ŞEYTAN, TAMAH, PUL
Allah yaşadığımız kainatı əmələ gətirəndən sonra,
cürbəcürə heyvanları da yaratdı. Onların hamısını öz
himayasında saxlamaq üçün (Onlara sahiblik etmək
üçün) də insan adlı ən güclü bir məxluqu da dünyaya
gətirdi. Bir neçə əsr onlar dinc, azad yaşadılar. Bir
süfrədə oturub yeyib içdilər. Bu mənim, bu sənin deyə
ayrı seçkilik etmədilər. İllər gəlib keçdi. Günlərin bir
günündə Şeytan gördü ki, insanlar keyfdədir, can deyib,
can eşidirlər. Dedi, yox! Mən onları həmişə belə görsəm
bağrim partlayar. O allahdan gizli girdi insanların
bədəninə. İnsanlar başladılar ayrı seçkiliyə. Bu mənim,
bu da sənin deməyə. Əmələ gəldi paxıllıq, haqsızlıq, biri
birindən söz gəzdirmək, biri-birinə böhtan yağdırmaq,
israfçılıq, oğruluq, yalan danışmaq, faişəlik. Əmələ gəldi
güclülər, gücsüzlər varlılar və kasiblər.
Şeytan yenə sakit olmadı. Güclüləri qaldırdı
gücsüzlərin üstünə. İnsanlar başladılar biri-birini öldürüb
talan etməyə. Əmələ gəldi quldurlar, qaçaqlar. Güclülər
acizləri qul edib səhərdən axşamadək bir parça çörək
üçün işlətdilər. Beləliklə onlar bütün ixtiyarı onların
əlindən alıb, özləri ixtiyar sahibi oldular.
Allah gördü ki, insanların xasiyyətləri tamam
dəyişilib. Bildi ki, bu şeytanın işidir. Dedi, yox! Onları
əvvəlki vəziyyətə gəyirmək mənim üçün çətin olmasa da
(Əlbbət də onları əvvəlki vəziyyətə gətirmək Allah
üçün çətin deyil idi.) qoy belə yaşasınlar. O Şeytanı
tənbeh etmək üçün yanına çağırır. Şeytan gələn kimi
Allaha baş eyib deyir:
82