Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 5 iyun 2012-ci il tarixli
18 saylı qərarı ilə təsdiq edilmişdir
YENİDOĞULMUŞLARDA
HİPOQLİKEMİK VƏ HİPERQLİKEMİK
VƏZİYYƏTLƏR ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2012
57.33
Y 52
Y 52 Yenidoğulmuşlarda hipoqlikemik və hiperqlikemik vəziyyətlər
üzrə klinik protokol, 2012. – 24 səh.
Bu klinik protokol ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin
Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır.
2
3
Klinik protokolun redaktoru:
C. Məmmədov
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin direktoru, t.f.d.
Klinik protokolun tərtibçilər heyəti:
F. Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunun direktoru, dosent, t.f.d.,
RS/AP
üzrə Milli Koordinator
A. Lyubşis
“İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi”
Layihəsinin Ana və Uşaq Sağlamlığı üzrə
baş məsləhətçisi, həkim-neonatoloq, t.e.d.
İ. Zahare
“İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi”
Layihəsinin məsləhətçisi, həkim-neonatoloq
R. Hüseynov
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunun “Yenidoğulmuşların reanimasiya
və intensiv terapiya” şöbəsinin müdiri
S. Haqverdiyeva
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunun həkim-neonatoloqu
Z. Mikayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunun “Neonatologiya” bölməsinin böyük elmi
işçisi
M. Rzayeva
Respublika Perinatal Mərkəzinin
“Yenidoğulmuşların reanimasiya və intensiv
terapiya”
şöbəsinin müdiri
S. Ələsgərova Azərbaycan Tibb Universitetinin
Neonatologiya
kafedrasının dosenti, t.f.d.
S. Quliyeva
Azərbaycan Tibb Universitetinin
Neonatologiya
kafedrasının assistenti, t.f.d.
F. Qarayev
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirilmə İnstitutunun Pediatriya
kafedrasının dosenti, t.f.d
E. Zeynalova
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirilmə İnstitutunun pediatriya
kafedrasının assistenti
G. Hüseynova
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları
şöbəsinin müdiri
Rəyçi:
N. Quliyev
Səhiyyə Nazirliyinin baş pediatrı,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya
İnstitutunun direktoru, professor, t.e.d.
4
İxtisarların siyahısı:
BDİL
– bətndaxili inkişafın ləngiməsi
XBT-10 –
Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış)
HYB
– hestasiya yaşına görə böyük
HYK
– hestasiya yaşına görə kiçik
ÜDS –
ürək döyüntülərinin sayı
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların etibarlılıq
dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik
icmalı və ya nəticələri uyğun populyasiyaya şamil
edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan
(++) irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və ya
klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya
yüksək olmayan (++ və ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
6
Protokol pediatr, neonatoloq, reanimatoloq, tibb universitetinin
tələbələri və uşaq tibb bacıları üçün tövsiyə edilir.
Pasiyent qrupu: yenidoğulmuşlar.
Protokol yenidoğulmuşlarda neonatal xəstəliklərin, ciddi ağır-
laşmaların, neonatal ölümün qarşısının alınması və yenidoğulmuşlara
tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üzrə sübutlu təbabətə
əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
ÜMUMİ MÜDDƏALAR
Qlükoza və onun orqanizmdə rolu
Qlükoza sadə şəkər və ya monosaxarid olub, orqanizmə qida ilə
daxil olan və ya daha mürəkkəb şəkərlərdən (məs., nişasta, sellüloza,
süd şəkəri) əmələ gəlir. O, orqanizmin hüceyrələri üçün vacib və əsas
enerji mənbəyidir. Qlükoza əsas mübadilə proseslərində başlıca
enerji daşıyıcısıdır, əsas mübadilə də yenidoğulmuş uşaqda
böyüklərə nisbətən iki dəfə daha intensivdir. Qlükoza bağırsaqdan
sorulur və orqanizmdə toplanır:
qaraciyərdə, əzələlərdə, ürəkdə, ağciyərlərdə qlikogen
şəklində
dərialtı toxumada yağ şəklində.
Qlikogen, zülal və yağ orqanizmdə enerji ehtiyatıdır. Lazım
gəldikdə, qaraciyərdə yenidən glükozaya çevrilir (qlikogenoliz,
qlükoneogenez).
Orqanizmin hüceyrələrində qlükozanın səviyyəsi haqqında onun
qandakı konsentrasiyası ilə mühakimə yürütmək olar.
XBT-10 ÜZRƏ TƏSNİFAT
P70 Döl
və yenidoğulmuşlar üçün spesifik olan karbohidrat
mübadiləsinin tranzitor pozğunluqları
P70.0 Hamiləlik diabeti olan ananın doğduğu yenidoğulmuş
sindromu
P70.1 Diabetli ananın doğduğu yenidoğulmuş sindromu
P70.2 Yenidoğulmuşların şəkərli diabeti
P70.3 Yatrogen neonatal hipoglikemiya
7
P70.4 Digər neonatal hipoglikemiyalar
P70.8 Döl və yenidoğulmuşlarda karbohidrat mübadiləsinin digər
keçici pozğunluğu
P70.9 Döl və yenidoğulmuşlarda karbohidrat mübadiləsinin digər
dəqiqləşdirilməmiş keçici pozğunluğu
Döldə qlükozanın metabolizmi
Döl ciftdən aktiv keçən qlükozanı anadan alır. Dölün qanında
qlükozanın səviyyəsi ananın qanındakı qlükozanın səviyyəsindən
asılıdır və onun təqribən 70-80%-ni təşkil edir. Döl üçün qlükoza
əsas enerji mənbəyidir və o qlikogen şəklində qaraciyərdə təxminən
doqquzuncu həftədən yığılmağa başlayır, hamiləliyin üçüncü
trimestrinə qədər intensiv toplanır. Vaxtında doğulan yenidogulmuş
uşaqda qlikogen ehtiyatı böyüklərə nisbətən 2-3 dəfə yüksəkdir.
Qaraciyərdən başqa, qlikogen skelet əzələlərində yığılır, hamiləliyin
38-ci həftəsində onun səviyyəsi böyüklərinkindən təxminən 5 dəfə
çox olur. O, ağciyərlərdə surfaktant sintezi zamanı əsas enerji
mənbəyidir. Hamiləliyin üçüncü həftəsindən qlükoneogenez
prosesini təmin edən fermentlər əmələ gəlir, həmçinin qlükozadan
triqliseridlərin sintezi başlayır. Triqliseridlərin sintezi piy
toxumasında piy toplanması şəklində özünü göstərir və uşağın
vaxtında doğulması zamanı piy onun ümumi bədən kütləsinin 16%-ni
təşkil edir. Beləliklə, hamiləliyin axırıncı trimestrində qaraciyər və
əzələlərdəki qlükozanın 50%-dən çoxu qlikogenə, qaraciyər və piy
toxumasındakı isə piyə çevrilir. Vaxtında doğulan uşaqlarla
müqayisədə vaxtından əvvəl doğulan uşaqlarda həm qlikogen, həm
də piy ehtiyatları azdır.
İnsulin ciftdən keçmir. Dölün mədəaltı vəzi hamiləliyin 11-12-ci
həftəsindən insulin hasil etməyə başlayır. Döl inkişaf etdikcə onun
konsentrasiyası da tədricən artır və uşağın doğulduğu anda
böyüklərinkindən yüksək səviyyədə olur. İnsulin dölün inkişafını
stimulyasiya edən əsas faktordur.
Qlükaqonun hasilatı hamiləliyin 15-ci həftəsində başlayır. O,
qlikogenolizə, keton cisimləri kimi alternativ enerji mənbələrindən
istifadəyə yardım edir və qlükozanın sintezi proseslərini aktivləşdirir.
8
Yenidoğulmuşlarda qlükozanın metabolizmi
Doğulduqdan sonra, göbək ciyəsi sıxılarkən ilk 2 saatda
yenidoğulmuşun qanında qlükozanın səviyyəsi xeyli aşağı düşür.
Qanda qlükozanın konsentrasiyasının aşağı düşməsi qana qlükaqon
atılmasına və insulinin konsentrasiysının azalmasına səbəb olur.
Bundan başqa, qlükozanın azalması doğuş stresi nəticəsində
katexolaminlərin artması ilə müşayiət olunur. Bu qlikogenoliz
(qlikogenin yenidən qlükozaya çevrilməsinə), lipoliz (piy
toxumasında triqliseridlərin parçalanması və sərbəst yağ turşuları və
qliserolun əmələ gəlməsi) və qlükoneogenez (alternativ mənbələrdən
– yağ turşularından, qliseroldan, laktatdan, amin turşulardan
qlükozanın əmələ gəlməsi) proseslərinin başlanmasına səbəb olur.
Bundan başqa, qaraciyərdə daha mühüm bir proses baş verir –
ketogenez, yəni yağ turşularından keton cisimlərinin əmələ gəlməsi
qlükoza ehtiyatını qoruyan alternativ enerji mənbəyi kimi xidmət
edir. Beləliklə, yenidoğulmuş uşağın qanında qlükozanın
konsentrasiyasının azalması
dərhal qlükaqonun, insulinin,
qlükokortikoidlərin, qaraciyər fermentlərinin və s. iştirakı ilə bir sıra
cavab mexanizmlərinə səbəb olur ki, bunların da köməyi ilə bir
tərəfdən qlükoza (qlikogen) ehtiyatlarının daha çox istifadəsi, digər
tərəfdən onun intensiv sintezi (qlükoneogenez) başlayır. Qanda
qlükozanın miqdarı normallaşanda yenidən əks proses başlayır –
qlikogenez, yəni qlükozanın qlikogenə çevrilməsi və saxlanma
yerində toplanması.
DİAQNOSTİKA
Qanda qlükozanın səviyyəsinin təyini üsulları
Qlüko-testin köməyi ilə: xüsusi zolağın üzərinə bir damla qan
damızdırılır və zolağın rənginin dəyişməsinə görə (o, şüşə
qabdakı standart rəng qamması ilə müqayisə olunur) qlükozanın
səviyyəsi təyin оlunur:
(+) ucuzdur, tezdir, rahatdır, qan az miqdarda lazımdır;
(–) kifayət qədər dəqiq deyil (başqa üsullarla müqayisədə
təxminən 0,5 mmol/l aşağıdır);
9
Risk qrupundan olan uşaqların hipoqlikemiyaya görə
skrininqində istifadə oluna bilər;
Qlükometrin köməyi ilə: qan damlası, qlükozanın səviyyəsini
göstərən qlükometrə yerləşdirilən xüsusi zolağın üzərinə çəkilir:
(+) tezdir, daha dəqiqdir, rahatdır, az miqdarda qan lazımdır;
(+) xəstənin çarpayısı yanında qanda qlükozanın səviyyəsinin
ekspress diaqnostikası üçün rahatdır;
(–) daha bahalıdır;
Biokimyəvi analizatorun köməyi ilə:
(+) dəqiqdir;
(–) bahadır, rahat deyil, çox miqdarda qan lazımdır.
Yenidoğulmuşlar üçün qlükozanın metabolizminin pozulmasının
skrininqi və ya qanda qlükozanın səviyyəsinin təcili təyinini qlüko-
testin və ya qlükometrin köməyi ilə aparmaq daha rahatdır, pozğunluq
aşkar olunduqda isə - biokimyəvi analizatordan istifadə etməli
Qanda qlükozanın normal səviyyəsi
Normoqlikemiya – bu, qanda qlükozanın normal səviyyəsi olub,
orqanizmin həyat fəaliyyətinin normal proseslərini təmin edir. Daha
böyük uşaqlar və ya yaşlılarla müqayisədə yenidoğulmuş qanda
qlükozanın daha aşağı səviyyəsində orqanizmdəki mübadilə
proseslərinin stabilliyini saxlaya bilir.
Yenidoğulmuşun qanında qlükozanın normal səviyyəsi:
2 - 7 mmоl/l
Yenidoğulma
dövründə qanda qlükozanın normal səviyyəsinin
ananın vəziyyətindən, uşağın vəziyyətindən və onun yaşından
(doğuşdan sonra keçən vaxtdan) asılı olaraq dəyişməsi mümkündür,
amma bu zaman uşağın ümumi vəziyyətində hər hansı bir dəyişiklik
qeyd olunmur (Cədvəl 1).
10
Cədvəl 1. Yenidoğulma dövründə qanda qlükozanın səviyyəsinin
doğuşdan sonra keçən vaxtdan asılı olaraq dəyişməsi
Doğuşdan sonrakı vaxt
(saatlarla)
Qlükozanın səviyyəsi (mmоl/l)
1 - 2
1,7
3 - 47
2,2
48 - 72
2,7
Hipoqlikemiya
Hipoqlikemiya, qanda qlükozanın səviyyəsinin 2 mmоl/l-dən
aşağı olduğu vəziyyətdir (С).
Hipoqlikemiya zamanı yenidoğulmuşun vəziyyətində müşahidə
olunan dəyişikliklər,
orqanizmin hüceyrələrinin zədələnməsi
(xüsusilə baş beyin) və enerjinin kifayət qədər olmaması səbəbindən,
metabolizmin pozulması ilə bağlıdır.
Hipoqlikemiya hər 1000 diri doğulandan 1,3-4,4-də, vaxtından
əvvəl doğulmuşlarda isə hər 1000 diri doğulandan 1,5-5,5-də rast
gəlinir. Bətndaxili inkişafın ləngiməsi (BDİL) olan uşaqlarda
hipoqlikemiya 25%-ə qədər, BDİL olan vaxtından əvvəl
doğulanlarda isə daha da yüksəkdir.
Ağırlıq dərəcəsinə görə hipoqlikemiyanin səviyyəsi cədvəl 2-də
göstərilir.
Cədvəl 2. Hipoqlikemiyanın ağırlıq dərəcələri
Ağırlıq dərəcəsi
Qlükozanın səviyyəsi
(mmоl/l)
Yüngül
2 - 1,5
Ağır (aydın ifadə olunmuş) <1,5
Hipoqlikemiya zamanı yenidoğulmuşun beyninin zədələnməsi
yalnız qanda qlükozanın səviyyəsindən deyil, orqanizmin yanaşı
gedən xəstəliklərindən və ya risk faktorlarından, həmçinin
hipoqlikemiyanın klinik simptomlarının olmasından asılıdır (B).
Yenidoğulmuş uşağın qanında qlükozanın təhlükəli səviyyəsi,
onun ümumu vəziyyətindən asılılığı cədvəl 3-də göstərilir.
11
Cədvəl 3. Yenidoğulmuş uşağın qanında qlükozanın təhlükəli
səviyyəsi
Ümumi vəziyyət
Qlükozanın təhlükəli
səviyyəsi (mmоl/l)
Vaxtında doğulan uşaqlar <2,0
Hipoqlikemiyanın klinik əlamətləri
olmayan risk qrupu uşaqları
<2,6
Hipoqlikemiyanın klinik əlamətləri olan
uşaqlar
<2,6
Yenidoğulmuşlarda qlükozanın metabolizminin pozulması ananın
vəziyyəti ilə, dölün bətndaxili inkişafı ilə və onun postnatal
adaptasiyası ilə bağlı risk faktorlarından asılıdır.
Risk faktorları
Ana tərəfdən:
Şəkərli diabet və ya qlükozaya qarşı pozulmuş tolerantlığa
müsbət test (qlükoza-tolerant test)
Anamnezdə əvvəlki doğuşlarda iri uşaqlar
Hamiləlik müddətində preeklmpsiya və ya hipertenziya
Doğuş zamanı qlükoza məhlulları ilə infuzion terapiya
Dərmanlar (tokolitiklər)
Yenidoğulmuş tərəfdən:
Məhdud enerji ehtiyatları ilə bağlı
vaxtından əvvəl doğulanlar
hestasiya yaşına görə kiçik olanlar (HYK)
bətndaxili inkişafın ləngiməsi (BDİL)
qaraciyərin zədələnməsi (hepatitlər)
endokrin xəstəliklər
anadangəlmə metabolizm pozğunluqları
aclıq
qeyri-adekvat infuzion terapiya
Yüksək energetik tələbatla bağlı
hipotermiya
infeksiya
аsfiksiya
12
polisitemiya
tənəffüs pozğunluqları
hiperinsulinizm, diabetik fetopatiyа
hestasiya yaşına görə böyük olanlar (HYB)
Klinik əlamətləri
Hipoqlikemiyanın klinik əlamətləri spesifik deyil,
yenidoğulmuşların başqa xəstəlikləri zamanı da müşahidə oluna bilər
(sepsis,
аsfiksiya, hipotermiya, pnevmoniya, metabolik
pozğunluqlar):
oyanıqlıq/süstlük
bərk/zəif qışqırıq
tənəffüs pozğunluğu, apnoe
zəif əmmə
döşdən imtina
qeyri-stabil temperatur
periferik sianoz
ürək ritminin pozulması
qıcolmalar
koma
Qanda qlükozanın səviyyəsinin monitorinqi
Qanda və plazmada şəkərin səviyyəsini təyin etmək vacibdir:
risk qrupu yenidoğulmuşlarına (С)
hipoqlikemiyanın klinik əlamətləri olan yenidoğulmuşlara.
Sağlam yenidoğulmuşlara, vaxtında doğulan və risk faktorları
olmayanlara qanda şəkərin səviyyəsini təyin etmək vacib deyil (С).
Qanda və plazmada qlükozanın səviyyəsinin təyin edilməsi
cədvəl 4-də göstərilir.
13
Cədvəl 4. Qanda və plazmada qlükozanın səviyyəsinin təyin
edilməsi üçün qanın tövsiyə edilən götürülmə vaxtı və sayı
Təhlükəli
vəziyyətlər
İlk təyini Sayı
Müşahidənin
müddəti
Hipoqlikemiyanın
klinik əlamətləri
(C)
Dərhal
Hər 1 saatdan
bir, >2,6 mmоl/l
çatana qədər
Klinik
simptomlar
olmadıqda
Diabetli analardan,
HYB, klinik
simptomlarsız (С)
Doğulduq
dan 1 saat
sonra
Hər 3-6 saatdan
bir, yeməkdən
əvvəl,
>2,6 mmоl/l
çatana qədər
12 saat
HYK, BDİL,
vaxtından əvvəl
doğulan klinik
simptomlarsız (С)
Doğulduq
dan 2 saat
sonra
Hər 3 saatdan
bir, yeməkdən
əvvəl,
>2,6 mmоl/l
çatana qədər
36 saat
Risk qrupundan
olan digər uşaqlar
klinik
simptomlarsız (D)
Doğulduq
dan 4-6
saat sonra
3-6 saatdan
sonra, yeməkdən
əvvəl,
>2,6 mmоl/l
çatana qədər
12 saat
Əlavə monitorinq və müayinə
ÜDS, tənəffüs, аrterial təzyiq, SaO
2
Bədən temperaturu
Sidik ifrazının qeydiyyatı (saatlıq, gündəlik)
Sidikdə qlükozanın səviyyəsinin təyini
Qanın geniş analizi (sepsis)
Qanın qazları (hipoksemiya və asidoz)
Qanın elektrolitləri (hiperkaliemiya, dehidratasiya)
Sidik cövhəri və qalıq azot (dehidratasiya, böyrək çatışmazlığı)
14
Risk qrupundan olan yenidoğulmuş uşaqların aparılma taktikası
Hipoqlikemiyanın klinik simptomları olmayan risk qrupu
yenidoğulmuşları:
Erkən enteral qidalanmaya başlamalı;
Doğulduqdan 4-6 saat sonra qanda qlükozanın səviyyəsini təyin
etməli:
qlükozanın səviyyəsi <2,6 mmоl/l olarsa, uşağı yenidən
qidalandırmalı;
1 saatdan sonra analizi təkrar etməli.
Hipoqlikemiya saxlanılırsa, enteral qidalanmanı davam
etdirməklə v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə
başlamalı;
Hipoqlikemiyanın klinik simptomları olmayan BDİL, vaxtından
əvvəl doğulan uşaqlar və HYK yenidoğulmuşlar:
Erkən enteral qidalanmaya başlamalı (mümkün qədər);
Doğulduqdan 2 saat sonra qanda qlükozanın səviyyəsini təyin
etməli:
qlükozanın səviyyəsi <2,6 mmоl/l olarsa, uşağı yenidən
qidalandırmalı;
1 saatdan sonra analizi təkrar etməli.
Hipoqlikemiya saxlanılırsa, enteral qidalanmanı davam
etdirməklə v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə
başlamalı;
Əgər enteral qidalanma mümkün deyilsə və ya kifayət qədər
deyilsə :
dərhal v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə
başlamalı.
Hipoqlikemiyanın klinik simptomları olmayan diabetli analardan
doğulan, HYB yenidoğulmuşlar:
Erkən enteral qidalanmaya başlamalı;
Doğulduqdan 1 saat sonra qanda qlükozanın səviyyəsini təyin
etməli:
qlükozanın səviyyəsi <2,6 mmоl/l olarsa, uşağı yenidən
qidalandırmalı;
1 saatdan sonra analizi təkrar etməli.
15
Hipoqlikemiya saxlanılırsa, enteral qidalanmanı davam
etdirməklə v/d 10%-li qlükoza məhlulunu fasiləsiz yeritməyə
başlamalı;
Hipoqlikemiyanın klinik simptomları olan yenidoğulmuşlar:
Hipoqlikemiyanın klinik simptomları yaranan kimi qanda
qlükozanın səviyyəsini təyin etməli;
Enteral qidalanmanı davam etdirməklə v/d 10%-li qlükoza
məhlulunu fasiləsiz yeritməyə başlamalı.
Müalicə
Əsas xəstəliyin müalicəsi (mümkün qədər)
Erkən və adekvat enteral qidalanma
V/d 10%-li qlükoza məhlulunun yeridilməsi
Hipoqlikemiyanın 10%-li qlükozanın yardımı ilə
parenteral korreksiyası
Hipoqlikemiyanın klinik simptomları olmayan risk qrupu
yenidoğulmuşlarının yüngül dərəcəli davamlı hipoqlikemiya (1,5-2,0
mmоl/l) və ya istənilən qidalanma pozulması zamanı müalicəsi (В):
10%-li qlükozanı fasiləsiz yeritməyə başlamalı:
60-80 ml/kq/gündə, yəni 2,4-3,6 ml/kq/saаt sürətlə
(4-6 mq/kq/dəq quru qlükoza) (С)
1 saatdan sonra qanda qlükozanın səviyyəsini təkrarən təyin
etməli
hipoqlikemiya davam edərsə (<2,0 mmоl/l), qlükozanın
yeridilmə sürətini artırmalı:
və ya >100 ml/kq/gündə 10%-li qlükoza
yəni 4,2-4,6 ml/kq/saаt sürətlə (7-8 mq/kq/dəq quru qlükoza),
və ya qlükozanın konsentrasiyasını 12,5%-ə qədər artırmalı
60,0-80,0-100,0 ml/kq/gündə hesabı ilə.
Qidanı
həzmetmə qabiliyyətindən asılı olmayaraq
hipoqlikemiyanın klinik simptomları olan yenidoğulmuşların
müalicəsi.
dərhal qlükozanın səviyyəsini təyin etməli
qlükozanın səviyyəsi <1,5 mmоl/l olarsa, v/d axınla 2 ml/kq
10%-li qlükoza yeritməli (С)
10%-li qlükozanın fasiləsiz yeridilməsini davam etdirməli:
16
60,0-80,0 ml/kq/gündə hesabı ilə, yəni 2,4-3,6 ml/kq/saаt
sürətlə (4-6 mq/kq/dəq quru qlükoza) (С)
hipoqlikemiya davam edərsə (<2,0 mmоl/l), qlükozanın
yeridilmə sürətini artırmalı:
>100 ml/kq/gündə hesabı ilə 10%-li qlükoza
yəni 4,2-4,6 ml/kq/saаt sürətlə (7-8 mq/kq/dəq quru qlükoza)
(С)
və ya qlükozanın konsentrasiyasını 12,5%-ə qədər artırmalı
60,0-80,0-100,0 ml/kq/gündə hesabı ilə.
Simptomatik hipoqlikemiya zamanı nəzərə çarpan nevroloji
pozğunluqları olan uşaqlar dərhal qlükozanın səviyyəsi 2,6 mmоl/l
çatana qədər v/d qlükoza almalıdırlar (А).
Hipoqlikemiyanın profilaktikası:
Risk qrupu yenidoğulmuşlarının aşkar edilməsi
Risk qrupu yenidoğulmuşlarının qanında qlükozanın
səviyyəsinin skrininqi
Erkən enteral qidalanma
Enteral qidalanma mümkün olmadıqda qlükoza məhlullarının
parenteral yeridilməsi (10%-li qlükoza məhlulu)
Hiperqlikemiya
Hiperqlikemiya – qlükozanın səviyyəsinin qanda 6,9 mmоl/l çox
və plazmada 8,3 mmоl/l çox olduğu vəziyyətdir.
Hiperqlikemiyanın növləri:
tranzitor
davamlı
Risk faktorları
İnfuzion terapiya və ya parenteral qidalanmanın qeyri-adekvat
aparılması, xüsusilə vaxtından qabaq doğulan uşaqlarda
Vaxtından əvvəl doğulma
Hestasiya yaşına görə kiçik (HYK)
BDİL
Hipoksiya
Endokrin xəstəliklər (anada və ya uşaqda)
17
Anadangəlmə metabolizm pozğunluqları
İnfeksiya (anada və ya uşaqda)
Kəllədaxili qansızma
Dərmanlar (qlükokortikoidlər) (ana və ya uşaq)
Klinik əlamətləri
Hiperqlikemiyanın klinik əlamətləri spesifik deyil,
yenidoğulmuşların başqa xəstəlikləri zamanı da müşahidə oluna bilər
(sepsis,
аsfiksiya, hipotermiya, pnevmoniya, metabolik
pozğunluqlar):
Oyanıqlıq/süstlük
Bərk/zəif qışqırıq
Dəri örtüklərinin quruluğu
Dəri örtüklərinin mərmərliyi
Süst əmmə
Döşdən imtina
Çəkinin itirilməsi
Temperaturun qeyri-stabilliyi
Аpnoe
Ürək ritminin pozulması
Qıcolmalar
Qlükozuriya
Poliuriya
Dehidratasiya
Qanda qlükozanın səviyyəsinin monitorinqi
Qanda və plazmada şəkərin səviyyəsini təyin etmək vacibdir:
Hiperqlikemiyaya şübhə olduqda dərhal
Risk qrupundan olan yenidoğulmuşlarda
Qlükoza məhlullarının v/d yeridilməsi və/və ya parenteral
qidalanma zamanı.
Əlavə monitorinq və müayinə
ÜDS, tənəffüs, аrterial təzyiq, SaO
2
Bədən temperaturu
Sidik ifrazının qeydiyyatı (saatlıq, gündəlik)
Sidikdə qlükozanın səviyyəsinin təyini
18
Qanın geniş analizi (sepsis)
Qanın qazları (hipoksemiya və asidoz)
Qanın elektrolitləri (hiperkaliemiya, dehidratasiya)
Sidik cövhəri və qalıq azot (dehidratasiya, böyrək çatışmazlığı)
Risk qrupundan olan yenidoğulmuş uşaqların aparılma taktikası
Hiperqlikemiyanın klinik simptomları olmayan risk qrupu
yenidoğulmuşları:
Erkən enteral qidalanmaya başlamalı;
Doğulduqdan 4-6 saat sonra qanda qlükozanın səviyyəsini təyin
etməli;
Qanda qlükozanın səviyyəsi 6,9 mmоl/l-dən çoxdursa, lakin uşaq
enteral qidalanırsa – korreksiya aparılmır;
İnfuzion terapiya aparılan zaman qlükozanın səviyyəsi
6,9 mmоl/l-dən çox olduqda:
qlükoza məhlulunun yeridilmə sürətini hər 2-4 saatdan bir
1-2 mq/kq azaltmalı
yeridilən qlükoza məhlulunun 5%-li konsentrasiyasından
istifadə etməli
qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli
Göstəricilər normallaşana qədər hər 4-6 saatdan bir qanda
qlükozanın səviyyəsini təkrar təyin etməli
Hiperqlikemiyanın klinik simptomları olmayan infuzion terapiya
və/və ya parenteral qidalanma alan yenidoğulmuşlar:
İnfuzion terapiya başladıqdan 4-6 saat sonra qanda qlükozanın
səviyyəsini təyin etməli;
Qanda qlükozanın səviyyəsi 6,9 mmоl/l-dən çoxdursa:
qlükoza məhlulunun yeridilmə sürətini hər 2-4 saatdan bir
1-2mq/kq azaltmalı
yeridilən qlükoza məhlulunun 5%-li konsentrasiyasından
istifadə etməli
qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli
Göstəricilər normallaşana qədər hər 4-6 saatdan bir qanda
qlükozanın səviyyəsini təyin etməli
Qlükozanın yeridilməsinin minimal sürəti 4,4 mq/kq/dəq
Yuxarıda göstərilən tədbirlərə baxmayaraq hiperqlikemiya
saxlanılırsa, qlükozanın göstəriciləri stabilləşənə qədər - insulin
19
0,05 vahid/kq/saаtda 12-24 saat ərzində (hər 4-6 saatdan bir
qlükozaya nəzarət ) təyin etməli
Uzun müddətli infuzion terapiya və/və ya parenteral qidalanma
zamanı qanda qlükozanın səviyyəsini gündə 2 dəfədən az
olmayaraq təyin etməli
Hiperqlikemiyanın klinik simptomları olan yenidoğulmuşlar:
Dərhal qanda qlükozanın səviyyəsini təyin etməli;
Enteral qidalanma zamanı qanda qlükozanın səviyyəsi 6,9
mmоl/l-dən çox deyilsə, korreksiya aparılmır;
İnfuzion terapiya və qlükozanın səviyyəsi 6,9 mmоl/l-dən çox
olduqda:
qlükoza məhlulunun yeridilmə sürətini hər 2-4 saatdan bir
1-2 mq/kq azaltmalı
yeridilən qlükoza məhlulunun 5%-li konsentrasiyasından
istifadə etməli
Qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli
Yuxarıda göstərilən tədbirlərə baxmayaraq hiperqlikemiya
saxlanılırsa, qlükozanın göstəriciləri stabilləşənə qədər - insulin
0.05 vahid/kq/saаtda 12-24 saat ərzində (hər 4-6 saatdan bir
qlükozaya nəzarət ) təyin etməli
Göstəricilər stabilləşənə qədər hər 4-6 saatdan bir qanda
qlükozanın səviyyəsini təkrar təyin etməli
Müalicə
Əsas xəstəliyin müalicəsi
İnfuzion terapiya zamanı:
yeridilən qlükoza məhlulunun sürətini azaltmalı və onun
5%-li konsentrasiyasından istifadə etməli
qlükoza məhlulunu qismən fizioloji məhlulla əvəz etməli
Davamlı hiperqlikemiya və görülən tədbirlərdən effekt
olmadıqda, insulin yeritməli
20
Hiperqlikemiyanın profilaktikası
Risk qrupu yenidoğulmuşlarının aşkar edilməsi
Risk qrupu yenidoğulmuşlarının qanında qlükozanın səviyyəsinin
təyini
Erkən enteral qidalanma
Qlükoza məhlullarından istifadə zamanı səmərəli infuzion
terapiya
İnfuzion terapiya zamanı qlükozanın səviyyəsinə müntəzəm
nəzarət
Əlavə №1
Risk qrupundan olan və ya hipoqlikemiya simptomları olan yenidogulmuş
Qanda qlükozanın səviyyəsini təyin etməli
Simptomatik və ya qlükoza < 1,5 mmol/l
Аsimptomatik
>2 mmol/l
<2 mmol/l
Qidalandırmağa
Qidalandırmağa
V/d axınla 2 ml 10% qlükoza ilə başlayıb sonra
başlamalı
başlamalı
2,4-3,6 ml/kq/saat sürətlə infuziyaya keçməli
(4- 6 mq/kq/dəq quru qlükoza)
Nəzarət etməli,
1 saatdan sonra qanda
qlükozanın səviyyəsini
təyin etməli
əgər lazımdırsa,
başqa müayinələr aparmalı
1 saatdan sonra qanda
qlükozanın səviyyəsini
təyin etməli
Qanda qlükoza
Qanda qlükoza
Qanda qlükoza
Qanda qlükoza
>2 mmol/l
<2 mmol/l
<2 mmol/l
>2 mmol/l
V/d axınla yeridilməni
təkrar etməli, infuziyanın
sürətini 4,2-4,6 ml/kq/saаt
artırmalı, 1 saat sonra qanda
qlükozanın səviyyəsini
təyin etməli
Qlükozanın
infuziyasını davam
etdirməli, hər
2 saatdan bir qanda
səviyyəsini təyin
etməli
Qidalandırmanı davam
etdirməli, hər 3-6 saatdan bir
qanda qlükozanın səviyyəsini
təyin etməli
Əgər uşaq simptomatikdirsə,
qlükozanın v/d yeridilməsi
haqqında düşünməli
21
Əlavə №2
Qlükozanın səviyyəsi
normallaşana qədər hər
4-6 saatdan bir onu təyin etməli
Коrreksiya aparmamalı,
qidalandırmanı davam etdirməli
Qanda qlükoza 6,7-8,3 mmol/l
Uşaq enteral qidalanma alır
Risk qrupundan olan və ya hiperqlikemiya simptomları olan yenidogulmuş
Qanda qlükozanın səviyyəsini təyin etməli
22
Simptomsuz və ya qanda qlükoza
6,7-8,3 mmol/l
Qlükozanın səviyyəsi normallaşana qədər hər
2-4 saatdan bir onu təyin etməli
Hiperqlikemiya saxlanılırsa, 12-24 saat ərzində
0,01-0,05 vah/kq/saat dozasında insulin təyin edilir
Simptomatik və ya qanda qlükoza
Qlükozanın yeridilmə sürətini hər
2-4 saatdan bir 1-2 mq/kq/dəq
azaltmalı və ya qlükozanın kons.
5-2,5% qədər azaltmalı
2 saatdan sonra qanda qlükozanı
təyin etməli
>13,9 mmol/l
Uşaq infuzion terapiya alır
Qlükozanın yeridilmə sürətini hər
2-4 saatdan bir 1-2 mq/kq/dəq
azaltmalı və ya qlükozanın kons.
5% qədər azaltmalı
Qlükozanın səviyyəsi
normallaşana qədər hər 4-6
saatdan bir onu təyin etməli
23
Ədəbiyyat:
1.
Bottino M., Cowett R.M., Sinclair J.C. Interventions for
treatment of neonatal hyperglycemia in very low birth weight
infants // Cochrane Database of Systematic Reviews. - 2009.-
issue 1 Art.- No.: CD007453
2.
Blood glucose monitoring. Perinatal Partnership Program of
Eastern & Southern Ontario - 2008.
3.
Cowett R.M., Farrag H.M. Selected principles of perinatal-
neonatal glucose methabolism // Sem Neonatol – 2004 - №9-
p37-47.
4.
Cowett R.M., Farrag H.M. Neonatal glucose metabolism /
Cowett R.M, ed.- 2nd ed // Principles of Perinatal-Neonatal
Metabolism.- New York, NY: Springer-Verlag; 1998.- p 683–
672.
5.
Cowett A.A., Farrag H.M., Gelardi N.L., Cowett R.M.
Hyperglycemia in the micropremie: evaluation of the metabolic
disequilibrium during the neonatal period // Prenatal NeonatalMe
– 1997 - №2 - p 360–365.
6.
Сornblath M. Et al. Controversies regarding definition of
neonatal hypoglycemia: suggested operational thresholds //
Pediatrics- 2000- № 105(5).- p 1141-1145.
7.
Hemachandra A.H., Cowett R.M. Neonatal Hyperglycemia //
Pediatrics in Review - 1999- № 20.- p 16-24.
8.
Kahler S.G. Metabolic disorders associated with neonatal
hypoglycemia // NeoReviews – 2004 - № 5-p 377-381.
9.
Kallapur S.G. et al. Transient hyperglycemia in neonate // J
Postgrad Med – 1987 - № 33-p 222-225.
10.
Louik C., Mitchell A.A., Epstein M.F., Shapiro S. Risk factors
for neonatal hyperglycemia associated with 10% dextrose
infusion // Am J Dis Child.- 1985.- № 139.- p 783–786.
11.
Mitanches D. Glucose regulation in preterm newborn infants //
Horm Res - 2007- № 68.-p 265-271.
12.
McGowan J.E. Neonatal Hypoglycemia: fifty years later, the
questions remain the same // NeoReviews – 2004 - №5 - p 363-
364.
13.
McGowan J.E. Neonatal hypoglycemia // NeoReviews – 1999 -
№1 - p 6-15.
24
14.
McGowan J.E. et al. Glucose homeostasis. Merenshten &
Gardner’s Handbook of neonatal intensive care.- Mosby Elsevier
2011.- p. 353-377.
15.
Neonatal hypoglycemia: Newborn guideline 5 / British Columbia
Reproductive Care Program 2003 - p 7.
16.
Ogilvy-Stuart A.L., Beardsall K. Management of hypoglycemia
in the preterm infant // Arch Dis Child Fetal Neonatal - 2010- №
95.- p 126-131.
17.
Pildes R.S., Pyati S.P. Hypoglycemia and hyperglycemia in tiny
infants // Clinics in Perinatology - 1986.- № 13.- p 351–375.
18.
Screening guidelines for newborns at risk for low blood glucose /
Canadian Pediatric Society - Position Statement (FN 2004-01) //
Pediatr Child Health – 2004 - № 9.- p 723-729.
19.
Srinivasan G., Pildes R.S., Cattamanchi G., Voora S., Lilien L.D.
Plasma glucose values in normal neonates: a new look // J
Pediatr.- 1986 Jul.- № 109(1) - p 114-7.
20.
Simmons R.A. Glucose methabolism in the newborn infant.
Workbook in practical neonatology / ed. Polin R.A., Yoder M.C -
Sounders Elsevier 2007 - p.45-51.
21.
Weght N. et al. Guidelines for glucose monitoring and treatment
of hypoglycemia in breastfed neonates // Breastfeeding medicine
– 2006 - № 1- p 178-184.
22.
Williams A.F. Hypoglycemia of the newborn: a review // Bulletin
of WHO - 1997.-№ 75 (3) - p 261-290.
Wilkins E., Atanosov P. Glucose monitoring: state of the art and
future possibilities // Med Eng Phys – 1996 - № 18 - p 273–288.
2>2>2>
Dostları ilə paylaş: |