Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi

İkinci fəsil 
Səni yad etmək qəlbimizdə tufan 
yaradır 
Xəstəxananın  Ürək  Reanimasiya  şöbəsinin  pəncərəsi 
arxasından  bütün  xəstələr,  xüsusilə  də  nənəm  üçün  dua 
edirdim.  Bir-iki  gün  idi  ürəyində  yaranmış  ağrılara  görə 
xəstəxanada  yatırdı.  Dərin  fikirlərə  daldığım  halda  birdən 
bir nəfər başını mənə çevirib salam verdi. Həmid idi. Hələ 
də  gözlərinə  baxmağa  cürət  etmirdim.  Hətta  o  günə  kimi 
gözlərinin  nə  rəngdə  olduğunu  belə  bilmirdim.  Dedi: 
“Narahat  olma,  nənənin  vəziyyəti  yaxşıdır.  Hə,  bir  də  iki 
gün  sonraya  genetik  müayinə  üçün  həkimdən  növbə 
almışam”. 
Növbəmiz  çatan  gün  anamı  da  özümüzlə  apardıq. 
Anamla mən qabaqda gedirdik, Həmid də arxadan gəlirdi. 
Həkimin  otağına  çatanda  anam  növbətçidən  soruşdu: 


 
28 
“Həkim  gəlib,  ya  yox?”  Növbətçi  dedi:  “Həkim 
məzuniyyətə  çıxdığı  üçün  bu  günə  verilmiş  növbələri 
çərşənbə axşamına keçirdik”. 
Həmid  dedi:  “Bibi,  siz  niyə  zəhmət  çəkirsiz?  Mən 
özüm  gələn  həftəyə  vaxt  təyin  edərəm.  Siz  əyləşin”. 
Həmid  vaxt  almağa  gedəndə  anam  gülərək  astadan  dedi: 
“Fərzanə, deyəsən, bu sənin atandan da qısqancdır”.  
Gülümsədim.  Utanmasaydım,  anama  belə  deyərdim: 
“Gələcək  həyat  yoldaşına  qarşı  belə  həssas  və  diqqətli 
olması xoşuma gəlir”. 
Klinikadan  çıxanda  Həmid  bizi  evə  aparmaq  istəyirdi, 
ancaq  biz  bazara  getməli  olduğumuzdan,  orada  ondan 
ayrıldıq. 
İkinci  gün  özümüz  həkimə  getdik.  Gözləmə  zalında 
oturmuşdum,  hələ  növbəmiz  çatmamışdı.  Hava  mülayim 
idi, payız günəşinin şüaları pəncərədən içəri düşürdü. 
Həmid  özünü  soyuqqanlı  göstərməyə  çalışsa  da, 
yüngülcə  titrəyən  əlləri  həyəcanlı  olmasından  xəbər 
verirdi.  Onun  şıltaqlığı  da  tutmuşdu.  Əlindəki  mobil 
telefonu elə tərpədirdi ki, günəş şüaları gözlərimə düşürdü. 
O,  elə  uşaqlıqdan  bu  kimi  dəcəlliklərindən  qalmırdı. 
Mülayim  səslə  dedim:  “Həmid  ağa,  olar  ki,  belə 
etməyəsiz?!”  Nişanlanandan  bir  ay  sonraya  qədər  onunla 
rəsmi danışır, “siz” deyə müraciət edirdim. 
“Siyahkali”  soyadını  eşidən  kimi  vaxt  itirmədən 
həkimin  otağına  getdik.  Həmid  qapını  açdı  və  məndən 
sonra içəri girdi.  
Yaşlı  qadın  olan  həkim  bizim  qohumluq  əlaqəmiz 
barədə  soruşdu.  Bir  neçə  nəsil  davam  edən  qohumluq 
tarixçəmizi  araşdırmalıymışıq.  Həmidin  bu  mövzu  barədə 
kifayət  qədər  məlumatı  yox  idi.  Məsələn,  o,  atamın  ögey 
dayısının  onun  bibisi  ilə  evləndiyini  bilmirdi,  amma  mən 


 
29 
nənəmin  sayəsində  bütün  bunlardan  xəbərdar  idim. 
Qohumların  bütün  evliliklərini  bilirdim.  Buna  görə  də, 
atamın ögey dayısını asanlıqla yaza bildim. 
Tayfamızda  qohum  evliliyi  çox  olduğundan  həkim 
sülalə sxemini tərtib etməkdə neçə dəfə  yanlışa  yol verdi. 
Tez-tez  xətt  çəkib  düzəliş  edirdi.  Axırda  alınmadığını 
görüb  dedi:  “Görünür,  əvvəldən  başlamalı  olacağıq.  Sizin 
qohumluğunuz  çox  qarmaqarışıqdır”.  Nəhayət,  birtəhər 
cədvəli  tamamlayıb  qan  analizi  və  digər  işlər  üçün  nüsxə 
yazdı. 
Analiz  verəcəyimiz  gün  Fatimə  də  bizimlə  getdi.  Qan 
analizi olduqca çətin və ağrılı idi. Gözlərimdən yaş axırdı, 
rəngim  qaçmışdı.  Həmid  narahat  halda  başım  üstə 
dayanmışdı. 
Məni 
bu 
vəziyyətdə 
görməsini 
heç 
istəməzdim. 
Fikrimi 
yayındırmaq 
üçün 
mənimlə 
zarafatlaşır, müxtəlif mövzular barədə danışırdı. 
Analizi  verdikdən  sonra  bir  neçə  dəqiqə  oturduq.  Çox 
qan  verdiyimə  görə  bədənim  zəifləmişdi.  Bayıra  çıxanda 
analiz qəbzini verib dedi: “Üzr istəyirəm, Fərzanə xanım! 
Doğrusu,  mən  sabah  ezamiyyətə  yollanacam.  Zəhmət 
olmasa,  iki  gün  sonra  cavabını  alarsız.  Xahiş  edirəm, 
nəticəni  yubanmadan  mənə  çatdırın.  Qayıdandan  sonra 
birlikdə gedərik”. 
İki  gün  ərzində  onunla  heç  bir  əlaqəm  olmadı.  Hətta 
danışmaq  üçün  bir-birimizin  telefon  nömrəsini  də 
götürməmişdik.  Bəzən  başı  kəsilmiş  toyuq  kimi  yerimdə 
qıvrılır, durmadan gözümü analiz qəbzinə zilləyirdim. Bir 
neçə  il  sonranı  pazl  hissələri  kimi  beynimdə  bir-birinin 
yanına  düzürdüm.  Öz-özümə  deyirdim:  “Analizin  cavabı 
yaxşı  çıxsa,  Həmidlə  ailə  quracağıq.  İllər  ərzində  bir-
birimizin 
yanında 
gözəl 
həyat 
yaşayıb, 
övladlar 
böyüdəcəyik”. 


 
30 
Analizin  mənfi  olacağı  barədə  fikirləşmək  istəmirdim. 
Bu  evliliyin  baş  tutmayacağını  təsəvvür  edə  bilmirdim. 
Bəzən hissə qapılıb öz-özümə deyirdim:  “Analizin cavabı 
mənfi  olsa,  necə  olacaq?  Onda  hər  şey  danışdığımız  kimi 
sona  çatacaq,  hər  kəs  öz  həyatının  arxasınca  gedəcək.  Bu 
barədə  heç  kimə  bir  söz  deməyəcəyik.  Axı  bu  qədər 
mühüm  analizin  cavabını  görməzdən  gələ  bilmərik!”  Bu 
yerə  çatanda  xəyalımda  toxuduğum  hər  şey  bir  andaca 
sökülürdü.  Bu  barədə  Həmidin  də  fikirini  bilmək 
istəyirdim. 
Bu  iki  gün  çox  uzun  və  çətin  keçdi.  Durmadan  saata 
baxır,  əqrəblərinə  ip  bağlayıb  qabağa  çəkmək  istəyirdim. 
Çantamı  açıb  analiz  qəbzini  gözdən  keçirdim.  Analizin 
cavabını hansı saatda almalı olduğumu bilmək istəyirdim. 
Mən  plan  cızmaqla  məşğul  ikən  bibim  zəng  elədi, 
salamlaşandan  sonra  Həmidin  ezamiyyətdən  qayıtdığını 
bildirdi. Həmid analizin cavabını öyrənmək üçün mənimlə 
birgə  getmək  istəyirdi.  Mənsə  xəcalət  çəkirdim,  yolboyu 
onunla necə danışacağımı bilmirdim.  
Həmidlə  birlikdə  analizin  cavabını  almağa  yollandıq. 
Həyəcan  və  streslərimizi  bir-birimizdən  gizlətməyə 
çalışırdıq.  Ancaq  iztirab  hər  ikimizin  gözlərində  aydın 
sezilirdi.  Həmid  analizin  cavabını  alıb  mənə  göstərdi. 
Dedim: 
-Əgər  nəticəni  bilmək  istəyirsizsə,  gərək  bizi  nahara 
qonaq edəsiz”. 
-Siz  dua  edin,  bir  problem  çıxmasın,  on  dəfə  qonaqlıq 
verməyə hazıram. 
Verdikləri  kağızdan  anladım  ki,  heç  bir  problem 
yoxdur.  Buna  baxmayaraq,  Həmidə  dedim:  “Əmin  olmaq 
üçün gərək nəticəni həkimə göstərək”. Həmid elə oradaca 
həkimə zəng edib, axşama növbə aldı. 


 
31 
Analizi  alandan  sonra  oradan  çıxıb,  Xəyyam  prospekti 
ilə Səbzə Meydan dairəsinə kimi yarım saat piyada getdik. 
Analizin cavabı qəti olana qədər bu barədə heç kimə, hətta 
yaxın  qohumlara  belə  bir  söz  demədiyimizdən  kiminsə 
bizi birlikdə görəcəyindən narahat idim. 
Bir-bir mağazaların önündən keçəndə Həmid dedi: 
-Meyvə şirəsi içək? 
-Xeyr, meylim yoxdur. 
Bir neçə addım atdıqdan sonra dedi: 
-Nahar vaxtından keçir, gedək bir yerdə yemək yeyək. 
-İştahım yoxdur. 
Təkliflərindən  məlum  idi  ki,  birlikdə  daha  çox  zaman 
keçirmək  üçün  bəhanə  axtarır.  Öz  əlimdə  deyildi,  onunla 
hələ də səmimi ola bilmirdim. 
Təkliflərinin  qəbul  olunmadığını  görüb  inciməyə 
başlayırdı.  Maşında  da  bir-birimizlə  çox  danışmazdıq. 
Hava çox isti idi, sanki yay fəsli bitməmişdi. Günəş eynəyi 
taxmışdım.  Həmidin  kirpiyi  köynəyinə  düşmüşdü.  Mənə 
göstərib  dedi:  “Bax,  o  qədər  danışmadın,  kirpiklərim 
tökülür”. 
Özümdən asılı olmayaraq, gülməyim tutdu. Məhz elə o 
gülüşümə  görə  də,  evə  gələndə  narahat  olmağa  başladım. 
Axı  mən  nə  üçün  bir  naməhrəmlə  deyib-gülməli  idim?! 
Anam  halımın  pozulduğunu  görüb  dedi:  “Qızım,  burda 
narahatlığa  səbəb  olacaq  bir  şey  yoxdur.  Sən  artıq 
Həmidin həyat yoldaşı olursan”. 
Anamın  məhəbbətlə  dediyi  sözlər  qəlbimi  sakitləşdirsə 
də,  beynimdə  fırlanan  burulğanlardan  qurtara  bilmirdim. 
Bir  tərəfdən,  Həmidlə  daha  çox  vaxt  keçirmək,  onu 
tanımaq  və  daha  çox  söhbətləşmək  istəyirdim,  digər 
tərəfdən də xəcalət çəkirdim. Doğrusu, o vaxta qədər belə 
bir duruma düşməmişdim. 


 
32 
Həmin gün axşam Həmid məni həkimə aparmağa gəldi. 
Növbədə cəmi bir-iki nəfər vardı. Giriş pulunu ödədikdən 
sonra  yanımdakı  boş  oturacaqda  əyləşdi.  Ayaqlarını 
durmadan  silkələməyindən  həyəcanlı  olduğu  məlum  idi. 
Bir neçə dəqiqə gözləməli olduq, növbəmiz çatanda otağa 
girdik. 
Həkim analizin cavabını diqqətlə nəzərdən keçirdi. Bir 
neçə  dəqiqə  baxandan  sonra  eynəyini  gözündən  çıxardı, 
gülərək dedi: “Gərək muştuluq verəsiz. Təbrik edirəm, heç 
bir problem yoxdur, rahat şəkildə evlənə bilərsiz”. 
Həkim bu sözləri deyən kimi Həmid gözlərini bağlayıb 
dərindən nəfəs aldı. Çünki bu evliliyə mane olacaq yeganə 
səbəb həmin genetik problemi idi ki, o da Allahın lütfü ilə 
həll  olmuşdu.  Həmid  dedi:  “Təşəkkür  edirəm,  xanım 
doktor.  Sözün  düzü,  elə  analizin  cavabını  alanda  Fərzanə 
xanım  nəticənin  nədən  ibarət  olduğunu  anlamışdı.  Ancaq 
əmin olmaq üçün sizə göstərdik”. 
Həkim  dedi:  “Fərzanə  bir  neçə  ildən  sonra  bizim 
həmkarımız  olacaq.  Bunu  bilməsi  normaldır.  Ümidvaram 
ki, gözəl və xoşbəxt bir ailə qurasız”. 
Həmid sevincdən yerə-göyə sığmırdı. Həkimin yanında 
öz  hisslərini  büruzə  verə  bilməsə  də,  ona  dəfələrlə 
təşəkkür etdi və biz məmnun halda otaqdan çıxdıq. 
Həmidin gözləri qəribə şəkildə gülürdü. 
-Allaha şükürlər olsun, artıq hər şey bitdi. Rahatlaşdıq. 
Bir anlıq dayanıb dedim: 
-Xeyr,  hələ  bitməyib.  Məncə,  bir  analiz  də  verməli  və 
nikah üçün kursa getməliyik. 
Həmid  bunları  eşidən  kimi  dedi:  “Yox,  daha  bəsdir. 
Heç nə lazım deyil. Tez gedək, şirniyyat alıb bu xoş xəbəri 
ailələrimizə  çatdıraq.  Əminəm  ki,  onlar  da  sevinəcəklər”. 


 
33 
Çiyinlərimi  çəkib  dedim:  “Bilmirəm,  bəlkə  də  mən 
yanılıram və sizin daha dəqiq məlumatınız var”. 
Uşaqlıqda  bibimgilə  tez-tez  gedər  və  bibim  qızları  ilə 
oynayardım.  Böyüyüb  həddi-büluğa  çatandan  sonra 
utandığımdan  onlara  çox  az  gedərdim.  Həmid  də  nadir 
hallarda bizə  gələrdi. Evlilik məsələmiz ciddi hal alandan 
sonra get-gəllərimiz çoxalmışdı. Həmin gün də Həmid ata-
anası ilə məsələni həll etmək üçün bizə gəlməli idi. 
Mətbəxdə  meyvə  yuyanda  atam  yaxınlaşıb  dedi: 
“Qızım, mehr təyin olunmalıdır, nə deyək? Fikrin nədir?” 
Atamla  bu  haqda  açıq  danışa  bilmədiyim  üçün  başımı 
qaldırıb qısaca dedim: “Siz nə məsləhət görürsünüzsə, elə 
də  olsun,  ata  can”.  Atam  gülümsəyib  dedi:  “Mehr  sənin 
haqqındır, mənim bu barədə heç bir fikrim yoxdur. Mehri 
qız  təyin  etməlidir”.  Dedim:  “500  ədəd  qızıl  sikkə 
necədir?  Eşitdiyimə  görə  anamın  qohumlarının  hamısının 
mehri 500-dən  yuxarıdır”. Atam bir naringi  götürüb dedi: 
“Sən  nə  desən,  elə  də  olacaq,  amma  mənim  fikrimcə, 
çoxdur”.  Meyvələri  səbətə  yığıb  dedim:  “Onda  300 
deyərik”. Atam gülüb dedi: “Bu vaxtacan kim mehr verib, 
kim  alıb?!”  Gülməmək  üçün  özümü  güclə  saxladım. 
Atamın  baxışları  çox  qəribə  idi.  Sanki  həmişə  atasının 
qucağına  atılmağa  bəhanə  axtaran,  onunla  saatlarla 
oynamağı  sevən  balaca  Fərzanə  ilə  mehr,  toy  barəsinə 
söhbət etdiyinə inana bilmirdi. 
Qonaqlar  üçün  hər  şey  hazırlamışdım.  İlk  dəfə  deyildi 
ki, 
qonaq 
qəbul 
edirdim, 
amma 
nədənsə 
çox 
həyəcanlıydım. Qab-qacaqları bir neçə dəfə sildim. Fatimə 
məni  ələ  salır,  anam  da  sakit  halda  atamla  danışırdı. 
Anamın atamla mehr barədə danışdığını düşünürdüm. 
Nəhayət,  qonaqlar  gəldilər.  Salamlaşandan  sonra 
yenidən  mətbəxə  qayıtdım.  Qabları  sonuncu  dəfə  sildim. 


 
34 
Bütün  diqqətim  qonaq  otağında  gedən  söhbətlərdə  idi. 
Bibim dedi: “Qardaş, analizin cavabı yaxşı çıxdığına görə 
icazə  ver,  Həmidlə  Fərzanə  gedib  bazardan  üzük  alsınlar. 
Gələn  həftənin  cümə  günü  də  nişan  mərasimi  keçirək”. 
“Üzük”  sözünü  eşidən  kimi  bir  anlığa  gözüm  sol 
barmağıma  sataşdı,  vücudumu  qəribə  bir  hiss  bürüdü.  Bu 
hiss rahatlıqla eyni zamanda, üzərimə düşən məsuliyyətin 
ağırlığını əks etdirirdi. 
Mehr  söhbəti  başlayan  kimi  atam  dedi:  “Fərzanənin 
istəyi  300  sikkə  qızıldır”.  Həmidin  atası  dedi:  “Mənim 
fikrimcə,  Həmidlə  Fərzanə  mehrin  miqdarını  təyin  edib 
razılığa gəlməlidirlər”. Otağa bir neçə dəqiqəlik ağır sükut 
çökdü.  Həmidin  böyüklərin  yanında  danışmayacaq  qədər 
həyalı olduğunu bilirdim. Ancaq hamının onu gözlədiyini 
görüb  dedi:  “Bizim  qohumlarımızın,  qardaşlarımın 
yoldaşlarının,  bacılarımın  mehri  təxminən  140  qızıl  olub. 
300  qızıl  çoxdur,  mənim  fikrimi  soruşsanız,  həyat 
yoldaşımın  mehrinin  14  sikkə  qızıl  olmasını  istəyərdim. 
Ancaq yenə də gəlin tərəfinin nəzəri əsasdır”. 
Hər  şey  düşündüyümün  əksinə  olurdu.  Çoxdan  idi  ki, 
Həmidin  məhəbbəti  ailəmin  qəlbinə  hakim  olmuşdu. 
Anam  mənim  tərəfimi  saxlamaq  və  dediyim  miqdarı 
təsdiq  etmək  əvəzinə  Həmidə  dedi:  “Sabah  üzük  almağa 
gedəndə  bu  barədə  Fərzanə  ilə  danışarsız.  Bəlkə  fikrini 
dəyişdirə  bildin.  Siz  nə  qərara  gəlsəniz,  biz  qəbul 
edəcəyik”.  Atam  da  bu  məsələdə  anamdan  geri  qalmır, 
məndən çox Həmidi düşünürdü. Mənim fikrimin 300 qızıl 
olduğunu desə də, əslində, öz fikrinin tamam başqa bir şey 
olduğunu gizlədə bilmirdi. 
Qonaqlara  çay  aparanda  özümü  əlinə  ilk  dəfə  sini 
götürmüş  biri  kimi  hiss  edirdim.  Elə  bil,  o  vaxta  qədər 
Həmidi əsla görməmişdim. Sanki bu gün bizim evə gələn 


 
35 
Həmid daha öncə dəfələrlə  gördüyüm bibim oğlu deyildi. 
O  indi  təkcə  bibim  oğlu  deyil,  həm  də  həyatıma  yoldaş 
olacaq  ömür  sirdaşım  idi.  Hamıya  çay  verəndən  sonra 
bibimin  yanında  oturdum.  Üzündən  sevinc  yağırdı. 
Əlimdən tutub dedi: 
-Qardaşımdan  icazə  aldım.  İnşallah,  gələn  həftənin 
cümə günü nişan mərasimi keçirəcəyik. Sabah gedib üzük 
ala bilərsiz? 
-Saat  4-ə  kimi  dərsim  var.  Evə  çatana  beşin  yarısı 
olacaq. 
Qərara  gəldik  ki  Həmid  sabah  saat  beşdə  bizə  gəlsin, 
birlikdə bazara üzük almağa gedək. 
Ertəsi  gün  səhər  saat  7-dən  dərsim  vardı.  Hər  dərs  bir 
kafedradaydı,  birini  bitirib  qaça-qaça  digərinə  gedirdim. 
Evə  qayıdanda  saat  beşin  yarısı  oldu.  Atamla  Fatimə 
həyətdə tennis oynayırdılar. Yorğun oduğum üçün onların 
yanında dura bilmədim. 
Paltarımı  dəyişib  televizorun  qarşısında  oturdum.  Təzə 
ayaqqabılarım 
ayağımı 
döyürdü. 
Topuqlarımın 
suluqladığını  hiss  edirdim.  Televizorda  Donqi  serialı 
gedirdi.  Birdən  qapının  zəngi  çaldı.  Həmid  idi.  Düz  saat 
beşdə gəlmişdi. 
O  qədər  yorğun  idim  ki,  Həmidlə  bazara  gedəcəyimi 
tamam unutmuşdum. Həmid yuxarı çıxmadı, aşağıda məni 
gözlədi.  Pəncərədən  həyətə  göz  gəzdirdim.  Həmid  əlini 
saçında gəzdirirdi. Əynində mənimlə ilk dəfə söhbət etdiyi 
zaman geyindiyi paltar vardı: boz şalvar və üzərinə saldığı 
boz sadə köynək. Sadə və gözəl! 
Səhərdən  dərsdə  olduğuma  görə  getməyə  həvəsim  yox 
idi.  Ayaqlarım  da  sızıldayırdı.  Ayağımı  bəhanə  etmək 
istəyəndə anam həmişəki kimi Həmidin tərəfini tutub dedi: 


 
36 
“Dur,  get,  ayıbdır,  Həmid  səni  gözləyir.  Gör  nə  vaxtdır 
həyətdə ayaqüstə dayanıb”. 
Tez  hazırlaşıb  evdən  çıxdım.  Güclü  külək  əsirdi,  hər 
tərəfi toz-torpaq bürümüşdü. Həmid qardaşı Səidin maşını 
ilə  gəlmişdi.  Düzü,  bir  az  qorxurdum.  Buna  görə  də, 
taksiylə  getməyi  məsləhət  gördüm.  Belə  bir  təklifin  onun 
xətrinə  dəydiyini  hiss  etsəm  də,  məsləhətimi  qəbul  edib 
tez taksi tutdu. 
Biz  taksidən  düşəndə  külək  daha  da  şiddətlənmişdi, 
yeriməyə imkan vermirdi. Dedim: 
-Həmid  ağa,  deyəsən,  alış-veriş  etmək  bu  günə  qismət 
deyilmiş. Bir tərəfdən mən yorğunam, bir tərəfdən də hava 
belədir. 
Həmid havanın pisləşməsini görməzdən gəlib dedi: 
-Məncə, hava çox gözəldir, iki nəfərə alış-veriş etməyin 
əsl  vaxtıdır.  Gərək  bu  gün  üzüyü  alaq,  anama  söz 
vermişəm. 
Bir neçə qızıl dükanına baş çəkdik. Barmağıma taxanda 
rahat olacağım yüngül və sadə üzük axtarırdım. Həmid isə 
daş-qaşla  bəzədilmiş  ağır  üzük  axtarırdı.  Mağazaların 
vitrininə  baxanda  Həmidin  nə  isə  demək  istədiyini  hiss 
etdim. 
-Nəsə demək istəyirsən? 
Bir anlıq fikrə daldı. 
-Bəli, amma bilmirəm indi deyim, yoxsa yox. 
-Sizə  necə  rahatdırsa,  elə  də  edin,  özünüzü  əziyyətə 
salmayın. Bir problem varsa, buyurun, deyin. 
Üstündən  yarım  saat  keçsə  də,  fikrim-zikrim  Həmidin 
demək  istədiyi  sözdə  idi.  Buna  görə  diqqətimi  cəmləyib 
bir üzük seçə bilmirdim. Üzümü ona tutub astadan dedim: 
-Həmid  ağa,  xahiş  edirəm,  sözünüzü  deyin.  Diqqətimi 
toplaya bilmirəm, fikrim dağınıqdır. 


 
37 
Hələ də onunla belə rəsmi danışırdım. Zarafata dedi: 
-Axı mən hələ fikirləşib qurtarmamışam.  
-Fikirləşib bir nəticəyə gələ bilsəniz, minnətdar olaram. 
Yenə bir qədər fikirləşib dedi: 
-Mehri  azaltmaq  mümkündür?  Doğrusu,  mənə  14  qızıl 
daha uyğundur. 
“Mehr”  sözünü  deyən  kimi  anamın  Həmidə  dediyi 
sözlər yadıma düşdü. 
-Elə  buna  görə  bu  qədər  fikirləşirdiz?  Mən  fikrimi 
dünən 
bildirdim. 
Bilirsiz, 
mənim 
ana 
tərəfdən 
qohumlarımın  hamısı  500  sikkədən  çox  təyin  edib.  Mən 
sizi nəzərə alıb 300 demişəm, 200-ünü azaltmışam. Siz də 
qəbul etsəz, peşman olmazsız. 
Heç  nə  demədi.  Birinci  gün  mənimlə  necə  rəftar 
etmişdisə, indi də elə davranırdı. İstədiyi şey yalnız mənim 
razılığım idi. Onun bu davranışı mənimçün çox dəyərli idi. 
Çox  gəzdikdən  sonra  sadə  bir  üzük  ala  bildik.  Qızılın 
bir qramı 114 min tümən idi. Aldığımız üzük də 600 min 
tümənə  başa  gəldi.  İşimiz  qurtarandan  sonra  Həmidə 
piyada  qayıtmaq  istədiyimi  bildirdim.  Birlikdə  söhbət 
etmək,  onu  daha  çox  tanımaq  istəyirdim.  Belə  olanda 
özümü daha yaxşı hiss edirdim. 
Bazardan  Nizamvəfa  dördyoluna  kimi  piyada  gəldik. 
Həmid  məni  meyvə  şirəsinə  qonaq  etmək  istəyirdi,  ancaq 
nə qədər gəzdiksə, tapa bilmədik. Dedi: 
-Bir şirəsatan yoxdur ki, adam öz istəklisinə bir şey ala 
bilsin. 
Gülümsədim. 
-Bu küçədəki mağazaların hamısı elektrik dükanlarıdır. 
Burda kim meyvə şirəsi satar axı?! 


 
38 
Bir  qədər  də  gedib  Səidi  küçəsinə  çatanda  nəhayət, 
meyvə  şirəsi  satılan  bir  dükan  tapa  bildik.  Həmid  iki 
dondurma, yemiş və kök şirəsi və bir də adi su aldı. 
Suyu  stəkana  töküb  içdikdən  sonra  üzümü  Həmidə 
tutub dedim: 
-Bəziləri  deyirlər  ki,  antisanitariya  nöqteyi-nəzərindən 
hamı  öz  şəxsi  stəkanında  su  içməlidir.  Ancaq  mən 
alimlərin birindən eşitmişəm ki, ər-arvadın eyni stəkandan 
su içməsi ailədə sevginin möhkəmlənməsinə səbəb olar. 
Mən  bu  sözü  deyən  kimi  Həmid  öz  stəkanını  kənara 
qoyub,  mənim  stəkanımı  su  ilə  doldurdu.  Suyu  içmək 
istəyəndə  utancaq  halda  dedi:  “Olar  ki,  su  içəndə  mənə 
baxmayasan?” 
Zarafata  salıb  onu  bir  qədər  incitmək  istəyirdim. 
Gözümü  ondan  çəkmədim.  Onu  gülmək  tuturdu,  bir 
qurtum da içə bilmirdi. Dedim: 
-Özün bilirsən ki, mən dəcəl uşağam. 
Bunu deyib uşaqlıqda balaca bacımın başına gətirdiyim 
hadisələri danışmağa başladım. 
-Yadımdadır,  bir  gün  çəngəli  istiota  batırıb  ikiyaşlı 
Fatiməyə  vermişdim.  Yazıq  uşağın  ağzı  alışıb  yanır, 
ağlayır, mən də ona baxıb gülürdüm. 
Uşaqlıq  xatirələrimi,  dəcəlliklərimi  danışanda  Həmid 
zarafatla dedi: 
-Dayıqızı,  hələ  gec  deyil,  gəl  bu  evliliyin  xeyrindən 
keçək. 
-Bəli, hələ də gec deyil, fürsətiz var. Gedin, yaxşı-yaxşı 
fikirləşin. 
Dondurmaları  yedikdən  sonra  yorğun  olmağıma 
baxmayaraq,  yenə  də  piyada  yola  düşdük.  Həmid  çox 
sevinirdi. O da uşaqlıq və yeniyetməlik çağlarını xatırlayıb 
dedi: 


 
39 
-Bayramda  sizə  gələndə  ən  çox  istədiyim  şey  qapını 
açıb  bayıra  çıxmağın  və  səni  görməyim  idi.  Sən  bayıra 
çıxmayanda  əsəbiləşirdim.  Ancaq  sizdən  çıxanda  bu 
hərəkətindən  xoşum  gəldiyini  hiss  edirdim.  Çünki  bayıra 
naməhrəm səni görməsin deyə çıxmırdın. 
Həmid  doğru  deyirdi.  Evimizə  naməhrəm  gələndə 
otaqdan bayıra çıxmamağa adət etmişdim. 
Söhbətimiz bir qədər səmimiləşəndən sonra soruşdum: 
-Həmid,  sənin  elçiliyinə  “yox”  cavabı  verdiyimi 
eşitdikdə hansı hissləri keçirdin? 
Dərin nəfəs alıb dedi: 
-Sən  canın,  yaramı  təzələmə.  Mənim  heç  bir  şeydən 
xəbərim  yox  idi.  Evdəki  bu  söz-söhbəti  eşidəndə 
otağımdan çıxıb anama dedim: “Siz hara getmişdiz ki? Bu 
nə  söz-söhbətdir?”  Anam  dedi  ki,  Tağı  dayıngilə 
getmişdik, Fərzanə də bizi əliboş qaytardı. Mən də narahat 
olub  yarızarafat-yarıgerçək  dedim:  “Ana  can,  elçiliyə 
getmisiz, məni niyə aparmamısız?! Axı harda görünüb ki, 
elçiliyə  bəysiz  getsinlər?!”  Sonra  otağıma  girdim, 
gözlərim doldu. Doğrusunu bilmək istəsən, hətta bir qədər 
ağladım  da.  Öz-özümə  dedim  ki,  mən  dayıqızını  çox 
sevirəm,  onsuz  yaşaya  bilmərəm.  Bir  zamanlar  sənin  nə 
vaxtsa  mənim  həyat  yoldaşım  olacağına  bütün  varlığımla 
inanırdım.  Sənin  rədd  cavabı  verdiyini  eşidəndə  çox 
duyğulandım.  Fikirləşdim  ki,  bir  insanı  bu  qədər  sevib, 
yalnız  onu  düşündüyün  halda  onun  səni  sevməməsi 
mümkündürmü?! 
Həmid  bunları  deyəndən  sonra  mən  də  ona  Allahla 
bağladığım əhd-peymandan danışdım: 
-Siz  ikinci  dəfə  gəlməzdən  öncə  mən  Allahla  əhd-
peyman bağladım ki, qırx gün Təvəssül duasını oxuyacam, 
sonra  da  ilk  gələn  elçiyə  “hə”  cavabı  verəcəm.  Ancaq 


 
40 
görünür,  siz  tələsirdiz,  səbir  etməyib  əhd-peymanımın 
iyirminci günündə gəldiz. 
Həmid təbəssümlə dedi: 
-Sənə bir söz deyim, amma lovğalanıb nazlanma! 
Onun danışıq tərzinə gülüb dedim: 
-Eşidirəm, buyur. 
-Doğrusu,  mən  sizə  ikinci  dəfə  gəlməzdən  bir  həftə 
qabaq  müqəddəs  Qum  şəhərinə  -həzrət  Məsumənin 
ziyarətinə  getmişdim.  O  həzrətə  yalvarıb  dedim:  “Ya 
həzrət  Məsumə!  Səni  and  verirəm  qardaşın  İmam  Rzaya 
(ə), məni sevdiyimə qovuşdur. Mən Fərzanədən başqa heç 
kəsi  sevə  bilmərəm,  həyatımda  ondan  başqasını  təsəvvür 
edə bilmərəm”. 
Bir qədər fikrləşib dedim: 
-Həmid ağa, indi ki bunları dedin, icazə ver, mən də bir 
neçə  il  öncə  gördüyüm  yuxunu  danışım.  Bu  şərtlə  ki, 
yuxumu eşitdikdən sonra çox da lovğalanmayasan. 
-Danış, görüm nə görmüsən? 
-Yuxuda  gördüm  ki,  bir  helikopter  evimizin  üstündə 
fırlanaraq  məni  çağırır.  Dama  çıxanda  helikopterdən 
qucağıma başı kəsilmiş qoyun cəmdəyi atdılar. 
-Qəribə yuxudur. Yozumunu öyrənmədin? 
-Bu  yuxunun  təəssüratından  qurtara  bilməsəm  də,  onu 
heç  kəsə  danışmamışdım.  Məşhəd  ziyarətinə  gedəndə 
mehmanxananın  foyesində  şəhidlərin  xatirələrindən  bəhs 
edən bir neçə kitab vardı. Kitabların arasından Şəhid Nasir 
Kaziminin  həyat  yoldaşının  xatirələrini  oxuyurdum. 
Təsadüfən,  xatirələrin  birində  mənim  gördüyüm  yuxuya 
bənzər bir yuxu danışırdı. Yazılmışdı ki, mənim kimi o da 
elçilərə  ilk  dəfə  “yox”  deyəndə  bir  helikopterin  evlərinin 
üzərində  uçduğunu,  onun  da  qucağına  başı  kəsilmiş  bir 
qoyun  və  bir  balıq  atıldığını  görmüşdü.  O,  bu  yuxusunu 


 
41 
danışanda  iş  yoldaşlarından  biri  deyir  ki,  başı  kəsilmiş 
qoyun  Allah  yolunda  veriləcək  qurbana  işarədir.  Yəqin, 
ailə qurandan sonra həyat yoldaşın şəhid olacaq. Balıq da 
uşağa  işarədir.  Yozumu  da  budur  ki,  həyat  yoldaşın 
övladın  dünyaya  gəlməzdən  qabaq  şəhid  olacaq.  Sonda 
onun  həyatı  eynilə  deyilən  kimi  olur.  Övladı  dünyaya 
gəlməmiş  yoldaşı  şəhid  olur.  Bu  xatirəni  oxuyanda 
anladım  ki,  mənə  də  bir  şəhidin  həyat  yoldaşı  olmaq 
qismət olacaq.  
Bu  hadisəni  danışanda  Həmid  məni  qəribə  baxışlarla 
süzüb dedi: 
-Yəni  bu,  mümkündür?  Şəhid  olmaq  mənim  ən  böyük 
arzumdur. Ancaq biz hara, şəhadət hara?! 
O  gün  ürəyimiz  istəyən  qədər  piyada  gəzib,  söhbət 
etdik.  İlk  dəfə  idi  ki,  bu  qədər  səmimi  və  şirin  zaman 
keçirirdik. Su kanalına çatanda həddən artıq yorulduğumu 
hiss  etdim.  Həmid  mənim  vəziyyətimi  görüb  taksi  ilə 
getməyi  məsləhət  gördü.  Maşına  minən  kimi  dedi: 
“Deyəsən,  şirniyyat  yadımızdan  çıxdı.  Gərək  bir  şey  alıb 
özümüzlə aparaq”. 
Bir  qədər  getdikdən  sonra  maşından  düşüb  Əlborz 
bazarına  yollandıq.  Həmid  iki  qutu  şirniyyat  aldı;  birini 
özlərinə,  birini  də  bizimçün.  Bir  qutu  da  mənə  ayrıca 
sifariş  verib  dedi:  “Bu  “Məhəmməd  gülü”  şirniyyatı  da 
sənin üçündür, səhərlər dərsə gedəndə yeyərsən”. 
Həmidin  doğum  günü  tarixini  bilmək  istəyirdim. 
Birbaşa  soruşmaq  istəmədiyim  üçün  şirniyyatlar  hazır 
olana  qədər  qəsdən  ad  günü  tortları  olan  vitrinə 
yaxınlaşdım,  tortlara  baxıb  dedim:  “Görürsən  necə 
gözəldir?!  Builki  ad  günüm  keçib,  amma  gələn  il  23 
iyunda belə bir tort sifariş vermək istəyirəm. Ad günündən 
söz düşdü, bəs siz hansı aydansız?” 


 
42 
-Mənim ad günümə də çox qalıb, aprelin 24-üdür”. 
Bu  sözü  eşidən  kimi  ad  günlərimizi  müqayisə  etməyə 
başladım.  Tələsik  beynimdə  doğum  günlərimiz  arasında 
ortaq  nöqtə  tapa  bildim.  Doğrusu,  mənə  çox  təəccüblü 
gəldi.  Çünki  ad  günlərimiz  bir-birinə  uyğun  gəlirdi.  Mən 
(hicri-şəmsi  təqvimilə)  dördüncü  ayın  ikisi,  Həmid  isə 
ikinci ayın dördündə dünyaya gəlmişdi. 
Şirniyyat  mağazasından  Kövsər  dairəsinə  kimi  piyada 
getməli  idik.  Həmid  uşaqlıqdan  idmanla  məşğul 
olduğundan  bu  gəzintilər  onun  üçün  adi  bir  iş  idi.  Ancaq 
mən  o  qədər  piyada  gəzməyə  adət  etmədiyimdən  tez-tez 
yolun ortasında oturub deyirdim: “Mən daha bacarmıram, 
çox yorulmuşam”. 
Həmid  əlində  şirniyyat  yenə  də  öz  şıltaqlığından 
qalmırdı. 
-Məhrəm  də  deyiləm  ki,  əlindən  tutam.  Burda  maşın 
tapılmaz. Küçənin başına kimi piyada getməyə məcburuq. 
Bizim yol getməyimiz, rəftarımız eynilə təzə nişanlılara 
bənzəyirdi.  Qəzvin  kimi  şəhərdə  yol  gedib  qohum-əqrəba 
və ya dost-tanışla rastlaşmamaq mümkün deyildi. Xüsusilə 
də Həmidi şəhərdə çoxları tanıyırdı. 
Səkinin  yanında  oturmuşdum.  Həmidin  idmançı 
şagirdlərindən  bir  neçəsi  bizi  gördü.  Onlar  uzaqdan  bizi 
bir-birlərinə  göstərib  nəsə  pıçıldaşırdılar.  Uşaqlardan  biri 
ucadan  dedi:  “Müəllim,  yoldaşınızdır?  Allah  mübarək 
eləsin!” 
Həmidi  gözaltı  süzdüm.  Utandığından  alnından  tər 
axırdı.  Sanki  bədənini  tikə-tikə  edirdilər.  Hörmətlə  onlara 
əl  yelləyib  dedi:  “Bu  uşaqlar  adamı  biabır  edərlər.  Sabah 
bütün Qəzvin xəbərdar olacaq”. 
Axşam  saat  doqquzda  evə  çatdıq.  Anam  bizi  üzərliklə 
qarşıladı.  Üzük  Fatiməylə  anamın  çox  xoşuna  gəldi. 


 
43 
Həmid  şirniyyat  qutusunu  verib  getmək  istəyirdi,  anamsa 
əl çəkməyib onu yuxarı dəvət edirdi. Həmid yazıq görkəm 
alıb dedi: ”Dayıdostu, indi çox gecdir, inşallah, başqa vaxt 
gələrəm”. 
Sağollaşanda  üzüyü  mənə  vermək  istədiyini  görüb 
dedim: 
-Üzüyü bibiyə verin, nişan mərasimində gətirər. 
-İndi ki üzük məndə qalır, onda sənə başqa bir hədiyyə 
verəcəyəm. 
Pencəyinin  cibindən  bir  qutu  çıxarıb  mənə  uzatdı. 
Duruxub qaldım. Bu, onun mənə ilk hədiyyəsi idi. Qutunu 
yavaş-yavaş  açdım  ki,  cırılmasın.  Gözəl  qoxusu  olan 
Lacoste ətri idi. Bizim nişanlılıq dövrümüz bu ətirlə keçdi. 
Həmid də həmişə ondan vurardı. 
*** 
2012-ci  ilin  oktyabr  ayının  12-i,  cümə  günü  bizim 
nişanımız  oldu.  Düz  “Dəhvül-ərz”  gününə  təsadüf  edirdi. 
Hər  iki  tərəfdən  çoxlu  qonaqlar  dəvət  edilmişdi.  Kişilər 
həyətə  sərilmiş  xalça  üzərində  oturmuş,  qadınlar  isə  evdə 
əyləşmişdilər.  Bayramdan  sonra  tanışlardan  çoxunu 
görməmişdim.  Həmidin  atası  səhər  tezdən  Həsən  ağa  ilə 
meyvə və şirniyyatları gətirmişdilər. 
Qonaq  otağı  adamla  dolu  idi.  Bəzi  rəfiqələr  və 
qohumlarımla  otaqların  birində  oturmuşduq.  Həmidi 
seçdiyim üçün ürəyimdə rahatlıq olsa da, nədənsə daxilən 
iztirab  içindəydim.  Çalışırdım  ki,  heç  kim  üzümə  baxıb 
keçirdiyim  gərginliyi  başa  düşməsin.  Rəfiqələrimlə 
səmimi söhbətə məşğul ikən Həmidin bacısı Məryəm içəri 
girib dedi: “Gəlin xanım, qardaşımın səninlə işi var”. 
Gümüşü  rəngli  çadramı  başıma  salıb,  qapının  ağzına 
kimi getdim. Həmid əlində gözəl  güllərlə dolu bir səbətlə 
qapının  ağzında  gözləyirdi.  Başı  aşağı  idi,  hələ  məni 


 
44 
görmürdü.  Çağıranda  başını  qaldırıb  gülə-gülə  mənə 
yaxınlaşdı.  Kostyum  geyinməmişdi,  əynində  həmişə 
geyindiyi paltar var idi: boz şalvar və üzərinə saldığı eyni 
rəngli köynək. 
Səbəti  aldım,  gülləri  iyləyib  dedim:  “Minnətdaram. 
Zəhmət  çəkmisiz”.  Təbəssümlə  dedi:  “Xoşdur.  Əslində, 
özün  elə  gülsən!”  Sonra  mənalı-mənalı  baxıb  dedi: 
“Kəbinimizi kəsəcək adam gəlib, bir neçə dəqiqədən sonra 
nikah  mərasimi  olacaq.  Siz  də  hazır  olun”.  Baxışlarımla 
hazırlığımı bildirib otağa qayıtdım. 
Oktyabrın  girməsinə  baxmayaraq,  evin  havası  həddən 
artıq  isti  idi.  Yarım  saat  keçsə  də,  bir  xəbər  olmadı. 
Bilmirəm  niyə  mərasimə  tez  başlamırdılar  ki,  qonaqlar 
əziyyət çəkməsin. Anam otağa girəndə yavaşca soruşdum: 
“Həmid  ağa  demişdi  ki,  kəbinkəsən  gəlib,  bəs  nəyi 
gözləyirlər?”  Anam  dedi:  “Yəqin  ki,  kəbindən  qabaq 
hansısa işləri həll edirlər, ona görə uzanır”. 
Qonaqların  hamısı  gəlmişdi,  təkcə  Həmid  yox  idi.  Bir 
az  sonra  məlum  oldu  ki,  Həmid  şəxsiyyət  vəsiqəsini 
gətirməyib.  O,  vəsiqəni  gətirənə  kimi  bir  saat  keçdi. 
Məsələ  ağızdan-ağıza  dolaşaraq  bütün  qonaqlara  çatdı. 
Hamı Həmidin vəsiqəni unudaraq gətirməməsinə zarafatla 
yanaşsa,  deyib-gülsə  də,  mən  bu  unutqanlığa  bir  az 
əsəbiləşdim. 
Həmid  qayıtdıqdan  sonra  böyüklər  kəbinin  qarşılıqlı 
öhdəliklərini yazmağa başladılar. Qərara alındı ki, cehizin 
bəzi əşyalarını Həmidin ailəsi təmin etsin. 
Nikah  xütbəsi  oxunan  zaman  Həmidlə  birlikdə 
üçnəfərlik divanda oturmuşduq; mən divanın bir tərəfində, 
Həmid də o biri tərəfində. 
Əqd  süfrəsi  olduqca  sadə,  eyni  zamanda  çox 
mənəviyyatlı idi. Bərəkət əlaməti olaraq bir tikə çörək, bir 


 
45 
ədəd  yaşıl  boşqab,  aydınlıq  rəmzi  olaraq,  bir  kasa  suyun 
içində qurumuş gül ləçəkləri, bal dolu bir kasa, üzük qabı 
və  qarşımızda  bir  güzgü  var  idi.  Sadəliyin  özü  də  bir 
gözəllikdir. 
Həmidin  əlində  tərcümə  və  təfsiri  olan  bir  Quran  var 
idi.  O  zaman  Quranın  beş  cüzünü  əzbər  bilirdim.  Hər 
ikimiz  Quran  oxuyurduq.  Kəbinkəsən  Quranın  bir  neçə 
cüzünü əzbərlədiyimi biləndə mənə bir hədiyyə verəcəyinə 
söz  verdi.  Sonra  da  kəbini  oxumazdan  öncə  analizlərin 
cavabını istədi. 
Həmid  analizlərin  cavabını  ona  uzatdı.  Kəbinkəsən 
analiz  kağızını  görən  kimi  dedi:  “Bu,  qohum  olduğunuz 
üçündür.  Bundan  əlavə,  Şəhid  Büləndi  tibb  müəssisəsinə 
gedib ordan analizin cavabını almalı, sonra da kəbin üçün 
nəzərdə tutulan dərsdə iştirak etməli idiniz”. 
Həmid  işi  korladığını  anlayandan  sonra  əlini  saqqalına 
çəkib  dedi:  “Məgər  bu,  həmin  analiz  deyil?!  Mən  bunun 
kifayət  edəcəyini  düşünürdüm”.  Həmid  bunu  deyən  kimi 
qonaqlar  gülməyə  başladılar.  Pıçıltıyla  dedim:  “Mən 
bilirdim ki, işimiz hardasa düyünə düşəcək. Sizə deyəndə 
ki, gedək analiz verək, buna ehtiyac olmadığını dediniz”. 
Ürəyim  əsirdi.  Özü  də  bu  qədər  qonaq  dəvət  etmişdik. 
Nə  edəcəyimizi  bilmirdik.  Analizin  cavabı  gəlməyənə 
qədər  isə  kəbinkəsən  daimi  əqd  oxumurdu.  Böyüklərin 
məsləhətinə  uyğun  olaraq,  qərara  alındı  ki,  müvəqqəti 
olaraq  məhrəmiyyət  əqdi  oxunsun,  kəbin  üçün  nəzərdə 
tutulan  dərslərdə  iştirak  edib  analizin  cavabını  alandan 
sonra daimi əqdi oxutduraq. 
Kəbin  oxunmağa  başlayanda  hamı  sakit  qalaraq  bizə 
tamaşa  edirdi.  Qəribə  hisslər  keçirirdim.  Ürəyimin 
döyüntülərimi  eşidə  bilirdim.  Astadan  Yasin  surəsini 


 
46 
oxuyur, qəlbimdə bütün diləklərimin həyata keçməsi üçün 
dua edirdim. 
Bir  anlığa  aynada  Həmidlə  özümü  gördüm.  Gözlərini 
yummuşdu.  Əllərini  təvazökarcasına  dizlərinin  üstünə 
qoymuşdu  və  pıçıltıyla  raz-niyaz  edirdi.  Saçı  alnına 
tökülmüşdü.  Qarşımda  görünən  bəzək-düzəksiz  bu  insan 
mənim gözümdə dünyanın ən yaraşıqlı kişisi idi. Bir qədər 
cəsarətlənmişdim. Gözüm Həmidə sataşan kimi ona baxıb 
təbəssüm etdim. 
Şirin anlara qərq olmuşdum. Kəbinkəsəni iki dəfə yola 
verdim.  Üçüncü  dəfə  mənə  müraciət  edib:  “Gəlin  bacı, 
məni  nikah  əqdinizi  oxumağa  vəkil  edirsiz?”  –  deyə 
soruşanda  Bismillahla  başlayıb  dedim:  “Ata-anamın  və 
böyüklərin icazəsilə, bəli!” 
Mən  “bəli”  deyən  kimi  şam  azanının  “Allahu-əkbər” 
sədası ucaldı. Özümü  yüksəkliklərdən  yerə enən bir insan 
kimi  hiss  edirdim.  Qəlbimi  riqqətə  gətirən  bir  təskinliyə 
qovuşmuşdum. 
Kəbin  oxunduqdan  sonra  Həmid  atamdan  icazə  alaraq 
üzüyü  barmağıma  taxdı.  Həmidin  üzüyü  isə  adət-
ənənəmizə  əsasən,  toy  gününə  qaldı.  Şəkil  çəkilən  zaman 
da 
olduqca 
maraqlı 
keçdi. 
Bir-birimizə 
məhrəm 
olmağımıza  baxmayaraq,  yenə  də  aralı  dayandıq.  Bütün 
şəkillərdə  hər  ikimiz  eyni  qaydada  durmuşduq,  dəyişən 
şey yanımızdakı insanlar idi. 
Bəzi  qonaqlar  gedəndən  və  otaq  seyrələndən  sonra  bir 
neçə  nəfər  israr  etdi  ki,  bir-birimizin  ağzına  bal  qoyaq. 
Həmid  çox  utancaq  idi.  Mən  də  Həmidin  barmaqlarını 
görəndən  sonra  fikrimdən  daşındım.  Fikirləşdim  ki, 
vəsiqəsini 
gətirməyə 
gedəndə 
dostlarının 
birinin 
motosikletinin  xarab  olub  yolda  dayandığını  görüb.  Bu 
işləri  yaxşı  bacardığına  görə  dayanıb  motosikleti 


 
47 
düzəltməyə  kömək  edib.  Qayıdıb  gələndən  sonra  da 
məclisə gecikdiyinə görə macal tapıb əllərini yumayıb. 
Həmid  məclisdən  sonra  həyətdə  Əli  ilə  söhbət  edirdi. 
Atam onun dayısı olsa da, bizim yanımıza gəlməyə utanır, 
bütün qonaqların getməsini gözləyirdi. 
Həmidin bacısı Məryəm mənə yaxınlaşıb dedi: “Allaha 
şükürlər  olsun  ki,  məclis  gözəl  keçdi.  Bu  gün  qardaşımla 
şəhərə  çıxıb  bir  qədər  gəzin.  Biz  ev  işlərinə  kömək 
edərik”. 
Süfrədəki bəzi əşyaları götürüb dedim: “Problem deyil, 
ancaq  gərək  atam  icazə  versin”.  Məryəm  dedi:  “Həmid 
sabah  Həmədana  gedəcək  və  üç  ay  burda  olmayacaq”. 
Təəccüblə dedim: “Üç ay?! Niyə bu qədər çox? Deyəsən, 
indidən  özümü  uzunmüddətli  ayrılıqlara  alışdırmalı 
olacam”. 
Əşyaları  yerbeyer  etdik  və  bütün  qonaqlar  gedəndən 
sonra  atamdan  icazə  alıb  Həmidlə  evdən  çıxdıq.  Biz  yola 
düşəndə hava tamam qaralmışdı. 
Səidin  köhnə  peykan  maşınına  mindik.  Maşının  özü 
süd rəngli, oturacaqları isə qəvhəyi idi.  İki qardaş maşına 
elə qulluq etmişdilər ki, elə bil, zavoddan bu saat çıxmışdı. 
Özünü də Formula-1 pilotu Şumaxer hesab edirdi, maşını 
elə sürürdü ki, əldəki su tərpənməsin. 
İmamzadə  İsmayıl  məqbərəsinə  yola  düşdük.  Axşam 
saat  onun  yarısında  oraya  çatdıq.  Məqbərənin  qadınlara 
məxsus  qapısından  girmək  istəyəndə  bir  az  tərəddüdlə 
dedi:  “Zəhmət  olmasa,  telefon  nömrəni  ver  ki,  ziyarətdən 
sonra səninlə əlaqə saxlaya bilim”. O günə qədər hətta bir-
birimizin telefon nömrəsini belə bilmirdik. 
Nömrəni alandan sonra təbəssümlə dedi: “Telefonumda 
adını  başqa  cür  yazdım,  amma  sənə  deməyəcəm”. 


 
48 
Düşündüm  ki,  yəqin  öz adımı  və  ya  xanım  sözünü  yazıb. 
Çox da fikir vermədim. 
Ziyarət  edib,  namazımızı  qıldıq.  On  beş  dəqiqədən 
sonra  mənə  zəng  vurdu.  Çıxandan  sonra  imamzadənin 
həyətini  axıra  kimi  gəzdik.  Şəhid  Ümidəli  Keymasinin 
məzarını  da  ötüb  keçdik.  Yaxşı  ki,  baxdım.  Gördüm  ki, 
Həmid  imamzadənin  qəbristanlığına  tərəf  gedir.  Çox 
təəccübləndim.  Məhrəm  olduğumuz  ilk  gündə,  özü  də 
gecə  vaxtı  restoran,  kafeyə  getmək  yerinə,  gəlib  bura 
çıxmışdıq. 
İmamzadənin  qəbristanlığı  təpəlikdə  yerləşirdi.  Həmid 
məndən  öndə  gedirdi.  Qəbirlərin  bəzisi  aşağıda,  bəzisi 
yuxarıdaydı.  Bir  neçə  dəfə  ayağım  büdrədi,  özümü  güclə 
saxladım.  Həmidə  “əlimdən  tut”  deməyə  üzüm  gəlmirdi. 
Hər yer qaranlıq olsa da, mən əsla qorxmurdum. 
Bir qədər  getdikdən sonra üzünü mən tutub:  “Fərzanə! 
Şadlığımızın ilk günündə bura gəlməkdə məqsəd budur ki, 
sonumuzun  məzarlıq  olmasını  heç  vaxt  unutmayaq”. 
Sonra  əlavə  etdi:  “Düşünürəm  ki,  mən  burada  dəfn 
olunmayacam”. 
-Nə demək istəyirsən? 
Üzünü göyə tutdu. 
-Mən əminəm ki, şəhidlər xiyabanında dəfn olunacam. 
Bu gün nikah əqdimiz oxunanda dua etdim ki, Allah məni 
şəhid olaraq aparsın. 
Bu sözləri eşidəndə canıma lərzə düşdü. Səs tonu qeyri-
adi  idi.  Bu  ifadələr  mənə  yad  deyildi,  uşaqlıqdan  belə 
mühitdə böyümüşdüm. Belə bir vaxtda isə ölüm və yoxluq 
barədə  düşünə  bilmirdim.  Ən  azından,  hələ  çox  tez  idi, 
müştərək həyat  yoluna  yenicə qədəm qoyurduq.  Öz xəyal 
dünyamda  gələcək  həyatımız  üçün  nələr  təsəvvür 
etmirdim!  İndi  bu  sözlər  məni  incidirdi;  Həmidlə  uzun 


 
49 
illər  yaşayıb  ömrümü  onun  hər  gün  çiçəklənən  eşqi  ilə 
başa vurmaq istəyirdim. 
Ayaq  üstə  dayanıb  söhbət  etdiyimiz  yerdə  dəfnə  bir 
cəsəd  gətirdilər.  Təəccübləndim,  o  vaxta  qədər  kiminsə 
gecə  ikən  məzarlığa  gətirildiyini  görməmişdim.  Maraqlısı 
bu  idi  ki,  dünyasını  dəyişən  şəxs  bibimin  qonşularından 
idi.  Həmid  dedi:  “Sən  burda  qal,  mən  başsağlığı  verib 
qayıdıram. Boynumda qonşuluq haqqı var. Nigaran qalma, 
tez qayıdacam”. 
Qəbristanlığın  ortasında  tək-tənha  oturdum.  Öz-özümə 
düşünürdüm  ki,  ölümə  nə  qədər  yaxın,  eyni  zamanda 
ondan  nə  qədər  uzaq  olduğumuzu  hiss  edirik.  Şəhərin  və 
imamzadənin  sayrışan  işıqları  sanki  adama  ümid  bəxş 
edirdi.  Onlara  baxdıqca  xoşbəxt  bir  həyat  yaşayacağımızı 
düşünürdüm. 
Gecə  saat  on  birdə  maşına  mindik.  Çox  acmışdım. 
Məclis  işlərinə  o  qədər  başımız  qarışmışdı  ki,  səhərdən 
bəri  doğru-düzgün  yemək  yeyə  bilməmişdim.  Gecənin  o 
vaxtında imamzadənin ətrafında açıq bir yer də yox idi ki, 
oturub bir şey yeyək. 
Şəhərə  tərəf  getdik.  Həm  cümə  günü,  həm  də  gec 
olduğuna görə hansı restorana baş vururduqsa, ya bağlı idi, 
ya 
da 
yeməkləri 
qurtarmışdı. 
Sonda 
bazarın 
qurtaracağında  balaca  bir  kababxana  tapa  bildik.  İçəridə 
oturmağa  yer  yox  idi.  Qərara  gəldik  ki,  yeməyi  götürüb 
özümüzlə  aparaq.  Həmid  özü  üçün  lüləkabab,  mənə  isə 
toyuq  kababı  sifariş  verdi.  Yeməyi  alandan  sonra  dedi: 
“Yaxşı,  indi  harda  yeyəcəyik?”  Çiyinlərimi  çəkdim. 
Həmin  köhnə  peykan  bizi  Baracinə  apardı.  Oraya  qədər 
təxminən 10 kilometr məsafə vardı. Təpənin başına çıxdıq, 
bütün  şəhər  ayaqlarımızın  altında  qaldı.  Həmid  yerə 
sellofan sərib dedi: “Burda otur, çadran bulanmasın”. 


 
50 
Yeməyə  başlamaq  istəyəndə  yağış  yağmağa  başladı. 
Əvvəlcə  yağış  altında  romantik  bir  şam  yetmək  istədik. 
Bir  qədər  sonra  isə  yağış  romantikadan  güclü  çıxdı. 
Əşyalarımızı götürüb tez maşına qaçdıq. 
Həmid  diqqətimi  cəlb  etmək  üçün  soğanı  alma  kimi 
dişləyirdi. Ağzı alışıb yansa da, büruzə verməyib gülürdü. 
Gözlərini  bağlamışdı,  sanki  nəfəsilə  soğanın  acısını 
üfürmək istəyirdi. O qədər güldüm ki,  yeməyi necə  yeyib 
qurtardığımı  bilmədim. Hətta  qayıdanda  az  qalmışdı  qəza 
törədək.  Həmin  anlarda  başqa  bir  aləmdəydik.  O  aləmdə 
Həmid mənim üçün, mən də Həmid üçün yaradılmışdım. 
Danışmağa  söz  tapa  bilmirdik.  Bütün  bu  hisslər  mənə 
son  dərəcə  yeni,  eyni  zamanda  möhtəşəm  idi.  Aramıza 
dərin  sükut  çökmüşdü.  Həmid  deyirdi:  “Bir  şey  danış. 
Niyə  dinmirsən?”  Mənsə  nədən  danışacağımı  bilmirdim. 
Həddən  artıq  sakit  olduğumu  hiss  etsəm  də,  bu  sükutun 
nədən  yarandığını  və  onu  necə  poza  biləcəyimi 
düşünürdüm. 
Həmid  məni  danışdırmaq  üçün  hər  yoldan  istifadə 
edirdi. Mən universitetdən, Həmid də iş yerindən söz açdı. 
Mövzular qısa zamanda bitdi, vaxtımızsa çox idi. Bir neçə 
dəqiqə dayanandan sonra Həmid dilləndi: 
-Axı  niyə  danışmırsan?  Sənə  bir  söz  deyim,  balı 
dodaqlarına sürtəndə əlim dilinə dəydi. Onda başa düşdüm 
ki, yox, bu qızın dili varmış. Bəs indi niyə danışmırsan? 
-Hə, mazutlu barmağını deyirsən?! 
Bunu deyəndə hər ikimiz ürəkdən güldük. 
Saat birdə evə çatdıq. Anam əncir dərib hazırlamışdı ki, 
Həmid  bibimə  aparsın.  Əncirləri  alıb  getdi.  Səhər  tezdən 
ezamiyyətə  getməli  idi;  özü  də  nə  az,  nə  çox,  düz  üç 
aylığa.  Hələ  getməmiş  onun  üçün  darıxmağa  başladım. 


 
51 
Nişanlılıq  dövrümüzün  ilk  günü  belə  asanlıqla  keçdi. 
Sadə, gözəl və xatirə dolu bir gün idi. 


 
52 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə