Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə355/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   351   352   353   354   355   356   357   358   359
 
X X X
Azərbaycan Prezidenti İlham Əliyev dedi: 
- Təşəkkür edirəm cənab Prezident, məni Ukraynaya dəvət etdiyiniz üçün Sizə minnətdaram. Şadam ki, 
yenidən gözəl ölkənizə səfər edirəm. Qeyd etdiyiniz kimi, bu gün keçirdiyimiz təkbətək görüş çox məhsuldar 
olub. Ukrayna və Azərbaycan uzun illər ərzində bir-biri ilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda 
da bir-birimizin maraqlarını müdafiə edirik. İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə 
dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Bu gün siyasi dialoqla bərabər, çox 
geniş iqtisadi gündəliyimiz var. Bu gün biz Sizinlə bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz 
kimi, çox gözəl perspektivlər var. 
Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət 
dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və 
əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi 
olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər 
Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm 
sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş 
təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun. Mən komissiyanın 
fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son 
vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox 
məsələlərin həllinə xidmət göstərir. 
Ukrayna ilə Azərbaycan arasında uzun illər qarşılıqlı surətdə faydalı əlaqələr davam edir. Əminəm ki, bu 
səfərdən sonra biz əməkdaşlığımızın daha da dərinləşməsini, bütün sahələrdə dərinləşməsini görəcəyik. Bir daha 
dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə