R.Fatxutdinov innovasiyanı aşağədakı əlamətlərə görə
təsnifləşdirməyi tövsiyyə edir.
1.
İnnovasiyanın yenilik səviyyəsinə görə: radikal
[kəşflərin, ixtiralann və potentiərin tətbiqi]; ordinar
["noy-hay", səmərələşdirmə təklifi və s.).
2.
İnnovasiya tətbiq olunan yaxud işlənilən əmtəənin
həyat tsiklinə [ƏHT] görə:
strateji marketinq mərhələsində tətbiq edilən
innovasiya;
elrni-tədqiqat-smaq-konstruksiya işləri
mərhələsində tətbiq edilən yaxud işlənilən
innovasiya; istehsalın təşkilati-texnoloji hazırlığı
mərhələsi; İstehsal [taktiki marketinq də daxil
olmaq şərtilə]; kompleks xidmət.
3.
İnnovasiyanın yenilik miqyasına görə:
dünya miqyasında yeni; ölkı
miqyasında yeni; sahədə yeni;
müəssisədə yeni.
4.
Xalq təsərrüfatının innovasiya tətbiq olunan sahəsinə
görə:
elm sahəsində; təhsil sahəsində;
sosial [mədəniyyət, incəsənət, səhiyyə və s.].
5.
Firmada innovasiyanın tətbiq sahəsinə görə:
firmadaxili tətbiq; firmada istehsal üçün yenilik;
firma məhsullarının satışı üzrə yenilik.
6.
İnnovasiyanın tətbiqi tezliyi:
bir dəfəyə; təkrar olunan.
Yenilik formasına görə:
• ixtira, kəşf, patent; səmərələşdirmə təklifi;
-31
•
“noy-hay";
•
əmtəə nişanı, markası, emblemi, texnoloji, istehsal,
idarəetmə proseslərini, konstruksiyaları, strukturları
metodları və s. təsvir edən yeni sənədlər.
8.
İnnovasiyanın tətbiqi nəticəsində alman səmərəliliyin
növünə görə:
•
elmi-texniki;
•
sosial; ekoloji;
•
iqtisadi;
•
ümumiləşmiş.
9.
İnnovasiya tətbiq edilən innovasiyanın alt sistemlərinə
görə:
10.
elmi-müşayət edici alt sistemi;
•
məqsəd alt sistemi;
•
təminedici alt sistemi;
•
idarəedilən alt sistemi;
•
idarəedici alt sistemi.
AÇIQLAMA
Bəzi mənbələrdə innovasiyanın təsnifləşdirilməsi "əlaməti"
əvəzinə, innovasiyanın təsnifləşdirilməsi "kriteriyası (meyarı)”
işlədilmişdir. Fikrimizcə, "əlamət” daha düzgündür. Çünki
"kriteriya" ibarəsi müxtəlif variantlardan alternativ variantın
seçilm.əsi zamanı tətbiq edilir.
Belə hesab edirik ki, R.Fatxuddinov tərəfindən verilmiş
innovasiyanın təsnifləşdirmə əlamətləri - sistemlilik və dol-
ğunluluq baxımından daha uğurludur, eyni zamanda nəzəri və
təcrübi əhəmiyyətə malikdir.
32
FƏSIL IL
FUKSIONAL DƏYƏR TƏHLİLİ ÜSULU (FDT)
2.1. Funksioal dəyər təhlili üsulunun mahiyyəti,
məqsədi və funksiyaları
Maddi ehtiyatlardan istifadənin qənaətliliyinin təcrübi
sürətdə həyata kecirilməəsini təmin edən üsullardan ən əsas yeri
-funksional dəyər təhlili [FDT) üsulu tutur.
Funksional dəyər təhlili üsulunun tətbiq edilməsində əsas
məqsəd-məhsulun hazirlanması və istifadəsinin el- mi-tətqiqat
və sınaq lahiyə mərhələsindən başlayaraq onun tətbiqi, sıradan
çıxaraq atılmasmadək olan dövrə və təyinatına görə istehlak
təlabatını ödəmək xüsusiyyətləri,başqa sözlə funksional təyinat
xüsusiyyətləri
nəzərə
alinmaqla
qənaətliliyinin
təmin
edilməsidir. FDT-nın köməyi ilə tətbiqi işlərin elmi tətqiqat və
sınaq lahiyə mərhələsində alına bilən izafi xərclərin xəbərdarlığı,
tətbiq mərhələsində isə iqtisadi cəhətdən özünü doğrultmayan
xərclərin azaldılması və yaxud tamamilə aradan çıxarılması
yerinə yetirilir.
FDT üsulu ona əsaslanmışdır ki, obyektin istehsalı və
tətbiqi xərcləri iki hissədən- obyektin öz təyinatına görə
funksiyasını yerinə yetirməsi ilə əlaqədar olan tələblərin
ödənilməsinin minimum xərclərindən və əlavə olaraq aradan
çıxarıla bilən "funksional artıq" izafi xərclərdən ibarətdir.
FDT-nin yekun nəticəsi bu artıq xərclərin aşkar edilməsi və
aradan çıxarılması olur.Göstərilənlərə əsasən funksional dəyər
təhlili üsuluna aşağıdakı tərifi vermək olar:
FDT- müxtəlif tədqiqat obyektlərinin [məhsul, qurğu,
sistem, texnologiya və insan fəaliyyətinin müxtəlif maddi
nəticələri) texniki-iqtisadi tədqiqi üzrə elə kompleks üsullar
33
sistemindən ibarətdir ki, bunun köməyilə obyektin istehlak
təlabatini ödəmək xüsusiyyətləri nəzərə alınmaqla onun la- hiyə
edilməsi, hazırlanması və istifadəsinin yekun səmərəliliyi
yüksək olsun.
Bu üsul hər bir əmək məhsulunun iqtisadiyyatın!
öyrənməyə və həmin məhsulun hazırlanması üçün olan ictimai
zəruri xərclərin və istehlak dəyərinə təsir edən amillərin
öyrənilməsinə xidmət edir.İntensivləşməyə aid olan məsələlərin
həllində funksional dəyər təhlili üsulu xüsusilə əhəmiyyətlidir və
FDT-nın iştənilməsi obyektin tətbiqi nəticəsində inten-
sivləşdirmənin sürətləndirilməsinə imkan yaradır. Fikrimizi
aydınlaşdırmaq məqsədilə intensivləşdirmə istiqamətlərini və
burada FDT-nın rolunu qeyd edək.Əgər, istehsalın inten-
sivləşdirilməsi istiqamətləri ümumiləşdirilmiş olarsa,bunlar
elmi-texniki tərəqqinin sürətləndirilməsi, maddi ehtiyatlardan və
digər ehtiyatlardan istifadənin qənaət rejiminə əməl edilməsi,
əmək məhsuldarlığının artırılması, istehsalın yeni texnika ilə
təchizi fondlarının yüksəldilməsi, təsərrüfat mexanizminin
təkmilləşdirilməsi və s. ola bilər.
İstehsal təsərrüfat fəaliyyətinin yüksəldilməsi üzrə işlərin
həyata keçirilməsində fuksional dəyər təhlili üsulunun vəzifələri
müxtəlifdir.
İnnovasiyanm sürətlənməsində FDT-nın vəzifəsi yüksək
səmərəli texniki həllərin axtarılması və həyata keçirilməsi,
məmulatın
texniki
səvİ3/yəsinin
və
keyfiyyətinin
yüksəldilməsidir.
Maddi, enerji ehtiyyyatlarmdan istifadənin qənaətlilik
rejiminin təmin edilməsində, FDT-nın vəzifəsi məhsulun
material və enerji tutumluluğunun aşağı salınması, çəki
xarakteristikasının yaxşılaşdırılması, baha və az tapılan
materialların daha ucuz əvəz- edilməsinin müəyyən olunmasıdır.
Əmək məhsuldarlığının artırılmasında FDT üsulundan
əmək tutumluluğunun aşağı salınmasında, konstruksiya-
34
Dostları ilə paylaş: |