Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   ...   7   8   9   10   11   12   13   14   15
Yadında-qalsın-nahayi

Yadımızdadır! 
İzin ver, keçək... 
Nöqtə yerinə, göz yaşlarımızı qoyub gedirik. 
 
O  günlərin  ümidiylə  ki,  Həmid  şəhidlərdən  ibarət  bir 
orduyla 
İmam Mehdinin (ə) əmrinə hazır olar. 
Və  bu  dəfə  Nəcəf-Kərbəla  yolunda  onunla  birgə 
həmsəfər olarıq. 
 
Bu qədər yazdıq, 
Ancaq heç biri sənin gözlərinin nəstəliqi olmadı... 
 
Yadigar şəkillər 
 
Yadigar  şəkillər  (Nurüş-şühəda  təpəsi,  naməlum 
şəhidlərin məzarı) 
Həmidlə görüş yerimiz 


 
267 
 
 
 
 
 
 
 
 
 
 
Vəsiyyətnamə 
Allahın adıyla 
Salam  olsun  varlığın  və  məkanın  şərəfi  olan 
Məhəmmədə (s) və onun pak ailəsinə! 
Mən  Həmid  Hişmətullah  oğlu  Siyahkali  Muradi  bir 
neçə  sətirdə  ürək  sözlərimi  yazmağı  lazım  bildim.  İlk 
olaraq,  bildirmək  istəyirəm  ki,  həzrət  Zeynəbin  (ə) 
hərəmini qorumağı özümə vacib və bu pak ailənin yolunu 
getməyi  səadət  bilirəm.  Allahdan  bu  yolda  qədəmlərimi 
möhkəm  etməsini  təmənna  edirəm.  Bu  həqir  bəndə  bu 
zamana  qədər  öz  həyatında  bunu  dərk  edib  ki,  bəzi 
insanlar bəsirətsizlikdən və əyri düşüncələr səbəbindən ya 
bu  ailənin  məqamını  dərk  etməyib,  ya  da  tarixin  heç  bir 
səhifəsində  onların  yanında  olmayıblar.  Yaxud  da 
yanlarında  olsalar  da,  ya  həssas  zamanlarda  meydanı  boş 
qoyublar,  ya  da  onlara  bu  müqəddəs  yolda  mane  olublar. 
Qalanlar  isə  dindarlıqdan  din  xidmətçisinə  çevrildilər  və 
anladılar  ki,  Allaha  çatmağın  yeganə  yolu  məhz  budur. 


 
268 
Həmçinin  bəşəriyyətin  azğınlığının  səbəbi  də  bu  yoldan 
uzaq düşməsi, bu hidayət nuruna qarşı kor olmasıdır. 
Bu  məktubu  oxuyan  və  ya  eşidən  hər  kəsin  yanında 
xəcalətliyəm.  Çünki  İmam  Mehdi  (ə)  və  onun  haqq  naibi 
olan  İmam  Xamenei  yolunda  qurban  verməyə  cəmi  bircə 
canım  vardı.  Buna  əminəm  ki,  töküləcək  qanım  mənim 
səadətimə  səbəb  olacaqdır.  Həzrət  Qasimin  sözüylə 
desəm,  ölüm  mənə  baldan  da  şirindir.  Mövlam  İmam 
Hüseyn (ə) kimi öz Allahımla aşiqanə görüşə, Allaha qərq 
olmağa  gedirəm.  Ancaq  bir  məsələni  demək  istəyirəm.  O 
da  budur  ki,  hazırda  bir  çox  qardaşlarımız  ön  cəbhədə 
cihadla məşğuldurlar, bütün cavanların arxa cəbhədə daha 
çətin  və  daha  mühüm  cihad  olan  mədəni  cihada  əməl 
etdiklərinə inanırlar. Onlar ümid edirlər ki, bacılarımız öz 
hicablarına riayət etməklə bu cihada yardım etsinlər... 
Bu  zəif  bəndəyə  görə,  heç  nə  və  heç  bir  şey  gözəl  söz 
və rəftardan dəyərli deyil. 
Bu  dünyada  nə  qədər  malım  varsa,  hamısı  həyat 
yoldaşıma  verilsin  ki,  onunla  öz  həyatını  qura  bilsin. 
Sonda, bu mətni oxuyan və eşidən hər kəsdən istəyirəm ki, 
haqlarını bu zəif bəndəyə halal etsinlər”. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
269 
 
 
 
 
 
Düşsəniz nə zaman bu aciz könülün siz yadına, 
Baxaram Əli rüxsarina, çataram eşqin sonuna. 
 
Gülərəm dodaqlarınla sakit, gözlərində olaram məst, 
Sənin canına and ola, rəhbər yolundayam paybəst. 
 
Yağı düşmən məni öz gözündə zəlil görərmiş, 
Şükr ola, yolunda düşdüm torpağa qanə bələnmiş. 
 
“Kəfa  bil-hilmi  nasirən”  (Kömək  üçün  səbir  etmək 
kifayətdir!)
 
Həmid Siyahkali Muradi
 


 
270 
 
 
 
 
 
 
 
 
Həmidin şəhadəti üçün seçdiyi şəkil 
 


 
271 
 
 
 
 
 
 
 
Qohumlardan birinin toyu, 1997 
 
Saçını  dibindən  qırxdırardı.  Keçəl  və  həddən  artıq  dəcəl, 
ancaq  olduqca  mehriban  uşaq  idi.  Uşaqlıqdan  mənə  çox  fikir 
verər,  məni  oğlanlarla  oynamağa  qoymazdı.  Dava-dalaşda 
həmişə mənim tərəfimi saxlayardı. Məscidin mükəbbiri -camaat 
namazında təkbir deyəni idi. Tez-tez atasıyla məhəllədəki Bəsic 
mərkəzinə gedərdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid və atam, 1994 
 
Sağdan: Həmid və Səid, novruz bayramı, 1994 
Mənə elçi düşən Həmid həmin bibioğlum idi ki, əkiz qardaşı 
Səidlə həmişə eyni geyinib gəzərdi, adlarını atam təklif etmişdi. 


 
272 
 
 
 
 
 
 
 
 
 
İbtidai məktəb, 1999 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşağıdan ikinci cərgədə, soldan ikinci Həmiddir. 
 


 
273 
 
 
 
 
 
 
 
 
 
Həmidin  qardaşları  Səidin  əşyalarını  yeni  evinə 
daşıyarkən, 2014 
 
Sağdan: Həsən, Həmid, Səid, Hüseyn və Cavad 
 
 
 
 
 
 
 
 
 
 
 
Ələmutun Sünbülabad kəndində ata bağları, 2015 
 
Sağdan: Cavad, Həsən, Hüseyn, Həmid və Səid 
Atası  və  qardaşları  Həmidlə  Sünbülabada  gedəndə 
bibim  arxayın  olurdu  ki,  ac  qalmayacaqlar.  Qardaşları 
bəzən zarafata ona Yanqom deyirdilər. 


 
274 
 
 
Səidin toyu, 2013 
 
Soldan oturan: Həmid və Səid 
 
 
 
Səidin toyu çox yaxşı keçdi, ancaq Həmidin halı çox da 
yaxşı  deyildi,  əkiz  qardaşıyla  həyat  yolları  ayrılırdı. 
Toydan  sonra  onu  restoranın  qapısı  önündə  gözləyirdim, 
ancaq  o  qədər  fikirli  idi  ki,  məni  unudub  getdi.  Bir  az 
gedəndən sonra yadına düşdüm. 
Mən  zarafata  ona  bir-iki  atmaca  atdım:  “Maşallah, 
Həmid  ağa!  Bəh-bəh!  Gör  biz  kimlərlə  piknikə  gedirik! 
Gör kimin divarına xatirələr yazırıq! Kim yoldaşını unudar 
axı,  ay  Həmid?!”  Belə  yerlərdə  birinin  üstünə  beşini  də 
qoyurdum ki, sözlərimi ciddiyə alsın. 


 
275 
 
 
 
 
 
Suriyaya getməzdən öncəki günlər, 2015 
 
 
Evə gələndə artıq axşam idi. Hərbi formada, paltarı toz-
torpaqlı  idi.  Ezamiyyət  öncəsi  təlimlərinə  qoşulmuşdu.  İş 
yerindəki  bütün  şəxsi  əşyalarını  gətirmişdi.  Sanki  ona 
ilham olunmuşdu. 


 
276 
 
 
 
 
 
 
 
 
 
Qumda  yazdırdığımız  hədisi  çərçivəyə  salmışdı  ki, 
həmişə gözlərimiz önündə olsun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid şəhidlərin xidmətçisi geyimində, 2014 
Dehlaviyə, Doktor Çəmranın şəhid olduğu yer 


 
277 
 
İmamzadə Fəllar, bahar, 2014 
Sağdan: mən, Həmid, Həmidin atası, bibim, Səid 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İmamzadə İsmayıl məqbərəsinin qarşısı, 2014 


 
278 
 
Qızılgül  və  məryəm  güllərini  sevdiyimi  bilirdi.  Mənə 
on  ədəd  qızılgül,  altı  ədəd  məryəm  gülündən  ibarət  gözəl 
bir  gül  dəstəsi  bükdürmüşdü.  Həmin  gün  birlikdə 
aldığımız  kostyumu  geyinmişdi.  Həmişəkindən  daha 
yaraşıqlı  və  sevimli  görünürdü.  Gəlin  maşınımız  da 
olduqca sadə bəzədilmişdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Toy günümüz, 2013 


 
279 
 
Sünbülabadda cücəkabab bişirərkən, 2014 
 
Qışda  sobanın  yanından  ayrılmırdı.  Çox  üşüyən  idi. 
Hava  bir  az  soyuyan  kimi  xəstələnirdi.  İşdən  gələn  kimi 
əllərini  tez  sobanın  üzərinə  qoyurdu.  Bəzən  də  bayırdan 
gələndə  birbaş  sobanın  üzərində  otururdu.  Deyirdim: 
“Həmid,  bir  gün  sobanın  borusu  çıxacaq,  gecə  vaxtı  dəm 
qazından boğulacağıq”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                  Sünbülabad kəndi, 2014 


 
280 
 
 
 
 
 
 
 
 
 
Kərbəla, 2010 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                     
 
                                     Həmid bacısı oğlu Sina ilə, 2009 
 
Otağa  keçib  bacısı  uşaqlarıyla  top  oynamağa  başladı. 
Uşaqlardan çox Həmidin səsi gəlirdi. Artıq bacısı uşaqları 
da  deyirdilər  ki,  kaş  dayımız  bizimlə  qalaydı,  top-top 
oynayaydıq. 


 
281 
 
 
 
 
 
 
 
 
 
2013-cü ilin novruzu 
 
 
Bayramdan iki gün sonra cümə axşamı həmin geyimdə 
də  əza  məclisinə  getmişdi.  Gecə  yarısı  mənə  zəng  vurdu. 
Məclisdəki  dostlarının  reaksiyasından  danışırdı.  Onlar 
Həmidi  adətən,  hərbçi,  ya  da  xidmətçi  paltarında 
görərdilər,  kostyumda  görməmişdilər.  Dedi:  “Dostlarıma 
maraqlı gəldi. Pencəyimi geyinib zarafatlaşırdılar”. 
 
 
 
 
 
 
 
 
 
 
 
                                      Cəbhə bölgələrinə səfər, 2014 
                                               Məlayir restoranı 


 
282 
 
 
 
 
 
 
 
 
 
Sadiqiyyə Bəsic qrupunun iclası, 2012 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmidin ad günü, 2015 
 
Xudmani  bir  ad  günü  keçirdik.  Səhər  tezdən  tort 
bişirməyə başladım. Həmidin dondurmanı hədsiz sevdiyini 
bilirdim.  Buna  görə  də,  təzə  süd  və  vanildən  çoxlu 
dondurma hazırladım. 
Bu paltarla Suriyaya getdi. 


 
283 
 
 
 
 
Həmid  silahlı  qüvvələrin 
ölkə  üzrə  karate  çempionatına 
gedəndə  özümü  ağlıma  gələn 
hər  şeylə  məşğul  edirdim  ki, 
mümkün  olduğu  qədər  az 
darıxım... 
Yarış 
günü 
nə 
etdimsə, nəticəni mənə demədi. 
Günbatana  yaxın  qapının 
zəngi  çaldı.  Həvəslə  düyməyə 
basıb  qapını  açdım.  Axsayırdı. 
Diqqətlə  baxanda  gördüm  ki, 
üst  dodağı  da  yarılıb.  Bunu 
görmək 
mənə 

qədər 
əzabverici  idi  ki,  gətirdiyi 
medalı  belə  görmədim.  Elə  ilk 
andan  deyinməyə  başladım. 
“Niyə  rəqibin  diqqətli  deyildi? 
Bu  necə  yarışdır  axı?!  Bəs 
hakim hara baxırdı?!” 
 
 
 
Silahlı  qüvvələrin  ölkə  üzrə  karate  çempionatı,  üçüncü 
yer, 2015 


 
284 
 
 
 
 
 
 
 
 
 
Bahar, 2015 
 
 
 
 
 
 
 
Dehlaviyə, mart 2014 
 
Həmidlə birgə cənub səfərində 


 
285 
 
 
 
 
 
 
 
Həmid  qardaşı  Həsənlə  Suriyaya  hazırlıq  təlimlərində, 
2015 
 
Həsənin özü pasdar idi, Həmiddən çox xidmət etmişdi. 
Ezam  ərəfəsində  hansının  Suriyaya  gedəcəyini  müzakirə 
edirdilər.  Qanuna  görə,  hər  ailədən  yalnız  bir  nəfər  gedə 
bilərdi.  Həmid  qardaşına  demişdi:  “Qardaş,  sənin  övladın 
var.  Sən  qal,  mən  gedim.  Sonrakı  göndərişdə  də  sən 
gedərsən”. 
 
 
Həmid və Şəhid İlyas Çegin
        
Həmid və Şəhid İlyas Çegini 
 
Hər üçü bir gecədə şəhadətə qovuşdu, ancaq dostlarının 
cəsədi  həzrət  Zeynəbin  yanında  qaldı.
  Həmid  və  Şəhid 
Zəkəriyya Şiri
 


 
286 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid əsgərləri ilə birgə 
İyun 2011 
 
İş  yoldaşlarından  çox  əsgərlərlə  şəkil  çəkdirmişdi, 
onlarla dost kimi rəftar edirdi, heç vaxt əmrlə danışmırdı. 
Əsgərdən bir şey almalı olanda “gətir” demirdi, deyirdi ki, 
haradasansa, gəlim götürüm. 
 
 
 
 
 
 
 
 
 
 
 
                  Həmid Suriyaya hazırlıq təlimlərində, 2015 
                          Həmid onluğa beş güllə vurub. 


 
287 
 
 
 
 
 
 
 
 
                             Məşhəddə tibbi yardım kursu, 2013 
 
Nişanlı  vaxtımızda  tibbi  təlimlərdə  iştirak  etmək  üçün 
üç  aylıq  Məşhədə  getməli  idi.  Ertəsi  gün  hələ  sübh 
namazının  səccadəsindən  qalxmamış  zəng  vurub  dedi: 
“Burda, təlim düşərgəsində gözəl  yasəmən  gülləri  yetişib. 
İndi  onların  yanından  danışıram.  Bu  güllərdən  sənin 
səccadənin ətri gəlir”. 
Səccadəmin  arasına  qoyduğum  qurumuş  yasəmən 
gülünü  iyləyib  dedim:  “Nə  gözəl!  Onda  hər  axşam 
danışacağımız yer o yasəmən güllərinin yanı olsun”. 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid xidmət etdiyi hərbi hissədə, 2013 


 
288 
 
 
 
Həmid şəhid dəfnində, 2015 
 


 
289 
 
Hərbi təlim, 2013 
 
 
Suriyaya 
getməzdən 
qabaq 
Həmidə 
keçirdiyim 
xınayaxdı  
 
Çantanı 
hazırlayandan 
sonra  xına  düzəldib  dedim: 
“Həmid,  düzü,  bilmirəm  nə 
vaxt  gedəcəksən  və  nə  vaxt 
əməliyyatda 
olacaqsan. 
Ancaq 
istəyirəm 
ki, 
əməliyyat  gecəsi xına yaxan 
döyüşçülər  kimi  sənə  də 
xına 
yaxaq. 
Əgər 
sağ-
salamat qayıtsan, heç, ancaq 
qismətində 
şəhid 
olmaq 
varsa,  indidən  xınayaxdı 
edirəm 
ki, 
şəhadətinin 
sabahısı  toy  günün  olsun. 
Sənin  xoşbəxtlik  və  xeyirli 
aqibət günün hər kimiz üçün 
ən  gözəl  gündür.  Üstünə  ağ 
parça  atıb  ayağının  altına  qəzet  qoydum.  Niyyət  edib  saçına, 
saqqalına və ayaqlarına xına yaxdım.
 


 
290 
 
 
 
 
Şəhidlər prospektində vida mərasimi,  
 
 
 
Həmid  Qəzvinin  ilk  hərəm  şəhidi  idi.  Xeyli  insan 
gəlmişdi.  Ancaq  dostlarının  bir  çoxundan  xəbər  yox  idi. 
Bəziləri  Suriyada  idilər,  bəziləri  də  bir  müddət  öncədən 
Ərbəin səfərinə yollanmışdılar. 
 
 
 
 
 
 
 


 
291 
 
 
 
 
 
Gözləyirdim  ki,  Həmidi  yuxarı  qaldırsınlar,  onu  görə 
bilim.  Tabutu  qaldıranda  cana  gəldim.  Yol  yeriyə 
bilmirdim,  rəfiqələrim  və  bacım  qolumdan  tutub 
aparırdılar.  Dedim:  “Xahiş  edirəm,  Həmidlə  birlikdə 
hərəkət  edək.  Nə  qabağa  keçək,  nə  də  geri  qalaq!”  Son 
dəfə onunla birlikdə addımlamaq istəyirdim. 
Bu qısa zamanda hər gün daha çox sevdiyim, qəlbimin 
sevgisilə  aşıb-daşdığı,  müştərək  həyatımızın  enişli-
yoxuşlu  bütün  anlarında  dağ  kimi  yanımda  olmuş  əziz 
həyat yoldaşımdan halallıq istəyirəm. 
Qüsl  veriləndən  sonra  yoldaşıma  bir  müddət  mənimlə 
tək qalıb dərdləşməyə icazə verilsin. 
 
 


 
292 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Son görüş 
 
Qəzvinin Meracüş-şühəda məzarlığı 
Həmidin vəsiyyətnaməsində yazdığı kimi, məni on beş 
dəqiqə  onunla  baş-başa  buraxdılar.  Həmişə  düşünürdüm 
ki, bir şəhid xanımı belə bir anda yoldaşına nə deyə bilər! 
Bu 
son 
dəqiqədə 
nə 
deyəcəyimi 
əvvəlcədən 
hazırlamışdım.  Ancaq  hamısını  unutmuşdum.  Başımı 
qulağına  yaxınlaşdırıb  dedim:  “Yadında  qalsın!  Səni 
sevirəm! Özü də çox sevirəm!” Cavab gözləyirmişəm kimi 
başımı  geri  çəkdim.  Bir  neçə  dəqiqə  sükut  edib,  yenə 
qulağına dedim: “Həmid, səni sevirəm!” 
Əlimi son dəfə üzünə qoydum. Bu əlimlə mehriban və 
isti  çöhrəsini  həmişə  nəvaziş  edərdim.  İndi  isə  çox  soyuq 
idi.  Soyuqluğu  adamın  iliyinə  işləyirdi.  Tapşırmışdılar  ki, 
Həmidin  yarıaçıq  gözlərini  bağlamayın,  anasını  və 
xanımını  son  dəfə  görə  bilsin.  Özüm  gözlərini  öpüb, 
bağladım. 


 
293 
Suriyadan gətirilən əşyaları: 
 
Daraq,  üzük,  möhür,  toy  saatı 
və qanlı kimlik nişanı 
Mənə  ən  çətin  günlərdən  biri 
döyüş  yoldaşlarının  21  dekabrda 
Həmidin  çantasını  gətirdikləri  gün 
idi.  Həmidin  çantası  mənə  yelda 
gecəsində  çatdı.  O  günü  qəhər 
içində  keçirdim.  Qaranlıq  düşəndə 
hamının gözündən uzağa çəkildim. 
Çantanı 
qucaqlayıb 
Həmidlə 
birlikdə  keçirdiyim  bütün  yelda 
gecələrini xatırladım. İndi isə ondan qalan yalnız bir çanta 
əşya  vardı.  Səhərə  qədər  ağladım.  Həmidə  öz  əllərimlə 
hazırladığım çanta idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmidin şəhadətindən sonra ilk novruz süfrəsi, 2016 


 
294 
 
 
 
 
 
 
 
 
 
 
 
Pasdar günü, 2016 
Qəzvinin şəhidlər məzarlığı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Payızı,  qışı,  yazı,  yayı  -bütün  fəsilləri  Həmidlə  birgə 
şəhidlər  xiyabanında  sınaqdan  keçirdim.  Bəzi  fikirlər 
beynimdən  bir  an  belə  çıxmırdı:  “Torpaqda  uyuyan 
əzizimin bədəni çürüyüb, ya yox? Ağrı hiss edib, ya yox?” 
Hava isti olanda, soyuyanda, qar yağanda narahat olursan. 
Baxmayaraq  ki,  hər  şeyin  bitdiyini,  ruhun  bədəndən 
çıxdığını çox gözəl bilirsən. 


 
295 
 
 
 
 
Əlvida, ey bəyaz gecələrin şeiri! 
Əlvida, ey sevgi romanı! 
Əlvida, ey eşqin gözəl səhəri! 
Əlvida, ey axşam şeirinin ətri! 
Əlvida, ey həmişəki həmsöhbətim! 
Əlvida, ürəyimə qonmuş kədərim! 
Sən tək qalmazsan, ey mənsiz qalan! 
Səni yorğun qəlblərə tapşırıram mən! 
Səni tapşırıram işıqlı ayın minasına! 
Səni dəryalara tapşırıram mən! 
Səni gecəyə tapşırıram ki, yanmasın! 
Səni ölməz ürəyə tapşırıram mən! 
 


 
296 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə