Qəzetimizin ötən saylarından birində cinlər aləmi ilə
bağlı maraqlı müsahibə dərc etmişdik. Lakin həmin
yazıda mövzu ilə bağlı bəzi məqamlara heç
toxunulmamışdı. Oxucularımızın xahişi ilə mövzunu
davam etdirmək qərarına gəldik . Suallarımızı Quran
tədqiqatçısı Əli Əliyev cavablandırdı.
- Əli məllim, Sizin də cinlərlə bağlı fikirləriniz oxucularımız üçün
maraqlıdır...
- Müqəddəs kitabımız “ Qurani-Kərim”-də Cinlər surəsi varsa, bunu dana
bilmərik. Orada cinlərin dilindən deyilir ki , bizim səfeh (iblis) islamla bağlı
başqa şey deyirdi, Amma Həzrəti Məhəmmədin dilindən çox gözəl Kitab
haqqında eşitdik. Yəni, paralel aləmdə yaşayan cinlərin içində kafiri də,
Allaha inanan mömini də var.
Cin oddan, insan isə 4 ünsürdən – torpaq, od, su və havadan törəyib. Buna
görə, nicat tapmaq üçün cinlərə üz tutan insanlar acizdir. İnsan
unutmamalıdır ki, 4 ünsürdən yaranıb. Torpad da, su da, müəyyən həddə isə
külək də odu söndürüb. Odun, başqa sözlə, işığın da saniyədə 300 min
kilometr sürəti var. İslam elmi isə işıq sürətini də keçir. Qurandan əvvəl
müqəddəs kitablar öz əksini onun 72 surəsində tapıb, sonra gələn 42 surə isə
İslama aiddir.
- Cinlər gözlə görünməsə də, onların gördüyü işlər, hoqqalar böyük fiziki
güc tələb edir. Bu , necə mümkündür?
- Cinlərin işıq sürətində elmi də , gücü də var. Lakin işığın maddəyə
çevrilməsi mümkün deyil. Buna görə də, onların yoldan çıxardıqlarını maddi
tərəfə çəkir və vəziyyəti idarə edə bilərlər.
Şəxsən mən cinlərin energetik qüvvəsini hiss edirəm. Onların qarşısında
Allahın köməyi, nuru ilə durmaq olar, amma çoxlu məşq lazımdır. Yeri
gəlmişkən işıq sürətini keçdikdən sonra nur başlayır. Nurun isə maddiləşmə
imkanı var. Bu, İxlas surəsində izah olunur.
- Nur necə maddiləşir?
- Bunun üçün maddə quruluşuna nəzər yetirməliyik. Atomun mərkəzində
proton və neytron yerləşir, onların ətrafında isə elektron fırlanır. Elektron
mənfi yəni, şəri qəbul edir.
Elmdə isə antimateriya anlayışı var. Bu halda mərkəzdə elektrondur,
ətrafında isə proton fırlanır. Artıq alimlər hidrogen və heliumun
antimateriyasını ala biliblər. Onların ölçüsü həddən artıq kiçikdir. Bəlkə də
ruhi elementlərdir...
Yer kürəsinin də ətrafında onun peyki-Ay firlanır. Quranda yazılır ki, Allah
Günəşi işıqlı, Ayı nurlu edib. Ay nurludursa, mənfi yüklü ola bilməz.
- Amma bir çox mənbələrdə, xüsusilə də Hollivud filmlərinin
əksəriyyətində Yerin mərkəzi iblisin məkani, Ay isə şər qüvvələrin
oyadıcısı kimi göstərilir.
- Təbliğat başqa, elm isə tamam başqadır. Mən başqalarının mövqeyinə deyil,
Quranda yazılanlara əsaslanıram. Mənfi enerjilər Yerin mərkəzinə
yönəlməsə, ətrafdakı”neytronlar” onu neytral hala gətirməz və nurlu Ay
orbitdə firlanmaz. Təəssuf ki, hazırdaYer çox kirlənib. Dalğaların Yerə
gələn energetik qüvvəsinindən də çox şey asılıdır.Bu isə onun tezliyi və
sürətilə əlaqəlidir. Ay yaxında olsa da , uzaq planetlərdən gələn implus,
informasiya daha sürətli, böyük enerji və tezlikdə olmalıdır ki, Yerə çatsın.
Deməli, onların bizə təsiri heç də az deyil.
Tezliyindən, enerjisindən asılı olaraq, hər bir şuanın təsiri fərqlidir. Aydan
gələn şüalar isə günəşdən əks olunsalar da, dalğa uzunluğuna, tezliyinə görə
fərqlidir. Bu şüalar lunatizmə meylli adamlara təsir edəndə, onlar yuxudan
durub gəzməyə başlayırlar. Amma digər planetlərin təsirini də unutmaq
olmaz...
- Yəni bəzi tezliklər şər qüvvələri oyadır?
- Adi halda yüksək enerjili dalğaları qəbul etmək mümkün deyil. Amma əlaqə
yarananda, şüur və şüuraltı yerlərini dəyişərək, fəallaşır. Bu barədə Zəlzələ
adlı 99-cu surədə məlumat da var.
- İnsan 4 ünsürə sahibdirsə, öz gücündən niyə istifadə edə bilmir?
- Qoy cindarlar yığışıb, mənə öz təsirlərini göstərsinlər. Zəmanət verirəm ki,
onların qabağında duraram. Amma kütləyə düzgün təbliğat aparılmır və
bunun marağında olanlar var. Düzgün təbliğat şər qüvvələrin çörək yollarını
bağlaya bilər. Təəssuf ki, iblisə sitayiş edənlərin sayı möminlərin sayından
qat-qat artıqdır. Onlar kəmiyyət amilini əsas götürsələr də, elmləri işıq
sürətini keçə bilmir. Sırf islama bağlı qüvvələr isə az olsa da, keyfiyyətcə
yüksədədirlər.
- Şər qüvvələr və cin eyni şeydir?
- Quranda deyilir ki, şər həm cinlərdə, həm də insanlarda var. Bəziləri də
düşüb cinlərin üstünə. İndi elə şər insanlar var ki, iblis onları yoldan
çıxarmağına peşman olub.Onlar iblisdən də qüvvəlidir.
- Cin maddiləşə bilmirsə, böyük güc tələb olunan işləri necə həyata
keçirir?
- Maddiləşmə materiya forması olsa da, cinlər enerjini çox gözəl idarə edə
bilirlər. İnsanı yoldan çıxarmaq üçün öz ölçülərini, simalarını da dəyişə
bilirlər. Quranda onlarla mübarizə yolları da göstərilib. Sizə neqativ qüvvə,
cadu yönəlibsə, İlahi elminin gücü ilə onu elətdirənə və edənə qaytarmaq
lazımdır. Bunun üçün məsələnin kökünə getmək vacibdir.
Şər qüvvələrin Yer üzərində mənbələri var. Bu mənbələr barədə bəd
əməllərlə məşğul olanlar bilir və gücü də oradan götürürlər. Mənbə ilə
vuruşa bilirsənsə, qalib gələ bilərsən. Bəziləri insanlara bu mənbəni
tapmadan “kömək etdikləri” üçün , bir müddət sonra qara qüvvələr yenidən
baş qaldırır. Bu “virus” imkanlı insanlar, müğənnilər arasında geniş yayılıb.
Onlar bundan istifadə edərək , bir-birlərinə “əməl” etdirirlər.
- Bəlkə, bu da insanın günahıdır, həmin formada özünə qayıdır?
- Əlbəttə. Allah heç nəyi cavabsız qoymur. Amma bizim anlaya bilmədiyimiz
təsadüflər də olur. Allah-Təala həqiqətən 1.02 faizini özü üçün saxlayıb.
İnsan nəyisə 98.98 faizdən rtıq öyrənə bilməz.
- Şər qüvvələr hansı hallarda energetik baxımdan güclənə bilirlər?
- Bir çox hallarda insan özü onları axtarıb tapır. Cinlər əsasən natəmiz
məkanlarda, şərab emal edilən yerlərdə toplaşırlar və pis iydən energetik
qüvvə götürürlər. Bəzən də onlar insanı qəzəbləndirirlər ki, enerjisini
alsınlar. Hətta insanlar arasında da zibilliyi sevənlər var. Unutmayın ki,
insan şeytandan daha qorxuludur, çünki 4 xilqətin məhsuludur.
- Bəzi ekstrasenslər iddia edirlər ki, guya insandan çıxardıqları şəri suya,
ya da havaya göndərirlər. Bu, doğrudurmu?
- İnsan şəri sol əli ilə çıxarıb, özünü neytrallaşdırmalıdır. Ətraf mühiti isə
korlamaq olmaz. Buna görə də , kiminsə bədliyini açıq atmosferə və ya suya
yönəltmək doğru deyil. Çünki su müqəddəsdir.
- İnsan da gözəgörünməz enerjini idarə edə bilər?
- Əlbəttə. Ən qüvvəli enerji insanın beynindədir. Şər onun qarşısından həmişə
qaçır. Praktikada, yəni işləyərkən mən daxildə Quran ayələrini deyirəm,
çünki bu ayələr mənfi enerjini tənzimləyirlər. Cinlərsə hətta bu prosesə də
müdaxilə edirlər. Bəzən bir surəni demək istəyirsən, adamı çaşdırırlar,
başqasını deyirsən. Uzun müddət rabitədə qalmaq isə insanı pis hala sala
bilər.
- Vampirlərə, qulyabanilərə inanırsınız?
- Onları görməmişəm. Enerji qan vasitəsilə bütün bədəndə dövr edir. Yəqin
bəzi insanlarda zəlidə olan xüsusiyyətlər var. Amma qansız da enerji
çəkənlər var. Kamil insanın başqasının enerjisinə ehtiyacı yoxdur. Nə qədər
lazımdır, özü rabitə yaradıb alır. Termodinamika qanununa əsasən isə, zəifin
qüvvəlidən enerji çəkməsi mümkün deyil. Yəni, enerji zəifdən çəkilir. Gərək
əqidən, imanın güclü olsun ki, bu, baş verməsin.
Nə üçün yəhudilər bayramlarında çörəyə qan vururlar? Özü də ibadət edən
şəxsin təmiz, qanını ... Amma yəhudizm və xristanlığın elmi islam elmi
kimi işıq sürətini keçə bilmir. Təəssüf ki, bəziləri Quranı bilərəkdən yanlış
yozaraq, özlərinə sərf edən şeyləri götürürlər.
- Şeytanın amalı dünyanın sonuna çıxmaqdır?
- Xeyr, amma o, yaxşı bilir ki, cəhənnəmə gedəcək və özünə yoldaş axtarır.
İnsan Allah qanunlarına əməl etməklə , özündə yüksək enerjini yığa bilər.
Bunu etməyənlərsə, Yerdən yüksəyə qalxa bilmirlər. Yer üzərindəki bütün
proseslərin əksi, tarazlıq qanunun var. İstəsə , insan odu da öz xeyrinə
yönəldə bilər.
İki cür enerji var- yaradıcı və dağıdıcı. Bu enerjiləri tənzimləyə bilmək
lazımdır. İnsanın beyin enerjisi yer üzərindəki hər bir silahdan yüksək
qüdrətə malikdir. Bir sözlə. Batin elmin adamları cadugərlərlə mübarizə
apara biləcək insanlar az da olsa var və bunu gözəl bacarırlar.
- Belə demək olar ki, insanın rahat yaşaması üçün möcüzəyə qaçması
deyil, dini-mənəvi yolla yaşaması gərəkdir.
- Təbii. Amma Allah dərgahında möcüzə yoxdur. Bir halı izah edə bilmiriksə,
möcüzə sayırıq.
Müasir həyat tərzi nəticəsində bəzi insanlarin psixikasının
get-gedə pozulması, hətta möminlər arasında təzadlı
davranışlara yol verənlərin artması və bu kimi bir çox hallar
bəzilərini Qiyamət gününün yaxınlaşmasından danışmağa
sövq edir. Görəsən, möminlərin dinimizin qoyduğu
qaydalara düzgün riayət etməməsinin Qiyamət günü ilə
əlaqəsi varmı ? Bu sualla İslam tədqiqatçısı Əli Əliyevə
müraciət etdik.
Təəssüf ki, İslama gələnlərin sayının artması onu doğru dərk edənlərin sayı
ilə düz mütənasib deyil. Elə Qiyamət günü məfhumunu da yanlış
anlayanlar çoxdur. İndi də xristian aləmi növbəti Qiyamət gününə - 21
dekabra , planetlərin paradının gözlənildiyi tarixə hazırlaşır. Bu paradın
olacağına şübhə etmirəm və deyə bilərəm ki, onu İmam Hüseyn qəbul
edəcək. Çox şey dəyişəcək, amma Qiyamət günündən danışmaq hələ tezdir.
O ki qaldı insanların İslama münasibətinə, bu barədə Həzrəti Əli çox gözəl
deyib : “Bəziləri ibadəti tacirlər kimi edir, yəni ondan nəsə gözləyirlər”.
Əfsuslar olsun ki, dinimiz bu gün də düzgün təbliğ olunmur. Din ilahi həyat
tərzidir., şəriət isə onun qanunlarıdır. Bəli, bu gün ibadət edib çirkin işlərlə
məşğul olanlar həddən artıq çoxdur. Bir çoxları İslam pərdəsi altında öz bəd
əməllərini gizlədir.
- Sizcə, yanlış təbliğatı kimlər aparır?
- Kütləvi informasiya vasitələri. Razılaşın ki, indi dindən çox , şou-biznes əhli
barədə yazılır. Psixoloji silahlar isə həmişə olub...
- Bununla razıyam ki, mətbu orqanlar dini yazıları çox vaxt oxucuya
maraqsız formada təqdim edirlər.
- Elə buna görə də, həmin materiallar, demək olar ki, öz ünvanını tapa bilmir.
Qəzet elmi jurnal deyil. Orada dərc olunanları savadı az olanlar da başa
düşməlidir. Bu məsələ isə siz yazanlardan asılıdır. Bəziləri internetdən,
xarici mənbələrdən hazır materialları götürüb, bir az dəyişərək, qəzet
oxucusuna uyğunlaşdırmadan çap edir. Bu, doğru yanaşma deyil. Fikrimi
başa düşün. Mən ilahi fikirləri bəsitləşdirməyə çağırmıram . İlahiyyat ali
elmdir. Amma onu yalnız xroniki hadisələr üzərində təqdim etmək də
olmaz.
- Razılaşın ki, dini təbliğatın ağır yükü təkcə KİV-in üzərinə düşmür.
Çox zaman məscidlərdə aparılan söhbətlər də lazımi istiqamətdə olmur.
Bu səbəbdəndir ki, belə söhbətlərin daimi iştirakçıları dini yolda yanlış
yola düşürlər, ifrata varırlar, fanatikləşirlər.
Məgər, din buna çağırır?
- Mən , sizin sualınıza Quranda yazılan ayə ilə cavab verəcəyəm. Orada
qısaca deyilir ki, Allah ifrata varanları sevməz. Özu də bu sözlər təkcə dinə
deyil, başqa sahələrə də aiddir.
- Bəzilərinin fikrinə görə, Quranı oxumaq yetər ki, digər kirabları
oxumayasan. Bu fikri haradan götürüblər?
- Əslində, hər Quran oxuyan onu dərk edə bilməz. Quranın özündə də yazılıb
ki, onun bir hissəsi açıq qanunlar , bir hissəsi gizli eyhamlardır. Digər hissəsi
isə yalnız yüksək səviyyəli mütəxəssislərə aiddir. Yəni, zahiri və batin
elm var. Batin elmlə məşğul olanların da müəyyən dərəcəsi var. Amma
Quranın hamıya bəlli olan əsas tələblərinə əməl etmək biz müsəlmanlar
üçün yetərlidir. Quranı daha dərindən başa düşmək üçün mütləq ilahi ilə
rabitə yaranmalıdır. Bu isə seçilmişlərə müyəssər olur.
- Qəribədir ki, Quranın hər birimizin yaxşı bildiyi 10 əsas tələbinə
möminlərin çoxu belə, əməl etmirlər. Bunun səbəbini nə ilə izah
edərdiniz?
- Bu, savadsızlıqdan, qeyri-düzgün təbliğatdan, ailədə verilən tərbiyənin
qüsurlu olmasından irəli gəlir. Əslində, çoxluğun doğru yolda olmaması da
təbiidir, çünki kəmiyyər həmişə keyfiyyətdən üstün olub.
- Möminlərin sırsında nəfsinə uyanların sayının artmasını Qiyamətə
yaxınlaşmağımız kimi qiymətləndirmək olarmı?
- Bunu demək çətindir. Amma tarazlığın pozulması,kütləviləşməsi göz
qabağındadır. Allah bizə tarazlığı qorumaq üçün şüur və İlahi kitab verib.
İnsanların çoxu isə nə şüurlu hərəkət edir, nə də İlahi kitabda yazılanlara
əməl edir. Dərrakəsini şərlə əlaqələndirənlər isə elə şərin yolu ilı də
gedirlər. Tarazlığın pozulması xəstəliklərə, ailədə intizamın pozulmasına,
cəmiyyətdə haqsızlığın artmasına, müharibələrin yaranmasına səbəb olacaq.
Düzdür, İlahi bu natarazlığı öz məcrasına qaytarmaq qüdrətindədir, amma
bunu ilk növbədə insanlar istəməlidir.
- Bəşəriyyətə göndərildiyi gündən Quranda yazılan bir çox üstüörtülü
həqiqətlər tədricən üzə çıxıb. Müasir elm yetərincə inkişaf etsə də, yəqin
ki, Quranda hələ gizli qalmış çox məsələ var ...
- Təbii. Quranda keçmiş, indiki və gələcək zamanların üçü də öz əksini tapıb.
Amma gələcəyə nüfuz edə bilən alimlər varmı?
- Batin elm elə Quranın yasaqladığı magiya ilə əlaqəli deyil ?
- Magiya - ruhi aləmlə əlaqə deməkdir. Bu əlaqə iki cür mümkündür --
ilahiyyatla, yəni ruhani yolla və şeytanın köməyilə. Təəssuf ki, burada da
tarazlıq pozulub. Şeytanı yolla gedənlərin sayı qat-qat çoxdur.
- Şeytanın burada insana diktə etdiklərini İlahidən gələn eyhamlardan
necə ayırmaq olar?
- Mütəxəssislərə müraciət etmək lazımdır. Sovet rejimindən öncə, bizdə 30 il
təhsili olan ruhanilər, böyük ilahiyyatçı alimlərimiz olub. SSRİ-də ateizmin
önə verilməsi, İslamın isə yasaqlanması savadsız fırıldaqçıların meydana
çıxmasına imkanlar yaratdı. Quranın şərhi “Yasin” oxumaqla məclisi yola
verən mollaların yemi deyil. Bəzən belə təbliğatla onlar dinimizi gülünc
vəziyyətə salırlar.
- Quran insanlara göndərilibsə, zamanla onun tam açıqlanması
mümkündürmü?
- Buna inanmıram. Bayaq qeyd etdim ki, Quranda hər üç zaman öz əksini
tapıb və onun hər surəsinə min cür yanaşma var. Biz indiki zamanla bağlı
qaranlıq məslələrə aydınlıq gətirsək, böyük şeydir.
- Maraqlıdır ki, Allahın vergisini alana kimi savadsız olan
peyğəmbərimiz özü Quranı tam dərk edib...
- Buna deyə bilərəm ki, peyğəmbərimizin ali və əla olduğunu unutmaq olmaz.
- Amma bir məqam da var. Əgər Qurani-Kərim Qiyamət gününə kimi
göndərilibsə, deməli , o vaxta kimi bu İlahi kitabda olan digər sirlər də
açılacaq.
- Bu barədə danışmağımız hələ çox tezdir.
- Bəs, bugünkü natarazlıqdan çıxış yolunu nədə görürsünüz?
- Elə Qiyamət də Xeyirlə Şərin ayrılmasıdır.
- Yəni o vaxta kimi belə də davam edəcək?
- Tarix deyə bilmərəm. Zaman Allahın hökmündədir. Bu söhbətə dekabrın 21-
dən sonra qayıda bilərik.
- Deyəsən , bu tarixdən çox şey gözləyirsiniz.
- Dekabr 21-dən sonra çox öz məcrasına qayıdacaq. Müsbət dəyişikliklərin
olacağına inanıram.
- Başa düşmürəm ki, nə üçün möcüzə gözləməliyik?! Axı, doğru yola
gəlməyimizə nə mane olur?
- Mane olanlar çoxdur. Bunu təkcə xristianlarla bağlamaq da doğru deyil. Öz
içərimizdə olanlar onlardan da betərdir. Özünü mömin elan edənin
cadugərliklə məşğul olması nə deməkdir? Çoxları həqiqətə nail olmaq üçün
öz beyinlərini işlətmək, böyüklərin məsləhətinə qulaq asmaq da istəmir,
çünki tənbəldirlər. Təəssüf ki, tənbəllikdə çox qabağa getmişik. Buna
baxmayaraq, İlahiyə məxsus batil elmi ilə həmişə azərilə məşğul olublar və
sayca da az olsalar da, yüksək keyfiyyət göstəriblər. Məsələn, Sədra, Şirazi,
Nəsrəddin Tusi, Seyid Əli Şirazi, Mir Mövsüm Ağa və başqaları.
- İran İslam respublikası olsa da , orada da ilahiyyat kamil vəziyyətdə
deyil. Bunun səbəbini nədə görürsünüz?
- Orada da yanlış təbliğata yol verilir. İnsanlar kütləvi sürətdə dinə gəliblər,
namaz qılıblar. Amma cəmiyyətlərində xoşagəlməz hallar da az deyil.
Dində məcburiyyət yoxdur. Kimisə dinə dəvət etmək, məsləhət vermək olar.
Kafir insanı məcburən ibadətə gətirirsənsə, Allah deyil, şeytan yolunda
çalışırsan. Dinə kor-koranə gəlmək, mənfi fəsadlarla nəticələnir.
Sonluq
1.Bu mövzu ilə internetə qoşulmanın bir neçə obyektiv səbəbləri var.Bunun üçün
dövrü məlumat və jurnallar mövcuddur.Bu yolla getdim.” Əbədi nur”, “Füssilət”,
“Karvan”, jurnalları bu qəbildən çap etmədiklərini bildirdilər.Çoxtirajlı qazetlərə (
hansıların ki, redaktorları hacıdır ) müraciətlər də rədd cavabı Verdi.
Bir mömin yoldaş “ Quran və kimyəvi elementlər cədvəli” əlyazmanı Ərəbistanda
çap etdirdi.Nəticədə fəxri elmlər doktoru adı təqdim edilsə də imtina etdim.
Əvvala adlar mənim düşüncəmdə mənasızdır, o insanın biliyini artırmır.
Bir kiçik tədbirdə jurnalist Elşad Ümidlə tanış olduq.Bu sahələr onun maraq
dairəsində idi.Bir neçə müsahibə apardıq.”Reytinq” qazetində çap
olundu.Rəhmətlik çox gənc dünyasını dəyişdi.Həmin müsahibələri verməklə
Elşadın ruhuna dualar oxumuş oluram.
2.Kitab şəklində təqdimata nə Qafqaz müsəlmanları idarəsi (?) nə də dini \\ üzrə
dövlət komitəsi rəy vermədi.
3. Televiziyada çıxışlarda müəllif hüququ qorunmadığından ehtiyatlandım, şou
verlişlərdən isə imtina etdim.
Əlbəttə yazı tam deyil, əsas qayələr göstərilib.Oxucu marağından asılı olaraq
mövzu ətrafında izahat vermək mümkündür.
Əli İsi oğlu Əliyev. Əlaqə telefonu:0558510894
Dostları ilə paylaş: |