23
bütün imkanlarından tam faydalanaraq qatara minən və
qatardan düşən insanların işini maksimal dərəcədə ən-
gəlləyir. Onun üzündə bir qayda olaraq özündənrazılığı
ifadə edən təbəssüm, bəzən də qeyzli, həm də saymaz-
yana ifadə olur.
Metro “adam”ı qatara minərkən qapılar açılar-açıl-
maz içəri dürtülməyə çalışır. Bu zaman onun qatardan
düşmək niyyətli adamları qabaqlamaq istəməsi aydın
hiss olunur.
Metro “adam”ı eskalatorda da özünəməxsus davranış
sərgiləyir. Burada da onun əsas məqsədi digər sərnişin-
lərin hərəkətinə mane olmaqdır.
Yuxarıdakı hərəkətləri həvəslə icra edən metro
“adam”ı populyasiyasının yaş strukturu barədə birməna-
lı söz demək çətindir. Şəxsən mən müşahidələr zamanı
ən müxtəlif yaşlı metro “adam”larına rast gəlmişəm.
Belə. Siz də diqqətli olun, müşahidə edin. Kim bilir,
bəlkə siz də buna bənzər kəşf edib adınızı elm tarixinə
əbədilik yaza bildiniz?
www.avciya.az
31 yanvar 2013-cü il
24
POTENSİAL POLİQLOTLAR ÖLKƏSİ
1999-cu ildə dəyərli yazar Azər Həsrətin sayəsində
və elə onunla birlikdə İspaniyaya getmişdik. Repdən
və həm də meyxanadan çox uzaq olan Xose adlı, Or-
teqa-i-Qasset soyadlı ispan filosofun adını daşıyan fon-
dun tədbirində iştirak edirdik. İspaniyaya ilk və çox gü-
man ki, həm də son səfərimdən yadımda qalan məqam-
lardan biri haqqında danışacağam.
Deməli, biz ispan yeməkxanasına varid oluruq və hə-
min yeməkxananın ispan əsili olduğu şübhə doğurma-
yan işçisinə müraciət edirik. Və həmin şəxs Azər müəl-
limin elə o zamanlar da çox yaxşı olduğu aydın sezilən
ingiliscəsini başa düşmək istəmir. Əslində çox güman
ki, başa düşür. Amma özünü elə göstərir ki, guya başa
düşmür. Heç demə, orta statistik ispan öz ölkəsində ixti-
yari əcnəbi ilə başqa dildə danışmağı bir növ Servante-
sin dilinə sayğısızlıq kimi dəyərləndirirmiş. İspanlar hər
vəchlə öz dillərində danışmağa çan atırlarmış.
Bu çoxdan unudulmuş kiçik səfərin bir epizodudur.
Amma mərc gəlməyə hazıram ki, Biləcəri sərhəddini
heç olmasa bir dəfə keçmiş hər kəsin arxivində buna
bənzər epizodlar olmamış deyil. Demək olar ki, hər yer-
də hamı ilk növbədə və əsasən öz dilində danışır.
Biz fərqliyik. Zənnimcə biz az qala həmişə və az
qala hamılıqla bu məmləkətin qonaqlarını öz dillərində
dindirmişik. Ən azı sidq ürəklə çalışmışıq ki, bunu edə
bilək. Səy göstərmişik. Səyimiz hədər getməyib. Maşal-
lah, xeyli rus, ingilis, hətta alman, fransız, lap elə ispan
dilli adamlarımız var. Və bu çox sevindirici haldır. Təəs-
25
süf doğuran ana dilini mükəmməl bilmənin məziyyətlər
sırasından çıxması, bəlkə də çıxarılmasıdır.
İxtiyari CV (bu tərcümeyi-halın təzə adıdır, insafən
elə də pis səslənmir) əslində ilk növbədə sahibinin xari-
ci dillər sahəsində biliklərini vurğulayan sənədə çevrilib
desək, yanılmarıq. Və bu ölkədə nə qədər valideyn öz
övladına permanent iş axtarışı prosesində “ingilis dili-
ni “semişka” (yəni qovrulmuş günəbaxan tumu) kimi
çırtlayır, rus dili, türk dili də heç də, onlar öz yerində ”
məzmunlu reklam mətnindən istifadə edir? Bu sualı heç
Statistika Komitəmiz də cavablandıra bilməz. İnanın.
www.avciya.az
1 fevral 2013-cü il
26
KİM KİMDİR?
Kimin kim olduğunu bilməkdən çətin nə var? Min
illərdir ki, ən ağıllı adamlar bu sual üzərində baş sındı-
rırlar. Amma hələ də ortada bir şey yoxdur və bu fani
dünyada kimin kim olduğunu heç kim, ya da demək olar
ki, heç kim bilmir. Və əlbəttə mən də bilmirəm. Bir çox
müasirlərimdən fərqli olaraq özümü dərin zəka sahibi
hesab etmədiyimdən mən belə çətin sualları cavablan-
dırmağa çalışmıram da.
İndi məni düşündürən sual əslində elə də mürəkkəb
sual deyil. Məni “sənət dünyası”na məşhur “Playboy”
jurnalı üçün maraqlı şəkillər çəkdirməklə gələn Kim
Qardaşyanın kim olması maraqlandırır. Doğrudan da,
Kim kimdir?
Kim Qardaşyan əslində yarıçılpaq şəkilləri və birmə-
nalı qarşılanmayan video görüntüləri sayəsində məşhur-
laşmış hollivudludur. Bu şəkillərlə və video görüntülərlə
bağlı vəziyyət o yerdədir ki, hətta erməni ictimaiyyəti
belə bu şəxsin hərəkətlərini təqdir etmir. Aznavurun
başına and içən ermənilərin bir çoxu ondan daha məş-
hur olan Qardaşyanı bir növ “ermənilərin papağını yerə
soxduğuna görə” qəbul etmək istəmir. Və Kim bundan
əsla qayğılanmayıb özünün sosial şəbəkələrdən birində-
ki mirobloqunda yazır: “Gəlin hamımız birləşək və er-
mənilərin genosidi nəticəsində öldürülmüş 1,5 milyon
adamı xatırlayaq.”
Və yaxud, öz şəklini “Kosmopolitan” jurnalının türk
versiyasının qondarma erməni genosidi qeyd olunan
ayda çıxan sayında, (əlbəttə ki, üz qabığında) görəndə,
27
əməlli-başlı əsəbiləşir və s.
Bax belə. İndi gəl Kimin kim olması ilə bağlı sualı
birmənalı cavablandır görüm, necə cavablandırırsan?
İstəyirəm bir məqama da toxunum.
Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşır.
Fevralın 26-da məşum soyqırım aktının 21-ci ildönümü
qeyd olunacaq.Vəhçicəsinə qətlə yetirilmiş 613 soydaşı-
mızın ölümündən 21 il keçir az qala. 63 uşaq, 106 qadın,
70 qoca öldürülüb 1992-ci ilin 26 fevralında.
Xocalı Qətliamının tanınması məqsədilə Ağ Evin
rəsmi veb səhifəsində bir petisiya yerləşdirilib. Bu Xo-
calı petisiyasıdır. www.diaspora.az saytına girib bu pe-
tisiyaya səs vermək olar. Fevralın 25-nə qədər 100 000
adamın səs verməsi lazımdır. Bu yazını yazanda yenə
də həmin sayta girib baxdım. Təqribən 90 000 səsimiz
çatışmır...
www.avciya.az
5 fevral 2013-cü il
Dostları ilə paylaş: |