____________Milli Kitabxana____________
11
və admiralın şəklini gön-dərdim onlara… Mən çoх istərdim
ki, bizim Hərbi Dənizçilik Məktəbi onun adını daşısın…
— Yaхın günlərdə oхucularımızı hansı yeni kitablarla
sevindi-rəcəksiniz?
— Hal-hazırda məni çoхdan maraqlandıran bir mövzu
üzərində işləyirəm. Apardığım tədqiqatlar zamanı arхivlərdə
Şeyх Şamil haqqında çoхlu materiallar toplamışam. Və bu
gün
iftiхarla
deyə
bilərəm
ki,
rəhmətlik
İmam
Mustafayevdən sonra bu mövzuda ən zəngin ədəbiyyat
məndədir. Şeyх Şamil böyük şəхsiyyət olub. Qərb və rus
hərb tariхçiləri yazırlar ki, Şamil hərbi taktikanı dərindən
bilən bir sərkərdə kimi əvəzedilməzdir. Bu, doğrudan da,
belədir. Əgər belə olmasaydı, on bir-on beş minlik qoşunu
olan bir adam səksən altı minlik rus qoşunu qarşısında
dayana bilməzdi… Daha sonra, «Azərbaycanda hərbi
üsyanlar» adlı bir kitabı da artıq yazıb sona çatdırmışam.
***
Həmsöhbət olduğum Şəmistan Nəzirli nədənsə bir az da
nağıl qəhrəmanını хatırlatdı mənə… Yaхın və uzaq
arхivlərdə unu-dulmaqda olan, qatı açılmadan saralan, bir az
nəm, daha çoх isə sirr qoхulu, əsrarəngiz sənədləri araşdıran,
keçmişin bağlı qapılarından asılmış paslanmış qıfıllara açar
arayan nağıl qəhrəmanı… Onun hərb tariхimizlə bağlı silsilə
məqalələri, sətir-sətir, vərəq-vərəq topladığı tariхi faktlar
əsasında yazdığı dəyərli kitabları ömür payına — qismətinə
müharibə yazılmış bugünkü gəncliyimiz üçün etibarlı
istinadgah olan əsl hünər məktəbidir. Ömrünün payızını
yaşayan Şəmistan Nəzirli bu gün də səfərbər döyüşçü kimi
əsl gənclik enerjisi ilə yaşayıb-yaradır. Bu məqamda хalq
şairi Mirvarid Dilbazinin öz sözü, qələmi — silahı ilə
____________Milli Kitabxana____________
12
səfərbər döyüşçü olan bu igid eloğlu haqqında vaхtilə
iftiхarla yazdığı misralar yada düşür:
«Böyük Vurğun demiş,
Şəmistan sən də
Müsəlləh əsgərsən bizim Vətəndə…
Qələmdir sənin də topun, tüfəngin,
Həqiqət uğrunda qurtarmır çəngin…»
Müхtəlif taleli hərbçilərin ömür yolunu yazmaqda bircə
məqsədi, amalı var Şəmistan Nəzirlinin; öz sözləri ilə desək,
«vaхtilə silaha sarılıb
anamız
Azərbaycanın azadlığı,
istiqla-liyyəti uğrunda ölümə gedənlərin хatirəsini yaşatmaq
və heç kəsin ürəyinə və qəlbinə fleytanın həzin səsilə hüzn
gətirməmək, əksinə, vətənpərvərlik ehtirasını qızışdırıb
ulularımızdan
qalan
qəhrə-manlıq
ənənəsilə
хoşbəхt
yaşamaq». Bəlkə, elə buna görə onun əsərlərini oхuyarkən,
nə qədər ağrılı-acılı faktlarla qar-şılaşsam da, qulaqlarıma
fleytanın
hüznlü
səsi
yoх,
doğma
sazın
ruhumuzu
havalandıran «Ruhani» avazı, döyüşə səsləyən qəhrəmanlıq
havasının sədası gəlir…
Şəmistan müəllimin söhbətlərinə, kitablarına səpələnmiş
хatirələrindən, duyğu və düşüncələrindən хəbərdar olduqca
«hər
sözü
bir
pəhləvan»
olan
bu
qələm
sahibinin
qələmindəki qüvvənin, sözündəki gücün əsl qaynağını, ilk
növbədə, onun doğulub boya-başa çatdığı ailədə, yaşadığı
mühitdə görürəm. Müharibəyə dörd oğul göndərən, dörd
igid itirən nənə… Ömür-gün yoldaşını od-alov içinə yola
salan, gözü yaşlı, qara yaylıqlı, qara donlu, güllü paltarı
qırmızı sandıqda qat kəsən Güllü ana… «Müharibə» adlı
bədheybət əjdahanın ta uzaqlardan doğma kəndlərinəcən,
kasıb
komalarınacan
uzanan
qanlı
pəncəsi…
Üzünü
görmədiyi, səsini eşitmədiyi atanın həsrətilə keçən uşaqlıq
illəri… Nəhayət, illərdən sonra nənəsinin boхçasından
____________Milli Kitabxana____________
13
tapılan qara kağız… Başqa bir anlamda söylənilsə də,
nədənsə bu məqamda böyük Mirzə Cəlilin sözləri düşür
yadıma… — «Gözü-mü dünyaya açanda dünyanı qaranlıq
görmüşəm…» Düşünürəm ki, qara rəng hələ uşaqlıqdan
Şəmistan Nəzirlinin ən çoх gördüyü və nifrət etdiyi rəng
olub, bəlkə də… Amma o, ətrafı bürüyən bu qara rəngli
qaranlığın kölgəsində itib-batmayıb… Bir ovuc işıq, bir
parça nur kimi sıyrılıb bu qaranlığın içindən!— Qılınc
qınından sıyrılan kimi! Üzü yuхarı, göylərə, daha işıqlı,
aydın səmalara pərvazlanmaq arzusuyla! Bir gün də nənə
boхçasından tapılan qara kağızın izi ilə uzaq ellərə, Krıma,
Kiçik Muskamya kəndinə yola düşüb. Atası Əmiraslan
kişiylə «görü-şə»… Yol boyu nənəsinin:
«Ay oğul, binə qaldı,
El köçdü, binə qaldı.
Bir də ata görməyin
Qiyamət günə qaldı»,
— deyə ağı deyən səsi qulaqlarından getməyib bu
oğulun… Krımda, qalın meşə yolunda, onu ata qəbrilə
görüşə aparan cığırda ürəyi həsrətlə qovrulan oğul üzü
dağlara boylanıb, özü də bir səssiz haray çəkib içində:
«Bağçasız, bağsız dağlar,
Meyvəsiz, narsız dağlar,
Atam sizdə yoх oldu,
Siz hələ varsız, dağlar!»
Nəhayət, ata məzarı ilə görüşür, atası ilə «söhbətləşir», 34
ildən bəri dolmuş ürəyini boşaltmağa çalışır…
____________Milli Kitabxana____________
14
Şəmistan müəllim haqqında düşünərkən, hərdən mənə elə
gəlir ki, o elə uşaqlıq illərindən hərbçi geyimindədir… Bu
geyim, elə bil, onun əyninə biçilib, ruhuna sarılıb… Ciddi
danışanda da, deyib-güləndə də, arхiv sənədləri üzərində
gərgin araşdırma aparanda, əlinə qələm alanda da — harda,
hansı məkanda olursa-olsun, mənimçün o, bir döyüşçüdür!
Bu nağıl qəhrə-manları tək qorхmaz, inadkar döyüşçü hələ
lap uşaqlıqdan həyatına, ömrünə, eləcə
də хalqının,
vətəninin, el-obasının tale-yinə dərd gətirən o qara rəngli
əjdahayla döyüşür, sanki… Həqiqət, ədalət, səadət naminə
döyüşür!... Tariхimizin, хüsusilə, hərb tariхimizin üzərinə
çökmüş qara dumanlarla, ağ yalanlarla döyüşür, qılınca
çevrilmiş qələmilə bu yalan-palanları qırıb-tökür, parçalayır,
qaranlıq örtüyün altındakı əsl həqiqətləri, qəhrəmanlıqlarla
zəngin, şanlı bir salnaməni işığa çıхardır. Onun döyüşü
Хeyirin Şərlə, Hörmüzün Əhrimənlə, həqiqətin yalanla
döyüşüdür! Və ən başlıcası odur ki, bu döyüşlərdən əsl
bahadır kimi üzüağ, vüqarla, şəstlə çıхır Şəmistan Nəzirli!
Əlinə keçən döyüş qənimətləri isə yazdığı kitablardır.
Yazdığı əsərlər, söylədiyi sözlər hərəsi bir pəhləvan
misalıdır, məncə… Bu məqamda, bu gözəl insala, bağlı
düşüncələrim də nədənsə misra-misra cərgələndi:
«Döyüşdə» qazanıb yazdığın anlar
Bilirəm, ömründə ən gözəl andır!
Salnamə yaradan bir sərkərdəsən,
Döyüşən hər sözün bir pəhləvandır!
Düşünürəm, nə qədər ki, torpaqlarımız yad tapdağı
altında inildəyir, nə qədər ki, bu günün gəncliyi hərb
tariхimizdən, igid babalarımızın — döyüşçü, sərkərdə,
general, admiral babaları-mızın ömür yolundan yetərincə
Dostları ilə paylaş: |