Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 
 
      
 
   
ÜRƏK 
 
   Dedim saq ol ürək, sən varsan bu gün, 
   Sən sönsən, puç olar arzular bütün. 
   Sənsən ağ günlərə səsləyən məni, 
   Layıqlı oğul tək bəsləyən məni. 
   Sənin xoş sözlərin mənə can verir, 
   Bütün bədənimə o dərman verir. 
   Keçdiyin yollara nəzər yetir bir, 
   Sənin saqlamlığın xoşbəxtliyimdir. 
   Baş üstə, göz üstə saxlaram səni, 
   Sənsiz gəzmək olmaz bağı, çəməni. 
   Gəl dostum, ürəyə vermə əziyyət, 
   Ürəkdir insana verən güc, qüvvət! 
 
      1994 
       UZUN MEŞƏ 
 
Uzunmeşə çəmənindən,  
Çox dərmişəm gül, bənövşə.     
Büyrütkanlı komalardan, 
Şəvə rəngli meyvələri 
                   dərdikcə mən, 
Tikan batıb əllərimə. 
Şirəsindən əlim, dilim qaralmışdır, 
Tikanından barmağımda iz qalmışdır.  
 
                                   1994 
  
                  
                     
 
     57 
                                              
 


 
 
 
          
 QƏLƏM 
 
Qələm sənə nə olmuşdur, 
Gözlərin niyə dolmuşdur. 
Nə sevincdən, nə kədərdən, 
Heç axmayır onlar nədən? 
 
Bəlkə artıq istəmirsən, 
Mənə xidmət göstərəsən. 
Bəlkə mənim qocalığım, 
Zərər gətirir adına? 
Bəlkə mənim ucalığım, 
Daha düşmür heç yadına? 
 
Qələm dilə gəldi bu dəm, 
Səndən ayrı düşsəm də mən, 
Mən hazıram qulluğunda, 
Baş qoyaram lap yolunda. 
Sən ağamsan, mən qulunam, 
Mənə xoşdur məni dansan 
Ancaq burda yox taxsırım, 
Bilməyirəm axı sənsiz, 
Zəncirləri necə qırım. 
Uca dağlar zirvəsinə, 
Necə qalxım, necə enim. 
 
Yadımdadır keçən günlər, 
Məclislərdə baş olduğun. 
Dörd yanında gül sənəmlər, 
Dostlara məclis qurduğun. 
 
                                              
 
 58 
                                              
 


 
  
Gülüşümüz dağlar aşıb,  
Sevincimiz aşıb, daşıb.  
Qəm-qüssə də az olmayıb, 
Bə”zən keyf də saz olmayıb. 
Sən demisən, mən yazmışam, 
Sən deyəni pozmamışam. 
 
Yaşlıları, cavanları, 
Zirvələrə qaldırmısan. 
Qəlbi pozqun olanları, 
Qayalardan saldırmısan. 
Sən demisən mən yazmışam, 
Sən deyəni pozmamışam. 
 
Sevənləri qucaqlayıb, 
Arzusuna çatdırmısan. 
Vəfasıza qamçı vurub, 
Zibilliyə batırmısan.  
Sən demisən, mən yazmışam, 
Sən deyəni pozmamışam. 
 
Hər gələndə Vətən sözü, 
Əyilərək torpağını, 
Öpə-öpə can demisən, 
Uzaq olsun səndən yağı, 
Ana vətən söyləmisən. 
Sən demisən, mən yazmışam, 
Sən deyəni pozmamışam. 
 
Anaların qarşısında  
Sən həmişə baş eymisən. 
 
                                                59 
                                              
 


 
  
Ən qiymətli kəlmələri, 
Sən onlara həsr etmisən. 
Sən demisən, mən yazmışam, 
Sən deyəni pozmamışam. 
 
Düz deyirsən  dostum qələm, 
Vəfan çoxdur bilir aləm. 
Səndən ayrı düşmək mənə, 
Ağır gəlir inan yenə. 
Sən qəlbimdən xəbər verən, 
Hər budaqdan min gül dərən 
Ürəyimə ruh vermisən. 
Əhsən dostum, sənə əhsən. 
 
Düz deyirsən mən dağ idim, 
Dərələrə dayaq idim. 
Qartallar da başım üstdə, 
Qonurdular dəstə-dəstə. 
 
Günəşdən borc, pay almışdım, 
Günəş kimi parlamağa. 
Söz vermişdim aldığımı, 
İnsanlara paylamağa. 
 
Düz deyirsən qələm dostum, 
Mən demişəm sən yazmısan, 
Mən deyəni pozmamısan. 
Qoy gələcək nəsillər də  
Səndən möhkəm yapışsınlar. 
Qoy onlar da  köməyinlə, 
Səadətə qovuşsunlar. 
1982 
                                                60 
                                              
 


 
   
   ÜRƏK VƏ ŞAİR 
 
     Gecəni, gündüzə qataraq hərdən, 
     Ayrıla bilməyirəm düşüncələrdən. 
     Xəyalım dünyanın seyrinə çıxır, 
     Beynimdə elə bil ildırım çaxır. 
     Ürək də rahatlıq verməyir mənə, 
     Deyir: ”Tələs şair, yaz - yarat yenə. 
     Sən uca dağların zirvəsinə qalx, 
     Bu gözəl dünyaya məhəbbətlə bax. 
     Bax ana yurdumun təbiətinə
     Heç varmı dünyada tay surətinə. 
     Meyvəli bağların meyvəsindən dər, 
     Yaşıl çəmənlərdə dost süfrəsin sər. 
     Billur bulaqların sən suyundan iç, 
     Dərə-təpələrin çığırından keç. 
     Qubanı, Şah dağı keçir nəzərdən, 
     İlham al yam-yaşıl mənzərələrdən 
     Sən bir çələng düzəlt görən şad olsun, 
     Dinləyən şad olsun, dinən şad olsun. 
     Tarixlər şahidi gözəl Gəncədən, 
     Günəşli gündüzdən, aylı gecədən, 
     Sən bir dastan yarat hər bucağından, 
     Ağsudan, Göy-Göldən, Kəpəz dağından. 
     Hamının qəlbinə qoy nur saçılsın,  
     Dahi Nizamının ruhu açılsın. 
     Ceyranlı çöllərə düşsə şikarın, 
     Heç güllə işlətmə, səslənsin tarın. 
     Əgər bulaq görsən bu yol boyunca, 
     Əyil dodağından  sən öp doyunca. 
                                          
 
     61 
                                              
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə