Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası
Laboratoriya müdiri: b.ü.f.d Əzizova Namilə Hacı qızı
Əzizova Namilə Hacı qızı 14 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1980-
ci ildə 5 №-li Kimya-Biologiya təmayüllü internat məktəbini bitirdikdən sonra,
1981-ci ildə Xarkov (Ukrayna Respublikası) Kənd Təsərrüfatı İnstitutunun Bitki
Mühafizəsi fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirərək,
Azərbaycan ET Əkinçilik İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə
əyani aspiranturaya daxil alaraq, Ümumittifaq Bitki Mühafizəsi institutunun (Sankt
Peterburq) alimləri Şapiro İ.D. və Vilkova N.A.-nın rəhbərliyi altında "Şəki-
Zaqatala bölgəsində Qırmızıdöş zəlicə böcəyinin ( Oulema melanopus) bioloji
xüsusiyyətləri və say dinamikasının tənzimlənməsində davamlı taxıl sortlarının
əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək, Biologiya elmləri namizədi
adını almışdır. Azərbaycan ETƏİ-da elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi
kimi çalışmış və 2011-ci ildən "Xəstəlik və zərərvericilərə nəzarət"
laboratoriyasının müdiri vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə əsasən,
dənli taxıl bitkilərinin xəstəlik və zərərvericilərinin öyrənilməsi, xəstəlik və
zərərvericilərə davamlı yerli və intraduksiya olunmuş buğda, arpa, genotiplərinin
seçilməsi, yeni pestisidlərin sınaqdan keçirilməsi ilə məşğul olmuş, Seleksiya və
digər şöbələrlə yeni taxıl sortlarının yaradılması məqsədilə kompleks şəkildə
aparılan elmi işlərin icraçılarından biri olmuşdur.
“Azərbaycanın suvarma və
dəmyə şəraitində dənli taxıl bitkilərinin əsas zərərvericilərinin bioloji
xüsusiyyətləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda doktorluq elmi-
tədqiqat işi üzərində çalışır.
Əlaqə tel: 551-61-30
Email:
namella@rambler.ru
Laboratoriyada çalışan elmi əməkdaşlar:
İbrahimov Ehtibar Rəhim oğlu - aparıcı elmi işçi, a.e.ü.f.d.
İbrahimov Ehtibar Rəhim oğlu 12.02.1966-cı ildə anadan olmuşdur. O,1988-
1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Meyvə-
tərəvəzçilik və üzümçülük" fakultəsini bitirmiş və "Alim aqranom" ixtisası
almışdır. Əkinçilik ET İnstitutunda 1999-cu ildən elmi işçi kimi fəaliyyətə
başlamışdır. 2000-ci ildə "Fitopatologiya və bitki mühafizəsi" üzrə qiyabi
aspiranturada təhsil almışdır. Ehtibar İbrahimov 2013-cü ildə "Azərbaycanda
buğdanın sarı pasa (Puccinia striiformis west) effektiv davamlı genlərin
müəyyənləşdirilməsi və seleksiyada istifadəsi" mövzusunda dissertasiyasını
müdafiə edərək “aqrar elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi adına layiq
görülmüşdür.
Kərimova Şamama Ramiz qızı 5 iyul 1963-cü ildə Abcabədi rayonunun Kəbirli
kəndində anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra 1981-ci
ildə S.Ağamalıoğlu adına Azərbacan Kənd Təsərrüfatı İnstitutunun «Bitki
mühafizəsi» fakültəsinə daxil olmuşdur. 1986-cı ildə institutu bitirib, ipəkçilik
ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonar Ağcabədi rayonunun Kəbirli
kəndində meyvə-tərəvəz üzrə, 1987-1997-ci illərdə isə həmin rayonun Qiyamadinli
kəndində ipəkçilik üzrə aqronom işləmişdir. 2007-ci ildən Azərbaycan ET
Əkinçilik İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasında
böyük elmi işçi vəzifəsində çalışır, dissertantdır, “Yerli və introduksiya olunmuş
buğda rüşeym plazmasından unlu şehə (Blumeria qraminis (dc)e.ospeer f sp.tritici)
davamlı genotiplərin seçilməsi, xəstəliyin məhsuldarlığa və bəzi fizioloji
parametrlərə təsirinin öyrənilməsi”, “Müxtəlif stress amillərinə davamlı, ekoloji
adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda
sortlarının yaradılması, tətbiqi və yayımı”və “Buğda bitkisində təsərrüfat qiymətli
əlamət və xüsusiyyətlərin genetik əsaslarının tədqiqi” mövzuları üzərində çalışır.
Hacıyeva Esmira Əlinağı qızı 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1970-1980-ci illərdə Gəncə şəhəri 23 saylı orta məktəbdə təhsil almışdır. 1982-ci
ildə C.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrokimya
torpaqşünaslıq fakültəsinə daxilolub, 1987-ci ildə institutu bitirmişdir. Hal-hazırda
böyük elmi işçi vəzifəsində çalışır, dissertantdır, “Respublika ərazisində üzüm
bağlarında alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması”
mövzusu üzərində çalışır.
Aslanova Könül Kamilpaşa qızı 1977-ci ildə Tovuz rayonunda anadan olmuşdur.
1994-cü ildə S.Ağamalıoğluadına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına
daxil olmuş, İxtisasım aqronom bitki mühafizəsi üzrə 1998-1999-cu ilə qədər
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bitkilərin Karantini
müfəttişliyi müəssisəsində 1-ci dərəcəli müfəttiş işləmişəm. 2001- ci ildən
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışır, doktorantdir,
“Müxtəlif stress amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni
yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və
yayımı” mövzusu üzərində çalışır. Bir sıra xarici ölkələrdə təlim kursları
keçmişdir. Seminar və konfranslarda iştirak etmişdir.
Sadıqov Şəhriyar Fateh oğlu 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1995-2006-cı illərdə 49 nömrəli orta məktəbdə təhsil almışdır. 2006-cı ildə
Azərbaycan Beynəlxalq Universitetinin aqronomluq fakültəsinə daxilolmuş, 2010-
cu ildə bakalavr pilləsi ilə məzun olmuşdur. Hal-hazırda kicik elmi işçi vəzifəsində
çalışır, doktorantdır, “Azərbaycanda yerli və introduksiya olunmuş buğda
genotiplərinin yarpaqların sarı ləkə xəstəliyinin törədicisinə (Pyrenophora tritici –
perentis (Died.)Drechs.) davamlılığının tədqiqi” mövzusu üzərində çalışır.
N.H.Əzizova Mövzu 1.1. “Müxtəlif stress amillərinə davamlı, ekoloji adaptiv
xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda
sortlarının yaradılması, tətbiqi və yayımı”
Mövzu 2.1. “Müasir innovativ əkinçiliyin tələblərinə cavab verən, müxtəlif
təyinatlı biotik və abiotik amillərə tolerantlı, kompleks təsərrüfat qiymətli
əlamətlərə malik, yüksək məhsuldar arpa sortlarının yaradılması, ilkin
toxumçuluğunun təşkili, tətbiqi və yayımı”
Mövzu4.1. “Respublikanın müxtəlif bölgələri üçün stress amillərə davamlı, yüksək
məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının
yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı”
E.R.İbrahimov Mövzu 1.1. “Müxtəlif stress amillərinə davamlı, ekoloji adaptiv
xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda
sortlarının yaradılması, tətbiqi və yayımı”
Mövzu 2.1. “Müasir innovativ əkinçiliyin tələblərinə cavab verən, müxtəlif
təyinatlı biotik və abiotik amillərə tolerantlı, kompleks təsərrüfat qiymətli
əlamətlərə malik, yüksək məhsuldar arpa sortlarının yaradılması, ilkin
toxumçuluğunun təşkili, tətbiqi və yayımı”
Mövzu 1.3.“Müxtəlif buğda genotiplərinin stress şəraitində morfofizioloji,
biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı
şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi”
Mövzu 3.1. “Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotik və ekstremal
amillərə davamlı yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və
hibridlərinin yaradılması, quruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi və
yayımı”
Laboratoriyanın fəaliyyət istiqamətləri:
“Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyası “Bitki mühafizəsi ” şöbəsi adı
ilə 1950-ci ildə yaradılmış, elmı tədqiqat işlərinə isə 1952-ci ildən başlanmışdır.
Laboratoriya
yeni
sturukturadakı
fəaliyyətinə
Əkinçilik
İnstitutun
Modernləşdirilməsi Proqramına və Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-
cu il və Əkinçilik İnstitutunun 7/ş saylı 31 mart 2009-cu il tarixli əmrlərinə əsasən
başlamışdır. Hazırda laboratoriyada 8 nəfər çalışır ki, onlardan 6 nəfər elmi işçı, 2
nəfəri isə laborantdır.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün Kənd təsərrüfatı bitkilərinin
zərərli orqanizmlərdən (xəstəlk, ziyanvericilər, alaq otların və s.) mühafizə
olunması vacib məsələlərdəndir.Dünyanın bir çox ölkələrində olduğu kimi
Azərbaycanda da dənli taxıl bitkilərinin bir çox xəstəlik və zərərvericilərinə rast
gəlinir ki, bu da vegetasiya dövründə bitkilərin inkişafına və məhsuldarlığına ciddi
təsir göstərən əsas faktorlardan biri olaraq qalmaqdadır. Bir çox xəstəlik və
zərərvericilər taxıldan nəyinki yüksək məhsul alınmasına imkan vermir, hətta
bəzən yüzlərlə hektar sahəni qismən və ya tamamilə məhv edir.Buğda əkinlərində
xəstəliklərdən- sarı və qonur pas, toz və bərk sürmə, unlu şeh, helmintosporioz,
septorioz, fuzarioz yayılmışdır. Zərərverici həşəratlardan taxıllara əsasən ziyankar
bağacıq, zəlicə böcəyi, taxıl mənənələri, taxıl milçəkləri, taxıl mişarçısı və s. ziyan
vururlar.
Laboratoriyada Respublikanın müxtəlif zonalarında becərilən buğda, arpa,
qarğıdalı, ərzaq paxlalıları bitkilərində yayılmış zərərli orqanizmlərin - zərərverici
və xəstəliklərin növ tərkibi, yayılma arealı, bioekoloji xüsusiyyətləri, vurduğu
ziyanın və s. müəyyən olunması və onlara qarşı lazımı mübarizə tədbirlərinin
tətbiq olunmasına dair tədqiqat işləri aparılmış və aparılır. Yüksək məhsuldar,
xəstəlik və zərərverici orqanizmlərə kompleks davamlı taxıl sortlarının
yaradılması laboratoriyada prioritet istiqamətlərdən biridir.
Laboratoriyada hər il yüzlərlə yerli və introduksiya olunmuş buğda, arpa sortları,
perspektiv nümunələr, kolleksiya materialları əsas xəstəliklərə davamlılıqlarına
ğörə qiymətləndirilir və xəstəliklərə kompleks davamlı nümunələr seçilir. Təbii
şəraitdə seçilmiş davamlı nümunələr təkrarən sünii fonda öyrənilir.
Şəki- Zaqatala bölgəsində buğdanın kök çürüməsi, onun növ tərkibi və ziyankar
növləri (Fuzarium, Ofiobulus, Helmintosporium və s.), yayılma arealı, onların
məhsul itkisinə, dənin texnoloji və biokimyəvi göstəricilərinə təsiri öyrənilmiş və
onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır.
Son 10 ildə sarı pas xəstəliyinin geniş yayılaraq buğda əkinlərinə ciddi ziyan
vurması
müşahidə
olunmuşdur.Əkinçilik
Elmi-Tədqiqat
İnstitutunun
məlumatlarına görə buğdanın sarı pas xəstəliyinin güclü inkişafı nəticəsində
məhsul itkisi 30-40%, sürmə xəstəlikləri isə - 20-25% təşkil edir. Buğda bitkisinin
əsas göbələk xəstəliyi olan Sarı pasa dair institutda geniş tədqiqat işləri aparılır və
yüksək nəticələr alınmış davamlı genlərə malik hibrid materialları əldə
olunmuşdur. Belə ki, respublikanın Abşeron, Zaqatala, Tərtər, Qobustan, Cəlilabad
rayonları üzrə sarı pas xəstəliyinin 9 yeni rası müəyyən olunmuş və bu xəstəliyə
qarşı davamlı genlərə malik nümunələr seçilmiş və başlanğıc material kimi
seleksiyada tətbiq olunmaqla davamlı nümunələr əldə olunmuşdur.
Bir çox ölkələrdə artıq ciddi təhlükə yaratmış Buğda bitkisində Gövdə pas xəstəliyi
artıq respublikamızda öz ilkin fəsadlarını göstərmişdir. Respublika ərazisində
becərilən taxıl sortlarında yüksək sirayətlənmə qeyd olunmuşdur.
Müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində dənli-taxıl bitkiləri sahəsində 200-
dən artıq zərərverici həşərat növü mövcuddur ki, bunlardan 25-i daha geniş
yayılmış və müxtəlif illərdə əkin sahəsinə ziyan vuraraq ciddi məhsul itkisinə
gətirib çıxarır. Periodik olaraq əkin sahələri gəmiricilərin, zərərli həşəratlardan
Çəyirtkələr, Ziyankar bağacıq, Karabid taxıl böcəyi və s. təsirinə məruz qalır.
Məlumdur ki, bir çox zərərvericilər - zəlicə böcəyi və ziyankar bağacıq və s.
periodik olaraq əkin sahələrinə ciddi ziyan vurarlar. Bu məqsədlə, buğda və arpa
əkinlərində müşahidə olunan əsas zərərvericilərin növ tərkibi müəyyən olunmuş,
onların yayılması, sıxlığı, qidalanma əlaqələri, inkişafı, zərərvurma həddi,
zədələnmənin bitkinin məhsuldarlığına və dənin keyfiyyətinə təsiri öyrənilmişdir.
Müxtəlif sortların əsas zərərvericilərlə zədələnmə səviyyəsi öyrənilərək, davamlı
nümunələr seçilir və bu nümunələrdə davamlıq faktorlarının öyrənilməsi ilə bağlı
tədqiqatlar davam etdirilir. Zəlicə böcəyi və ziyankar bağacığa qarşı davamlı
sortların seçilməsi və davamlılığı təmin edən faktorların öyrənilməsinə dair
tədqiqatlat aparılır.
Laboratoriyada 10 ilə yaxındır ki, Taxılçılıq elm mərkəzləri(ICARDA, CAMMYT)
ilə birgə tədqiqatlar aparılır. Birgə əməkdaşlıq sayəsində xəstəliklərə davamlı
hibrid və donorlar yaradılmışdır.
Əsas məqsəd:
-İnstitutun mandatına daxil olan (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları) yerli,
CİMMYT və İCARDA-dan introduksiya olunmuş bitkilərin rüşeym plazmalarının
kompleks xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyən edilməsi;
-Respublikanın suvarma və dəmyə şəraitində Böyük taxılçılıq və Fermer
təsərrüfatlarında fitosanitar fitosanitar vəziyyətin qiymətləndirilməsi;
-Xəstəlik, zərərverici və alaq otlarının yayılması, onların zərərvurma həddlərinin
müəyyən edilməsi və əsas zərərli növlərə qarşı mübarizə tədbirlərinin tətbiqi;
-Xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizə tədbirlərinin aparılması üçün
elmi müəssisələr, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da
genişləndirilməsi.
Vəzifələr- Fitosanitar analizin aparılması:
-Respublikada dənli və paxlalı bitkilərin əkin sahələrində müşahidə edilən göbələk
xəstəlikləri törədicilərinin və zərərvericilərin növ tərkibinin müəyyən edilməsi,
onların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi;
-Taxıl bitkilərinin əsas xəstəlik törədicilərinin müxtəlif populyasilarının
növdaxili ras tərkibinin müəyyən edilməsi əsasında davamlı sortların yaradılması
Xəstəliklər və zərərvericilərin öyrənilməsi:
-Respublikanın müxtəlif torpaq-iqlim zonalarında becərilən taxıl və paxlalı
bitkilərin xəstəlik və zərəvericilərinin etiologiyası, yayılması və inkişaf dinamikası
qanunauyğunluqlarının öyrənilməsi;
-Əsas xəstəlik və zərərvericilərin diaqnostikası üzrə effektiv metodların seçilməsi,
ayrı-ayrı bölgələrdə sortlar üzrə xəstəlik və zərərvericilərin monitorinqinin həyata
keçirilməsi, immunoloji, aqrotexniki, kimyəvi və digər mübarizə tədbirləri
sisteminin işlənib hazırlanması;
-Yeni kimyəvi bitki mühafizə preparatlarının sınağı, onların ekoloji təhlükəsiz və
rasional qaydada tətbiqinin müəyyən edilməsi.
İnteqrir mübarizə tədbirləri:
-Müxtəlif torpaq-iqlim şəraitinə uyğun olaraq intensiv texnologiya ilə becərilən
taxıl bitkilərinin əsas zərərli orqanizmlərdən qorunması məqsədilə bütün mübarizə
metodlarını özündə birləşdirən İnteqrir Mübarizə Sisteminin (İMS) işlənib
hazırlanması və tətbiqi
Davamlı nümunələrin yaradılması:
-İnstitutun mandatına uyğun olaraq buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin yerli
və beynəlxalq mərkəzlərdən (CİMMYT, İCARDA) alınmış sort nümunələrinin
təbii və süni sirayətləndirmə fonunda kompleks xəstəlik və zərərvericilərə qarşı
davamlılığının müəyyən edilməsi;
-Davamlı sortların seçilməsi və yaradılması prosesində istifadə etmək məqsədi ilə
sahib bitki və patogenin qarşılıqlı təsirinə əsaslanan fitopatoloji və genetik
parametrlərin müəyyənləşdirilməsi;
-Xəstəliklərə qarşı davamlı donorların müəyyən edilməsi, buğdanın sarı pas və
bərk sürmə xəstəliklərinə qarşı genetik davamlılıq bankının yaradılması.
Laboratoriya həmçinin fiziki və hüquqi şəxslərin taxıl və digər kənd təsərrüfatı
bitkiləri əkinlərində rast gəlinən xəstəlik və zərərvericilərin növ tərkibinin
müəyyən edilməsi, eləcə də onlara qarşı mübarizə tədbirlərinin seçilməsi, kimyəvi
və bioloji preparatların normalarının dəqiqləşdirilməsi və tətbiqi, digər bu kimi
xidmətlər də göstərir.
Dostları ilə paylaş: |