İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
56
nasız kömək etməyə nə vadar edir? Bu suala cavab vermək üçün alicənablığı aşağı-
dakı qruplara ayırmaq olar:
1. Yaxın qohumlara münasibətdə alicənablıq (irsi qohumluğu olan insanlara
köməklik onları gücləndirir və beləliklə, fərdin genlərinin yaşama ehtimalını
artırır);
2. Uzunmüddətli və sıx əlaqələri olan insanların qarşılıqlı alicənablığı (gələcəkdə
qarşı tərəfdən köməyin alınması ehtimalının böyüklüyü);
3. Qrup alicənablığı (bir-birinə görə ölümə belə getməyə hazır olan insanlar
maddi resurslar uğrunda mübarizədə daha çox uğur qazana bilirlər).
Alturizm irsi, yoxsa mədəni xüsusiyyətdir? Bu suala cavab vermək üçün bioloqlar
primatlar və insanların müvafiq davranışını müqayisə etmişlər. Məlum olmuşdur ki,
şimpanzelər irsi qohumluğu olmayan digər şimpanzelərə kömək etməyə heç bir
maraq göstərmirlər. Üç yaşlı insan övladı isə tanımadığı həmyaşına daha böyük
həvəslə yardım edir. Bioloqlar ibtidai icma dövründə insanın digər canlılarla
mübarizədə daha üstün olmasının səbəbini məhz bir-birinə yardım etmək instinktinin
olması ilə əlaqələndirirlər.
Alicənablığın daha bir izahı ondan ibarətdir ki, insan başqasına kömək etməklə
özünün daha yüksək statusunu göstərməyə çalışır. Cəmiyyətlə bağlanılacaq sa-
zişlərdən fayda götürmək alicənablığını göstərməklə etibar qazanmaq istəyən fərdin
əsas motivi hesab olunur. Vətənpərvərlik hissi alicənablığın xüsusi formasıdır. Onun
fərqli xüsusiyyəti ondan ibarətdir ki, vətənpərvər xeyixah əməlləri ayrı-ayrı fərdlər
və ya qruplar üçün deyil, bütün cəmiyyət üçün edir. Bu xüsusiyyətin rasionallığı al-
turizmin rasionallığı ilə eynidir. Sahibkarın vətənpərvərliyi onun tərəfdaşlarının və
əməkdaşlarının güclənməsinə gətirir. Bu isə öz növbəsində cəmiyyətin inkişafına
gətirməklə sahibkarın özünün imkanlarının və statusunun yüksəlməsinə gətirir.
Vətənpərvərlik hissinin etnik mənsubiyyət və millətçilik hisslərinə keçmə təhlükəsi
də mövcuddur.
Belə vətənpərvərlik bir tərəfdən uğurlu irsi və mədəni xüsusiyyətlərin qrup da-
xilində bölüşdürülməsi ilə qrupu gücləndirir, digər tərəfdən isə özünəqapanmanı
yaradaraq başqa qruplarla əlaqələrin kəsilməsinə və beləliklə, daha səmərəli xü-
susiyyətləri əldə etmək imkanının itirilməsinə gətirir. Nəticədə təkamül
mübarizəsinin uzunmüddətli perspektivində digər qruplara məğlub olma təhlükəsi
artır.
Psixopatiya (mənfi alturizm). Alicənablıq hissi insanlarda fərqli dərəcədə inkişaf
edir. Elə insanlar da vardır ki, onlarda başqa insanlara qarşı nifrət hissi də olur. Belə
insanları psixopat adlandırırlar. Kriminal psixologiyanın məşhur tədqiqatçılarından
olan kanadalı alim Robert Heyr (1934) psixopatiya meyillərini müəyyən etmək üçün
test hazırlamışdır. Tədqiqatların birində o, iri şirkət rəhbərləri arasında bu testi keçir-
miş və məlum olmuşdur ki, iri şirkətlərin top-menecerlərinin əksəriyyəti psixopat-
lardır. Sonralar Britaniya alimlərinin tədqiqatlarında bu nəticələr təsdiq olunmuşdur.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
57
Britaniya şirkətlərinin top-menecerləri arasında aparılan test sonradan cinayətkarlar
arasında da keçirilmiş və nəticələr müqayisə edilmişdir. Məlum olmuşdur ki, isterika,
özündən müştəbehlik və psixoloji sarsıntılar top-menecerlər arasında daha geniş
yayılmışdır [18, s. 91].
Bu tədqiqatların nəticələri onu deməyə əsas verir ki, insanın adi həyat üçün
yararsız olan bəzi xüsusiyyətləri (psixopatiya və s.) azad bazarda aparılan iqtisadi
fəaliyyətdə rəqabət üstünlüyünü əldə etməyə imkan verir.
Gözəllik duyumu. İnsanda gözəlliyi seçmək qabiliyyəti həm bioloji, həm də
mədəni amillərin təsiri ilə formalaşır. İnsanın tələbatlarını ödəyə bilən mövcud al-
ternativlər arasında ən yüksək fayda/məsrəflər nisbətini təmin edən nemət gözəl,
yəni rəqabət qabiliyyətli hesab olunur.
Belə bir rəy mövcuddur ki, yapon xalqına xas olan güclü gözəllik duyumu onların
daha rəqabət qabiliyyətli olmasına gətirmişdir. Təsadüfi deyil ki, Yaponiyanın təhsil
sistemində ədəbiyyat, rəsm, musiqi, bədii gimnastika və digər incəsənət pred-
metlərinə xüsusi yer verilir.
Körpə uşaqların dərketmə prosesi üzrə aparılan tədqiqatlar göstərir ki, insan irsən
cəlbedici üzləri fərqləndirmək qabiliyyətinə malik olur. Bu zaman üzün simmetrikliyi
cəlbediciliyin əsas meyarı kimi qəbul olunur. Simmetriklik daha keyfiyyətli genlərin
mövcudluğuna və xəstəliklərin olmamasına dəlalət edir. Körpənin simmetrik üzü
fərqləndirə bilməsi (irsən keçən xüsusiyyət) ona dəlalət edir ki, gözəllik duyumu
təkamül mübarizəsində imkanları artırır [21].
T.B.Veblenin qeyd etdiyi peşəkarlıq instinkti də gözəllik duyumuna aid ediir. Key-
fiyyətlə yerinə yetirilən iş insanların xoşuna gəlir. Əsl peşəkarlar işi keyfiyyətsiz
icra etmək qabiliyyətinə, sadəcə olaraq, malik olmurlar. İnsanın düzgünlük və
peşəkarlıq instinktləri tərəfdaşlarla münasibətlərdə etibar və nüfuz qazanmağa imkan
verir. Veblen göstərirdi ki, peşəkarlıq instinkti bəşəriyyətin vəhşi həyat tərzindən
dünyəvi həyat tərzinə keçidindən sonra daha böyük əhəmiyyət kəsb etməyə
başlamışdır. Belə ki, peşəkar cəmiyyətdə nüfuzlu tərəfdaş obrazına malik olur.
Nifrət, qəzəb, hiddət. Bir çox hallarda insanın qarşısında çətin vəzifə dayandıqda
(ağır fiziki iş, güclü rəqiblə mübarizə və s.) güclü mənfi emosiyalar yaranır. Bu
emosiyalar qısa müddətdə həmin vəzifənin həlli üçün çox böyük enerjini sərf etməyə
kömək edir. İnsan irsən keçən bu xüsusiyyətləri mədəni amillərin və intellektin
köməyi ilə idarə edə bilər.
İnsan məhdud enerjisini həyati tələbatlarının təmin olunması ilə bağlı olan vəzi-
fələrin həllinə yönəltdikdə daha səmərəli nəticələrə nail olur. Məşhur Pareto effektinə
görə, insanın əldə etdiyi nəticələrin 80%-i bütün vəzifələrin 20%-nin həlli ilə
bağlıdır. Yəni insanın elə vəzifələri vardır ki, onlar nəticələrin əldə edilməsində
həlledici hesab olunur. Bu vəzifələri strateji və ya əsas vəzifələr adlandırırlar. Deməli,
insanın intellekti əsas vəzifələri (məqsədi) müəyyən etməli və enerjini bu vəzifələrin
həllinə yönəltməlidir.
58
İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
5. Nəticə
1930-cu illərin “böyük depressiyası”, 1973-cü ilin qlobal enerji böhranı, 2008-ci
ilin qlobal maliyyə böhranı və insan azadlıqlarının həddən artıq məhdudlaşdığı
ölkələrin iqtisadi geriliyi həm ultraliberalizm, həm institusionalizm, həm də etatizm
(insanın hüquq və azadlıqlarının məhdudlaşdırılması) ideyalarının iqtisadi sistemin
tənzimlənməsi üçün qüsursuz olmadığını göstərir.
“Hədsiz istehlak böhranı” adlanan müasir tənəzzül azad sahibkarların sosial mə-
suliyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. İstənilən hakimiyyət mə-
suliyyəti şərtləndirir. Sahibkarlar cəmiyyətdə kimin qarşısında və nəyə görə
məsuliyyət daşımalıdır? Sahibkarın ictimai həyata və mənəvi dəyərlərə böyük təsiri
nə ilə əsaslandırılır? Bu suallar sahibkarlığın sosial funksiyasının mahiyyəti ilə bila-
vasitə bağlı olaraq, yalnız iqtisadi sahəni əhatə etmir.
Müəssisə ictimai institut olaraq cəmiyyətin, iqtisadiyyatın və insanlararası mü-
nasibətlərin əsas elementidir. Buna görə də müəssisənin fəaliyyət fəlsəfəsi yalnız
şəxsi və qrup məqsədləri deyil, ictimai maraqları da özündə ehtiva etməlidir. Müəs-
sisə tərəfdaşların, əməkdaşların və alıcıların nəzərində cəmiyyətdə müəyyən sosial
statusa nail olmağın və ictimai mövqelərin ifadə vasitələrindən biri olmalıdır. Belə
müəssisə iş yerlərinin və büdcəyə vergi ödəmələrinin mənbəyi kimi çıxış edərək
cəmiyyətdə müəyyən nüfuza malik olmalı, istehsal və istehlak mədəniyyətinin for-
malaşmasında yaxından iştirak etməli, milli-mədəni və ekoloji dəyərlərə önəm
verərək mütərəqqi cəmiyyətin formalaşmasında iştirak etməlidir.
Sahibkarlığın tənzimlənməsinin əsas vəzifələrindən biri sahibkarın cəmiyyətə və
təbiətə təsirinin və bu təsirə görə məsuliyyətin idarə edilməsindən ibarətdir. Hər bir
müəssisə təbiət və cəmiyyətlə daimi qarşılıqlı təsirdə olur. Dövlətin iqtisadi
siyasətində azad sahibkarlığın dəstəklənməsı yalnız iqtisadi məqsədlərlə deyil, sosial
və ekoloji amillərlə də əsaslandırılmalıdır. Azad sahibkarlıq cəmiyyətə və ətraf
mühitə fayda verməlidir. Bu faydanın qiymətləndirilməsi üçün kəmiyyət və key-
fiyyətcə qiymətləndirilə bilən meyarlar müəyyən edilməlidir.
Fərdiyyətçiliyin üstünlük qazanmasına gətirən və insanın irsən əldə etdiyi “bioloji
instinktlər”in rasional seçimə təsirini “mədəni instinktlər”in və intellektin
(“düşünülmüş seçim”) köməyi ilə ictimai səmərəliliyə istiqamətləndirmək imkanları
mövcuddur. Elə bir sosial-mənəvi mühit yaratmaq lazımdır ki, sahibkarlar əsas
psixoloji motivlərini dəbdəbəli həyat tərzinin və əldə etdiyi maddi nemətlərin nü-
mayişi ilə bərabər, cəmiyyətə verdiyi faydanın göstərilməsi ilə də ödəməyə is-
tiqamətlənsinlər (nümunə üçün, büdcəyə ödədiyi vergilərin miqdarı, xarici
bazarlarda rəqabətli olan məhsulların istehsalı, açdığı iş yerlərinin sayı, elm və təh-
silin inkişafına yönəltdiyi vəsaitlərin məbləği və s.). Sahibkarın cəmiyyətdə nüfuzu
onun əmlakının miqdarı və keyfiyyəti ilə deyil, cəmiyyətə verdiyi fayda ilə müəyyən
edilsə, daha yaxşı olar. İnsanın davranışına və rasional seçiminə təsir göstərən me-
59
yarlar arasında maddi dəyərlərlə ümumbəşəri və milli mənəvi dəyərlər arasında ta-
razlığa nail olmaq lazımdır. Elmin, təhsilin və mədəniyyətin mütənasib və əlaqəli
inkişafının bu məsələlərin həllində əhəmiyyəti çox böyükdür.
Hal-hazırda Azərbaycanın vergi sistemində tətbiq olunan mütərəqqi informasiya
texnologiyaları vergi tənzimlənməsinin nisbətən mürəkkəb və daha səmərəli me-
xanizmlərindən istifadə etməyə imkan verir:
yenilikçi sahibkarların müəyyən edilməsi və onlar üçün stimullaşdırıcı xüsusi
vergi rejiminin tətbiqi;
təkmilləşdirici xarakter daşıyan texniki-texnoloji və təşkilati yeniliklər hesabına
əldə olunan əlavə mənfəətin aşağı vergi dərəcələri ilə vergiyə cəlb olunması;
elm və təhsilin inkişafına yönəldilən vəsaitlərin gəlirdən çıxılan xərclərə aid
edilməsi;
vergi uçotunun təkmilləşdirilməsi və vergidən yayınma hallarına görə
sanksiyaların əsaslı şəkildə gücləndirilməsi.
Sahibkar təşkilatın həm iqtisadi, həm də ictimai səmərəliliyinə görə məsuliyyət
daşımalıdır. İctimai baxımdan səmərəli fəaliyyət nə deməkdir? İctimai səmərəliliyi
necə qiymətləndirmək və yüksəltmək olar? Sahibkar ictimai səmərəlilik göstəri-
cilərinə görə kimin qarşısında hesabat verməlidir? İctimai səmərəliliyə nail olan
sahibkar nə qazanır? Y.Şumpeterin və digər alimlərin qeyd etdiyi motivlərlə fəaliyyət
göstərən sahibkar ictimai maraqlara xidmət etməklə hansı tələbatını ödəyəcək? Bu
suallar sahibkarlığın tənzimlənməsi üzrə yeni tədqiqat istiqamətlərinin seçilməsində
yararlı ola bilər.
İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycanın statistik göstəriciləri 2010. Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsi. Bakı: Səda nəşriyyatı, 840 s.
2. Ламбен Ж.Ж. (1996) “Стратегический маркетинг. Европейская перспектива”, СПб:
Наука, 589 с. (Lamben J.J. “Strateji marketinq. Avropa perspektivi” S-Pb, Nauka, 589
s.)
3. Səmədzadə Ş.Ə., Musayev V.R., Seyfullayev İ.Z. (2000) “Sahibkarlığın əsasları”, Bakı:
Çaşıoğlu, 371 s.
4. Долан Э.Дж., Линдсей Дейвид Е. (1992) “Рынок: микроэкономическая модель” Пер.
с англ., СПб, СП Автокомп, 496 s. (Dolan E.C., Lindsey Devid E. “Bazar: mikroiqtisadi
model”, S-Pb, BM Avtokomp, 496 s.).
5. Маркс К. “Капитал: Книга III. Процесс капиталистического производства, взятый
в целом” www.esperanto.mv.ru/Markssmo/ kapital3-00.html (Marks K. “Kapital: Kitab
III. Ümumilikdə götürülmüş kapitalist istehsalı prosesi” www.esperanto.mv.ru/
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
60
Markssmo/ kapital3-00.html).
6. Шумпетер Й.А. (1981) “Теория экономического развития”, М.: Прогресс, 401 c.
(Şumpeter Y.A., “İqtisadi inkişaf nəzəriyyəsi”, M.: Proqress, 401 s.)
7. Allahverdiyev H.B., Qafarov K.S. və Əhmədov Ə.M. (2002) “İqtisadiyyatın Dövlət Tənz-
imlənməsi” Bakı: Nasir, 446 s.
8. Kəlbiyev Y.A. (2005) “Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri”
(monoqrafiya) Bakı: Elm, 468 s.
9. Alfred D. Chandler (2002) “The visible hand. The managerial revolution in American
business”. Copyright 1977 by A.D.Chandler, printed in USA, Sixteenth printing, 608 p.
(Alfred Çendler, (2002) “Corunna Əl. Amerika biznesində menecer inqilabı”, 608 s.)
10. Alfred D.Chandler (1994) “Scope and Scale. Dynamics of Industrial Capitalism” (with
the assistance of Takashi Hikino) First Harvard university Press paperback edition, 736
p. (Alfred Çendler (1994) “Sürət və miqyas. İndustrial kapitalizmin dinamikası” (Takaşi
Hikinonun köməyi ilə), 736 s.)
11 Гринспен А. (2010) “Эпоха Потрясений. Проблемы и перспективы мировой финан-
совой системы”, Пер. с англ. М.:Сколково, 505 с. (Qrinspen A. (2010) “Sarsıntılar
dövrü. Dünya maliyyə sisteminin problemləri və perspektivləri”, M. Skolkovo, 505 s.)
12. Kruqman P. (2009) “How did economists get it so wrong?” / “The New York Times”
September, 2. (Kruqman P. (2009) “İqtisadçılar bu yanlışlığa necə yol verdilər?”/ “Nyu-
York Tayms” qəzeti, 2 sentyabr)
13. Журнал “Мир перемен” (2009), №1 с.10, (“Dəyişikliklər dünyası” jurnalı (2009), №1,
s.10)
14. Зомбарт В. (2005) “Буржуа - Этюды по истории духовного развития современного
экономического человека”, Пер. с .нем./редакционная коллегия “Civitas Terrena”,
Изд-во Владимир Даль, 636 с. (Zombart V. (2005) “Burjua – müasir iqtisadi insanın
mənəvi inkişaf tarixi üzrə etüdlər”, 636 s.)
15. Веблен Т.Б. (1984) “Теория праздного класса”, М.:Прогресс, 367 c. (Veblen T.B.
(1984) “Ali sinif nəzəriyyəsi”, 367 s.)
16. Ольсевич Ю. (2011) “Психология рынка и экономическая власть”, Журнал “Во-
просы Экономики”, №4, с. 99-118 (Olseviç Y. “Bazar psixologiyası və iqtisadi
hakimiyyət”,“İqtisadiyyat sualları” jurnalı, №4, s. 109)
17. Друкер П. (2000) “Задачи менеджмента в XXI веке”. Пер.с англ., М.: Вильямс, 272
с. (Druker P. “XXI əsrdə menecmentin vəzifələri”, M.: Vilyams, 272 s.).
18. Сторчевой М. (2011) “Новая модель человека для экономической науки” Журнал
“Вопросы экономики” №4, с. 78-98 (Storçevoy M. (2011) “İnsanın iqtisad elmi üçün
yeni modeli”, “İqtisadiyyat sualları” jurnalı, №4, s. 78-98)
19. Frank R.H., Gilovich T., Regan D. (1993) “Does studying economics inhibit coopera-
tion?”/ Journal of economic perspektives, Vol.7, №2. page 159-171 (Frank R.H., Ciloviç
T., Reqan D. (1993) “İqtisadiyyatın öyrənilməsi qarşılıqlı yardıma mane olurmu?” İqti-
sadi perspektivlər jurnalı, №2, s. 159-171 )
İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
61
20. Shiv B., Lovenstein G., Bechara A., Damasio H., Damasio A.R. (2005) “Investment be-
havior and the negative side of emotion”/Psychological science, Vol.16, №6. page 435-
439. (Şiv B., Lovensteyn G. və b. (2005) “İnvestisiya davranışı və emosiyaların mənfi
tərəfi”// Psixoloji elmlər, №6, s. 435-439)
21. Slater A. et.al. (2000) “Newborn infants preference for attractive faces: The role of in-
ternal and external facial features”/ Infancy Vol.1, №2, page 265-274 (Slatter A. və b.
“Körpələrin cəlbedici üzlərə rəğbəti: Daxili və xarici üz cizgilərinin rolu”// Körpəlik,
№2, s. 265-274)
Сейфуллаев Ильгар Зульфигар оглы
Министерство по Налогам Азербайджанской Республики,
доцент, доктор философии по экономике
Экономико-психологические вопросы регулирования
предпринимательства
Аннотация
Цель исследования - исследование вопросов использования экономико-психологи-
ческих факторов в регулировании предпринимательской деятельности.
Методология исследования - анализ и обобщения.
Выводы исследования - предложены пути использования психологических, куль-
турных и интеллектуальных факторов в регулировании рационального выбора и по-
вышении социальной ответственности предпринимателя.
Ограничения исследования - отсутствие психологических тестов для азербайджан-
ских предпринимателей, приспособленных к национальным особенностям и отрица-
тельное отношение большинства предпринимателей к подобным тестированиям.
Практическая значимость исследования - возможность использования статьи в ка-
честве научного источника для исследования и регулирования предпринимательства.
Оригинальность и научная новизна – рассмотрение вопросов регулирования через
призму предпринимательской психологии и противоречий между индивидуальностью
предпринимателя и общественным характером его деятельности.
Ключевые слова: предпринимательство, предпринимательская психология, мо-
дель рационального выбора, либерализм, институциональная экономика.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
62
İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
Seyfullayev Ilgar Zulfigar
The Ministry of Taxes,
The senior lecturer, the doctor of philosophy on economy
Economical and psychological problems of regulation of enterprise
Abstract
Purpose - research the using means of the economical and psychological factors for en-
terprises regulation.
Design/methodology - analyse and generalisations.
Findings - are proposed a using means of psychological, cultural and intelligent factors
for regulation rational selection and increasing a social responsibility.
Research limitations/implications - the absence of psychological tests, adaptated to na-
tional feature and negative relationship of enterpreneur to such testing.
Practical implications - possibility use of research as a scientific source for researchinq
and regulation the enterprise.
Originality/value - consideration means of requlation through prism of enterpreneurs
psichology and contradiction between individuality of enterpreneur and sociability of en-
terprise.
Keywords: enterprise, enterpreneurs psychology, model of rational selection, liberalism,
institutional economy
JEL Classification Codes: D01, L26, M11
Məqalə redaksiyaya daxil olmuşdur: 07.07.11.
Təkrar işləməyə göndərilmişdir: 10.07.11.
Çapa qəbul olunmuşdur: 20.07.11.
Dostları ilə paylaş: |