Xəbər və fikir jurnalı №18 (88) 4. 05. 2012 səh səh səh


№18 (88)      14.05.2012      Fərqli düşüncə



Yüklə 264,32 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix11.03.2018
ölçüsü264,32 Kb.
#31193
1   2   3   4   5   6   7   8

№18 (88)      14.05.2012      Fərqli düşüncə

6

«Azәrbaycanda çox böyük vә-

saitlәr çox mәnasız işlәrә xәr-

clәnir». Bunu AzadlıqRadiosunun

«İşdәn sonra» proqramında iqti-

sadçı ekspert Qubad İbadoğlu Gül

bayramı haqda danışarkәn deyib:

«Mәn bayramın ad olaraq, tәdbir

olaraq keçirilmәsinin әleyhinә

deyilәm. Bunu ayrı-ayrı xarici

ölkәlәrdә dә keçirirlәr. Amma bu,

hәmin ölkәlәrdә yetişdirilmiş gül-

lәrin bir nümayişinә, sәrgisinә

bәnzәyir. Heç bir ölkә xaricdәn

bahalı güllәr vә dekorasiyalar alıb

öz ölkәsindә nümayiş etdirmir».

Q.İbadoğlu deyir ki, hәmin güllәri yerli

fermerlәrdәn almaqla ölkәdә bağçılığın,

gülçülüyün inkişafına töhfә vermәk

olardı. Gül bayramına xәrclәnәn pulların

10 milyon manat civarında olduğunu

iddia edәn ekspert bu pulların daha

sәmәrәli işlәrә sәrf oluna bilәcәyini

deyir: «Zaqatalada baş verәn zәlzәlәdә

evlәr dağılıb, infrastruktur mәhv olub vә

buna cәmi 20 milyon manat vәsait

ayrılıb. 2012-ci ildә gәnclәrin mәnzil

tәminatının yaxşılaşdırılması üçün 20 mi-

lyon manat ayrılıb. Amma bir gün

әrzindә 10 milyon manat külәyә sovru-

lur».


Q.İbadoğlunun fikrincә, bu vәsaitin

xaricdәn gül idxalına sәrf olunması ilә

hәm korrupsiya imkanları yaranır, hәm

dә sәmәrәsiz bir xәrclәmә istiqamәti

açılır.

GÜL BAYRAMINA XӘRCLӘNӘN

PULLARI HARA SӘRF ETMӘK

OLARDI?

Ana Vәtәn Partiyasının sәdri, deputat

Fәzail Ağamalı isә deyir ki Heydәr

Әliyevin Azәrbaycan xalqı qarşısındakı

xidmәtlәri ilә müqayisәdә onun doğum

günündәki bu bayrama xәrclәnmiş vә-

sait tutumuna görә heç nәdir. Bu pulların

sәmәrәsiz xәrclәnmәsinә münasibәt

bildirәn deputat deyir ki:«Azәrbaycan

dövlәti Azәrbaycan xalqının rifahı üçün,

müxtәlif layihәlәr üçün pul xәrclәyir.

Azәrbaycanın maddi imkanları genişdir.

Bu cür yanaşmalar ciddi yanaşmalar

deyil vә bu yanaşmaların arxasında ciddi

insan düşüncәlәri dayanmır».

Verilişi tam olaraq 

AzadliqRadiosu.az-da dinlәyin.

Kamran Mahmudov, 

Araz Bayramov

Fәzail Ağamalı: “Bu pul nәdir ki?!”



Şamaxıda 22

nәfәr xilas edilib

Şamaxıda sel sularında batmaq tәh-

lükәsi ilә üzlәşmiş 22 nәfәr xilas edilib.

Bu barәdә Fövqәladә Hallar Nazirliyinin

rәsmi saytı mәlumat yayıb. Nazirlik

bildirir ki, Şamaxı rayonu, Bağırlı kәndi

yaxınlığında yağış vә sel sularının inten-

sivlәşmәsi nәticәsindә avtomobillәrin vә

sәrnişinlәrin kömәksiz vәziyyәtdә yolda

qalması barәdә mәlumat daxil olub.

Hadisә yerinә cәlb olunmuş xilasedicilәr

22 nәfәri xilas edәrәk tәhlükәsiz әraziyә

tәxliyә ediblәr. Şamaxıda mayın 6-dan

yağan leysan yağışları nәticәsindә bir

nәfәr hәlak olub. Şamaxı iсra başçısının

müavini Qasım Qasımov AzadlıqRadio-

suna bildirib ki, 22 yaşlı Ovculu kәnd

sakini Bilal Almәmmәdov sel sularının

qurbanı olub. Onun sözlәrinә görә, mal-

qara tәlәfatı, әkin sahәlәrinә ziyanla

bağlı hәlәlik әllәrindә konkret mәlumat-

lar yoxdur.



Sәadәt Akifqızı

Qubad İbadoğlu

«Facebook»

haqqında sәnin

vә onun bildiklәri

Mayın 11-dә AzadlıqFM-in studi -

yasına gәlәn blogger Әli Novruzov 1

saat әrzindә AzadlıqRadiosu din-

lәyicilәrinin vә «Facebook» әhlinin

sosial mediaların istifadәsi haqda

suallarına cavab verib. Facebookda

spam problemin var - divarını bağla.

Necә? Timelinı köhnә Facebook

görüntüsünә dәyişmәk olmaz. Niyә?

Bu vә digәr suallara cavab tapmaq

üçün verilişi AzadliqRadiiosu.az

saytında dinlәyin. 



Azadliq FM hәr hәftәnin cümә

günü saat 14:00-da canlı dinlәyin,

social şәbәkәlәrdә baş verәnlәrdәn

xәbәr tutun, siz dә müzakirәlәrә

qatılın. 

Anaların vәziyyәti: Azәrbaycan 61-cidir

Beynәlxalq «Save the Children» tәşki-

latı dünyada anaların vәziyyәti haqda

illik hesabatını dәrc edib. Hesabat

müәlliflәri 165 ölkәdә anaların vәziyyә-

tini araşdırıb. Tәşkilat anaların vәziyyә-

tini müәyyәn edәrkәn bir neçә faktoru,

o cümlәdәn onların sәhhәtini, tәhsilini,

iqtisadi durumunu vә qidalanmasını

nәzәrdәn keçirib. Ölkәlәr üç qrupa

bölünüb: birinci qrupda inkişaf etmiş,

ikinci qrupda inkişaf etmәkdә olan,

üçüncü qrupda isә inkişaf etmәmiş

ölkәlәr yer alıb. Azәrbaycan inkişaf et-

mәkdә olan ölkәlәr qrupundadır.

Siyahıda 61-ci olan Azәrbaycan Hon-

duras (60) vә Tacikistan (62) arasında

qәrarlaşıb. Ermәnistan 30-cu, Gürcüs-

tan isә 42-ci yerdәdir.  

Dilarә Әliyeva adına Qadın Hüquq 

-

larını Müdafiә Cәmiyyәtinin sәdri Novella



Cәfәroğlu deyir ki, Azәrbaycanda

anaların vәziyyәti çәtin olsa da, kritik

deyil: « Qadınların vәziyyәtinin ağır ol-

ması ilә razıyam.  Ancaq Azәrbaycanı

Hondurasla bir sıraya qoymaq düzgün

deyil».


Hesabata әsasәn, analar üçün әn

yaxşı yer Norveçdir. İslandiya 2-ci, İsveç

3-cü, Yeni Zelandiya 4-cü, Danimarka isә

5-ci yerdәdir. Niger analar üçün әn pis

ölkә sayılır. Әrzaq qıtlığı ölkәni siyahıda

Әfqanıstandan da geriyә atıb. Halbuki

Әfqanıstan 2 il ardıcıl olaraq  sonuncu

yeri tuturdu. Bu il isә bir addım irәlilәyib.



Fәzail Ağamalı 


Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə