ƏLAVƏLƏR
5.
Bu qamın müəyyən mübahisələrin
arbitraja verilə bilmədiyini,
yaxud bu qanunda olan müddəalardan fərqli digər müddəalara
müvafiq surətdə verilə bildiyini nəzərdə tutan Azərbaycan
Respublikası qanunlarının qüvvəsinə aid deyildir.
Maddə 2. Əsas anlayışlar
Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
a)
"arbitraj"
-
daimi
arbitraj
idarəsi
tərəfindən
keçirilib-keçirilmədiyindən asılı
olmayaraq hər bir arbitraj;
b)
"arbitraj məhkəməsi" - təkbaşına arbitr və ya arbitrlər
kollegiyası;
c)
bu qanunun 28-ci maddəsi istisna olmaqla, digər hər hansı
müddəası tərəflərə müəyyən məsələlər üzrə qərar qəbul etmək
imkanı verdiyi halda, tərəflər belə qərarın qəbul edilməsini hər hansı
təşkilata (idarəyə) və yaxud üçüncü şəxsə tapşıra bilər;
ç) Bu qanunun müddəalarında tərəflərin razılığa gəlməsinə və ya
razılığa gələ biləcəklərinə dair istinad, yaxud tərəflərin razılığa
gəlmələrinə dair hər hansı başqa formada istinad vardırsa, belə saziş
bu razılıqda göstərilmiş hər cür arbitraj qaydalarını nəzərdə
tutmalıdır;
d)
bu qanunun hər hansı bir müddəasında (25 (a) və 32 (2)
maddələri İstisna olmaqla) iddiaya İstinad vardırsa, o həmçinin
qarşılıqlı iddiaya da tətbiq edilir. Etiraza istinad vardırsa, o həmçinin
belə qarşılıqlı iddiaya aid etiraza da tətbiq edilir.
Maddə 3. Yazılı məlumatların alınması
1.
Tərəflər başqa hallar
barədə şərtləşməmişlərsə;
a) hər hansı yazılı məlumat adresata şəxsən və ya onun
müəssisəsinə və ya onun yaşayış yerİ üzrə və yaxud poçt ünvanına
çatdı- rılıbsa, o, alınmış hesab edilir. Əgər bu cür qaydada məlumatın
358
“Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu
çatdırılması alınmırsa, yazılı məlumat müəssisənin məlum olan
axırıncı ünvanına və ya adresatın yaşayış yerinə, yaxud onun poçt
ünvanına sifarişli məktubla, ya da belə məlumatların çatdırılmasının
digər formalarına uyğun olaraq qeydiyyatdan keçirmək şərti ilə
göndərilibsə, o alınmış sayılır;
b) məlumat belə çatdırmanın baş verdiyi gün alınmış hesab edilir.
2.
Bu maddənin müddəaları məhkəmələrdə icraatın gedişində
olan məlumatlara tətbiq edilmir.
Maddə 4. Etiraz hüququndan imtina etmə
Hər hansı tərəfin bu qanunun yerinə yetirilməməsi
mümkün olan
hər hansı bir müddəasına və ya arbitraj sazişinin hər hansı tələbinə
əməl edilməməsi barədə xəbəri varsa və buna baxmayaraq öz
etirazını bildirmədən arbitraj prosesində iştirakına davam edirsə və
bu etirazm verilməsi üçün müvafiq müddət müəyyən edilibsə, tərəf
bu müddət ərzində özünün etiraz hüququndan imtina etmiş sayılır.
Maddə 5. Dövlət müdaxiləsinin hüdudları
Bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla bu qanunla
tənzimlənən məsələlərə dair heç bir məhkəmə müdaxiləsi
olmamalıdır.
Maddə 6. Arbitraja münasibətdə müvafiq nəzarət və yardım
funksiyalarını yerinə yetirən məhkəmə
Bu qanunun 11-ci maddəsinin 3 və 4-cü bəndlərində, 13-cü
maddəsinin 3-cü bəndində, 14-cü maddəsinin 1-ci bəndində, 16-cı
maddəsinin 3-cü bəndində, 27-ci maddəsində və 34-cü maddəsinin
2-ci və 3-cü bəndlərində göstərilən məhkəmənin funksiyalarını
Azərbaycan Respublikasının iqtisad Məhkəməsi yerinə yetirir.
359