Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

93
Yaqub Məğrur
Vətən naminə
Bu minvalla iki dəfə girib - çıxdı  yuvasına,
Hər dəfə bir qızıl onluq atdı onun qarşısına.
Kişi heç nə anlamadı, elə bildi yuxu görür,
Fikirləşdi, ilan neycün ona qızıl onluq verir?
Qızıllarsa parıldadı, qızmar günəş şüasından,
Ovçu vaz keçdi ilanı məhv eləmək qərarından.
Beləliklə ələ aldı, tezliklə kişi özünü,
Anladı ki, ilan çıxır yaxşılığın əvəzini.
Ona görə öncə qorxan adam gəldi cəsarətə,
İlanın da getdiyini görüb keçdi hərəkətə.
Qızılları götürərək kişi qaçdı evinədək,
Əhvalatı nəql elədi, arvadına sevinərək.
Yoldaşısa “bıy, ay kişi, başına at təpib nədi?
Get, ilandan qızılların hamısın al gətir!” – dedi.
İlan ilə təmas qurdu, bir həftədə o, üç dəfə,
Hər dəfə də iki onluq qızıl ilə döndü evə.
Lakin onun arvadını bu da qane eyləmədi,
Yazıq ərin üzərinə qışqıraraq belə dedi:
“Əşi, gör nə əfəlsən ki, bu yollarda gic qalmısan,
Axı bir ilan nədir ki, sən onunla bacarmırsan?
Get, ilanı vurub öldür, gətir bütün qızılları!
Bundan sonra insan kimi biz də ömür sürək barı!”


Arvad onu inandırdı, “orda böyük xəzinə var,
Hamısını gətirməsən, dünya olar başına dar!”
Yazıq kişi tabe oldu, arvadının “hava”sına,
Bel götürüb yola düşdü, həmin ilan yuvasına.
Onun fikri öldürmək yox, kənar etməkdi ilanı,
Yuvasını qazıb, ordan götürmək, olub - qalanı.
İş də elə gətirdi ki, ovçu neçə təpə aşdı, 
İlan ilə yuvasının qabağında qarşılaşdı.
İlan onu görüb qalxdı, yuva yerləşən təpəyə,
Düşündü ki, zalım oğlu görən, gəlib yenə nəyə?
Kişi elə anladı ki, ilan onu yaxşı görür,
Yuvasını dağıtmağa yəqin özü imkan verir.
O, yuvanı qazımağa başlamışdı elə təzə,
Qəfildən hiss elədi ki, nəsə düşdü başa - üzə.
İlan sanki anlamışdı, onun nankor xislətini,
Sifətinə tüpürmüşdü, qorumaqçün “qismət”ini.
Üz-başıni silən zaman kişi qandı bu nəsnəyi,
Əlinə də bulaşmışdı, artıq ilan “tüpürcəyi”.
Sifətindən təmizlədi, kişi ilan zəhərini,
Buradan qaçmaqda gördü, qurtulmağın təhərini.
Beləliklə ovçu - ilan dostluğu da çatdı sona,
Həyatında bu təmasdan bir yadigar qaldı ona...
94
Yaqub Məğrur
Vətən naminə


95
Yaqub Məğrur
Vətən naminə
İndi həmin ovçu ilə bir çoxları görüşərkən,
Ayırd edə bilməyirlər, yaralanıb üzü nədən?
Hətta elə zənn edirlər, adi yanıq izləridir,
Buna əsas verən isə, ovçunun öz sözləridir.
Ancaq ki, bu hala salıb, onu pula hərisliyi,
Öz tamahkar arvadının acgözlüyü və tərsliyi.
Yaqub Məğrur anlatdı ki, hamının var dəyanəti,
Hətta adi sürünən də, bağışlamır xəyanəti.
Burada lap yerinə düşən, bir atalar məsəli var,
Hər kəs yadda saxlasın ki, “artıq tamah başı yarar!”... 


ANBARDAR VƏ KEŞİKÇİ
(Qədim hind əfsanəsi əsasında nəzmə çəkilmişdir)
Böyük bir çay ayırırdı, iki yerə bir meşəni,
Vəhşi aləm ömür sürüb yeyirdi ələ düşəni.
Bir sahildən digərinə keçən bütün heyvanları,
Timsah adlı su cəlladı məhv edərdi karvanları.
Bundan bezən vəhşi aləm toplaşdılar bir araya,
Timsahlardan qorunmaqçün tədbir qoydular ortaya.
Soruşdular, dərdimizə axı necə əlac qılaq?
Yekun qərar bu oldu ki, “çay üstündən körpü salaq!”
Fəqət çox düşünsələr də, bilmədilər gündüz-gecə, 
Sahilləri birləşdirən bir körpü salsınlar necə?
Razılığa gəldilər ki, insanları səsləsinlər, 
Gedib adəm padşahından kömək, imdad diləsinlər.
İlk olaraq ağ saraya göndərdilər kral şiri,
Şahdan xahiş eyləsin ki, başlasın körpü işləri.
Şir saraya daxil oldu, nərildəyə-nərildəyə, 
Padşah onu dinləyərək, gülüb qoydu məsxərəyə.
Dedi, “bütün vəhşi aləm baş əyir igidliyinə,
İnan, indi məəttələm, sənin bu acizliyinə.
Əgər belə maymaqsansa, nə qoymusan başına tac?
Bir timsahla bacarmırsan, qalmısan insana möhtac.
96
Yaqub Məğrur
Vətən naminə


97
Yaqub Məğrur
Vətən naminə
Səndən heç cür kral olmaz, dərhal çıx get buralardan!
Bir də heç vaxt nəriltini eşitməyim oralardan!”
Əyanlar da lağa qoyub saraydan qovdular şiri,
Suyu süzülə-süzülə tez qayıtdı aslan geri.
Heyvanlarsa yığıldılar, dərhal onun ətrafına,
Dinləyərək acıdılar, yazıq şirin bu halına.
Məşvərətə toplaşdılar, yenə bütün vəhşi kütlə,
Düşündülər, axı nədən çevrilib bu iş müşkülə?
Çox götür-qoy eylədilər, son qərara gələ-gələ,
Hamısının nəzərləri yetirildi nəhəng filə.
Fil də iri addımlarla gedib çıxdı ağ saraya,
Ancaq onun da gedişi olmadı dərman yaraya.
Şah və saray əyanları onu da qoydular lağa,
Dedilər ki, “utanmırsan, bənzəyirsən uca dağa? 
İnanmırıq, timsah necə parçalaya bilər səni? 
Ölçüsündən beş-on dəfə iri səntək heyvərəni. 
Bunun bizə dəxli yoxdur, rədd ol, çıx get öz yerinə!
Vəhşilər də çarə tapsın, qoy özləri özlərinə!” 
Fil əli boş döndü geri, başı yenik, həyəcanlı, 
Vəhşi aləm onu görüb, oldu sanki dəli qanlı.
Növbə ilə ayı, pələng, qurd,.. getsələr də xahişə,
Çarə tapa bilmədilər, düyünə düşən bu işə. 


Artıq gedib-gəlsələr də, görmədilər faydasını.
Heç cür tapa bilmədilər, körpü tikmək qaydasını.
Xəyallara daldılar ki, bəs biz necə körpü salaq?
Gördülər ki, toz içində mürgü vurur uzunqulaq.
Düşündülər, onu şahın hüzuruna göndərsələr, 
Bəlkə fağır görkəmiylə şahı fikrindən döndərər.
Dedilər ki, “qalx ayağa, tez təmizlə üst-başını,
Get, sarayın qarşısında axıt, qanlı göz yaşını!”
Yazıq ulaq asta-asta getdi saray ünvanına,
İçəriyə keçib, sanki düşdü cənnət məkanına...
...Vəhşi aləm bir də gördü, budur gəlir uzunqulaq,
Karvan ilə material gətirir o, qalaq-qalaq...
Ancaq başa düşmədilər, bunu necə etdi ulaq?
İnsanlarla vəhşi aləm arasında saldı “zolaq”.
Ona görə soruşdular, “axı nə cür fail oldun? 
Heç kimin bacarmadığı işə necə nail oldun?”
Uzunqulaq buyurdu ki, “saraya daxil olanda,
Məni dərhal qarşıladı, bir keşikçi dar dalanda.
Sonra xəlvət anbardarın otağına ötürdü o,
Onu mənə, məni ona təqdim edib yetirdi o.
Dedilər ki, saraydakı qohumlara tuş gəlmisən,
Yaxşı olub, nəhayət ki, durub bizə xoş gəlmisən.”
98
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə