Yan, İnduksiya və Mİkrokarotaj üsullari



Yüklə 226,51 Kb.
səhifə1/2
tarix29.04.2022
ölçüsü226,51 Kb.
#86248
  1   2
New Microsoft Word Document


YAN, İNDUKSİYA VƏ MİKROKAROTAJ ÜSULLARI

Təcrübədə elə hallara rast gəlinir ki, lay sularının xüsusi müqaviməti quyu qazılan gil məhlulunun xüsusi müqavimətindən çox-çox yüksək olur. Belə mühitlərdə adi elektrik karatoj zondlarından istifadə səmərəsiz olur. Buna səbəb quyuda yaradılan elektrik həmin yalnız gil məhlulunda paylanmasıdır. Belə şəraitdə ölçü işlərinin nəticəcələri yalnız gil məhlulunun xüsusi müqaviməti ilə əlaqədar olur. Yəni lay zaqqında məlumat almaq olmur. Çünki elektrik sahəsinin cərəyan qüvvə xətləri laya daxil ola bilmir. Buna səbəb layların xüsusi müqavimətinin çox yüksək olmasıdır. Bu isə keçiriciliyin azalması deməkdir. Məhz bu baxımdan da yüksək müqavimətli layların kəsilişlərin tədqiqatında yan karatoj üsulu onun modifikasiyalarının tətbiqi daha səmərəlidir. Yan karatoj üsulu elektrik karatojunun modifikasiyalarından biri olub bütün quyu kəsilişlərinin məhsuldar qat çöküntülərinin yerləşdiyi hissələrdə aparılır. Bu üsulun məzmunu aşağıdakı şəkildədir. Bu üsulda cərəyan elektrodları ilə yanaşı ekran elektrodlarıda iştirak iedir. Ekran elektrodlarının əsas funksiyası mərkəzi A0 elektrodundan çıxan cərəyan qüvvə xətlərini fokuslaşdıraraq quyu oxuna perpendikulyar istiqamətdə laya doğru istiqamətləndirməkdən ibarətdir. Nəticədə ölçülən xüsusi müqavimət təxminən 80-90 faiz layın həqiqi xüsusi müqavimətinin qiymətini verir.

Elektrodların sayına görə YK-nın üç-, yeddi-, və doqquz elektrodlu zondları mövcuddur. Bu zondlar bir-birindən elektrodlarının sayına və formasına görə fərqlənir (şəkil 1,2)

Şəkil.1. YK zondunun sxemi: I-üç elektrodlu (YK3), II-yeddi elektrodlu (YK7), III-doqquz elektrodlu (psevdo) yan karotajı



Şəkil 2. Bircinsli mühitdə cərəyan xətlərinin paylanması. I-üçelektrodlu, IIyeddi elektrodlu, III-çoxelektrodlu

Bu modifikssiyalar iş prinsipləri eyni olmaqla elektrodların sayına və quruluşlarına görə bir-birlərindən fərqlənirlər. Təcrübədə yan karotajının 3, 7 modifikasiyalarından istifadə olunur

Üç elektrodlu YK zondunda elektrodlar silindir formasında, yeddi və doqquz elktrodlu YK- zondlarında isə elektrodlar ya nöqtəvi ya da halqavari şəkildə olur.

Mədən geofizikası təcrübəsində üç və yeddi elektrodlu zondlar eləcədə mikroyan karotaj zondu daha geniş tətbiq olunur.

3 elektrodlu yan karatoj üsulu (UK-3)

3 elektrodlu yan karatoju üsulu. Yan karatojinin 1-ci modifikasiyasıdır. Bu karatoj zondu 1 düz xətt üzərində 2 ekran və 1 mərkəzi elektrodun ardıcıl yerləşməsindən ibarətdir. Bu elektrodlar çubuqvari formadadırlar. Mərkəzi A0 elektrodu ekran elektrodlarından ölçücə bir neçə dəfə kiçikdir. Ekran elektrodlarının funksiyası mərkəzi A elektrodundan verilən cərəyan qüvvə xətlərini fokuslaşdıraraq laya doğru istiqamətləndirməkdən ibarətdir.

Şəkil3 3 elektrodlu yan karatoj zondunun iş prinsipi aşağıdakı şəkildədir. Sxemdəndə göründüyü kimi hər 3 elektrod cərəyan elektrodudur. Bu elektrodlara eyni anda cərəyan verilir və potensialın bərabərliyini yaratmaq məqsədilə bu elektrodlar biri-birinə r=0,01Om-luq rezistorlar vasitəsilə birləşdirilir. Nəticədə mərkəzi A0 elektrodundan çıxan cərəyan qüvvə xətləri Ae1 və Ae2 ekran elektrodları vasitəsilə fokuslaşdırılaraq laya doğru istiqamətlərdirlər. Bu isə layın həqiqi xüsusi müqavimətin ölçülməsinə bilavasitə zəmin yaradır. Yandan ölçü nöqtəsi kimi A0 mərkəzi elektrodunun tən ortası (mərkəzi) götürülür. Zondun uzunluğu xəyali O1 O2 ölçü nöqtələri arasında məsafə götürülür. Bu ölçü nöqtələri uyğun olaraq rezustorların mərkəzi götürülür. Zondun ümumi uzunluğu isə ekran elektrodları arasındakı məsafəyə bərabər götürülür. Yan karatojunun nəzəriyyəsində zondun ümumi uzunluğu kimi L-2l zondudur. Yan karatoj üsulu ilə ölçü zamanı ölçü nəticələri yan karatajı YK-3 zondunun parametrlərindən kəskin asılı olur. Yəni bu parametrlər elə seçilir ki, mərkəzi elektroddan çıxan cərəyan qüvvə xətləri laya doğru tam istiqamətləndirilir. Bunun üçün zondun uzunluğunu zondun diametrinə nisbəti nəzərə alınmalıdır.

Ll=(1,52)dz qədər götürülməlidir. Fokuslaşdırmanın dərəcəsini maksimuma qaldırmaq üçün zondun uzunluğu ilə zondun ümumi uzunluğu arasında aşağıdakı şərtlər nəzərə alınmalıdır. Məsələn Lümumi=(810)dy Lzond=(0,50,6)dquyu . belə olduqda f.x.m-ının ölçülən qiyməti layın həqiqi xüsusi müqavimətinin qiymətindən 10% qədər fərqlənir ki, bu da təcrübədə sayılan xəta kimi qəbul edilir. Üç elektrodlu YK zondunun əmsalı zondun ölçüsündən asılı olub, k  2L0 /ln2L/ dz düsturu ilə təyin edilir. Burada L-zondun ümumi uzunluğu (A1 və A2 elektrodlarının kənar ucları arasındakı məsafə), L0 - əsas elektrodun (A0) uzunluğu, dz- zondun diametridir.

Hazırda istifadə olunan YK cihazlarında L0=0,18m; L=3,2m; dz=0,07m olduğundan zond əmsalı 0,24-ə bərabərdir.

Üç elektrodlu YK zondunda ölçü nöqtəsi A0 elektrodunun tən yarısına aid edilir. Ümumiyyətlə L0=0,150,3m olduğundan ekranlaşdırıcı zondlar yüksək ayırdedicilik xüsusiyyətinə malik olurlar.

Yeddi elektrodlu yan karatojı zondu UK-ə. Bu zondun UK-3-dən fərqi ondan ibarətdir ki, bu karatoj zondu 7 nöqtəvi elektroddan ibarətdir. Bunlardan 3-ü cərəyan (Ae1, A0, Ae2) 4-ü isə ölçü elektrodloridi (M1, M2 /N1, N2) (şəkil.1, II)

Zondun uzunluğu UK-3-də zondunun uzunluğu kimidir. UK-7-də fokuslaşdırmanın tam baş tutması üçün foekuslaşdırma dərəcəsi adlanan, parametrdən istifadə edilir. Aşağıdakı kimi yazılır q fokuslaşdırma parametri

q Lum Lz

Lz q=1,3-1,5

Ümumiyyətlə yan karatoj üsulunun tədqiqat radiusu 1-2 m arasında dəyişir. Süxurların FXM-ni təyin etmək üçün zondun istənilən elektrodu ilə (praktiki olaraq hər üç elektrodun potensialı eynidir) nisbətən böyük məsafədə yerləşən N elektrodu arasındakı potensial (U) ölçülür. Nəticədə fxm -in qiyməti aşağıdakı düsturla təyin edilir.

fxm k U

I0

Cərəyanın (İ0) sabit qiymətində potensialın dəyişməsini qeyd etməklə fxm əyrisi alınır.

YK diaqramlarının ilkin emalı tədqiqat üçün seçilmiş layların sərhədlərinin və qalınlığının təyinindən, onların xüsusi müqavimətlərinin qiymətləndirilməsindən və bu qiymətlərə cihazın, quyunun, layın qalınlığının (h) eləcədə ətraf layların xüsusi müqavimətlərinin (ətr) təsirinə görə düzəlişlərin verilməsindən ibarətdir. Bu düzəlişlər sistemi diaqramların qeydiyyatında istifadə olunmuş cihazların növünə uyğun mövcud qaydalar əsasında yerinə yetirilir. Diaqramların transformasiyasında yekun məqsəd quyu şəraitinin və cihazın ölçü nəticələrinə təsirini aradan qaldırmaqla ölçü nəticələrini sonsuz qalınlıqlı lay şəraitinə və yaxud standart quyu şəraitinə uyğunlaşdırmaqdır.



Yüklə 226,51 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə