənsarul-sünnə adlandıran qrup da eyni şəkildə hərəkət edir. Bütün bunlar onu göstərir ki, hazırda İslam dünyasının qurtuluşu vəhdətdədir.

Sual: Siz İfratçı və Təkfirçi Cərəyanlar İslam Alimlərinin Nəzərində konfransında katib idiniz. Konfrans iştirakçılarının Rəhbərlə görüşünü də izlədiniz. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Konqres gecə saat 11-də işini başa çatdırdı. Biz səhəri gün Həzrət Ağanın görüşünə getdik. Gecə qonaqları Tehrana apardıq. Təxminən saat 12-də yola düşdük. Mən qonaqlardan soruşdum ki, bu vaxt yola çıxdığımıza görə narahat deyilsiniz? Onlar iştiyaqla bildirdilər ki, İran səfərimizdə əsas məqsədlərimizdən biri Həzrət Ağanı görməkdir. Onların Cənab Rəhbərə xarizmatik baxışı var.

Qonaqlar Tehrana çatıb hoteldə yerləşənə qədər gecə yarı oldu. Sübh saat 7-də yenidən yola düşdük. Qonaqlar qəribə bir iştiyaqla Ağa ilə görüşü gözləyirdilər. Əksər qonaqlar ön sırada əyləşmək istəyirdi. Səbəbini soruşanda bunu Həzrət Ağanı yaxından görmək istəyi ilə əlaqələndirdilər.

Başqa bir nöqtə budur ki, görüşdən sonra Ağanın buyuruqlarını yada saldım. Mən mindən artıq məqalədə əksini tapmış mövzuları onun söhbətində müşahidə etdim. Həzrət Ağa məqsədə doğru yol göstərirdi. Təkfirçi cəryanların xaricdəki düşmən qüvvələrə bağlılığını sübuta yetirən dəlillər söyləyirdi. Bəzi qonaqlar deyirdilər ki, Həzrət Ağa budaq və yarpaqlar yox, kökə diqqət yetirir. Cənab Rəhbər buyururdu ki, ey İslam alimləri, mövzunun kökündən qəflətdə qalmayın, bu cərəyanların dünyada hansı nöqtədən qaynaqlandığını bilsəniz mövzuya daha düzgün yanaşarsınız.

Həzrət Ağanın sözləri başa çatanda çoxları təkid edirdi ki, Ağanın söhbəti tərcümə olunsun və qonaqlar ölkələrinə qayıdanda bu çıxışı müsəlmanlara təqdim edə bilsinlər. Onlar Həzrət Ağaya uzaqgörən bir rəhbər kimi baxırdılar. Kimsə mövzuya onun kimi əhatəli yanaşa bilmirdi.

Maraqlı nöqtələrdən biri budur ki, qonaqlar arasında sələfilər vardı. Sələfilər təbərrük, əlamətlərdə bərəkət axtarmağı düzgün saymırlar. Hansı ki, onların əksəriyyəti Ağanın boynundakı şala (çəfyəyə) sahib olmağa çalışırdı. Hətta bu şalı əldə etmək üçün tələsirdilər də.



Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə