Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27

 

bu  dağ  dözümlü  kəndin  iş  ahəngi  yavaş-yavaş  pozulur,  qeyri-bərabər  döyüşlərdə 



qüvvəsi azalırdı. Ətrafda baş verən doğma Qarabağ oğullarının dəhşətli faciələri də 

bir tərəfdən bu ulu diyarın sinə yaralarına dönürdü.  

Kərgicahan  qanları,  Meşəli,  Quşçular,  Cəmilli  kimi  neçə-neçə  kəndlərin 

qaralar  ocaqları,  Malıbəylinin  başına  gətirilən  görünməmiş  dəhşətlər,  bəşərin 

vicdan  xanəsini  yerindən  oynadan  Xocalı  soyqırımı,  Sırxavəndin  ağlar  gözləri 

qarşısında  baş  verirdi.  Amma  kənd  hələ  döyüşürdü,  müdafiə  olunurdu.  Bu  ulu 

diyarın  ər  igidləri  doğma  torpaqların  hər  qarışından  ötrü  qəhrəmanlıq  nümunəsi 

göstərirdilər. 1991-ci ilin dekabrında rəsmi olaraq kəndin özünümüdafiə batolyonu 

yaradıldı.  Əli  silah  tutan  sırxavəndlilər  Bəhmən  Məmmədovun  komandanlığı 

altında  kəndi  müdafiə  edir,  ölüm-dirim  savaşları  aparırdılar.  Yeri  gəlmişkən, 

sırxavəndlilər    düşmənə  sarsıdıcı  zərbələr  endirir,  canlı  qüvvəsini  və  texnikasını 

məhv edirdilər. Topçu Fərhadın gözündən düşmən hədəfinin heç biri yayınmırdı. 

1992-ci ilin martın 12-də sübh tezdən başlayan qanlı savaşda Sırxavəndin 

igid oğulları düşmənin böyük qüvvəsi və texnikası ilə axşam çağına kimi əlbəyaxa 

döyüşdülər,  son  güllələrinə  kimi  vuruşdular.  Onlar  erməni qulduru  və texnikasını 

məhv  etdilər.  Heç  bir  tərəfdən  kömək  göstərilməyən  sırxavəndinlilərin  4  iilik 

ölüm-dirim  savaşlarına  nöqtə  qoyuldu.  Ata-bab  yurdundan  didərgin  düşdülər. 

Köçkünlük ömrü yaşayan Sırxavəndin bu gün də onlarla vətənpərvər oğlu Vətənin 

müdafiəsində dayanıb. 

Bir əcnəbi səyyahı Qarabağı gəzib dolaşarkən demişdi: Adam elə gəlir ki,  

bura  dünyanın  gözüdür.  Burada  yaşayıb  ömür  sürən  adamlar  isə  dünyanın  ən 

xoşbəxt  insanlarıdır.  Elə  burada  istər-istəməz  öz-özünü  danlamalı  olursan.  Əgər 

həmin  səyyahın  gedişindən  neçə  il  sonra  “Dünyanın  gözü”  olan  doğma 

torpaqlarımızda müxənnətlərə sığınacaq verdiyimizi bilsəydilər bizi lənətləyərdilər. 

“Sadəlövh olmayan insanlar, bu gün namərdlərə çörək versəniz, sabah üzünüzə ağ 

olacaq, bu müxxənətə qapınızda sığınacaq versəniz bir gün doğma ocağınıza shib 

çıxacaqdırlar. Belələrindən ehtiyatlı olun. Özünüzə qənim bəsləməyin”. 

İndisə  onun  hər  qarış  torpağı,  hər  zərrə  daşı,  hər  açan  tumurcuğu  bir 

nikbin arzunun  yenilməzliyi naminə öz nurlu səhərini gözləməkdədir. O səhəri ki, 

Sırxavənddə alovlanan doğma ocaqlarının alovu Xankəndinin zirvəsində şölələnən 

sönməz ocaqın oduna qovuşacaqdır. 

Təqdim  edilən  “Ağdərədə  nələr  oldu?”,  “Şəhidlər  və  şahidlər”  kitabının 

birinci  bölümündə  Vətənimizin  azadlığı,  müstəqilliyi  yolunda  canından  keçib 

şəhidlik  zirvəsinə  yüksələn  Sırxavənd  kəndinin  qəhrəman  oğullarından,  onların 

göstərdikləri igidlik və şücaətlərdən az da olsa söhbət açılır. Azərbaycan xalqının 

bu yenilməz oğullarının hər biri haqqında ayrıca kitab yazılsa da yenə azdır. Yəqin 

siz  kitabın  adındakı  “Şəhidlər  və  şahidlər”  vurğusundan  duydunuz  ki,  ömrünü 

torpaqlarımızın  bütövlüyü  naminə  qurban  vermiş  şəhidlərimizlə  bərabər  həmin 

döyüşlərin  iştirakçıları,  şahidləri  olan  qəhrəman  oğullarımızın  barəsində  də 

gələcəkdə  yazılacaq  kitablarda  söhbət  açılacaq.  Belə  ki,  qardaşlarımızla  çiyin-




 

çiyinə  döyüşən  oğulların  adı  çəkilmədiyi  və  yazılmadığı  üçün  onlar  bizi 



bağışlasınlar. 

Əslində  isə  Vətən  onun  yolunda  canından  və  qanından  keçməyə  hazır 

olanları heç vaxt unutmur. 

 

SIRXAVƏNDĠN ĠLK ġƏHĠDLƏRĠ 



 

Novruz Göyüş oğlu İmanov, Qəzənfər 

Aşur oğlu Həsənov. 

Mahal  Novruz  oğlu  İmanov,  Vaqif 

Qəzənfər oğlu Həsənov. 

Dörd  ilə  yaxındı  ki,  sırxavəndlilər 

naxələf 

1qonşuları  Ballıqaya  erməniləri 

tərəfindən  atəşə  tutulur,  oda  qalanırdı.  Bu 

illərdə  kəndin  camaatı atışmaya,  güllə  səsinə  vərdiş  etmişdi.  Gündüzlər təsərrüfat 

işlərində olur, gecələr isə müdafiə postlarında dayanırdılar. Hər il olduğu kimi bu il 

də Novruz və Qəzənfər kişi Ulubabda ot çalırdılar. 

Novruz  kişi  əsgərlikdən  təzə  qayıtmış  oğlu  Mahalın  sözünü  sındırmadı. 

Və onu da özüylə ot biçiminə aparırdı.  

Novruz kişi həmişəki kimi zarafatından qalmırdı. Dostu Qəzənfər maşının 

o tərəf, bu tərəfinə keçə-keçə səsi ətrafa bürümüşdü. Bu il də Ulubab bizi naümid 

qoymadı.  Mal-qara  üçün  ot  ehtiyatımızı  gördük.  Birdən  istilərin  düşdüyünü  hiss 

edərək Vaqiflə Mahalı səslədi. 

-Ay uşaqlar, vaxt keçir, axı, biz iş adamıyıq. Yəqin ki, bu gün də Mahalın 

görüşünə dostu-tanışı gələcək, hazırlaşın. Yoxsa gecikərik. 

Vaqif  sükan  arxasına  keçdi  və  maşını  işə  saldı.  Heç  30-40  metr 

aralanmışdılar  ki,  maşının  hər  iki  tərəfdən  avtomat  və  pulemyotlardan  atəşə 

tutdular. Erməni quduzları güllələri kabinəyə iki tərəfdən yağış kimi yağdırırdılar. 

Maşın kabinəsində oturmuş ata və oğulların əli heç bir yerə çata bilmədi. Düşmən 

yaman yerdə onları oda tutmuşdu. Bu  ər igidlərin, bu yenilməzlərin o an harayına 

hay  verən  olmadı.  Quldurlar  bu  ata  və  oğulları  amansızcasına  qətlə  yetirib, 

qanlarını  qəltan  elədilər.  Qaniçənlərin  ürəkləri  bununla  soyumadı,  elə  maşın 

kabinəsindəcə meyitlərin üzərinə benzin töküb od vurdular. Həmin an avtomat və 

pulemyotların  səsindən  Ulubab  dağı,  Xaçın  dərəsi,  Tünnün  qayası,  Şahqulu  dağı 

lərzəyə  gəldi,  bu  vəhşiliklərin  şahidi  olan  quşlar  qıy  vurdular,  sanki  köməyə  el-

obanı çağırırdılar. 

7  iyul  1991-ci il.  Həmin  gün  düşmən ilk  əməliyyatını,  verilən  tapşırığını 

yerinə  yetirdi.  Həmin  gün  Həsənovlar  və  İmanovlar  ailələrinin  taleyinə,  ümumi 

sırxavəndlilərin  tarixinə  qara  hərflə  yazıldı.  Həmin  gün  Kolanı  elinə,  onun  mərd 

övladlarının sinəsinə çalın-çarpaz dağ çəkildi. Həmin gün Sırxavənd torpağına ilk 

şəhid qanı töküldü. O gündən etibarən düşmənin iç üzləri açıldı. Düşmənlə qana-




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə