Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə142/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   138   139   140   141   142   143   144   145   ...   148

________________Milli Kitabxana________________

Səh. 360.

Oxu sən "Əhsənüt-təqvim"i çox diqqətlə "Quran"dan.



"Əhsanüt-təqvim " - İnsanın yaradılışı və həyatı haqqında "Quran"dan alınıb işlənilən

ən gözəl nizam, tərtib və yaşayış qaydaları.



Səh. 361.

Deyil aləm sözü möhməl, kəmali-həqqdə yox nöqsan.



Möhməl – gözdən  buraxılmış  deməkdir.  Xaqani  burada  deyir:  haqq  qiymətin

itirməmiş, həqqiqət qüsurlu deyildir.



Səh. 361.

Birinci hərfə nöqtə olmağın mənası vardırmı,

Ki, dolğunluq üzündən "Əbcəd"in son hərfı olmuşsan?

Birinci  hərf ərəb əlifbasında əlifdir  ki, ən  kiçik  rəqəmələ 1-ə bərabərdir.  Bu  hərfə

nöqtə qoyulmaz, qoyulsa da, rəqəmlə 10-a bərabər olar. "Əbcəd"in son hərfi "ğayn" dir ki,

ən böyük rəqəmə -1000-ə bərabərdir.



Səh. 361.

Gəmi bir kor kimi aban yelilə qaldı sərgərdən.



Aban - oktyabr  ayı,  aban  yeli - payız  küləyi  deməkdir.  Yeni,  zəmanə gəmisinin

kapitanı kordur; əsrin rəhbəri payız ruzigarıdır.



Səh. 362.

Əgər Simurğsan, dinin Qafında, get, məkan eylə,

Ki, "qaf'sız olsa gər ünqa, ünayə çevrilər nalan.

Əfsanəvi quş Simurğ Qaf (Qaftaz) dağında məskən saldığı üçün əlçatmaz və əzəmətli

quş  hesab  edilir.  Simurğa  eyni  zamanda  Ünqa  adı  da  verilir.  Ünqa ərəb əlifbası  ilə kimi

yazılır, onun qafı yəni "Q" hərfi düşərsə, üna qalar ki, bu da əzab, əziyyət mənası verir.

Xaqani  deyir:  Sən  dinin  Qafında,  yəni  yüksək  zirvəsində məskən  sal,  yoxsa  bunsuz

əzaba düçar olarsan.



Səh. 363.

Bəsindir, az danış Musa hədisindən Yəhudatək,

Ki, doqquz ayə yox, bu yeddi rəngdir şəninə şayan.

Beytin mənası: müqəddəsatdan danışma, sən bəni-İsrail kimi yeddi qat yer adamısan,

doqquz fələk məxluqu deyilsən.

Səh. 363.

Dönübsən bir su məşkinə ki, gah dıqsan, gah istisqa.



Dıq - sill, vərəm; istiqsa - su azarı. Yəni: gah boşsan, gah dolu.

Səh, 364.

Mənə həm Nuh idi o, həm də İbrahim idi, əfsus!..

Qalanlar cümləsi naəhldir, Nəmrud, yeri Kənan.

Nəmrud - dini  rəvayətə görə,  Babil  şəhərinin  binasını  qoyan  və onun  hökmdarı

olmuşdur;  bütpərəst  imiş.  Nəmrud  İbrahim  Xəlilullahı  bütpərəstlik əleyhinə təbliğat

apardığı  üçün  oda  atıb  yandırmaq    istəmişdir.    Od  isə gülüstana  çevrilib  onu

yandırmamışdı.



Səh. 364.

O idi Əhmədə varis, ona Əhməd xitab etdi,

Ki, "Farüqi-fəriqeynsən" və "zünnureyn"i "Quran"san.

Əhməd - Məhəmmədin adlarından biridir. Faruqi-fəriqeyn - xalqı yaxşı tanıyan, haqq

ilə batini  yaxşı  seçən  ağıllı  adam.  Bu  ad  və sifət  Məhəmməd  tərəfindən  Ömərə



________________Milli Kitabxana________________

verilmişdir.  Zünnureyn - iki  nur  sahibi  deməkdir.  Bu,  Osmanın  künyəsidir;  Osman

Məhəmmədin iki qızını almış olduğu üçün ona "Zünnureyn" demişdilər.

Səh. 364.

O, xətti əjdaha möcüzlu Musa çün vəfat etdi,

İlantək qıvrılıb, Musa kimi huş uçdu başımdan.

Əjdaha  möcüzlü  Musa,  Musa  kimi  hus  uçdu - dini  xürafata  görə,  Musa  Tur-Sinada

allahı görmək istədiyi zaman birdən güclü səslər eşitmiş, qüvvətli işıqlar görmüş, dəhşətə

düşüb, üç gecə-gündüz huşunu itirmişdir.

Səh. 364.

Sözüm  matəm  libası  geydi,  susdum  mən  də Məryəmtək,  Ölübdür  İsayi-sani,  sükut

etdim, olub büryan. İsayi-sani - ikinci İsa; Xaqani bu adla emisi oğlu Vəhideddini nəzərdə

tutur.


Səh. 364.

Vəhid ölmüşdü - İdrisi və Loğmanı bu dövranın,

Əcəl çatdıqda, acizdir həmi İdris, həmi Loğman.

Vəhid - Təbib Vəhidəddin Şirvani, Xaqaninin əmisi oğludur. İdris -peyğəmbərlərdən

biridir; Loğman - əfsanəvi bir həkim və alim olmuşdur.



Səh. 365.

Sən dünyanın işini dünya üçün əzab bil,

Nece qartal lələyi tutdu özünə divan.

Ovçu  qartalın  qəlbinə ox  vuranda,  qartal  öz  lələyini  oxun  ardında  görüb  inləmiş  və:

"Özüm özümə qənim olmuşam" - demişdir. Xaqani özündən qabaq yaşamış məşhur tacik

şairi Nasir Xosrovun "Öz mast ke bər mast" şerinə işarə edərək, dünyanın özü-özünə bəla

yaratdığını bildirmişdir.

Səh. 366.

Fələk Məhəmməd Yəhya başını verdi bada,

Səncər düşdü zindana, möhnət oldu zindanban.

Məhəmməd  Yəhya (Məhəmməd  ibn  Yəhya) - Xaqaninin  müasiri,  Xorasanın böyük

alimlərindən  biri;  Səncər - Səlcuq  hökmdarlarından  Məlikşahın  oğludur.  1155-ci  ildə

müharibədə türkmənlərə əsir düşüb, həbs edilmişdir.

Səh. 367.

Ey hidayət əlinin zülfüqarı, pas at ki,

Elmin Əbutürabı torpaqda oldu pünhan.

Xaqani  bu  beytdə Əbutürab dedikdə İmam Əlini, zülfüqar dedikdə onun  iki  tiyəli

qılıncını yada salır və ölümünə mərsiyə yazdığı Məhəmməd Yəhyanı "Elmin İmam Əlisi"

adlandırır.



Səh. 369.

Yarım çörək və gözümdə Acıçayın suyudur.



Acıçay Təbriz yaxınlığında axan kiçik çayın adıdır. Son illərdə farsca onu "Təlxərud"

adlandırmışlar.

Xaqani Təbrizdə ağır həyat keçirdiyinə işarə edir.

Səh. 369.

İzzəddinin ölümü bağrımı edibdir qan.

Xaqani  Təbrizdə din  başçısı İmam  İzzəddin Əbu  Ömən Əsədin vəfatını böyük

təəssüflə bu mərsiyədə qeyd edir.



Səh. 370.


________________Milli Kitabxana________________

O, dinə Mehdi ikən, halımı gorüncə yaman,

Məsih oldu mənə, etdi dərdimə dərmanı.

Xaqani, ölümünə mərsiyə yazdığı İzzəddini dinin Mehdisi və ölüləri diriıldən Məsihə

(İsa peyğəmbərə) bənzədir.

Mehdi - şiələrin  qeyb  olmuş  on  ikinci  imamının  ləqəbidir.  Guya  o,  nəhayət,  zühur

edib dünyanı cənnətə döndərəcəkdir.



Səh. 371.

Sincab geyimindir, Günəş isə Sərətanda.



Sincab - dələ, boz rəng, yəni hava dumandır. Günəş isə Sərətan (Xərçəng) bürcündə

olduqda görünmür.



Səh. 371.

Səqlabda haçandan bəri fıl bəsləyir insan?



Səqlab - yer  və tayfa  adıdır.  Bu  tayfa  sonralar  Avropa  qitəsində pərakəndə olub,  öz

müstəqil adını itirmişdir.



Səh. 372.

Çün beytlərin sayı gəlib qırx beşə çatdı,

Qurtar sözü, şair ki, bu şerin başa çatdı.

Xaqani  bu  beytdə qırx  beş rəqəmini  təsadüfi  işlətməmişdir.  O,  bu  rəqəmlə əmisinin

qırx  beş  yaşında  vəfat  etdiyini  bildirərək,  onun  yaşı  miqdarında  qırx  beş  beytdən  ibarət

mərsiyə yazdığını bildirir.



Səh. 372.

...Mümkün olaydı kaş, canım balü par aça - misrası ilə başlayan bu mərsiyə orijinalda

əvvəldən  naqisdir.  Çox  ehtimal  ki,  Xaqani  bunu  oğlu  Rəşidin  vəfatı  münasibətilə

yazmışdır.

Səh. 374.

Göydə iki çərək var: biri san, biri ağ.

Xaqani bu misrada Günəşi və Ayı nəzərdə tutur.

Səh. 377.

Adəm vücudunun "əliz"i, "dal"ı, "mim"idir,

Qırx gündə dörd əsillə yaranmış həkimidir.

Adəm  sözü ərəb əlifbasında  üç  hərfdən  ibarət  olub, öz  yazılışına  görə insanın namaz

qıldığı  zaman  qədd-qamətinə uyğun  edilir  ki,  o,  (Adəm)  dini  rəvayətə görə, dörd  ünsür

vasitəsilə (su, torpaq, od, hava) 40 gündə yaradılmışdır. Sonrakı beytdə də bu fikir təkrar

edilir.


Səh. 377.

Gahi Büraqtək ötər o yeddi göyləri.

Gah yeddi başlı divi edər ram gövhəri.

Yeddi  göy - Yeddi  səyyarənin  orbiti  (dövranı). Büraq - Məhəmməd  peyğəmbərin

merac edərkən mindiyi qanadlı, adambaşlı atın adı. Yeddi başlı div - yer, dünya.

Beytin mənası: şeirdə mədh edilən Şeyxül-İslam öz hünərilə yerə, göyə hakimdir.

Səh. 377.

Tufan içində eşqə odur Nuh hər zaman,

Sam ilə Ham ilə olub asudə, şadiman.

Sam və Ham - Nuh peyğəmbərin oğullarıdır.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə