Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə144/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   140   141   142   143   144   145   146   147   148

________________Milli Kitabxana________________

Nə Raziüddövlə razı qalmış behişt həyatından,

Nə Səfiülmülk simasında şadlıqdan var zərrə nişan.

Raziüddövlə, Səfiülmülk - dünyadan bərk yapışmış hökmdarlar olmuşlar.

Səh. 422.

Şöhrətpərəst zahidlərlə ünsiyyəti sən vur yerə,

Müştəritək görünərlər, Mərrix kimi içərlər qan.

Müştəri - (Yupiter) Günəş sistemində astrologiyaya görə səadət ulduzu hesab edilir.

Mərrix - (Mars) müharibə ulduzu hesab edilir.

Səh. 423.

Fikr eyləmə, Nəcməddini mədh etməkdir ona dərman.



Nəcməddin - ruhani başçısı Əhməd Nəcməddin Simgərə işarədir.

Səh. 423.

Ey Adəmə varis olan, natamamdır işim mənim,

Ey dünyaya İsa olan, cana gəldim bu dünyadan.

Adəm və İsa - peyğəmbərlərdir. Xitab Nəcməddinədir.

Səh. 423.

Oğlun, qızın yoxdursa da, haqq yanında hörmətin var,

Bilmirsənmi "Quran"dakı "Ləmyəlid"də var şərəf, şan.

"Quran'Ma "Qul-hüvəllah" surəsində Allaha verilən sifətlərdən biri də "Ləmyəlid"dir;

yeni Allahın övladı olmaz.

Səh. 423.

Mən bəstamlı oldum sanki, onlar isə əhli-Damğan,



Bəstam -Xorasanın cənubunda bir qəsəbədir.

Damğan - İranda  Təbəristan  vilayətində vaxtı  ilə abad  bir  şəhər  olmuşdur.  Burada

Xaqani Bəstamla Damğanın biri-birindən çox uzaq olduğunu, bununla da özü ilə dostları

arasında heç bir yaxınlıq və birlik ola bilmədiyini göstərir.

Səh. 423.

Haqq bu xərrat balasına vermiş elə bir istedad,

Ki, Nəmrudtək yadlar onun üzərinə çəkir kaman.

Xarrat  balası - Xaqaninin  özü. Nəmrud - Allahlıq  iddiası  edən  hökmdar  (Burda

Nəccar Azərin oğlu İbrahim peyğəmbərə də işarə var).



Səh. 423.

...Ancaq fələk birisini edər dirəfşi-Gaviyan.



Dirəfşi-Gaviyan – Dəmirçi Gavənin bayraq etdiyi döşlüyə işarədir.

Səh. 424.

Fərruxi bir mədhinə bir kənd aldısa əgər...



Fərruxi - Sultan  Mahmud  Qəzvininin  saray  şairlərindəndir;  sarayın yüzlərcə şairi

arasında yeddi seçmə şairdən biri olmuşdur.



Səh. 430.

İki nərgiz, iki sünbül, iki qızıl gülünə,

Sərv boyun, şümşad qolun - budağına and olsun.

Xaqani  burada  gözəlin  gözlərini  nərgizə,  saçlarını  sünbülə,  yanaqlarını  qızıl  gülə,

qəddini sərvə, qolunu şümşada bənzədərək, onlara and içir.

Səh. 430.



________________Milli Kitabxana________________

Sənin o gül üzünə ki, Zöhrə kimi nur saçır,

Harut kimi qəlb aldadıb, qaçmağına and olsun.

Zöhrə - astrologiyada  məhəbbət  ulduzu  Veneradır. Harut  (və Marut) behiştdən

qovulmuş sehrkar mələyə işarədir.



Səh. 430.

Yəmən gölü gərdəyində xumarlanıb uyuyan,

İki həbəş gəlininin yatağına and olsun.

Yəmən gözü - göz yatağı. Həbəş  gəlini - qara göz bəbəyi. Xaqani sevgilisinin xumar

gözlərinə and içir.



Səh. 446.

Tap Təbəristan, tərəbistan dilə!



Təbaristan - İranda bir vilayət adı; tərəbistan - kef və zövq məclisi deməkdir.

Səh. 446.

Məqsədü amalını Amüldə gör,

Görgana get, Yusifi ordan dilə!

Amal - əməllər, istəkler; Amül - İranda Mazandaran vilayətində bir şəhərdir.

Görgan - İranın şimal-şərqində həm vilayət adı, həm şəhər olmuşdur. Görgan - eyni

zamanda farsca qurdlar deməkdir.

Xaqani  bu  misrada  hər  iki  mənaru  nəzərdə tutmuşdur.  Yusifin  qardaşları öz  ataları

Yəquba demişdilər ki, Yusifı qurdlar yemişdir.



Səh. 462.

Zülfün "lam"ı olmasa, "nun"a dönər qamətim.

Zülf  sözündə "lam"  şəklində sevgilinin  qıvrım  saçı,  "nun"  hərfilə isə aşiqin  bükük

qaməti (beli) nəzərdə tutulur.



Səh. 463.

Meydani-məlamətdə bir kəs ola bilsən də,

Eyvani-səlamətdə bünyad ola bilməzsən?

Məlamət-təna,  məzəmmət;  yeni:  tənə meydanında  bir  top  kimi  nə qədər  vurulsan,

əziyyətlərə qatlansan da, yenə də salamatlıq, rahatlıq tapa bilməyəcəksən.



Səh. 484.

Xaqani, ilanla bağban məsəli,

Burada yerində dastana düşdü.

Köhnə nağıllardan  birində deyilir:  bir  bağban  donmuş  bir  ilan  tapmış,  onu  götürüb

Günəş altına qoymuş və ilan dirilərək, bağbanı çalıb öldürmək istəmişdir. Xaqani burada

özünü bağbana, düşmənlərini isə həmin nankor ilana bənzədir.



Səh. 489.

Ayağına qızıl rəngli surətimi bağlaram ki,

Qumrov bilib, dəyməyələr, qayıdasan sən birtəhər.

Şərqdə bir  qayda  olaraq,  yaxşı,  hünərli  göyərçinlərin  ayağına  incə bir  qızıl  halqa

asardılar  ki,  onu  tutanlar  hünərli  olduğunu  bilib  öldürməsinlər,  qızılı  götürüb,  göyərçini

buraxsınlar. Burada Xaqani eşqdən solan üzünü həmin qızıl halqaya bənzədir.



Səh. 495.

Qaqim, Qunduz camallı yar gözəl Bolğar türküdür.



Qəqim, Qunduz gözəllərilə şöhrət tapmış tayfa adlarıdır.

Səh. 500.


________________Milli Kitabxana________________

Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub,

Tapdın təbin dəryasından daha qiymətli gövhər.

Bu    şeri    Xaqani  Nizamiyə müraciətlə yazmışdır. Qiymətli  gövhər Nizami,  onun

böyük şairliyi; qəvvas - dalğıc, burada ilham dənizinə dalıb, üzən Nizami nəzərdə tutulur.

Daha qiymətli gövhər Nizaminin əsərlərinə işarədir.

Səh. 500.

Heyrətdəyəm ki, ilhamın zərlərini atarkən

Necə oldu öz beşinlə beş atdın, ey füsunkar?

Yəni  beş  barmağın  üzərində tutduğun  bu  beş  poemanı  ("Xəmsə"ni)  necə ustalıqla

yazmış olduğuna heyran qalmışam.

Səh. 501.

Layiq olmamışdır div Süleymana.

Rəvayətə görə,    Bilqeys    Süleyman  peyğəmbərin    sarayına  gələndə Süleyman  ona

mail  olmuş,  ancaq  təsadüfən  Bilqeysin  qıçlarında  keçi  tükü  kimi  tük  gördüyündən,  onu

çin (div) bilib, ikrah etmişdir.

Səh. 505.

Çünki, göydə qara üzlü, pis əməlli Zühəl də,

Xoş sifətin Müştərinin üstündə tutmuş qərar.

Zühəl - yeddinci fələkdə, Müştəri onun altında, altıncı fələkdə olur.

Zühəl  böyük  uğursuzluq  (Nəhs-əkbər),  Müştəri  isə böyük  uğurluluq  (Səd-əkbər)

ulduzu sayılır.

Səh. 509.

Əgər sən bilməsən, Ütarid bilir yəqin,

Mən kiməm, qələmimdə nə kimi bir qüvvət var.

Ütarid  (Merkuri)  ulduzu  astrologiyada  fələyin  katibi  hesab  edildiyi  üçün,  Xaqani

özünün qələmdəki qüdrətini onun təsdiqi ilə izah edir.

Səh. 527.

Ayağına kölgə salmış yoxsa Simurğ qanadı,

Şərəf olub dünya üçün Cəlil bin-Rafe adı.

Əfsanəvi  Simurğ  quşu  daima  xeyirxah  işlər  gördüyü  üçün  onun  kölgəsi  də kimin

üzərinə düşərsə onun şöhrəti artarmış. Mədh edilən Cəlil bin-Rafe də Simurğa bənzədilir.

Səh. 528.

Qiyamətdə haqq yanında peyğəmbərdən savayı,

İkinci bir şəfaətçi varsa, odur Şafei.

Bu  qitədə adları çəkilən Safei  və Rafei qiyamət  günündə günahkarları  bağışlamaq

üçün  Məhəmməd  peyğəmbər  kimi  Allah  dərgahında  şəfaətçi  olmağa  layiq  hesab  edilib

təriflənir.



Səh. 530.

Oxşatmısan qaralıqda pozduğun inkar "nun"a.

Fars  dilində "nun"  hərfi  felin  inkarını  yaradır.  Bu  hərf  qaralandıqda  (pozulduqda)

müsbət məna alınır.



Səh. 533.

Yolu əyri gedən vəzirdən başdır,

Yolunu düz gedən mərd piyadələr.

Burada şair şahmat fiqurlarının hərəkəti vasitəsilə düzlüyü təbliğ edir.



Səh. 539.


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə