Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə11/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

____________Milli Kitabxana____________ 
 
43
haqqında” RK (b)P MK-nın 18 iyun 1925-ci il tarixli qərarı bu 
istiqamətdə atılan ilk addımlardan idi. Bu qərar  ədəbiyyatda 
parçalanma apardı. Fəaliyyətdə olan yazıçılar üç qrupa 
bölündü: proletar yazıçılar, burjua-qolçomaq yazıçıları  və 
cığırdaşlar. Beləliklə,  ədəbiyyatda və  ədəbi tənqiddə növbəti 
repressiyaların zəmini qoyuldu. Eyni millətin övladları    –  
ziyalılar, fikir adamları, yazıçılar bir-birinin simasında düşmən 
axtarmağa cəlb olundu.  
          Moskvadan  partiya  MK-nın hazırladığı,  ədəbi prosesə 
təsir edən dəyərləndirmə metodları rus ədəbi mühitində 
yoxlamadan çıxarılandan sonra yerlərə göndərilirdi. Əli Nazim 
yazırdı ki, “ədəbi tənqid bilxassə 1926-cı ildən sonra rus və 
başlıca olaraq marksist tənqidin vasitəsiz təsiri altında inkişaf 
edir” (bax: 36, 224). 1930-cu ildə Rusiyada “Против 
механического 
литературоведения» kitabından sonra 
Azərbaycanda 1931-ci ildə  “Ədəbiyyatşünaslıqda burjua 
təmayülləri əleyhinə” məcmuəsi çap olundu. 
         1920-ci  ildən başlayaraq  ədəbi prosesdə futurizm, 
mexanizm, pereverzevçilik, voronskiçilik, pilnyakçılıq və s. 
cərəyanları və axınları özünü göstərirdi ki, bunlar öz təzahürünü 
Azərbaycan  ədəbiyyatında da tapmışdı. K.V.Plexanovun və 
A.V.Lunaçarskinin fikirləri həmin cərəyan və axınların 


____________Milli Kitabxana____________ 
 
44
yaranmasına güclü təsir göstərmişdi. A.V.Lunaçarski də 
K.V.Plexanovun  nəzəri fikirlərinə  əsaslanırdı  və yazırdı ki, 
“marksist sənət nəzəriyyəsinin əsaslarını Plexanov yaratmışdır” 
(36, 224).  
        Ədəbiyyatşünas A.F.Kireyeva proletar mədəniyyətinin 
nəzəri məsələlərindən bəhs edərkən yazır: “Bəşəriyyətin 
mənəvi inkişafının ali forması olan proletar mədəniyyəti 
haqqında ideya məntiqi olaraq Rusiyada ilk təbliğatçısı 
K.V.Plexanov olan  marksist - sosializm  nəzəriyyəsindən 
ortaya çıxmışdı” ( 142, 49 ) .  K.V.Plexanovun marksist–
sosialist ideyaları 20-30-cu illər  ədəbiyyatında qruplaşmaların 
və onların  ədəbi ziddiyyət törədən mübahisələrinin səbəbi, 
nəzəri mənbəyi olur. Proletkultun lideri, öz siyasi-ideoloji 
görüşlərində Max və Avenariusun pozitivist fəlsəfəsinə istinad 
edən A.Boqdanov, K.V.Plexanovun proletar mədəniyyəti 
haqqındakı ideyalarını proletkultun nəzəri əsası kimi işləyərkən, 
onun fəlsəfəsində özünün görüşlərinin daha uyğun-menşevik 
tərəflərindən, dəqiq desək, K.V.Plexanovun “Saxta ideyalar” 
nəzəriyyəsindən istifadə etmişdi. Deməli, milli respublikaların, 
o cümlədən Azərbaycanın gənc marksist ədəbiyyatşünasları da 
K.V.Plexanov estetikasının A.Boqdanov zövqü ilə seçilmiş 
müddəalarından da istifadə etmiş  və bir müddət onu yeni 


____________Milli Kitabxana____________ 
 
45
ədəbiyyatşünaslığın marksist metodoloji əsası kimi qəbul 
etmişlər.  
          K.V.Plexanov 
estetikasının həlledici mövqeyə 
keçməsinin  əsas səbəbi,  əlbəttə, V.İ.Leninin ona ilk marksist 
kimi yüksək qiymət verməsi və kommunist dünyagörüşünün 
formalaşmasındakı böyük rolunu göstərməsi idi. V.İ.Lenin 
yazırdı: “Fəlsəfəyə dair Plexanovun yazdıqlarının hamısını 
öyrənmədən – məhz öyrənmədən – şüurlu,  əsil kommunist 
olmaq olmaz, çünki onun yazıları marksizmə dair bütün 
beynəlxalq ədəbiyyatın ən yaxşı əsərləridir” (65,  323).          
            K.V.Plexanovun 20-30-cu illərin  ədəbi həyatında, 
xüsusən də  ədəbi mübahisələrdə, marksizmin ədəbi işə 
tətbiqində  əhəmiyyətli rol oynamış V.M.Friçe, V.F.Pereverzev 
və s. kimi marksist professor şagirdləri fəaliyyət göstərmişlər. 
            20-30-cu illərdə Azərbaycan ədəbi mühitində Plexanova 
münasibətin xarakteri müxtəlif idi; onun rolunu marksist-estetik 
kimi mütləqləşdirir, onunla mübahisə edir, onun irsini, xüsusilə 
tarix və estetikaya dair təlimini təkcə  məktəb yox, həm də 
mənbə kimi qəbul edirdilər. Bütövlükdə  həmin dövr 
ədəbiyyatçılarının (Ə.Nazim, H.Zeynallı, M.Hüseyn, 
M.Quliyev və b.) sənətin ictimai mənşəyi və estetik təkamülü 
ilə bağlı fikirləri ya birbaşa, ya da vulqar sosiologizm, sonralar 


____________Milli Kitabxana____________ 
 
46
RAAP-çılar vasitəsilə K.V.Plexanov estetikasından gəlirdi. 
Onlar Plexanov estetikasını birtipli aspektdə oxumur, zəngin 
əlaqələr zəminində dayanan çoxcəhətli sistem kimi qəbul 
edirdilər. 
            1928-ci  ildə çap olunan “Ədəbiyyatdan iş kitabı”nın 
birinci hissəsi Azərbaycan milli ədəbiyyatının inkişafında 
əhəmiyyətli rol oynamışdır. Kitab H.Zeynallı, A.Şaiq, 
A.Musaxanlı  və C.Əfəndizadə  tərəfindən yazılmışdı. Burada 
istər Azərbaycan, istərsə də Avropa və rus ədəbiyyatlarının hər 
bir mərhələsi onu yetirən ictimai-tarixi şəraitlə  vəhdətdə 
araşdırılır, bu zaman müəlliflər marksist metodologiyasının 
prinsiplərinə, xüsusilə görkəmli marksist K.V.Plexanovun 
“Tarixə monistik baxış” konsepsiyasına istinad edirdilər. 
        Bununla  belə, 20-ci illərin sonuna doğru K.V.Plexanov 
nəzəriyyəsinin səhv cəhətləri də marksist ədəbiyyatşünasların 
gözündən yayınmır. Rusiyada Plexanov estetikasının tənqidini 
ilk dəfə 1928-ci ildə L.V.Lunaçarski vermişdi. O, Kommunist 
Akademiyasındakı  məruzəsində K.V.Plexanovun “menşevik 
totalizmi”ni kəskin tənqid edir. 
       Plexanova münasibətin 30-cu illər formulası təxminən belə 
idi: “bütün Plexanov – çıxılsın onun menşevizmi”.  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə