Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

_______________Milli Kitabxana________________
Təbii ki, Alı poeziyasından yaddaşlarda saxlanan bu tipli nümunələr məhdud sayda
deyildir. Amma onların toplanması,  yazıya alınması  və həm  də məhz həmin sənətkara
mənsubluğunu  təyin  edən  poetik-üslubi  elementlərin  aşkarlanması  ilə mətnin  müəllif
subyektinin müəyyənləşdirilməsi üçün ciddi folklorşünas fəaliyyəti lazımdır.
Nəşr  olunmuş  mətnlərdə və fraqmental  da  olsa  Aşıq  Alıdan  bəhs  edən
araşdırmalarda  mətn  faktının müxtəlif  səviyyəli  qüsurluluğu  nəzərə çarpır.  Göyçə
dialektinə və Göycə folklor mühitinə yaxından bələd olanlar  yüksək təşəkküllü Göyçə
aşıq  poeziyasının  ümumi  şəkildə olsa  da,  səciyyəvi  cəhətlərini  müşahidə edə bilirlər.
Məsələn, Aşıq Alının adına tərtib olunmuş saxta mətnləri göycəli alimlər də, sənətçilər
də birmənalı  səkildə rədd  etdilər.  Çünki  Azərbaycan  şeir  sənətinin  Göyçədə zəngin
ənənəsi,  tarixən  formalaşmış  kifayət  qədər  mükəmməl ədəbi  mühiti  və məktəbi
mövcuddur.
Bu mühitin nümayəndələri Turanı da, İranı da sənət səviyyəsində fəth edib:
Nə qədər dolandım Turan elini,
Yenə öz torpağım yadıma düşdü.
Sarınər yaylağı, Göyçə mahalı,
Öz gözəl oylağım yadıma düşdü,
deyən  Aşıq  Alı  sənət  və estetik  mücadilənin  qlobal  məkan  çevrəsində Göyçənin
mərkəzdə dayandığına da işarə vurur. Göyçə Azərbaycan türkcəsinin ən saf və ən təmiz
poetik  maksimumunun  reallaşdığı  sənət  mühiti  kimi  seçildiyindən  bu  mühitin  aşığına,
el  şairinə və ümumiyyətlə, sənət  və ədəbiyyat  adamına  hər  hansı  qeyri-mükəmməllik,
folklorun sınaq imtahanından "keçməmiş" örnəklər qəbuledilməzdir.
"Azərbaycan aşıqları və el şairləri" kitabında verilən örnəklər ("Yalan oldu", "Musa
bəy"  gəraylıları,  "Gedirəm",  "Qaldı",  "Dolandırır",  "Deyərsən",  "Bənzərsən",  "Getdi",
"Gərək",  "Gedirəm",  "Nə qaldı?",  "Dedi",  "Ağrı dağı",  "Çatarmı?"  qoşmaları,
"Almasın" təcnisi) Aşıq Alının gerçək sənət dünyasını əks etdirə bilir. Həmin qaynağın
verdiyi  bilgiyə görə,  Aşıq  Alının  qoşma,  gəraylı,  təcnis,  müxəmməs,  divani  və s.
onlarca  şeiri,  "Aşıq  Alı  və Əsmər",  "Aşıq  Alının
Türkiyə səfəri"  adlı  iki  dastanı
vardır.
1
Aşıq  Alının ədəbi  irsi  məhdud  kəmiyyətdə gəlib  çatsa  da,  onun  Azərbaycan
aşıq  sənətinin ən  böyük  nümayəndələrindən  biri  olması  şübhəsizdir. O  həm  aşıq
havalarını,  həm  də aşıq  şerini  zənginləşdirmiş  xüsusi  seçilən  sənətkar  kimi
məşhurdur. Aşıq Alı şəxsiyyət kimi kifayət qədər kamil
Azərbaycan aşıqları və el şairləri. 2 cilddə. I cild. (Tərtib edəni Ə.Axundov). B„ 1983.


_______________Milli Kitabxana________________
insan,  haqqı  və ədaləti  təbliğ  edən  ürfan  sahibi  (arif),  sufi  bir  şair,  qeyri-adi
istedaddır.  O,  sözünü  sənətin  çətin  yollarında  sınamış,  sazın,  sözün  və fikrin  elə
mükəmməl  sintezini  yaratmışdır  ki,  bunu  yalnız  haqq  vergisi  ilə mükafatlanmış
şəxsiyyətlər təqdim edə bilərdilər.
Ustad  sənətkar  Aşıq  Alının  sənət  dünyasından  yadigar  qalan ədəbi  nümunələr
məhdud kəmiyyətdə gəlib çatsa da, forma  və məzmun  mükəmməlliyi baxımından
kifayət  qədər  dolğun  informasiyalar  verməkdədir.  Müxtəlif  məqsədlərlə tərtib
olunmuş  saxta  mətnlər  isə Göyçədə formalaşmış  yüksək  təşəkküllü  musiqi  və
poeziya ənənəsinin  məlum  nümunələri  ilə müqayisədə,  mətn  strukturunda
işarələnmiş  türk  poetik  sisteminə uyğunsuzluqda,  saflığını  və sağlamlığını
mühafizəkar  şəkildə qorumuş  Azərbaycan  türkcəsinin  Göyçə dialektini  ifadə
etməməsində və başqa  parametrlər  və kriteriyalar  üzrə aşkarlanır.  Aşıq  Alı  irsini
öyrənən  tədqiqatçılar  nəzərdən  qaçırmamalıdırlar  ki,  Aşıq  Alının  gəlib  çatmış
gerçək  sənət  nümunələri  H.Arifin  toplayıb  nəşr  etdiyi  kiçik  həcmli  kitabçadan
ibarətdir;  təhlil  məhz  bu  mətnlər  üzərində aparılmalıdır.  Sonradan  qeydə alınan
mətnlər  isə Aşıq  Alının və onun  birbaşa  sənət  və mənəvi  varisi  Dədə Ələsgərin
poeziyası, poetik nəfəsi, ruhu və dili ilə müqayisədə müəyyənləşdirilməlidir. Çünki
Aşıq Alının ən böyük əsəri elə Ələsgərin özüdür.
Qeyd etdiyimiz bu tipli aspektlər ən yeni tədqiqatlarda belə müşahidə olunmur.
Yeni  elmi  informasiya  verməyən  bəsit  və elmi-nəzəri,  xüsusilə kulturoloji
baxımdan sənət özəllikləri aşkarlaya bilməyən tədqiqatlar təqdim olunur.
1
Aşıq  Alı  gözəl  şeirlərin,  misilsiz  saz  havalarının yaradıcısı  olan  istedadlı
sənətkardır.  Onun əzəmətli  və möhtəşəm  poetik  dühası  insan  gözəlliyini,  mənəvi
harmoniya  və ahəngdarlığı  mükəmməl  sənət  nümunəsində təqdim  etməklə
bütövlükdə onun irsi ilə tanış hər kəsdə yüksək emosional duyğular oyadır:
Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Əyricə, Verst dağı, Xankird baxarı,
Ağ sürülər Sarıyaldan yuxarı.
Gözəllər seyr edər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.
N.Cabiroğlu. Aşıq Alının lirikası. "Azərbaycan" jur., 2002, №3.


_______________Milli Kitabxana________________
Aşıq Alı deyər, üç gözəl dərə,
Çiçəkli, şaqaylı, xoş gözəl dərə.
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üç dağlara bənzərsən.
Təsvir etdiyi  hər  hansı  bir  hadisəni  öz  poetik  nəfəsinin  odu  ilə isindirən,  onu  sənətin
heyrətamiz dili ilə əks etdirən Aşıq Alı insan qəlbini ən ülvi duyğular qucağında əsrarəngiz
gözəlliklər  aləminə aparır,  onu  yüksək  estetik  ideallar,  nəcib  hisslərlə zənginləşdirir.  İnsan
qəlbinin  dərinliklərinə nüfuz  etməyi  bacaran,  onun  hissiyyatının,  lirik  duyğularının  canlı
poetik  tablosunu  yaratmağa  qadir  olan  Aşıq  Alı səmimi  insan  hisslərini  böyük  məharətlə
qələmə alır. Bəşəri duyğuların təbii, real mənzərəsini yaradır:
Bir nişan istədim gül üzlü yardan,
Dirsəyin göstərdi: alısan, - dedi.
Dedim: ay qız, köcdüm, səndən əl çəkdim,
Əlbət bir yadına salısan, - dedi.
Dedim: ay bəxtəvər, bu nə büsatdı?
Dedi: nəzər eylə, gör nə sifətdi.
Dedim: çeşmim yaşı yeri islatdı,
Verrəm dəsmalımı, silisən, - dedi.
Dedim: ay qız, qəmnən dəftər bağlaram,
Dedi: baxma, nişanını saxlaram.
Dedim: həsrətindən ilnən ağlaram,
Qorxma, yaxın vaxtda gülüsən, - dedi,
Dedim: ay qız, nə gözəldi şamama,
Dedi: dərmə, ömrün yetər tamama.
Dedim: ay qız, əl uzadım butama,
Özünü nüfuzdan salısan, - dedi.
Dedim: xəstələrin can dərmanısan,
Dedi: aşiqlərin kərəm kanısan,
Dedim: ay qız, mənim adım tanısan?
Əzəldən bilirəm, Alısan, - dedi.
Folklorşünas  M.Həkimov  "Aşıq  Alının  sazlı-sözlü  dünyası"  adlı  yazısında  ulu
sənətkarın  yaddaşlarda  yaşayan  fiziki  portretini  də təqdim  edir:  "Dədə sənətkarı  şəxsən
görənlərdən  Mir  Hüseyn  baba,  Adil baba,  Məsim  baba,  Murad  baba,  Cahan  nənə və
başqaları söyləyirlər  ki,  Aşıq  Alının  boyu  iki  metrdən  uca  idi.  Enlikürəkli,  sarışın,  qumral
gözlü adam idi. Olduqca


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə