Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

61
Yaqub Məğrur
Vətən naminə
ATA HAQQI, ANA HAQQI   
Yaradandan ata haqqı verilmişdir ər kişiyə,   
Cəmiyyətdə bu yüksək ad qismət olmur hər kişiyə.
Ailənin bütövlüyü sığınır ata adına, 
Ata-ana birgə çatır övladların imdadına.
İgidlərə bir örnəkdir, ataların ömür yolu,
Dədələrin ad-sanıyla açılışır əli-qolu.
Bərabərdir ataların, anaların haqları tən, 
Övladları bəhrələnir cütlüyün hörmətlərindən.
Ana haqqı müqəddəsdir hər övladın üzərində, 
Kim qoruya biləcəksə, ucalar el nəzərində. 
Ata-ana arzusuna mənfi cavab vermək olmaz,  
Valideynlər qocalanda haqlarına girmək olmaz.
Cəmiyyətdə rüsvay olar, bu haqları itirənlər,   
Yaltaqlıqla özgələrin minnətini götürənlər.
Həm atanın, həm ananın haqları var bir-birində, 
Göz-bəbək tək qorunmalı dünyamızın hər yerində.
Övladlara sözüm budur, ata haqqın unutmayın!  
Xoşbəxtliyə çatsanız da, ana haqqın unutmayın!
Ata-ana haqlarından belə yazdı Yaqub Məğrur, 
Onu uca tutduğundan, ömrü boyu duyur qürur. 


QEYRƏT DƏRSİ, İSMƏT DƏRSİ
Heç bir ata övladının həyatına girə bilməz,
Tərbiyədən qiymətli bir hədiyyəni verə bilməz.
Ataların ömür boyu etdiyi pis vərdişləri,
Dönüb olur övladların qüsur dolu gərdişləri.
Hər bir uşaq atalardan götürməli mərdliyini, 
Həm igidlik, yurdsevərlik, həm kişilik, ərliyini.
Atasından almalıdır, hər bir uşaq qeyrət dərsi,
Alicənab, sözübütöv, zəhmətsevər, qüdrət dərsi.
Anasından götürməli uşaq isti qanlığını,
Həm ləyaqət, həm sədaqət, həm ailə canlığını.
Hər bir uşaq analardan almalıdır hizmət dərsi, 
Həm zəriflik, mülayimlik, həm ar-namus, ismət dərsi.
Ataların borclarıdır, ən birinci işi kimi,
Oğlanları hazırlasın ata kimi, kişi kimi.
Anaların borclarıdır, əsil xanım xatun kimi,
Qızlarını yetişdirsin ana kimi, qadın kimi,
Ata-ana hüquqları tam bərabər olmalıdır,
Övladların tərbiyəsi qayğısına qalmalıdır.
Yalan pis bir iş olsaydı, valideynlər dinməzdilər,
Uşaqların qarşısında heç vaxt yalan deməzdilər.
62
Yaqub Məğrur
Vətən naminə


63
Yaqub Məğrur
Vətən naminə
Uşaq təlim-tərbiyəsi ilə məşğul olan adəm,
Bilməlidir, izlənir o, daim uşaq tərəfindən.
Ana uşaq idealı olur ata qayğısıyla, 
Yaradıcı varlıq kimi yanaşdığı sayğısıyla.
Ata idealı daim uşaq gözündə aranır, 
Nüfuzu isə ananın ucaltmasıyla yaranır.
Nüfuz valideynin yüksək keyfiyyətlər mənasıdır, 
Uşaqlara təsir edən güc və qüdrət aynasıdır.
Nüfuz uşağın qəlbində qazanılır həssaslıqla,
Xoş xasiyyət, incə, zərif, cəsarətli rəftarlıqla.
Mənəvi idealını uşaq valideyndə görsə,
Çatar böyük səadətə, əgər belə ömür sürsə.
Uşaq ata-anaların şəffaf, təmiz güzgüsüdür, 
Ailənin Tanrı verən taleyinin cizgisidir.
Uşaqlara əmr etmək yox, gərəkdir məsləhət vermək,
İdarə eyləməkdənsə, düzgün istiqamət vermək.
Öyüd vermək əvəzinə vacibəndir sübut etmək,
Buyurmağın yerinəsə gərəkdir nəsə öyrətmək.
Yeniyetmə əxlaqıysa asılıdır anasından,
Uşaq çağlarında necə tərbiyə olunmasından.
Gənclərinsə tərbiyəsi asılıdır doğulandan, 
Qəlbinə on yaşınadək nələr isə qoyulandan. 


ALTMIŞ YAŞIM
Yığıb şələ-şüləsini köçür sona çatmış yaşım, 
Qoyur ömür yollarıma qədəmini altmış yaşım.
Taleyimin hökmü ilə çalışdım çox vəzifədə,
Bir məqamda ərz elədim, lirikada söz ifadə.
Yağı qəfil hücum edib, zəhərlədi su-havamı,
Köçkün saldı el-obamı, talan etdi yurd-yuvamı.
Sürgün kimi ömür sürdüm, Muğandakı şoranlıqda,
Şeir yazdım, neft qoxulu çıraq yanan qaranlıqda.
Mənə daim əzab verdi, insanların sönük üzü,
Yurd dərdindən cuşə gəldi, ilhamımın doğru-düzü.
İlk şeiri həsrətimlə yazdım o vaxt - qırx yaşımda, 
Bax o hicran yanğısını yaşadıram yaddaşımda.
Nəhayət ki, Qarabağa səfər etmək istəyirəm,
Cəbrayıla, Mərcanlıya dönüb yetmək istəyirəm.
Saysız işlər yetirmişəm, bax bu altı on illikdə, 
Çətin yollar qət etmişəm, qələmimlə mən birlikdə.
Yeddi kitab çap etmişəm, iyirmi il müddətində,
Şairanə dayanmışam, ədəbiyyat ximətində.
Yaqub Məğrur iftixarla yola salır altmış yaşı,
Nəzəriylə nişan alır, növbədəki yetmiş yaşı
64
Yaqub Məğrur
Vətən naminə


65
Yaqub Məğrur
Vətən naminə
TƏB MƏKANIM
Eni, boyu, hündürlüyü üç metrlik dar otağım,
Hətta darısqal olsan da genişliyin var, otağım!
Məni bu “həyat dibi”nə yönləndirib allahsızlar,
Doqquzuncu mərtəbədən şərəfsizlər, həyasızlar.
Kirayədar gəlib yığır, boğazıma hey canımı, 
“Sakit danış!” tələbiylə qaraldır o, mey qanımı.
Dar günümdə təzyiqlərə sinə gərdin, ay otağım!
Harayıma dərhal verdin, təskinlikli hay, otağım!
Beş ildir ki, xidmətinlə zirvələrə yol gedirəm, 
Bir əlimdə qələm-kağız şeirlərə əl edirəm.
Özün ilə fəxr edirəm, daşıdığın ada görə,
Ağuşunda nəşr etdiyim qəzet “Təhqiqat”a görə.
Bilmirəm ki, necə olur, səndə coşur hurilərim?
Ürəyimə qonaq gəlir, dərhal ilham pərilərim.
İçindədir təb məkanım - yaradıcılıq otağım,
Dəyərinlə oldun həmdəm, həm də ucalıq otağım.
Yaraşıqlı, əzəmətli növrağına var xitabım,
Yaza-yaza yaratmışam, səndə çıxıb dörd kitabım.
Şükür olsun Yaradana, istəyim nə olar daha? 
Söylədiyim bu kəlmələr təki, getsin xoş Allaha!


Gələcəkdə olarsa da, qəlbi qara yad təsirlər,
Yaqub Məğrur yaradacaq, yenə dəyərli əsərlər.
SÖZ
Hər kəsin söz aləmi öz daxili dünyası, 
Qaş gözlərin sipəri, gözsə qəlbin aynası.
İnsan görüb dinləyir, yalnız gözlə, qulaqla,
Böyük dastan bağlayır, sözü-sözə calaqla.
Titrəyir səs telləri, sözün incə səsiylə,
İşlədir cüt əlləri, söz öz kəshakəsiylə.
Beyinin təsiriylə əmr eləyir ayağa,
Dünya boyda bədəni söykəndirir dayağa.
Acı sözlər deyilir, qəlbə yara vuranda,
Hətta dil də əyilir, söz önündə duranda.
Elə söz var insanı zirvələrə qaldırır,
Elə söz də olur ki, zirvələrdən saldırır.
Deyilməzsə yerində, söz olur üz qarası, 
Qılınc kəsən sağalar, sağalmaz söz yarası.
Bir dəvənin dərisi ağır yükdür ulağa,
Sözün var öz qüdrəti, ehtiyac yox silaha.
Çıxanadək ağızdan insan sözün ağası,
Söz ki, çıxdı dilindən, olur başın bəlası.
66
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə