458
Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdü və oktyabrın
6-da F.x.Xoyski höku mətində dəyişikliklə r edildi; səhiyyə və himayədarlıq naziriliyi iki müstəqil - səhiyyə və himayədarlıq
nazirliklərinə ayrıldı və himayədarlıq naziri və zifəsinə Musa bəy Rəfiyev, onun müavini vəzifəsinə isə Rüstəm xan Xoyski
təyin olundu.
1918 il dekabrın 26-da F.x.Xoyskin in təşkil etdiyi 3-cü Höku mət kabinəsində himayədarlıq naziri vəzifəsini
Rüstəm xan Xoyski icra etdi. Nəsib bəy Yusifbəylinin 1919 il aprelin 14-də təşkil etdiyi 4-cü Hö ku mət kab inəsində bu
vəzifəyə Slavyan-Rus Cə miyyətindən olan V.Klenevski təyin edildi. N.Yusifbəylinin 1919 il de kabrın 24-də təşkil etdiyi
5-c i Höku mət kabinəsində himayədarlıq və səhiyyə naziri vəzifəsini yenidən Musa bəy Rəfiyev tutdu. Himayədarlıq sahəsi
üzrə onun müavini isə Rüstəm xan Xoyski oldu.
Yarandığı ilk günlərdən nazirlik anarxiya və hərc-mərclik dövründə zərər çəkmiş əhali ilə bağlı əvvəllər ayrı-ayrı
rayonların səlahiyyətində olan bütün işləri ö z tabeliy ində birləşdirmiş, doğma yurd-yuvalarını tərk etmək
məcburiyyətində qalmış, ə mla kı əlindən çıxmış qaçqın lara yard ım göstərilməsini təşkil et mişdir.
Birinci dünya müharibəsi (1914-18) dövründə yaranmış anarxiya, ö zbaşınalıq, 1918 ildə ermənilərin türk-
müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları A zərbaycana böyük zərər vurmuş, əhalinin böyük əksəriyyəti tamamilə
müflisləşmiş, var-yoxundan, yaşayış yerlərindən, əmək haqqı mənbələrindən məhru m olmuş, yalnız dövlət qayğısına
möhtac qalmışdı.
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət inin və Himayədarlıq Na zirliy inin qaçqınlarla bağlı əsas vəzifəsi təkcə
onların fiziki yaşayışını təmin etmək deyil, həm də əvvəlki iş yerlərinə qaytarmaq, yeni iş yerləri açmaq, yetim qalmış
uşaqları daimi yaşayış yerləri ilə təmin etmək idi. Bununla əlaqədar h imayədarlıq nazirliy inin qarşısında iki başlıca vəzifə
dururdu: 1) daşnaklar tərəfindən öz ata-baba yurdlarından qovulmuş və qaçqına çevrilmiş soydaşları qəbul etmək, onları
ən zəruri ərzaq və yaşayış vasitələri ilə, habelə əkin üçün toxu m və iş heyvanları ilə təmin etmək, qaçqın ların
yerləşdirildiy i rayonlarda onla rı ictima i işlə rə cə lb et mə k, bir sıra kənd ic ma larına ö z təsərrüfatlarını bərpa et mə k üçün
faizsiz kredit lər vermə k; 2) a zyaşlı yetimlə r və sahibsiz uşaqlar üçün sığınacaqlar və koloniyalar, yo xsul əhali üçün
gecələmə evlə ri və ucuz ye mə kxana lar təşkil et mə k. Bütün bu işləri həyata keçirmək üçün himayədarlıq nazirliyin in
mə rkə zi idarəsi üç şöbəyə ayrılırd ı: h imayə, qaçqınla r və təsərrüfat şöbələri. Ye rlə rdə himayədarlıq işlərin in təşkili üçün
ölkənin ərazisi 6 dairəyə bölünmüşdü: Bakı (Bakı şəhəri, Bakı və Quba qəzaları), Gəncə (Gəncə şəhəri, Gəncə və Qazax
qəzala rı), Şa ma xı (Şa ma xı və Göyçay qəza ları), Nu xa (Nu xa və Ərəş qəza ları, Zaqatala da irəsi), Qarabağ (Cavanşir,
Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları) və Lənkəran (Lənkəran və Cavad qəzaları). Hər dairəyə himayədarlıq nazirliyin in
inspektoru rəhbərlik ed irdi. Qa rşıya qoyulmuş vəzifə ləri yerinə yetirmə k üçün himayədarlıq nazirliyi üç əsas istiqamətdə
iş aparırd ı: 1) sənaye rayonları da daxil olmaq la, Bakı şəhərində; 2) respublikanın başqa ərazilərində; 3) ölkədən xaricdə.
Sənaye rayonları da da xil olmaq la, Bakı ş əhərində 1919 ilin fev ralından təkcə qaçqınlara deyil, hə m də əhalinin
yoxsul təbəqələrinə və sənaye fəhlələrinə Mərkə zi Yardım Evi xətti ilə ərzaq paylanır, pulsuz və ya cüzi qiy mətə isti
yemə k və çay, hə mç inin d igər zəruri avadanlıqlar verilirdi. 1919 ilin dekabrına qədər nazirliyin himayədarlıq şöbəsi bu
məqsəd üçün 3082000 manat vəsait xərc lə mişdi. Bundan əlavə, yerli xey riyyə cə miyyətləri tərəfindən sahibsiz və yetim
uşaqlar üçün yaradılmış uşaq evlərinə də himayədarlıq nazirliyi tərəfindən yardım göstərilird i. Təkcə 1919 ildə xeyriyyə
cəmiyyətlərinin sahibsiz və yetim uşaqlar üçün yaratdıqları evlərə 2114501 manat vəsait ayrılmışdı. 1918 ilin
soyqırımları nəticəsində zərər çəkmiş ailələrə 300 min manat məb ləğində birdəfəlik yardım göstərilmişdi.
Himayədarlıq Na zirliyi Müs əlman Xeyriyyə Cə miyyəti vasitəsilə Qarsdan Azərbaycana pənah gətirmiş 700
nəfərə ya xın qaçqını Ba kıda yerləşdirmə k, gündəlik ye mə klə tə min et mə k vəzifəsin i də öz ü zərinə götürmüşdü. 1919 ilin
noyabrından 1920 il yanvarın 1-nə qədər bu məqsəd üçün 526195 manat vəsait xərclən mişdi. 1919 ilin sonlarında
Dağlılar Respublikası ərazisində baş vermiş hərbi əməliyyatlar nəticəsində Dağıstandan Azərbaycana gəlmiş qaçqınlara
nazirlik 1 milyon manatlıq maddi yardım göstərmişdi.
Himayədarlıq Na zirliyi ölkənin ayrı-ayrı bölgə lərində qaçqınlara pul əvəzinə daha ço x ə rzaq və manufaktura
mə mu latı ilə kö məklik göstərirdi. On lara ada mbaşına, yaşından asılı o laraq, 20-25 funt taxıl (buğda, arpa, çəltik), imkan
daxilində sabun, duz və s. manufa ktura mə mu latla rı verilird i. Bu işləri yerlə rdə qaçqınlardan və yerli əhalidən ibarət
qaçqın ko mitələri həyata keçirirdi. Eyni zamanda, qaçqınların istifadə olun mayan boş yerlərə və yaşayış məntəqələrinə
yerləşdirilməsi imkan ları da öyrənilirdi.
Himayədarlıq Na zirliyin in fəa liyyətinin ilk dövrlə rində qəbul etdiy i qaçqınla r yenicə yaradılmış Ermən istan Res-
publikasının Yen i Bəyazid, Üçkilsə (Eçmiədzin) və İrəvan qəzalarından zorla qovulmuş azərbaycanlılar idi. Onlar Azər-
baycanın Qazax, Gədəbəy, Gəncə, Şamaxı və b. bölgələrində yerləşdirilird ilər. 1919 ilin yanvarından daşnakların
Zəngəzura silah lı təcavüzü nəticəsində bu ərazidən zorla qovulmuş 40 mindən yu xarı a zə rbaycanlı Qarabağın Cəbrayıl,
Şuşa və Cavanşir qəzalarında və Cümhuriyyətin başqa ərazilərində yerləşdirild i. 1919 ildə bütün il boyu Ermən istanda
həyata keçirilən soyqırımları nəticəsində Azərbaycana pənah gətirən türk-müsəlman əhalinin sayı günbəgün artırdı.
1918 ildə S.Şau myanın silahlı daşnak quldur dəstələrin in Ba kı şəhərində, Şa ma xı, Quba və Lənkə ran qəza la-
rında azərbaycanlılara qarşı törətdiyi soyqırımları və talan lar nəticəsində qarət edilmiş və müflisləş miş əhalinin də,
Ermənistandan gəlmiş qaçqınlar kimi, kö məyə böyük ehtiyacları var idi. 1919 ilin sonuna qədər Gəncə dairəsində 21098
nəfər, Şa ma xı dairəsində 26877 nəfər, Nu xa (Şə ki) dairəsində 5100 nəfə r, Qa rabağ dairəsində 20 min nəfər, Lən kəran
dairəsində 8205 nəfər Himayədarlıq Na zirliyi tərəfindən qeydiyyata götürülmüş və onlara kömək göstərilmişdi.
Himayədarlıq Na zirliy inin qaçqınlarla bağlı 1920 il üçün qarşısına qoyduğu başlıca vəzifə lərdən biri də əksə-
riyyəti kənd əhalisindən ibarət olan qaçqın ları Ərəş, Nu xa (Şə ki), Şa ma xı, Göyçay və b. qə zala rın kənd ə ra zilərində
yerləşdirmə klə , onla rı kənd təsərrüfatı işlərinə cəlb et mə k, ö z təsərrüfatların ı yarat maqda onlara kö mə k göstərmək id i. Bu
barədə Himayədarlıq Na zirliy i tərəfindən hazırlan mış təkliflə r Azə rbaycan Xalq Cü mhuriyyəti Parla menti tərə findən