www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
199
So says the proverb
Passed on from mouth to mouth…
It is true,
We will go,
But the world
And everything in it
Will be left for the people.
(70, 390).
Sətri tərcüməsi:
―Bu dünya ki, Süleymanın olmadı
sənin də olmayacq‖.
Belə deyir məsəl
Ağızdan-ağıza keçmiĢ
Bu düzdür,
Biz gedəcəyik
Ancaq dünya
Və onun içindəkilər
Xalqa qalacaq.
Göründüyü kimi, ―Süleymana qalmayan dünya, sənə də
qalmaz‖ zərb- məsəli demək olar ki, olduğu kimi
saxlanmıĢdır. Bu məsəlin ekvivalentini vermək düzgün
olmazdı. Çünki burada milli əlamət var (―Süleymana
qalmayan dünya‖). Tərcüməçinin bu milli əlaməti saxlamasını
uğur hesab etmək olar.
Mikayıl MüĢfiqin ―Könlümün dedikləri‖ Ģeirinin aĢağıdakı
bəndinin tərcüməsini müqayisə edək:
Babam dedi: ―Keçən günə gün çatmaz‖
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
200
200
Mənim könlüm bu sözlərə heç yatmaz.
Mənim könlüm deyir ki: hələ bunlar nədir ki...
Olqa Moisiyenkonun tərcüməsi:
My sires define
―Past times were fine‖
These words I hate,
My heart says: ― Wait‖.
(70, 282).
Sətri tərcüməsi:
Mənim babalarım təyin edir
KeçmiĢ vaxtlar gözəl idi.
Bu sözlərə mən nifrət edirəm
Mənim ürəyim deyir: ―Gözlə‖!
―Keçən günə gün çatmaz‖ atalar sözü tərcümə olunmuĢdur.
Lakin bu variant ―Keçən günə gün çatmaz‖ atalar sözünün
məna tutumunu tam əks etdirmir. Çünki bu atalar sözü ―ötən
günlər gözəl və yaxĢı idi‖, - demək deyil, ötən günün
qaytarılmasının qeyri-mümkünlüyünü nəzərə çatdırmaqdır.
Lakin Ģeirdən görünür ki, M. MüĢfiq
Babam derdi: ―Keçən günə gün çatmaz‖,
Mənim könlüm bu sözlərə heç yatmaz, -
deməklə babanın dili ilə məhz həmin fikri, yəni ötən dövrlərin
daha yaxĢı olması fikrini nəzərdə tutmuĢdur. Ona görə də
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
201
tərcüməçi həmin atalar sözünün bu kontekstdə verdiyi mənanı
düzgün tərcümə etmiĢdir.
Zeynal Xəilin ―Miniətürlər‖ Ģeirində (tərcümə Tom Botinq)
iĢlənmiĢ aĢağıdakı zərbi-məsəlin tərcüməsinə baxaq:
Barını yediyin ağacı kəssən
Özün barlı ağac ola bilməzsən.
Ġngiliscəsi:
If you would fell a tree whose fruit you ate
To be a barren tree may be your fate.
(70, 381).
Sətri tərcüməsi:
Meyvəsini yediyini ağacı yıxsan
Sənin taleyin barsız ağac ola bilər.
Tom Botinq məsəlin mənasını olduğu kimi tərcümə etmiĢ,
beləliklə, Ģairin fikrini çatdıra bilmiĢdir.
Tələt Əyyubovun ―Söylə nədən bildin, söylə nə bildin?‖
Ģeirini Doryen Rotenberq tərcümə etmiĢdir:
Astaca dedin ki, bilirəm yanır
Kiminin ürəyi, kiminin əli...
Gen dünya baĢıma tərsə dolanır
Sənin o sözünü mən eĢidəli...
Mənim ürəyimin bu yanmasını
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
202
202
Söylə nədən bildin, söylə nə bildin?
Ġngiliscəsi:
Said softly: ―I know,‖ and to me turning,
Some burn their hands, and others hearts are burning
When I heard you speaking about my desire,
Round and round all the world began to go
How did you know that my heart was on fire
Tell me lovely one, tell me, how did you know?
(70, 393).
Sətri tərcüməsi:
YumĢaqca dedin: ―Bilirəm‖ və mənə dönərək
Kimin əlini yandırır, baĢqalarının ürəkləri yanır
Sənin mənim arzumdan danıĢdığını eĢidəndə
Dünya baĢıma dolanmağa baĢladı
Sən hardan bildin ki, mənim ürəyim od üstədir,
Söylə, sevgilim, söylə sən necə bildin?
Bu bənddə Ģairin iĢlətdiyi ―Gen dünya baĢıma tərsə fırlanır‖
məsəli də nisbətən uğurlu tərcümə olunmuĢdur: ―Dünya
baĢıma dolanmağa baĢladı‖.
Azərbaycan dilində ―dünyanın baĢıma tərsə dolanması‖
Ģəklində iĢlənən bu məsəlin məhz ―tərsə dolanmaq‖ çaları
tərcümədə saxlanmasa da, hər halda tərcüməçi aĢiqin iztirabını
―dünya baĢıma dolanmağa baĢladı‖ ifadəsi ilə düzgün çatdıra
bilmiĢdir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
203
Azərbaycan Ģairləri obrazlılıq və emosional məna çaları
yaratmaq üçün frazeoloji birləĢmələrin digər növlərindən də
geniĢ istifadə edirlər. Bu mənada idiom və ibarələr daha çox
iĢlənir.
Ġngilis dilinə tərcümə zamanı belə birləĢmələrin ifadə etdiyi
obrazlılıq və milli kolorit heç də həmiĢə qorunub saxlanılmır.
Bu, Ģübhəsiz, yenə də Azərbaycan dilində frazeologizmlərin
özünəməxsusluğu, sırf milli xarakter daĢıması ilə bağlıdır.
Ona görə də belə birləĢmələrin tərcüməsi zamanı onların
yaratdığı məna çalarını vermək, daha doğrusu, onların ifadə
etdiyi mənanı saxlamaq vacibdir. Bu sahədə hərfi tərcümə
qətiyyən məqbul sayıla bilməz.
Müasir Azərbaycan poeziyasından nümunələri ingilis dilinə
çevirən mütərcimlər bu və ya digər Ģəkildə həmin prinsipi
gözləməyə çalıĢmıĢlar.
Rəsul Rzanın ―Dənizli dünya‖ Ģeirindən (tərcüməçi Tom
Botinq) aĢağıdakı parçaya baxaq:
Ayaq saxladım bir an
Bağırdım səsim gəldikcə:
Nə qara-qıĢqırıq salmısan?
Əli qoynunda durmuĢ
Balıqçılardan xəbərin varmı?
Ġngiliscəsi:
I slowed down my pace and shouted aloud
What cause have you, sea, to moan?
Have you never seen fisherman frozen in woe?
(70, 337).
Dostları ilə paylaş: |