Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

müddəasına və yaxud da dolayısı ilə bunun

təsdiqinə  rast  gəlinmir.  Burada,  həmçinin

resurslar, dənizin dibi və səthindən istifadə,

ekosistemin qorunması kimi ciddi məsələlərə

də  yer  verilməmişdir.  Digər  tərəfdən,  real-

lıqda da Xəzərin istismarında kondominium

prinsipi faktiki təsbitini tapmamışdır. Ümu-

miyyətlə,  tarixdə  heç  vaxt  göl  və  ya  daxili

dənizlərin kondominiumu olmamışdır. Lakin

bu məsələdə bir beynəlxalq məhkəmə çəkiş -

məsi yaddaşlarda qalmışdır. O, Fonseka kör-

fəzi  üzərində  suverenliklə  bağlı  sahilyanı

dövlətlər Salvador, Honduras və Nikara qua -

nın mövqeləri ilə bağlı olmuşdur. Çıxarılan

məhkəmə  qərarına  əsasən  körfəzin  tarixi

boğaz statusuna malikdir və onun sahildən üç

mildən  kənarda  olan  suları  bu  üç  dövlətin

kondominiumuna məxsusdur. Burada məhkə -

mə belə bir fakta əsaslanmışdı ki, Fonseka

körfəzi  uzun  müddət  bir  dövlətə  məxsus

olmuş və üç sahilyanı dövlət müstəqil olandan

sonra körfəzi onların ümumi mülkiyyəti kimi

nəzərdən keçirməmişdilər. İş üzrə gəmiçilik

məsələsinə toxunan məhkəmə müəyyən etmişdir ki, körfəzin mürəkkəb coğrafiyası

onun hər hansı formada bölünməsini praktiki çətin edir. Bu vəziyyətdə ən azı, bu

dövlətlərdən birinin açıq dənizə çıxışı qapanır. Xəzərdə situasiya isə tamamilə fərq-

lidir. Belə ki, o heç zaman bir dövlətə məxsus olmayıb [10, 19].

SSRİ  1949-cu  ildə  Xəzərdəki  neft  ehtiyatlarının  işlənməsinə  İranla  məs-

ləhətləşmədən, onun iştirakı olmadan başlamışdır. Faktlar onu göstərir ki, İran tərəfi

buna hər hansı bir formada etiraz bildirməmişdir. Bundan sonra vurğulanmalıdır ki,

1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünməsi

həyata keçirilmiş və bununla İran tanış edilmiş və hətta müvafiq bölgünün topoqrafik

xəritəsi də Tehrana göndərilmişdir. Bu zaman da İran tərəfi belə bir bölgünün aparıl-

masına etiraz bildirməmişdir. Bunu onunla əsaslandırmaq olar ki, müvafiq Xəzər

müqavilələrində onun enerji resusları və onların işlənməsi barədə heç bir şey əksini

tapmamışdır. Digər tərəfdən, Sovet İttifaqının uzun illər Xəzər dənizində və əsas

etibarilə Azərbaycana yaxın sahədə apardığı tədqiqat və istismar işləri 10 mildən

artıq ərazini əhatə etmişdir. Bu zam an əldə olunan gəlirdən İrana ödəməmiş və ya

onu həmin fəaliyyətə hər hansı bir formada cəlb etməmişdir. İran tərəfinin də bu

fəaliyyətə bir etirazı olmamış və o, bundan gələn gəlirin bölünməsinə iddia et-



Şəkil 4. Xəzərin median prinsip

üzrə bölgüsü.

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



110


4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



111

məmişdir. Özü də yaxın sahədə birtərəfli fəaliyyətlər həyata keçirmişdir. Buna görə

də, Xəzərin hüquqi statusu müəyyən olunarakən sahilyanı dövlətlərin neft-qaz re-

suslarının istifadəsində yaranmış mövcud təcrübə və müvafiq beynəlxalq normaları

əsas götürülməlidir. Bütün bunlar, öz növbəsində, elmi və siyasi əsası olmayan və

dünya təcrübəsində heç vaxt tətbiq edilməyən kondominium prinsipinin Xəzərdə

tətbiqini bir daha mümkünsüz edir.

Azərbaycan Xəzərin daxili göl (beynəlxalq sərhəd gölü) olmasına əsaslanaraq

sərhədlərinin delimintasiyasında ekvidstansiya prinsipi - dövlət ərazisinin bir hissəsi

sayılmaqla dənizin orta xətt üzrə beş milli (“Milli sektor” anlayışı dənizin dibi kimi,



səthi və hava məkanı ehtiva edir) sektora bölünməsini təklif edir. Konkret olaraq

Azərbaycanın təklifində “sahil xəttinin davamı kimi orta xətt çəkilir və bu xəttin hər

bir nöqtəsi Xəzərin bitişik və ya əks tərəfində yerləşən dövlətlərin ilkin sahil xət-

tindən  bərabər  məsafədə  olur”  prinsipi  göstərilir.  Bu  mövqe  ölkənin  Konsti-

tusiyasında da birmənalı şəkildə təsbit edilmişdir. Belə ki, ölkə Konstitusiyasının

11-ci maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mən-

sub olan bölməsi (Konstitusiyaya görə, Azərbaycana mənsub milli sektor 25 millik

- 45 km-lik zonadan xeyli çox sahəni əhatə edir) Azərbaycan Respublikası ərazisinin

tərkib hissəsidir. Xəzəryanı dövlətlərin müstəqillik statuslarını elan etməmişdən

əvvəl onun bölgüsünün 1970-ci ildə qəbul olunmuş prinsipə əsasən milli sektorlar

üzrə müəyyənləşdirməsi və bu su ərazilərin hazırda da “de fakto” varis dövlətlərə

mənsubiyyətliyi Azərbaycanın mövqelərini bir daha artırır [5, 13].

Tanınmış rus politoloqu Aleksandr Duqin (1962) özünün məşhur “Geosiyasətin

əsasları” kitabında qeyd etmişdir ki, “SSRİ Xəzər neftinə xüsusi diqqət yetirməmiş,

daha çox Şimali Avroasiyadakı yataqların işlənməsini inkişaf etdirməyə üstünlük

vermişdir. Buna görə də, hazırkı nəzarət situasiyasında Xəzərin və Xəzər-Qaradəniz

məkanı atlantizm və avroasiyaçılığın qlobal qarşıdurması məsələsinə çevrilmişdir”

[9, s.81.] Şübhəsiz ki, Azərbaycan geopolitikasını onun Xəzərdəki zəngin karbo-

hidrogen  resursları,  ümummilli  lider  Heydər  Əliyevin  “Əsrin  müqaviləsi”  ilə

təməlini qoyduğu yeni neft strategiyası pozulmaz naxışlarla dəyişdirmişdir. Bölgüsü

qızğın mübahisələr, müzakirələr mövzusu olan Xəzərdə Azərbaycanın hesablarının

tarixi və real mövcudluğu, bu gün onun mövqelərini gücləndirən şərtlər sırasındadır.

Azərbaycan geoloqları yeni neft axtarışında dənizə üz tutmasaydılar, Qara daşlarda

qazılan ilk quyu fontan vurmasaydı, Neft daşları şəhərə çevrilməsəydi, bu yataqlar-

dan milyon tonlarla ölçülən neft hasil edilməsəydi, Xəzər faktoru ilə bağlı respub-

likamızla  hesablaşmada  əks  tərəflər  daha  ciddi  cəhdlər  edərdilər.  Məhz  Xəzər

neftinin Azərbaycan tərəfindən ilkin istismar edilməsi buradakı mövqeyimizi daha

arqumentli etmişdir.

Qazaxıstan və Rusiya isə Xəzər beynəlxalq daxili dəniz olaraq onun dibinin me-

diana boyunca sektorlara bölünməsini, su tutumunun isə ümumi istifadədə qalmasını,

gəmiçilik üçün sərbəstlik, balıqçılıq və ətraf mühitin qorunması üzrə razılaşdırılmış




Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə