Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

_______________Milli Kitabxana________________
məlahətli  səsi  vardı. Ən  çox  təcnis,  divani  oxumağı  sevərdi.  Olduqca  şirin ləfzi  ilə dastan
söyləmək  qabiliyyətinə malik  idi.  Məclis  aparanda, eldə-obada ədəb-ərkanına  söz  ola
bilməzdi. Yersiz danışmağı sevməzdi. Qocaların aşığa verdiyi bu şahidlik xasiyyətnamələri
onun poetik yaradıcılığında da çox aydınlıqla görünür".
1
M. Həkimovun yazdığına görə, Aşıq Alının öz dəsti-xətti ilə yazdığı üç kitab əlyazması
şeirləri  və ustadı  Ağ  Aşıqdan  yazdığı  bir  kitab əlyazması  1938-ci  ilə kimi  Kəlbəcərdə
"Dilsuz  və Xəzangül"  dastanının  müəllifi  Aşıq  Nəbinin  şəxsi  arxivində saxlanmışdır.
Anlaşılmazlıq  üzündən  həmin nadir  nüsxələr  bir  çox əlyazmaları  kimi  1938-ci  ildə
yandırılmışdır.  M.Həkimov  onu  da  qeyd  edir  ki,  "hazırda əldə olunan  şeirlər  və aşığın
səfərnamələri, əsasən,  Aşıq  Alının qocalıq  illərində həmsöhbətləri  olan  Aşıq  Həmid,  Aşıq
Şirin  və başqalarının  o  vaxt  yazıya  aldıqları əlyazmalardan  götürülmüşdür".
2
Göyçə
mahalını kəndbəkənd gəzmiş folklorşünas, Aşıq Alının 20-dən çox şəyirdi olduğunu da yaşlı
adamların  yaddaşından  yazıya  köçürmüşdür.  Onlardan  Aşıq Ələsgər,  Aşıq  Mehdi,  Aşıq
Məhəmməd,  Aşıq  Hümmət,  Aşıq Alşan,  Aşıq  Məhərrəmin  adlarını  çəkir.  Adı  keçən
tədqiqatda  göstərilir  ki,  Aşıq  Alı böyük  təcnis  ustası  kimi  məşhur  olduğundan  ona  el
arasında "Təcnis Alı", "Loğman Alı", "Dədə Alı", "Şıx Alı" da deyərmişlər.
3
Lakin tanınmış folklorşünas alimin bu qeydləri Alı ilə bağlı reallıqları əks etdirmir. Bu
məlumatlar  Alıya  aid  məlum  və məşhur  üzdəniraq  cızma-qaraları sırımaq  istəyənlərin
uydurmalarından qaynaqlanmaqdadır.
Öz  şəyirdinin  fitri  istedada  malik  olduğunu  duyan  Ağ  Aşıq  ona  böyük  həssaslıqla
yanaşmış,  az  bir  müddətdə Alıya  bütün  saz  havalarını  öyrədərək,  ona  sənət  yollarında
müstəqil addımlar atmağı rəva görmüşdür.
Qüdrətli saz ustasının yanında keçən illər səmərəsiz qalmır. Alının sədası tezliklə doğma
Qızılvəngdən  keçib  Göyçənin  hüdudlarından  çox-çox  uzaqlara  yayıldı.  Doğma  Göyçənin
füsunkar  gözəllikləri,  sevən  bir  qəlbin  alovlu  çırpıntıları gənc  aşığın  könül  rübabını  dilə
gətirən ilk poetik duyğulardır:
Bir nişan istədim gülüzlü yardan,
Dirsəyin göstərdi: alısan, - dedi.
Dedim: ay qız, köçdüm, sənnən əl çəkdim,
Əlbət bir yadına salısan, - dedi.
Canlı xalq  dilinin  sərrast  ifadələri  ilə yoğrulmuş  bu  misralarda  biz  coşqun  bir  poetik
ülviyyətlə yanaşı, böyük məharətlə rəsm edilmiş səmimi bir mənə-
Xalqımızın deyimləri və duyumları (Toplayanı və tərtib edəni M.Həkimov). B., 1986, s.58-59.
Yenə orada, s.59.
Yenə orada, s.60-62.


_______________Milli Kitabxana________________
viyyat  tablosu  ilə qarşılaşır,  hisslərin  təmizliyinə,  onların  sadə və əzəmətli  poetik
ifadəsinə heyran qalırıq.
Sənətkarın  yaradıcılığında  ictimai  motivlər  getdikcə güclənməyə başlayır.  O,
cəmiyyətdə hökm  sürən  bərabərsizliyə qarşı  öz  etiraz  səsini  ucaldan  müdrik  bir  el
sənətkarı kimi çıxış edir:
Ay ağalar, gəlin sizə söyləyim,
Yəqin bu dünyanı pul dolandırır.
Kəsilib məhəbbət, qalmayıb hörmət,
Dövlətli dalınca mal dolandırır.
Yoxsulluq  Alının  taleyinə elə bir  acı  damğa  vurmuşdu  ki,  el  sənətkarı bunu
ömrünün  son  gününə qədər  unuda  bilmədi.  Bu  hadisə boyük  bir  ürək  ağrısı,  qəlb
yanğısı ilə onun yaradıcılığında, sazının tellərindən qopan həzin melodiyalarda yaşadı,
sənətkar üçün əbədi mövzuya çevrildi. Deyilənlərə görə, öz nişanlısına qovuşmaq üçün
başlıq  verə bilməyən  Aşıq  Alı qürbətə yollanmış,  illərlə kəndlərdə,  obalarda  qəlbində
vətən  həsrəti,  gözlərində sevgilisinin  canlı  surəti  məclislər  aparmış,  qazandığı  hər
qəpik-quruş onun arzuları üçün qol-qanad olmuşdur:
Nə qədər dolandım Turan elini,
Yenə öz torpağım yadıma düşdü.
Sarınər yaylağı, Göyçə mahalı,
Öz gözəl oylağım yadıma düşdü.
Gəlib xəyalımdan keçdi o çağlar;
Yay fəsli atlanıb gələn qonaqlar.
O güllü-çiçəkli alışan dağlar,
O Qiblə bulağım yadıma düşdü.
Qızıl dağı, Məciddinin oylağı,
Doğma yurdun doğma odu, ocağı.
Alının köksündə hicranın dağı,
O qaymaq dodağım yadıma düşdü.
Öz  sevgilisinə iki  ilədək  gələcəyinə söz  verən  Aşıq  Alının  həmin  müddətdə
qayıtması  mümkün  olmur.  Qürbətdə həmyerlilərindən  birinə rast  gələn  Aşıq  Alı  vədə
verilən vaxtda gələ bilməyəcəyini sifariş etmiş, "Deyinən" rədifli qoşmasını  yazıb ona
vermişdir ki, sevgilisinə, qohum-əqrəbasına çatdırsın. Lakin dərdli aşığın:
Qasid, gedər olsan bizim ellərə,
Bu naməni o canana deyinən.


_______________Milli Kitabxana________________
Qohum-qardaş, dost-müsahib olanlar,
Göz dikməsin başqa yana deyinən -
deyə Alosmandan doğma yurda, dövrün sıxıntılarından yana düşdüyü qürbət eldən
xəbər  göndərir.  Yanıqlı  sifariş  və ürək  dağlayan  fəryadı  nə sevgilisinə,  nə də
qohum-əqrəbasına  çatdırılmadı.  Bundan  istifadə edən  düşmənlər  Aşıq  Alının
ölməsi  haqqında  müxtəlif  şayiələr  uydurdular. Bu  xəbərdən  sonra  ata-anası  öz
qızını,  yəni  Aşıq  Alının sevgilisini  zorla  başqasına ərə getməyə məcbur  eləmişdi.
Lakin  dastanda  da  təsvir  edildiyi  kimi,  aşıq  doğma  vətəninə sevgilisinin  toyunun
başlandığı  gün  gəlib  çatmış,  hər  şey  arzuolunan  sonluqla  başa çatmışdır.  Qeyd
edim  ki,  məlumatların  götürüldüyü  "Aşıq  Alının Türkiyə səfəri"  dastanı  bəzi
mənbələrdə göstərildiyindən  fərqli  olaraq  iki  deyil,  bir  dastandır,  "Aşıq  Alı  və
Əsmər xanım" isə onun variantıdır.
Azərbaycan aşıq sənətinin və poeziyasının inkişafında əvəzsiz xidmətləri olmuş
Aşıq  Alının  zəngin ədəbi  irsi  az  öyrənilmiş,  onun  yaradıcılığının  çox  kiçik  bir
hissəsi nəşr olunmuşdur. Alının hələ nə qədər naməlum əsəri, könüllərdə, ürəklərdə
yaşayan,  lakin  işıq  üzü  görməyən  qoşmaları,  təcnisləri,  təsnifləri,  bayatıları,
gəraylıları, ustadnamə və deyişmələri folklor araşdırıcılarının yolunu gözləyir.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə