Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

23 

 

BURDA BĠR ĠGĠD ÖLDÜ... 



 

Telman  Xasay  oğlu  Həsənov  1973-cü  ildə  dünyaya 

göz  açıb.  Kənd  orta  məktəbinin  səkkizinci  sinfini  bitirdikdən 

sonra Ağdam rayonunda 136 N-li taxniki peşə məktəbinə daxil 

olmuşdu.  Eyni  zamanda  idmanla,  karate  ilə  məşğul  olurdu. 

Gələcəkdə ali təhsilli idmançı olmaq istəyirdi. Lakin tale buna 

imkan vermədi.  

Müharibə  alovları  Qarabağ  torpaqlarını  kəndbəkənd 

bürüyəndə  Telmanın  14  yaşı  vardı.  Yaşının  az  olmasına  baxmayaraq  həmişə 

kəndin  müdafiəçiləri  arasında  olur,  onlara  əlindən  gələn  köməkliyi  göstərirdi. 

Müharibənin  günü  –  gündən  genişlənməsinə,  erməni  quldurlarının  azğınlaşması 

Xasay kişini, Süsən xalanı narahat edirdi. Axı bu ixtiyar valideynlər dünyanın düz 

vaxtı oğul dağını görmüşdülər.  

Dərdim bir-iki deyil, 

Yüküm qəm yükü deyil, 

Hər kimin dərdi varsa, 

Mənimki təki deyil. 

Bəli, dilə gətiriləsi dərdlərdən deyil, Süən xalanın dərdi. Beş oğul  iki qız 

böyütmüşdü.  Oğulları  bir-birindən  boylu-buxunlu  idi. Tale onun  sinəsinə  üç  oğul 

dağı  çəkmişdi.  Nə  edəsən,  fələyin  çərxi  dönəndə  birdən  dönür,  dərd  gələndə 

batmanla  gəlir.  Yaxşı  ki, nə  Süsən  ana, nə  də  ömür  gün  yoldaşı  Xasay  kişi həyat 

eşqini itirməmişdi. Onlar öz ümidlərini ailənin son beşiyi Telmana bağlamışdılar.  

Qarabağ  torpağında  ermənilərin  həyasızlıqlarını  getdikcə  artır, 

torpaqlarımıza təcavüzləri genişlənirdi. Telman da u neçə ildə kəndi döyüşçüləri ilə 

müxtəlif  əməliyyatlarda  olur,  getdikcə  mətinləşirdi.  Günlərin  bir  günüdə  ot 

sahəsində  Telmanın  əmisi  Qəzənfər  və  xalası  oğlu  Vaqifi  quldurlar  vəhşicəsinə 

qətlə  yetirmişdi.  Kolanı  elinə  baş  vermiş  bu  ilk  hadisə  az  qala  bütün  Qarabağı 

bürümüşdü.  Qisasçılıq  hissi  Telmanı  rahat  buraxmırdı.  18  yaşı  tamam  olan  kimi 

könüllü  olaraq  həqiqi  əsgəri  xidmətə  yollandı.  Üç  aylıq  hərbi  təlimdən  sonra 

Ş.Mirzəyev adına özünümüdafiə batalyonunda vuruşmağa başladı. Fiziki hazırlığı, 

qorxmazlığı, zirəkliyi ilə döyüşçü yoldaşlarına elə ilk günlərdən nümunə göstərirdi. 

Komandanlığın  və  döyüşçü  yoldaşlarının  hörmətini  qazanan  Telmana  həmişə 

təcrübəli  döyüşçü  kimi  məsul  tapşırıqlar  verilir,  döyüş  zamanı  ən  ağır  mövqenin 

müdafiəsi  ona  tapşırılırdı.  O,  Fərrux,  Manikli,  Canyataq,  Gülyataq,  Dəhraz, 

Naxçıvanik,  Sırxavənd  kəndlərinin  quldurlardan  təmizlənməsində  düşmənlə 

üzbəüz dayanmışdır. 

1992-ci  il  avqustun  27-si  idi.  Ağdərənin  Qazançı  kəndi  uğrunda  ağır 

döyüşlər gedirdi. 




24 

 

Axı  biçarə  ana  lap  elə  dünən  öz  əli  ilə  oğluna  və  silahdaşlarına  sovqat 



aparıb  qayıtmışdı.  O  gün  döyüş  yoldaşları  Telmanı  o  qədər  tərif  etmişdilər  ki, 

Süsüən ananın nigarançılığı birə beş azalmışdı.  

Bəs  indi  nə  demək  idi.  Allah,  yoxsa  doğrudan  da  biçarə  ananın  bəxti 

tərsinə yazılıbmış?! Bu da daha bir oğul dağı.  

Bulaq başdan qaradır,  

Dibi daşdan qaradır,  

Məni soruşan olsa, 

Baxtım başdan qaradır. 

Hər dağı çəkmək olar. Bala dağı çəkilməzdir deyirlər. Telman kimi igidin 

dərdini  təkcə  Süsən  ana  və  Xasay  kişi  yox,  onu  tanıyan  həmyerlilərinin  hamısı, 

qohum-qardaşları, döyüş dostları da göynəyə- göynəyə çəkirlər. 

Ağdam Uzundərə Şəhidlər Xiyabanında dəfn edilib. 

 

“YURDDA GERĠYƏ YOL YOXDUR” 

 

İnqilab  Əyyub  oğlu  Əliyev  müharibənin  ağrısını, 



acısını  lap  uşaq  vaxtlarından  dadmışdı.  Böyük  Vətən 

müharibəsi onu ata üzünə həsrət qoymuşdu.  

Qarabağın  üzərində  əsən  küləklər,  erməni 

quldurlarının törətdikləri vəhşiliklər, başqaları kimi İnqilabı 

da  çox  narahat  edirdi.  Müharibədən  söz  düşəndə  uşaqlıq 

illərini  yada  salırdı.  “Getsin  o  günlər  bir  də  gəlməsin”  – 

deyirdi.Qonşu Ballıqaya ermənilərinin atdığı güllə İnqilabın 

həyət-bacasından  keçirdi.  Düşmən  gülləsindən  evinin  divarları  deşik-deşik 

olmuşdu. “Baba-yurdundan geriyə yol yoxdur” – deyirdi.  

İnqilab dəfələrlə bu yerləri tanıyan adam kimi bələdçilik etmişdi. Doğma 

yurda  baş  çəkmişdi.  Erməni  quldurlarının  pis  əməllərinin  canlı  şahidi  olmuşdu. 

Cəbhələrdəki uğurlar İnqilabı çox sevindirirdi. Əsgərlərimiz 1992-ci ilin payızında 

Sırxavənd  istiqamətində  uğurlu  döyüşlər  aparırdı.  Əldən-ələ  keçən  Sırxavəndin 

daşı daş üstünə qalmamışdı. Söz düşəndə İnqilab deyirdi ki, təki quru torpağımıza 

qayıdaq. Atalar yaxşı deyib: “Sən saydığını say, gör fələk nə sayır”.  

Vətən  təəssübü  ilə  yaşayan  İnqilab  Əliyev  1992-ci  ilin  sentyabrında 

sürdüyü maşında minaya düşdü. 

İnqilab  beş  qız,  bir  oğul  atası  idi.  Oğlu  Yaşar  bu  gün  atasının  yolunu 

davam etdirir. 

Məzarı Ağdam Uzundərə Şəhidlər Xiyabanındadır. 

 

 

 

 



25 

 

ANAMA DEYĠN GÖZLƏMƏSĠN 

 

Nuru Çərkəz oğlu Ağayev 1970-ci ilin yanvarın 13-də 



anadan  olub.  Nuru  Ağayevlər ailəsinin  ikinci  oğul  payı  idi.  O 

gəlişi  ilə  Çərkəz  əmiyə,  Fənar  xalaya  bir  dünyaya  sevinc 

gətirmişdi.  İncə  dodaqlarında  təbəssüm  dolaşan,  qaraqaş, 

qaragöz, qaraşın, suyuşirin balaca Nuru hamının sevimlisi oldu. 

Əldən-ələ,  qucaqdan-qucağa  gəzdi.  Əzizlənə-əzizlənə,  oxşana-

oxşana  böyüdü.  Orta  məktəbi  doğma  Sırxavənd  kəndində  qurtardı.  Ucaboylu, 

mehriban, mülayim davranışlı, şən, nikbin təbiətin Nuru dostlarının sevimlisi oldu. 

1988-ci ilin yazında Nuru hərbi xidmətə çağrılır. İki illik əsgərlik borcunu 

Ukraynanın  Xmelnitski  vilayətində  başa  vurur.  O  vaxtlar  erməni  daşnakları 

Xankəndində,  İrəvan  Tetar  meydanında  gecə-gündüz  “Qarabağ  bizimdir”  deyə 

qışqırırdılar. Günü-gündən bütün Qarabağ torpağını bürüyən erməni quldurlarının 

bəd  əməlləri  Nurunu  narahat  edirdi.  Onun  gecəsi-gündüzü  fikir  içində  keçirdi. 

Nurunun uşaqlıq və əsgərlik yoldaşı Həsən Abdullayev deyir: 

-Nuru  ilə  uşaqlığımız  bir  yerdə  keçib,  orta  məktəbi  də  bir  yerdə 

qurtarmışıq.  Tale  elə  gətirdi  ki,  əsgərlik  borcumuzu  da  bir  hərbi  hissədə  başa 

vurduq.  İki  illik  əsgərlik  dövründə  bir  günümüz  bir  il  kimi  görünürdü.  Nuru 

təşkilatçılığı və bacarığı ilə hamımızdan fərqlənirdi. Biz vətənə tez qayıtmaq üçün 

yollar  axtarırdıq.  Nuru  ilə  dəfələrlə  qaçmaq  istədik.  Amma  baş  tutmadı.  Moskva 

televiziyası ilə verilən xəbərlər bizi daha da əsəbiləşdirirdi. Elə ona görə də erməni, 

rus  uşaqları  ilə  dəfələrlə  rotamızda  mübahisələrimiz  düşmüşdü.  Nuru 

vətənpərvərliyi  ilə  yanaşı,  həm  də  əvəzedilməz  dost  idi.  Dost  yolunda  canından 

keçməyə hazır idi. Əlinə düşən bir tikəni bizsiz yeməzdi. 

1990-cı  ilin  mayında  Nuru  doğma  Sırxavəndə  qayıtdı.  Nuru  ilk  gündən 

torpaqlarımızın müdafiəsinə qalxdı. Polad bilək, boy-buxunlu bu igid az müddətdə 

kənd camaatının hörmətini qazandı. Qarlı-şaxtalı günlərdə vətənin  keşiyini çəkdi. 

Sırxavəndinin  bir  ovuc  torpağı  üçün  canından-qanından  keçməyə  hazır  oldu. 

Dəfələrlə  düşmən  hədəfini  susdurdu.  Çətin  əməliyyatlarda  şücaətlər  göstərirdi. 

Neçə  erməni  quldurunu  məhv  etdi.  Sırxavəndin  özünümüdafiə  batalyonunun 

qorxmaz, bacarıqlı bir əsgəri kimi ad-san çıxardı.  

Nuru qoçaqlığına, igidliyinə görə sonralar Ağdərə polisinə qəbul edilmişdi. 

O,  hiss  edirdi  ki,  Vətənin  azadlığı,  müstəqilliyi  yolunda  lazım  gəlsə  canından 

keçməlisən. Ona görə də hər bir döyüşdə irəliyə can atırdı.  

Nuru Ağdərə bölgəsində hər bir kəndin, məntəqənin, qəsəbənin ermənim 

quldurlarından  azad  edilməsində  gedən  ölüm-dirim  savaşlarında  igidliklər 

göstərmişdi. 

Son  dəfə  yanvarın  əvvəlində  evlərinə  baş  çəkir.  Evdə:  “elə  vaxtında 

gəlmisən” – dedilər. Üç gündən sonra yəni yanvarın 13-də ad günüdür. Keçən il də 

sənə ad  günü  keçirmədik.  Amma  bütün  dost  – tanışlara  xəbər  vermişik.  Sənin  ad 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə