Xətt izləyən robot maşını Giriş


sensor2 xətt üzərində sensor1 isə xəttən kənarda



Yüklə 19,66 Mb.
səhifə3/3
tarix24.12.2023
ölçüsü19,66 Mb.
#158780
1   2   3
6-cı sinif (Həftə 22)-Xətt izləyən robot maşını (1)

sensor2 xətt üzərində sensor1 isə xəttən kənarda olduğu halda maşın sola dönməlidir. Ona görə biz bu şərtin ödəndiyi halda maşının sola dönmə hərəkəti üçün motorlara lazımi əmri verək .

14.Növbəti üçüncü şərti verə bilmək üçün eyni qayda ilə şərt blokunda + (əlavə et ) işarəsinə klikləyin. İndi isə açılmış yeni şərt bölməsinə sensor1 xətt üzərində sensor2 isə xəttən kənarda olan halı üçün blok yerləşdirin.Və biz bilirik ki, bu halda maşın sağa dönməlidir .Bunun üçün motorlara müvafiq əmri verən kod blokunu da proqrama əlavə edin .

15.Artıq Mikrobit maşının xətt izləməsi üçün lazım olan proqramın kodunun sadə variantı hazırdır.Kodu maşına yükləyin və test edin .Mikrobit maşının hərəkətini analiz edin və əgər lazımsa onun sürətini artırıb azalda bilərsiniz.Adətən döngələri çox sərt olan xətt trayektoriyaları üçün motorların sürəti aşağı seçilir ki, maşın sürətli hərəkət edib xətdən tamamilə kənara çıxmasın.Bizim burda verdiyimiz örnəkdə maşın dönərkən və irəli hərəkət edərkən motorların sürətləri 35 olaraq götürülüb.Amma siz maşın irəli hərəkət edərkən digər dönmələr üçün başqa sürət seçə bilərsiniz.
16.Sinfinizdə qara rəngli izolent (Elektrik lent) ve s. ilə eni 3-4 sm olmaqla sağa və sola dönmələri olan xətt çəkin.Əgər mümkünsə xətti şəffaf bir səthə çəkin ki,sensorlar xətti rahat görə bilsin.Trayektoriyanın uzunluğu və formasını örnəkdə verdiyimiz şəklə əsasən özünüz müəyyən edə bilərsiniz.


17.Nəqliyyatda maşınların düz hərəkət edərkən və dönmə edərkən sürətlərini necə nizamladıqlarına diqqət edin.Əldə etdiyiniz bilikəri öz maşınınızı proqramlaşdırarkən istifadə edə bilərsiniz.
18.Bütün qruplar Mikrobit maşınlarını hazır vəziyyətə gətirdikdən sonra onlar arasında bir yarış təşkil edin .Trayektoriyanı ən tez başa vuran maşını düzəldən komanda qalib sayılır.Yarış vaxtı əgər maşın trayektoriyadan tam çıxaraq başqa istiqamətə gedərsə o zaman yarış iştirakçısı maşınını götürüb trayektoriyadan çıxan yerə qoyaraq yarışa davam edir.Bu hal 3 dəfə təkrarlanarsa həmin iştirakçı məğlub hesab edilir.

Yüklə 19,66 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə