7 yanvar 2018-ci il, bazar
8
Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,
493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com
BAŞ REDAKTOR
HƏSƏN
HƏSƏNOV
T E L E F O N L A R:
“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnib,
“Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.
Ü N V A N I M I Z:
AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273
Çapa imzalanmışdır 00:00
İNDEKS
TİRAJ
SİFARİŞ
QİYMƏTİ
0282
7385
3665
40 qəpik
Çin
Əcnəbi mütəxəssislər üçün xüsusi viza
Çin hökuməti
əcnəbi mütəxəssisləri
ölkəyə cəlb etmək
üçün xüsusi viza rejimi
tətbiq edəcək. 5 ildən
10 ilədək təklif oluna-
caq xüsusi vizanı alan
əcnəbi mütəxəssislər
Çində istədikləri qədər
işləyə bilərlər. Bildirilir ki, Çin hökuməti ölkəyə qeyri-
peşəkar işçi axınının qarşısını almaq üçün bu addımı atır.
Xəbəri BBC verib.
“Audi” modellərinə maraq artıb
Çin-Almaniya
birgə avtomobil
istehsalı müəssisəsi
“FAW-Volkswagen
Automotive” şirkəti
bu il Çin bazarında
16 yeni “Audi” mo-
delini satışa çıxara-
caq. Buna səbəb isə
ötən il Çin bazarında
“Audi” avtomobillərinə marağın artması olub. Məlumata
görə, ötən il Çində rekord sayda - 595 min “Audi” modeli
satılıb.
Məlumatı “AutoCar” yayıb.
Yaponiya
Bir balıq üçün 605 min avro
Tokionun Tsukizi
balıq bazarındakı
hərracda 212 kiloq-
ramlıq mavi tuna
balığı 605 min av-
roya (74,20 milyon
yen) satılıb. Balıq
“Sushizanmai” res-
toranlar şəbəkəsinin
sahibi Kiyoşi Kimu-
ra tərəfindən alınıb.
Xatırladaq ki, 2013-cü ildə də Tsukizi bazarında 222
kiloqram ağırlığında mavi tuna balığı 155,4 milyon yenə
satılmışdı. Həmin vaxt da balığı “Sushizanmai” şirkətinin
sahibi almışdı.
Xəbəri NHK verib.
Tayvan
Smartfon satışı azalıb
2017-ci ildə
Tayvanda 7,5 mil-
yon ədəd smartfon
satılıb. Bu, bir il
əvvəlki göstəricidən
1 milyon ədəd az-
dır. Bu bəyanatla
“Samsung Taiwan”
şirkətinin rəhbəri
Rendi Li çıxış edib.
Onun sözlərinə görə, bu, statistika aparılan bütün dövr
ərzində yerli bazarda ən böyük azalmadır. “2018-ci ildə də
satışlar təxminən bu səviyyədə qalacaq”,- deyə R.Li bildirib.
Məlumatı “İxbt.com” yayıb.
İngiltərə
“Everton” Cenk Tosunu transfer edib
İngiltərənin
“Everton” klubu
“Beşiktaş”ın hücum-
çusu Cenk Tosunu
transfer edib. Türkiyə
millisinin üzvü üçün
İngiltərə təmsilçisi
“qara qartallar”a 28
milyon avro ödəyəcək.
Futbolçu ilə 4,5 illik müqavilə imzalanıb və Cenk Tosunun
“Everton”da illik maaşı 4 milyon avro olacaq.
Qeyd edək ki, bu transfer Türkiyə futbol tarixinin ən ba-
halı keçidi olub.
Xəbəri “Eurosport” verib.
Hazırladı:
Elçin ABBASOV, “Xalq qəzeti”
Â
Yanvarın 7-də
Â
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir
tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq .
Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz
olunacaq. Gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti
olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa
yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz olacaq.
Â
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Ayrı-
ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Gecə 0-5, dağlıq ərazilərdə 8-11 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti
olacaq.
Â
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər yağıntılı olacağı, qar yağa-
cağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta , gündüz 5-10 dərəcə isti
olacaq.
Â
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonların-
da əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1 dərəcə
şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Â
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ,İsmayıllı,Ağsu, Şamaxı,
Siyəzən,Şabran,Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə
yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman
olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3
dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti ,dağlarda gecə
5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Â
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər
bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12
dərəcə isti olacaq.
Â
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış
yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda
duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-7, gündüz 9-12 dərəcə isti ,
dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmova
qardaşı
MƏHƏRRƏM MƏHƏRRƏMOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznlə
başsağlığı verir.
“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova
qardaşı
MƏHƏRRƏM MƏHƏRRƏMOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznlə
başsağlığı verir.
Bakı Dövlət Universitetinin botanika kafedrası-
nın əməkdaşları BDU-nun rektoru, akademik Abel
Məhərrəmova qardaşı
MƏHƏRRƏM MƏHƏRRƏMOVUN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə
başsağlığı verirlər.
ABŞ hökuməti
“Taliban” və “Haqqani”
terror qruplaşmasına qarşı
“həlledici addım atılmaya-
na” qədər Pakistan ordu-
suna təhlükəsizlik yardı-
mını dayandırır. Bu barədə
“Amerikanın səsi” radiosu
məlumat yayıb.
ABŞ Dövlət
Departamentinin
sözçüsü Hezer
Nauert məsələni
şərh edərək
deyib ki, Pakistan
bölgədə qeyri-sabit ərazi olaraq qalır. “Biz istəyirik ki, Pakistan ABŞ-ın
maraqlarını təhdid edən terrorçulara və yaraqlılara qarşı mübarizəyə daha
fəal şəkildə qoşulsun. Rəsmi İslamabad terrorçuların qanuni şəkildə həbs
edilməsi üçün ABŞ-a dəstək versin. Birləşmiş Ştatlar terrorizmlə mübarizə
aparmaq üçün Pakistanla birlikdə işləməyə hazırdır. Biz ümid edirik ki,
Pakistan “Taliban”, “Haqqani” və digər militarist şəbəkələrə qarşı sərt
mövqe nümayiş etdirsə, ikitərəfli təhlükəsizlik münasibətlərimizi daha da
genişləndirə bilərik”.
Onun sözlərinə görə, qanuni şəkildə tələb olunmadığı təqdirdə, ABŞ
Pakistanı hərbi texnika və təhlükəsizliyə dair pulla təmin etməyəcək.
Rəsmi İslamabad isə bu şərhlərin “tamamilə anlaşılmaz” olduğunu
bildirərək, Əfqanıstanın sabitləşməsi və regionda terrorizmlə mübarizə
aparmaq üçün Vaşinqtonla birlikdə fəaliyyətlərini davam etdirəcəklərini
qeyd edib.
Pakistanlı liderlər ABŞ-ın Əfqanıstandakı “uğursuzluqlarına” görə
onların ölkələrinə qəzəbləndiklərini söyləyiblər.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
Şeirin nə olduğunu anla-
yandan onun yaradıcılığının
vurğunuyam. “Dağ ürəyi” adlı
ilk kitabına əlim yetəndə cəmi
12 yaşım vardı. Pasport boyda
bu kitab onun böyük ədəbiyyata
gəlişi üçün, doğrudan, pasport
rolu oynayıb.
İzzəddin Həsənoğlu ana
dilimizdə yazdığı, bizə gəlib
çatan üç və farsca qələmə aldığı
bir qəzəli ilə ədəbiyyat tarixinə
düşüb. Məmməd Aslan isə başqa
heç nə yazmasaydı belə, ikicə
misralıq “Vətən və biz” adlı şeiri ilə özünə tarixdə
yer tutardı:
Vətən – gözdü, biz kirpik,
Gözümüzün keşiyini çəkirik!
...Universitetdə oxuyarkən “Müasir
Azərbaycan dili” müəllimimiz, Mirzə Ələkbər
Sabirin nəvəsi, mərhum Qasım Həsənov poetik
nümunələr əsasında kurs işi yazmağı tapşırmış-
dı. Mən şipşirin bədii dili olan Məmməd Aslanı
seçdim və onun o vaxta qədər dərc olunmuş “Dağ
ürəyi”, “Səsimə səs ver”, eləcə də “Ürək möhlət
verəydi” kitablarını götürüb sevə-sevə təhlil
elədim. Kurs işim, sözsüz ki, bəyənildi. Heyf ki,
surəti özümdə qalmayıb, amma təsəllini bir ondan
tapıram ki, böyük şairin yaradıcılığına sevgim
özünə ürəyimdə həmişəlik yurd salıb.
Şairin ilk kitabındakı ilk şeirinin ilk bəndi isə
belə idi:
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu dağların göyçək dənizi
Ürəyimdən mənim, gözümdən mənim.
Şəxsi kitabxanamda müasirlərimizdən ən çox
əsəri olan müəllif məhz Məmməd Aslandır. Onun
yuxarıda adlarını çəkdiyim kitablarından başqa,
“Durnalar lələk salır”, “Dəvə niyə gövşəyir”,
“Ərzurumun gədiyinə varanda”, “Ömrün yarı
yaşında”, “Allahın rəsulu”, “Bir sultan yaşardı
Sultantəpədə” adlı kitabları, “Varlıqla yoxluq
arasında” ikicildliyi, həmçinin türkcədən “Yunus
İmrə, Aşıq Veysəl - iki zirvə” adlı uyğunlaşdırma
toplusunu dönə-dönə və heyranlıqla oxumuşam.
Əlli il olar ki, tək mən yox, bütün oxucuları onun
yaradıcılıq örnəklərini təşnə-təşnə axtarıb tapır və
sevə-sevə oxuyub, könüllərinə köçürürlər.
Türk dünyasının tanınmış ziyalısı, Əməkdar
incəsənət xadimi Məmməd Aslan ömrü boyu im-
zasının şərəfini layiqincə qoruyub, istər poeziyası,
istərsə də publisistikası ilə örnək olub. “Böyük
vətənpərvər şair”, “təbiət şairi”, “gözəllik aşiqi”,
“haqq-ədalət carçısı” – bu təyinlərin hər biri onun
adına yaraşır. Hansı mövzuda şeirini oxusan, kamil
bir qələmin məhsulu olduğunu görürsən. Dostla-
rından biri demişkən, Məmməd Aslanın sözləri
gəlib-keçən deyil, dəlib keçən sözlərdir. O, dili-
mizin saflığını, şirinliyini qoruyub, dərin qatlarını
açıb, sevdirib, ədəbiyyatımıza əvəzsiz incilər bəxş
eləyib, bədii publisistikamıza yeni ruh gətirib,
telejurnalistikada öz cığırını açıb və milyonların
sevimlisinə çevrilib.
Səpib göyərdərəm sözü-kəlməni,
Ayrı sənətim yox, ayrı işim yox...
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənədim yox, arayışım yox!..
Sözlər közərdimi, qəlbim yanacaq,
İsidər ruhumu bu od, bu ocaq.
Mənim ov silahım dilimdir ancaq,
Ayrı sapandım yox, ayrı daşım yox!
...Ömrü söz uğrunda girov qoymuşam,
Ayrı ürəyim yox, ayrı başım yox!
Onun haqqında bir çox şair və alimlər ən
yüksək sözlər deyiblər. Hələ 70-ci illərin ortala-
rında böyük şairimiz Məmməd Araz gənc adaşı və
qələmdaşının şeirlərini rəğbətlə qarşılamış, onun
yaradıcılığını yüksək dəyərləndirmişdi. Böyük
mütəfəkkir Bəxtiyar Vahabzadə bir dəfə M.Aslana
deyib ki, adətən, folkloru bilənlər Füzulini, Füzu-
lini bilənlərsə folkloru bilmir. Sən xoşbəxtsən ki,
ikisini də bilirsən.
Xalq şairi Sabir Rüstəmxanlı onu tələbəlik
illərindən tanıdığını və uzun illər dostluq
etdiklərini söyləyir. “Kəlbəcərin bütün təbiət
gözəllikləri onun şeirlərində əks olunmuşdu.
Kəlbəcərdə Aşıq Şəmşirin, Məmməd Aslanın
şeirlərini dinləmişik, oradan Göyçəyə keçib
getdiyimizi, Aşıq Ələsgərin yurdunu gəzdiyimizi
xatırlayıram. Şeir bayramlarımız olmuşdu. Sonra
Kəlbəcər düşmən işğalında qaldı. Biz ondan
sonra Yardımlıya bərabər getdik. Məmməd Aslan
Kəlbəcər dağlarında itirdiklərini Yardımlı dağların-
da tapırdı. Son dərəcə zövqü gözəl söz adamı idi.
Qələm dostum Azərbaycanın böyük şairlərindən
biri, mükəmməl qələm sahibi idi. Onun publisisti-
kası da, uşaq şeirləri də - qələmindən nə çıxırdısa,
hamısı dəyərli idi. Azərbaycan türkcəsini onun
qədər mükəmməl bilən ikinci adam tapmaq çətin
idi. Onun televiziyada hazırladığı uşaq verilişləri
bütün evlərdə sevilirdi”.
Məmməd Aslanla keçirilən görüşlərdə, bir
qayda olaraq, oturmağa boş yer tapılmazdı. Ayaq
üstdə duranlar da tədbiri sonadək yorulmadan
izləyərdilər. Belə tədbirlərdən birini yaxşı xatırla-
yıram. Gəncliyə Yardım Fondunda 70 yaşlı şairin
iştirakı ilə irfan məclisi düzənlənmişdi. Bu barədə
“Xalq qəzeti”nə yazmışdım. Məncə, xatırlamağa
dəyər: “Məclisə toplaşanlar onun sayəsində düz üç
saat başabaş sözün sehrində qaldılar, şeirin oduna
qızındılar, ana dilimizin şəhdinə-şəkərinə bir daha
qaynayıb-qarışdılar.
Bəs niyə irfan məclisi? Çünki irfan idrak-
dır, mərifət elmidir, təsəvvüfdə Haqqa tapınıb
nurlanmaq, varlanmaq, dolulaşmaqdır! Bütün
bunları Məmməd Aslan kimi pir kişilərdən, pak
söz-sənət azmanlarından da öyrənməyib, kimdən
öyrənəcəyik?
Məclisin aparıcısı, Xalq şairi Zəlimxan
Yaqub ön sözündə dedi ki, Məmməd Aslan
şüurlu həyatını irfani ədəbiyyatın yaranmasına,
türk-turan düşüncəsi, ədəb-ərkan örnəklərinin
araya-ərsəyə gəlməsinə həsr edən qüdrətli qələm
sahiblərindəndir. O, “sərt qayalı söz dağını
misra-misra çapan”, Kərəmdən sonra Ərzurumun
gədiyinə varan və bizi oğuz-türk şeirinin izlərinə
aparan ünlü şairimizdir. Zəlimxan Yaqub Məmməd
Aslandan əzbər söylədiyi şeir parçaları ilə məclisə
cazibəli bir ovqat gətirdi. Birgə gənclik illəri,
Kəlbəcər və ağdabanlı Aşıq Şəmşirlə bağlı maraqlı
xatirələr danışdı. Bir xatirə cığırında isə Məmməd
Aslan ərklə onu saxlayıb: -Qoy, orasını mən
söyləyim, – dedi və közü öz “maşa”sı ilə qarışdıra-
raq ortaya dadlı-duzlu bir əhvalat çıxartdı.
Məmməd Aslanın haqqında çəkilmiş sənədli
filmdən fraqmentlər böyük maraqla seyr edildi.
Gəncliyə Yardım Fondunun təmsilçisi Ali Çinar
çıxışında: –Mehmet Aslan xocamız dövrümüzün
önəmli yazarlarından biri kimi Türkiyədə də çox
sevilir, – dedi və onun şeirlərindən bəzi örnəkləri
şirin Anadolu ləhcəsində təqdim elədi. Sonra
şairin Türkiyədəki dostlarının təbrik teleqramları
oxundu. Onlar şairə ən xoş arzularını bildirir, yara-
dıcılığını bundan sonra da eyni ilhamla, eyni iman
vəcdi ilə davam etdirməsini diləyirdilər.
Şairin alim dostu və eloğlusu Şahlar Əsgərov
dedi ki, Məmməd yeniyetmə vaxtı rəssam olmaq
istəyib. Hətta bu məqsədlə Bakıya rəssamlıq
texnikumuna oxumağa da gəlib. Amma orada
yataqxana şəraiti olmadığı üçün Kəlbəcərə qayıdıb
və orta təhsilini davam etdirib. Belə çıxır ki, biz
onun timsalında bir rəssam itirmişik... və nə yaxşı
ki, əvəzində qələmi ilə gözəl təbiət təsvirləri ya-
radan, insan duyğularının minbir rəngini ustalıqla
vərəqlərə köçürən, ecazkar söz tabloları yaradan
bir şair qazanmışıq! Özü bu barədə deyir ki,
uşaq yaşlarından rəssamlığı
da, şairliyi də bahardan,
bənövşədən öyrənib”.
Böyük şairin qəlbi türk
ellərinə, illah da ki, qardaş
Türkiyəyə hədsiz sevgiylə
döyünürdü. Özündən
eşitməmişəm, amma yaxınla-
rı söyləyirlər ki, 1983-cü ildə
Türkiyədə olanda orada bir həftə də artıq qalmaq
üçün hətta (Moskva vardı, axı...) kor bağırsağını
əməliyyat elətdiribmiş. Necə deyərlər, canından
can verərək İstanbulu, Ankaranı, Ərzurumu, Qarsı,
Bolunu, Ədirnəni, Sivası, Adabazarını doyunca
gəzə bilib və dillər əzbəri olan şeirlərini yaradıb.
Həmin silsilədən “Adalarda bir gün”, “Saz və
qılınc”, “Ağrı dağı ilə görüş”, “Sultan Əhməd
camesi”, “Adalardan bir qız gəlir bizlərə”, “Azər-
Baycan”, “Təbrizə çatmağa nə yol qaldı ki...” və
sair şeirləri növbəti kitabında bir sapa düzülüb.
Bu misraları isə 2011-ci ildə cənub səfərindən
sonra qələmə alıb:
Türkün varlığında kökü var onun!
İrfan gülzarında ləki var onun!
Gedirəm: qəlbimdə nə ki var –Onun!
Başqa nə xatirə qoyum Təbrizdə?!
Onun tərifində susmaz ozanam!
Ruhumun pərvazı, mənim öz anam!
Vəslindən doymayan Məmməd Aslanam,
Kəsilməz harayım-hayım Təbrizdə!
Fəxr edirəm ki, bəxtimə Məmməd Aslanla
illərcə sıx ünsiyyətdə olmaq düşüb. Neçə-neçə ki-
tabını avtoqrafla mənə təqdim eləyib. Hər birində
də bir özəl cümlə yazırdı. Məsələn, “Bayatı rüz-
garı” adlı bədii tədqiqat əsərinin avtoqrafını belə
yazmışdı: “Əli Nəcibxanlıya dünyanın ən qiymətli
xatirəsi. Hörmət və sayğılarımla, Məmməd Aslan.
11.04. 2010”. Onun bu cür ad yaraşdırmaları o
qədər olub ki... Birlikdə olduğumuz unudulmaz
anlarda söylədiklərinin böyük əksəriyyəti yadda-
şımda pozulmaz izlər buraxıb.
Müxtəlif təbəqələrdən çoxlu dostu vardı.
Bəzən deyirlər ki, o, çətin adam idi. Çətin adam
olsaydı, çevrəsində o qədər heyranı olardımı?..
Ustada kitab sırıyanlar da çox olurdu. Hamısını
oxumağa vaxtımı çatardı? Bəs neyləsin? Bəzən
o, çiyin çantasından çıxardığı bir kitabı mənə
verib deyərdi: - Al, gözüyumulu bir səhifəsini aç
və barmağını tuşla. Hansı bəndin üstünə düşsə,
eləcə onu oxu, görək, necə şairdi? Oxuyardım, o
da bəyənsəydi, kitabı qaytarıb çantasına qoyardı,
bəyənməsəydi, təəssüflə əlini yelləyərdi.
Səhv etmirəmsə, 2012-ci ilin əvvəlləri idi.
Şairin “Varlıqla yoxluq arasında” adlı ikicildliyi
çap olunmuşdu. Bir gün ərklə mənə dedi ki, vaxtın
varsa, sənin maşınınla gedib kitabları mətbəədən
götürək. Sevincək “baş üstə!” dedim. Kitabları
maşına yığıb Sumqayıta gətirdik. İlk oxucusu da
mən oldum. Filologiya üzrə fəlsəfə doktoru İlham
Məmmədlinin şair haqqında yazdığı məqaləni
də həvəslə oxudum. Alim qardaşımız yazısında
Azərbaycan ədəbiyyatı tarixinə “60-cılar” adı ilə
daxil olmuş ədəbi nəslin öncül təmsilçilərindən
olan, öz yolunu, poetik mənini uğurla təsdiq edən
şairin həyat və yaradıcılığından ətraflı söhbət açırdı.
Sinninin yetmişi keçən bir çağında hərdən-
hərdən qəhərlənib-kövrəlməyi də olurdu ustadın,
şeirləri qəribə bir xiffətə köklənirdi:
Bir ulu görüşə bel bağlamışdım,
Bir də ayıldım ki, vaxt vaxtdan keçib.
Mənə olan oldu, yığıl, gözlərim,
Yollara həsrətlə baxmaqdan keçib!..
Verdisə yerini baharın qışa,
Bağrına daş bağla, dərdinlə yaşa.
Çaxma əbəs yerə çaxmağı daşa,
Artıq qovdan keçib, çaxmaqdan keçib!..
Bitənə oxşamır bu qan, bu qada,
Aldanıb, inanma baxta, nəbada.
Bir yarpaq üstündə qaldım dəryada,
Salamat sahilə çıxmaqdan keçib!..
Şair bilmirdimi ki, Tanrı seçkisi olanların
ömrü vaxta, məkana hesablanmır? Əlbəttə, bilirdi,
elə buna görə də ondan nəyinsə hökmən yadigar
qalacağına inanırdı:
Torpağa bilmirəm, daşa bilmirəm
Ömrümüz harasa yazılı qalar.
Mənim məzarımdan palıd göyərər,
Qolları havadan asılı qalar.
Bir qələmdaşı haqqında yazdığı uğurla-
madan: “Zamandır bu, zaman. Füzulinin, Ruhi
Bağdadinin söz pərvanələri yaxşı ki, birdən-birə
yoxa çıxmır. Çağdan-çağa adlayır, yerlərini
yeni pərvanələrə əmanət eləyib, bundan sonra o
heyranlıq vadisindən çəkilib gedirlər… Misraların
daraq dişindən seçilməz sığalı, bu sığala çökmüş
klassik tərənnüm ətri, öz nizamından özgə heç
nə ilə razılaşmayan şair ürəyinin minilliklərdən
yönü bəri sahilləri döyəcləyən yorulub-usanmaz
çırpınışları mərdanəliklə deyir ki: bu şair sevdalı
könüllərin qayım-qədim şairlərindəndir…” Elə
sözü şahlıq büsatına çıxaran Məmməd Aslanın da
adı o sıradadır.
İstanbulda yaşayan Səbinə xanım adlı bir
həmvətənimiz iki il öncə Məmməd Aslanın
kitabını nəşr elətdirib. “Şair səlahiyyəti” adlanan
həmin kitabın nüsxəsi xəstəlik yatağında olan
şairə təqdim olunanda nəvəsi Füruzəyə oradan şeir
oxutdurub, kitabı bağrına basaraq bir xeyli fikrə
gedib...
Bu yaxınlarda isə tanınmış publisist Əlövsət
Ağalarovun zəhməti, Cavid Qurbanovun dəstəyi ilə
ölməz şairin daha bir kitabı işıq üzü görüb. “Sözün
özü” adlanan bu kitabda Məmməd Aslanın eyni adlı
telesilsilədə çıxışları, ana dilimizlə, “həzrəti-söz”ün
təbiəti ilə bağlı düşüncələri, illərcə dahilərdən
topladığı örnək kəlamların, yaddaşlarda yurd
salmış ibrətamiz məsəllərin və şeirlərin də əlvan
gül dəstəsi təqdim olunub. O, bu kitabı ilə əsl söz
tədqiqatçısı kimi gözümüzdə bir daha ucalır.
Məmməd Aslan 1939-cu il dekabrın 24-də
anadan olub. 2015-ci il sentyabrın 23-də haqq
dünyasına qovuşub. Bu cümlənin sonluğunu
yazana qədər nələr çəkdiyimi itkililər anlayar.
Yaxşı ki, şairin öz misraları yazını bitirməyimə
vəsilə oldu:
Sən getdin, arxanca açıla qaldı,
Bir də qapanmadı qollar beləcə.
Mənimlə dumana, çənə büründü,
Hönkürdü yamaclar, yallar beləcə.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
“Ömrü söz uğrunda
girov qoymuşam...”
ABŞ Pakistana hərbi
yardımını dayandırır
Allah rəhmət eləsin
8