Yan, İnduksiya və Mİkrokarotaj üsullari



Yüklə 226,51 Kb.
səhifə2/2
tarix29.04.2022
ölçüsü226,51 Kb.
#86248
1   2
New Microsoft Word Document

Mikro Yan karotajı üsulu


Qeyd etdiyimiz kimi mikrokapotajla kiçik layların sərhədləri dəqiq təyin edilir, lakin onların xüsusi müqavimətinin təyin edilməsinə bu zondun tədqiqat radiusu imkan vermir. Kollektorla bircinsi olmayıb coxsaylı laycıqlardan təşkil olunduqlarından onların xüsusi müqavimətinin təyini çox böyük maraq kəsb edir. Bu məqsədlədə mikroyan karotajından istifadə edilir. Mikro yan karotajı üsulu klassik MK üsulunun modifikasiyalarından biridir. Mikro Yan karotajı üsulunun MK üsulundan fərqi ekranlaşdırma yolu ilə cərəyan qüvvə xətlərinin laya doğru fokuslaşdırılmasından ibarətdir. Adi MK zondları ilə ölçü işləri zamanı alınan xüsusi müqavimət təhrif olunmuş şəkildə olur. Yəni bu qiymətə aralıq qat, gil qabığı, ətraf lay vəs. Təsir göstərir. Bu təsirləri aradan qaldırmaq üçün kiçik layların tədqiqində Mikroyan karotajı (YK) üsulundan istifadə olunur. Mikroyan karotajının quruluşu və iş prinsipi aşağıdakı kimidir: bir-birindən tədric edilmiş (izolə edilmiş) elekrodlar rezin başmaq üzərində yerləşdirilir (şək.).



Bu elaktrodların iş prinsipi yan karotajının iş prinsipi ilə eynidir, ancaq ölçülərinə görə bir-birindən fərqlənirlər. Mikroyan karotajında istifadə edilən elektrodlar həlqəvari olur. Mikroyan karotajına hətta 20 mm-lik qalınlığa malik «gil qazmağı»da təsir edə bilmir. Bu karotojda kiçik qalınlıqlı laylın xüsusi müqavimətindən başqa mikro kavernomer əyrisidə qeyd edilir ki, buda quyu oxu boyu diametrin laylar qarşısında dəyişməsmini tam dəqiq təyin etməyə imkan verir.



Mikroyan karotajı YK üsulunun iş prinsipi YK-3 və YK-7-də olduğu kimidir. Yəni mərkəzi elektroddan çıxan cərəyan qüvvə xətləri ekran elektrodları vasitəsilə laya doğru istiqamətləndirilir. Potensialın bərabərliyini MN ölçü elektrodları təmin edir. Mikro YK üsulu aşağıdakı şəkillərdə göstərmək olar.



Şəkildən göründüyü kimi mikro YK zondu bir-birindən 15-17 mm məsafədə yerləşən həlqavari elektrodlardan ibarətdir. Şəkil.2.-də də göründüyü kimi mərkəzi A0 elektrodundan çıxan cərəyan qüvvə xətləri Ae ekran elektrodu vasitəsilə laya doğru fokuslaşdırılır. Potensialın bərabərliyini MN ölçü elektrodları təmin edir. UM=UN bərabərliyi ödənilir. Mikro YK üsulu alınmış xüsusi müqaviməti aşağıdakı kimi ifadə olunur:
Yüklə 226,51 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə