Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə13/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   9   10   11   12   13   14   15   16   ...   359
Xarici siyasət 
fəaliyyəti 

heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin 
fikirdə olmaq olar. Buna görə də biz çox şadıq və əziz dostum Prezident Vuçiçə də bu dostluğa görə təşəkkürümü 
bildirirəm. Bir daha xoş gəlmisiniz. 
x x x
Sonra Serbiya Prezidenti Aleksandar Vuçiç bəyanatla çıxış etdi. 
 
Prezident Aleksandar Vuçiçin
bəyanatı
- Hörmətli Prezident Əliyev, əziz dost. 
Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycandan 
olan birisi üçün bu, bir qədər qeyri-adi görünə bilər. Lakin bu, həqiqətən də belədir. Çünki bir ölkədə yaşayan 
insanlar həmin ölkənin nə qədər dəyişdiyini görə bilmirlər. Hər dəfə Bakıya gələndə mən həqiqətən də böyük 
tərəqqinin şahidi oluram. Deyərdim ki, inanılmaz tərəqqini görürəm. Buna görə mənim dostum Sizi təbrik etmək 
istəyirəm. Bu tərəqqiyə görə Azərbaycan vətəndaşlarını təbrik etmək istəyirəm. Mən Sizin nailiyyətlərinizə görə 
sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən 
Sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə 
sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar. Bəziləri deyə bilərlər ki, bu, neft və qaza görədir. 
Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti 
Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, 
onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa 
malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir. Yenə də qısa bir hekayəni sizinlə 
paylaşmaq istəyirəm. 1971-1972-ci illərdə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan yaşlı Şeyx Bin Zayed 
Liviyaya səfəri zamanı demişdi ki, ümid edirəm, 40 ildən sonra onun ölkəsi Liviya kimi olacaq. Liviyanın BƏƏ-
dən beş dəfə çox neft ehtiyatı var. Lakin bir ölkənin hansı vəziyyətdə olduğuna, digər ölkənin isə hansı vəziyyətdə 
olduğuna nəzər salın. Əminəm ki, Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında 
Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə 
bildi. Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq. Mən bunu bizə 
Avropa qədər qaz və elektrik enerjisi lazım olduğuna görə demirəm. Xeyr, bizə daha az həcmdə lazımdır. Bizə 
bu resurslar lazımdır. Ancaq biz onlar olmadan da yaşaya bilərik. Mən bunu Prezident Əliyevə və onun işinin 
nəticələrinə səmimi rəğbət bəslədiyimə görə deyirəm. O, Belqradı ziyarət edəndə mənə şəhərin bəzi hissələrini 
çətinliklə tanıdığını dedi. Onda da mən anladım ki, bir yerdə yaşamayanda həmin yeri ziyarət edəndə siz həmin 
ölkə və ya şəhərin inkişafının şahidi ola bilirsiniz. 
Biz bütün əməkdaşlıq formalarını müzakirə etdik. Bizim aramızda güclü və səmimi dostluq var. 
Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. 
Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz bir-
birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək. Mən Prezident 
Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin 
müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında 
bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, 
daha ciddi şəkildə görə bilirəm. 
Biz birlikdə əməkdaşlığın mümkün sahələrini təhlil etdik. Sözsüz ki, bizim enerji sahəsi ilə bağlı 
əməkdaşlıq etməli çox məsələlərimiz var. Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını 
müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün 
necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə 
inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə 
apardıq. Bütün bunlar bizim üçün vacibdir. Lakin hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha 
mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində 
texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində 
aparılan işdən gedir. Çünki hesab edirəm ki, əgər buna birgə yanaşmamız olsa, Serbiya və Azərbaycan olaraq 
bizim böyük potensialımız var. Məhz buna görə biz bir ayda iki dəfə görüşmüşük. Serbiya nümayəndə heyəti tez-
tez Azərbaycana gələcək, eynilə Azərbaycan nümayəndə heyəti bir neçə günə Belqrada səfər edəcək. Mənim 
müdafiə sənayesi naziri ilə çox məhsuldar müzakirələrim oldu. Hesab edirəm ki, müdafiə sektorunun 
nümayəndələri ilə biz silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silahlı qüvvələrin strukturu ilə bağlı 
Azərbaycandan çox şey öyrəndik. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə