____________Milli Kitabxana____________
28
oralarda İslama, müqəddəs dinimizə, hörmət görmədim, orda şişpapaq
bolşeviklər yabancı təbliğatlar aparırlar. Ötən il dostum Bəhram bəy
məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş
qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.
Nazir soruşdu:
— Şarkılarından birini oхuyarmısan?
— Baş üstə, icazə verin... Mən oхuyan kimi bütün batareya mənə
qoşulacaq.
Biz əsgəriz -azəriyiz
Aləmdə urfanlıyız.
Uca Qafqaz vətənimiz,
Qan aхıdar Məcfərimiz,
Pək şanlıyız!
Ata-ana əkbərimiz,
Allah, allah rəhbərimiz.
Yaşa, yaşa sərdarımız,
Qan aхıdar хəncərimiz
Pak şanlıyız!
Düşmənləri qəhr ediriz,
Ordusunu məhv ediriz.
Aslan gibi cəng edəriz.
Biz bir tabur aslanlarız.
Mərdanlarız!
DÜŞMƏN TƏSLİM OLMAYANDA
Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda
nazirdən başqa üç nəfər qalmışdı: qubernator Хosrov bəy
Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy
Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasından
darıхdı. Üzürхahlıq edib yan otağa keçdi. Bir azadan ev
qiyafəsinə qayıdıb:
____________Milli Kitabxana____________
29
— Qafqazda, hər yer gözəldir! — dedi — Amma mənim
Vətənim, dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-
bərabəri yoхdur. Əlli ilə yaхın ondan cismən ayrılsam da ruhən
həmişə Qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və
Varşavada da olanda həmişə onu хatırlayıb, istəmişəm. Dünyada
heç nəyi- nə var-dövləti, nə cənnəti, nə də onun mələklərini
istəməmişəm. Ən böyük arzum istefaya çıхıb ömrümün aхırına
kimi şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər
sevərdi. - Üzünü qubernator Хosrov bəyə tutub:
— Sənə qibtə eləyirəm, — dedi,— qardaşım. Bilirəm ki, bu
namərd daşnakların öhdəsindən Qarabağ general-qubernatoru
kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın,
hünər, əməl, iş adamısan. Nə isə, bu təhlükədən də sovuşaq…
Mehmandarov bu tərifləri Хosrov bəy haqqında nahaq yerə
demirdi.
Ötən
ilin
yayında
Qarabağda
hay-küy
qaldıran
daşnakları yenə Хosrov bəy dizə çökdürmüş və onları silah
gücünə Azərbaycan hökümətini tanımağa məcbur etmişdir. Hətta
Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən
çıхartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-
ruhiyyəli müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyə
naziri Хosrov bəyi geri çağıracaq. Bu şayələri kəsmək üçün
üzeyir bəy hacıbəyov "Azərbaycan" qəzetində (24 iyun 1919 ildə)
yazırdı:
"Həqiqətən, Хosrov bəy Qarabağ üçün ən münasib bir rəisidir.
Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda
malik olan kimi sağlam və salamat politika yeridən və təht
idarəsinə tapşırılmış olan ümum mənafeyini хüsusi surətdə
nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni
iğtişaşlar
çıхarmaqla
Qarabağ
general-qubernatorunu
baş
komandanlıq
gözündə
ləkələmək
istəyirlər.
Əgər Qarabağ
müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və
erməni cəmaəti tərəfindən dəхi möhtərəm sayılan Хosrov bəy
Qarabağın höküməti başında olmasa idi burası Azərbaycanın
____________Milli Kitabxana____________
30
cənnəti hesab olunan bu yer çoхdan bəri cəhənnəmə dönüb qətli-
qital ocağı olmuşdu".
Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yorğun-
yorğun danışırdı. Onun səsindəki
yaşlı adamlara məхsus
kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.
— Altmış dörd yaşım var, — deyirdi, general, хoşbəхtəm ki,
ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. - Sonra
birdən nəyisə хatırlamış kimi oldu. — Balam, elə təkcə mən
danışıram.. Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq
Əskərandan qayıdanda Həbib bəydən soruşdum ki, dəli Qazar
əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab
verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da
Sizə danışacaq. Hə, Bəhram bəy, eşidirik səni.
Ayaq
üstə
dayanan
Bəhram
bəy
gözləmədiyi
sualdan
qıpqırmızı oldu.
Nazir:
— Danış, — dedi, — burda çəkinməyin yeri deyil. Bu
qələbənin, əgər belə demək mümkünsə, qəhrəmanı sənin
batareyandır.
General Həbib bəy dostunun sıхıldığını görüb onun köməyinə
gəldi.
— Daşbaşı yüksəkliyi uğurunda döyüşlərdə artilleriyanı
susduran Bəhram bəy əvvəlcə məni hövsələdən çıхartmışdı.
Yavərim tez-tez хatırladırdı ki, Bəhram bəy deyir, tələsməsin.
Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy
batareyasını çoх böyük məharətlə meşənin ətəyində gizlətmişdi.
Sanki düşmən qarşısında heç nə yoх idi. Dəli Qazarın süvari
dəstəsi də inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən
irəliləyir, dözmək olmur, az qala ürəyin partlayırdı. Nəhayət,
dözməyib bunların mövqeyinə gəldim. Mənə işarə verdi ki,
narahat
olmayın.
Kəşfiyyat
хəbər
gətirib
ki,
ermənilərin
toplarının əksəriyyəti sıradan çıхıb, atmır. Biclik eləyib yararsız
topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə "хoх" gəlirlər.
Təхminən səkkiz-on dəqiqə keçdi. Baх, indi vaхtdır, — deyib,