62
tədqiqi səviyyəsi isə, təəssüf ki, arzuolunan dərəcədə
deyildi. Ona görə əminliklə deyə bilərik ki, İttifaq üzrə
klassik filologiyanın yüksək inkişaf etməsinə baxma-
yaraq, Azərbaycanda bu sahənin zəif inkişafı ilk növbədə
bizdən asılı olmayan obyektiv səbəblərlə bağlı idi.
***
Azərbaycanda qərb klassik filologiyası sahəsində ilk
nəzərə çarpacaq işlər sovet hakimiyyətinin ikinci
onilliyində meydana gəlməyə başladı. Daha dəqiq olsaq,
1938-ci ildə. Həmin il Əkbər Ağayevin “Yunan ədəbiyyatı
tarixi oçerkləri” kitabı işıq üzü gördü. Qeyd etmək
lazımdır ki, Ə. Ağayev sovet dövründə Azərbaycan filolo-
giyasında antik ədəbiyyatla sistematik məşğul olan ilk
alimdir.
Ümumiyyətlə, 1930-60-cı
illər ərzində bu sahədə
iki tanınmış alim fəaliyyət göstərirdisə, onlardan biri,
həm də əsərlərinin keyfiyyəti baxımından birincisi
şübhəsiz ki. Ə. Ağayev idi. O, xüsusilə nəzərdən keçir-
diyimiz dövr ərzində, ümumən isə ömrünün sonuna
qədər respublikamızda antik ədəbiyyatın tanınmış mütə-
xəssislərindən biri sayılmış, filologiyamızda və təhsili-
mizdə bu sahənin inkişafı üçün əhəmiyyətli işlər gör-
müşdür. Görkəmli alimin yaradıcılığında özünü aşkar
büruzə verən əlamətlərin bir neçəsi üzərində dayanaq.
Ə. Ağayev qədim yunan və latın dillərini bilmədiyinə,
antik mənbələrlə bilavasitə təmasda olmadığına görə,
onu qərb klassik filologiyası ilə peşəkar səviyyədə