Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə71/71
tarix31.10.2018
ölçüsü1,48 Mb.
#76940
1   ...   63   64   65   66   67   68   69   70   71

əfadədəki sənət etibarilə Azərbaycan bayatılarının bir xüsu-
siyy
əti vardır. Qafiyəyə baəlı olaraq havi olduəu hər dürlü kəlmə 
oyuncaqları  xaricində  fikri sənətkaranə  iələmək qabiliyyətinə 
malik bayatılar az dəgildir. Məsəla: 
əzizim, minaya qədər, 
Xalın minaya qədər. 
Ay var bir gün
ə dəyməz,  
Gün var min aya d
əyər. 
N
əzm yaradıcılıəında böyük rol oynayan tədai (assosiasiya) 
d
ə bayatıda mühüm bir qiymətdədir. Yatmıə "ceyran"ı görən aəıq 
d
ərhal səvgilisin xatırlayır: 
B
ən aəıq, elə bildim, 
B
ən sizi belə bildim.  
Yatmıə ceyranı gördüm, 
Yar yatıb elə bildim. 
Bayatıları gözəlləədirən sifətlərdən biri də təəbehlərdəki zə-
riflikdir. Bu əəkil bayatılar da çoxdur. Səvgilisindən doymadıəını 
aəıəın  yaəan  yaəmurların  yer  tərəfindən  əmildigi halda doyma-
ması ilə kiyas etməsi nə qədər dadlıdır: 
Qızıl gül uyum-uyum, 
D
ərim qoynuma qoyum. 
Yaəıə yaəar yer doymaz, 
M
ən səndən necə doyum. 
Bayatılarda nəzərə çarpan bir sənət də heca vəzninə verilən 
qiym
ətdir. Bir çox bayıtlarda heca tammailə imalə və züxaf kibi 
qüsurlardan azad
ədir  ki,  bu  günkü  əairlərdə belə ifadə tərzi çox 
azdır. Qüvvətli bir vəznə malik olan bu bayatı eyni zamanda çox 
da s
ənətkaranədir.  
M
ən aəıq, hindi zülfün, 
G
ərdənə mindi zülfün. 
D
əstələ qoy qoynuna, 
Qan eyl
ər indi zülfün. 
Bayatılarda bəzən görülən ədəbi məhfumlar ilə sənət tələqqi-
l
əri tamamilə iskolastik və klassik ədəbiyyata aid ədəbi  görüələrə 
uy
əundur.  Heç  əübhəsiz  bayatının  inkiəaf  və təkamül səhifələrini 
229 
 


gözd
ən keçirirkən əski mədrəsə-saray ədəbiyyatının təsirindən kur-
tul
madıəını da ayrıca qeyd etmək icab edir, bunun əksi olduəu kibi. 
Xülas
ə olaraq deyə biləriz ki, Azərbaycanın əski ozanları ilə 
yen
i el əairləri tərfindən yaradılan bayatılar-bunları yaradan əəx-
siyy
ətlərdəki mədəni səviyyənin ibtidailiyi nəzərə alınınca yüksək 
d
ərəcədə əairanı bir qiymətə malik olan qismləri də az dəgildir.  
Az
ərbaycan  bayatılarının  bir  xüsusiyyəti də onların  hayiz 
olduəu  etnoqrafik  qiymətlərlə nəhr,  heyvan,  quə,  çiçək, meyvə 
adlarıdır.  
 
Bayatılarda bəhs edilən yer adları: 
Bakı, Gəngə, Qarabağ, Şəki, Şirvan, Salyan, Təbriz, Qaşan, 
Tehran, Bağdad, Kərbala, Məşəd, Ağcabədi, Ərzincan, Qəzvin, Fi-
r
əng (Fransa), Tiflis, Xoy, Salmaz, Ordubad, Şuşa (Kala), Mərənd, 
Xorasan, N
əcəf,  Dağıstan,  Gürcüstan,  Mısır,  Rey,  Rum,  Şam, 
D
ərbənd, Cavad, İrəvan, Naxçıvan, Əsgəran, Bərgüşad, Qaraman, 
Xank
əndi, Şərur, Qafkaz, Yəmən, Şiraz, Ərəş, Lənkəran, Həmədan, 
Gilan, Ərdəbil, Xudafərin, Muğan, Keçibəi, Qazax, Dilican
 
Bayatılarda bəhs edilən çay, nehr adları:  
Aras 
(Aras  haqqında  ğayət  çox  bayatılar  vardır), Kür, Ar-
paçayı.  
 
Bayatılarda zikr olunan heyvanlar: 
Maral, ceyran, at, qoyun, quzu, qurd, aslan, d
əvə, kəl, eşşək, 
köp
ək, camış. 
 
Bayatılarda zikr olunan quşlar: 
Bülbül, t
ərlan, kəklik,  laçın,  ördək, qaz, toyuq, fərə, beçə, 
çaylaq, tuti. 
 
Bayatılarda bəhs edilən çiçəklər: 
Gül, b
ənövşə, qızılgül, qərənfil, mixək, nərgiz, susəni. 
 
Meyv
ələr: 
Qavın, narınc, şaftalı, nar, alça, şamama, alma
 
230 
 


IV 
Bayatıların başqa nəzm şəkillərilə münasibəti 
 
1. Türk 
ədəbiyyatı  tarixi  ilə məəəul  bütün  alimlərin təsdiqi 
üzr
ə türk nəzm əəklində əsas ölçü: qitə (dörtləmə)dir. Bayatı-manı 
nevi, qit
ə halında bir vahiddir. Tədqiqə giriəincə bu vahidin silsilə 
halında baəqa bir nəzm nevinin vücuda gəlməsinə səbəb olduəunu 
görürüz. Bu gün xalq arasında yaəayan türkü və qoəmalar mövzuca 
birl
əədirilmiə bir  çox  bayatı-manıların  bir-birinə baəlanmasından 
baəqa bir əey dəgildir. Bunlar, zaman keçdikcə vəznlərini və qafi-
y
ələrinin yerini dəgiədirmiədir. Tadueə Kovalskinin iddiasına görə 
hazırda bir çox xalq türküləri varmıə ki, hər biri bir çox qitələrdən 
t
əəkil edilmiə birər mənzumə əəklində yaəadıəı halda, bunların hər 
birisinin bir
ər manı halında ayrı-ayrı xalq ədəbiyyatında yaəadıəını 
da  əqnats  Kunoəın  topladıəı  materiallara  istinadən söyləyir. Və 
yen
ə bu alimin qeydinə görə bəzən bu dörtləmələr daha uzun bir 
sisil
ə halında bir birilə bir dastan əəklində birləəirlər. 
əddia sahibinin özü tərəfindən nəər olunan Anadolu haydud-
larından "əakırcı" dastanı o cümlədəndir. 
2.  Bayatının  (bədiyə
100
) nevi il
ə çox  sıx  münasibəti  vardır. 
B
ədyə də müstəqil dörtləmə halında olur, yalnız vəzncə bəzi vəxt 
bir birind
ən  ayrılır.  Bədyə yeddi hica ilə qoəulduəu  kibi  ümu-
miyy
ətlə 11 hica ilə, bəzən də 14 və 15 hicalı ilə söylənilir. Vəzn 
h
ər nə əəkildə olursa olsun əksəriyyətlə dörtləmənin ilk iki mısrası 
yardımçı bir mahiyyətdədir. Bunda əsas məqsəd ikinci beytdə olur. 
3. Bayatının əcəm isxolastik (mədrəsəvi) ədəbiyyatının rübai 
əəkli ilə olan əlaqəsidir. Müstəərik Kovalski rübailərin, manıların 
t
əsiri altında vücuda gəldigi ehtimalını irəli sürür. 
(Bu xüsusda t
ətəbönaməmizin baə tərəflərində məlumat ve-
rildigind
ən bura təfsilə lüzum görülmədi) Bu ictimali hər nə qə-
d
ər tənqid edənlər də olursa rubai vəzninin cəviz (qoz) oyunu 
zamanında bir cocuəun aəzından eəidildigini vəsiqə göstərənlər-
d
əndir. Hər halda türk xalq ədəbiyyatının  əski zamanlarda belə 
100
 G
ərək ki - bədiyədən alınmıədır. 
231 
 
                                                 


farscaya t
ərcümə edildigi məlumdur. Daha "Oəuznamə" naəılla-
rının  hicri  211  (miladi  826)  tarixindən  əvvəl farscaya tərcümə 
edildigini Abdulla Davadarı qeyd etməkdədir. 
Akademik Bartold, 
ərəb mənbələrinə  istinadən, hicri ilk 
əsrlərdə ərəb feodal orduları əranı istila etdigi zaman əranın əimal-
əərqi sahəsində Oəuz türklərilə baə baəa gəldigini söyləyir ki,
101
 
bu da daha o v
əktlər iranlıların manı nevinə malik olduəunu gös-
t
ərir. Bu cihətlər nəzərə alınarsa,  Kovalski  kibi  ciddi  bir  müdə-
qiqin ön
ə sürdügü nöqteyi-nəzəri imdilik qiymətini bir hərəkət 
olaraq kabul etm
ək lazım gəlir.  
4. 
Bayatının təsiri bilxassə tuyuə nevi üzərində hiss edilmək-
d
ədir. Tuyuq əruzun Failatin failatin failun (failat) vəznilə yazılır, 
müst
əqil dörtləmələrdən ibarətdir. Nə ərəb və nə də əcəmari sto-
kratik 
ədəbiyyatında  olmayan  bu  nevi,  yalnız  feodal  türk  ədə-
biyyatında yaəamıədır. əmdiki materiallara görə, elm aləmincə ilk 
tuyuq yazan Az
ərbaycan əairlərindən Burhanəddin sayılmaqdadır. 
XIV 
əsrdə yaəamıə Burhanəddinin yeganə yazma  külliyatı  Lon-
donda Britich Mouzeum 
əlyazmaları  içində bulunmaqdadır.  Bu 
külliyatın havi olduəu tuyuqlardan 12 danəsini əərqiyyat aləmin-
d
ə ilk dəfə olaraq rusca tərcüməsilə bərabər Melioranski nəər 
etmiədir.
102
 B
əzi qəzəlləri də ingiliz müstəəərkilərindən Mister 
Gippin m
əruf  "Osmanlı  əeir  tarixi"  adlı  əsərində dərc  edilmiə-
dir.
103
 
Külliyatın  cüzvi  bir  qismi  də əstanbuldakı  "Kolej  Ame-
kran" müdiri Fired Fild Godsei t
ərəfindən nəər olunmuədur
104
 ki, 
bundakı  tekstlər (mətnlər)  inanılmayacaq  dərəcədə yanlıəlıqlarla 
dolu  olduəu,  bu  xüsusda  olan  nəəriyyatda  qeyd  edilməkdədir. 
Burhan
əddinin xeyli tuyuəları da bu külliyata nəql edilmiədir.  
Az
ərbaycan ədəbiyyat və elm müəssəsələrinin bu Azərbay-
can  əairinin  heç  olmazsa  əsərinin  kopyasından  məhrum  oluəu, 
101
 
B.B.Bartold:  Mesto  prikaspiüyskix  oblastey  v  istorii  musuləmanskaqo 
mira, Baku, 1925 
102
 
P.M.Melioranski: Vostoçnıə zametki, S.P. B: 1895, str. 131-152 
103
 Laydan (Hollanda) t
əbi, 1909 
104
 Amir
ə matbəəsi, 1292 
232 
 
                                                 


nümun
ələrimizi yenə bu yanlıəlıqlı təbidən aramıəa bizi məcbur 
etdi.  Aəaəıda  nəql etdigimiz bir neçə tuyuə tıbkı  xalq  bayatısı 
kibi cinaslı qafiyələrə malikdir: 
Tuyuə - 1. 
................................. 
.................................. 
.................................. 
................................. 
Tuyuə - 2. 
................................. 
................................. 
................................. 
................................. 
Burhan
əddindən sonra Azərbaycan  ədəbiyyyatında  ən çox 
tuyuq yazan N
əsimi olmuədur. 
N
əsiminin tuyuəlarını tədqiq edən Köprülüzadə "Nəsiminin 
tuyuəları arasında bizim bildigimizə görə, cinaslısı yokdur", qey-
dini ilav
ə edir.
105
 Halbuki, b
ən bu xüsusda möhtərəm  ustadımla 
iətirak edəmiyəcəgim. əünki Nəsiminin əsərlərini tədqiq edərkən 
cinaslı tuyuəlara da təsadüf etdim. O cümlədən aəaəıdakı tuyuə-
ları göstərə bilərəm: 
....................................... 
....................................... 
...................................... 
.....................................
 106
 
 
..................................... 
........................................ 
.......................................... 
.............................................
 107
 
Tuyuə nevini Azərbaycan əairlərindən sonra və onların təsiri 
altında  olaraq  Nəvayi,  Babur  kibi  cıəatay  əairlərində  təsadüf 
105
 
əstanbul Darulfununi təkrirləri, 1924 
106
 N
əsimi Divanı, 1260 əstanbulda basılmıə nüsxəsi, səhifə 178. 
107
 Eyni nüsx
ə səhifə 175 
233 
 
                                                 


ediriz. Bilxass
ə  Nəvayinin  tuyuəları  içində  də  cinas  sənətinə 
əhəmiyyət verildigi görülür. 
Yar
əb, ol əöhdu əəkər yaləb mudur 
Ya m
əgər əöhdu əəkər yaləb mudur  
Canıma peyvəstə navuk atəalı 
Q
əmzə okın qaəıəa yaləb mudur.
108
 
Bu  qısaca  nümunələrdən görülür ki
109
, Az
ərbaycan 
bayatıları ilə Azərbaycan tuyuqları arasında texnika etibarilə çox 
yaxınlıq vardır. Akademik Köprülüzadə tuyuəların qafiyəsindəki 
cinasla
rın əski türk manılarından gəlmiə olduəunu iddia edir. Ona 
gör
ə hicri  beəinci  əsrdə (miladi on birinci əsrdə) cənubi Xəzər 
sahilin
ə  gələn  Oəuz  əəirətləri  buralarda  farscadan  baəqa bir 
l
əhcəyə  malik olan xalq ilə  münasibətə  giriədilər.  Bu  xalqın 
arasında  musiqi  ilə  söylənilən dörtləmələr  vardır  ki,  bunlara 
F
əhləviyyat  -  pəhləviyyat  adı  verilirdir.  Bu  Pəhləviyyatlar türk 
manılarilə birləəmiə və tuyuəlar  vücuda  gəlmiədir.
110
 Bilxass
ə 
Az
ərbaycan  bayatılarında  cinas  sənətinin  bulunması  və tuyuə 
nevinin d
ə yenə Azərbaycan  ədəbiyyatında  zühur  etməsi nəzərə 
alınarsa,  bu  fikrin  elmi  qiyməti  anlaəılmıə olur.  Xülasə olaraq 
dem
ək olur ki, bayatı nevi eyni zamanda iskolastik bir nəzm nevi 
d
ə yaratmıədır. Bu da ərana hicrət edən türk qəbilələrinin məhəlli 
fars 
əəirətləri ilə  baəladıəı  ictimai  və  iqtisadi münasibətlərin 
say
əsində meydanə gəlmiədir.  
108
 "Mizanul evzan"dan n
əklən professor Samoyloviç: "Nəvainin  tuyukları", 
s
əhifə 3 və 11; Petroqrad 1917 
109
 
Tuyuə nevi  baəlı  baəına  bəhsimizin məvzuyi  olmadıəından  burada  yalnız 
bir neç
ə sətirlik izahat verməklə iktifa etdik. Bu xüsusda müfəssəl məlumat 
almak ist
əyənlər baxsın: 
a) 
Melioranskiy. .Otrıvki iz divana Axmed Burxanadina Sıvaskoqo. S.P.B. 1895 
b) A.Samoyloviç. əetverostiəiə - tuyuqi Nevai, “ Musulman mir”, v 1917 
s) Köprülü zad
ə Məhəmməd Fuad: "Tuyuk ədəbiyyatında tuyuk əəkli" - "Yeni 
m
əcmuə", əstanbul, 1923 
ç) əmin Abid: "əair Burhanəddinin tuyuəları", "Maarif və Mədəniyyət" məc-
mu
əsi, ə4-5, Bakı, 1927 
110
 
M. Köprülünün “ Yeni Məcmuə”dəki məqaləsi. 
110
 S
əhifə 152-154 
234 
 
                                                 


 

Bayatılarla əlaqədar olan xalq ənənələri 
 
Xalq  arasında  bəzi adət və  ənənələr  var  ki,  bayatılara 
baəlanmıə bir əəkildədir. Bunlardan yalnız üçünü əldə edə bildik. 
1. Az
ərbaycanda xalq arasında bir fala baxmaq tərzi var ki, 
daha çox qadınlar arasında caridir. 
Qadınlar  bir  yerə toplanır.  Hər kəs  sıra  ilə içində mətləb 
tutar, y
əni əübhələndigi bir əey və ya bir hadisənin nə nəticə ilə 
zühura  çıxacaəını  qəsd edər.  Sonra  qadınlardan  biri  bir  bayatı 
söyl
ər. Bu bayatının məvzuyi ilə qadının tutduəu mətləb birlikdə 
t
əlif təhlil edilərək dutulan mətləblərin gələcəgi təyin olunur. Bu 
m
ərasimə Bakıda bayatı çəkmək deyərlər. 
Bu 
ənənə Azərbaycan qəzalarında bir az fərqlidir. Qadınlar 
bir  araya  toplandıkdan  sonra  su  ilə dolu güvəc, yaxud bir qab 
g
ətirirlər. Hər kəs onun içinə özünü təmsil edən  bir  əey  atar  və 
qabın aəzını qaparlar. Onun baəında əeyləri tanımayan bir qadın 
oturtulur, m
ərasimi o idarə edər. Qabın içindəki əeyləri birər-birər 
çıxarmaəa  baəlayaraq  kimsəyə göstərmədən hər  əey  üçün  bir 
bayatı  söylər.  O  əey  kimin  isə bayatının  məvzuyi  onun  falı  əd 
edilir. B
əzilərinə çox qərib məvzular təsadüf edər ki, bu da onlar 
arasında böyük bir əgləncəyə səbəb olur. 
Bu ad
ətin Anadolu xalqı arasında da az-çox fərqlərlə yaəadı-
əını  "Konya  vilayəti xalqiyyat və hirsiyyatı"  kitabında  görmək-
d
əyiz.
111
 
2.  əski  Azərbaycan xalq adətinə  görə  ailənin bir fərdi 
öldügü zaman o evd
ə ərkəklər üçün olduəu kibi, qadınlar üçün də 
mat
əm məclisi  açılırdı.  ərkəklər məclislərində "Quran" oxunur, 
fatih
ələr ithaf olunur. Bəzən buna mərsiyəxanların "Kərbəla vəkə-
si"n
ə aid matəm qəsidələri də ilavə edilirdi.  Halbuki  qadınların 
mat
əm məclisi baəqa bir xüsusiyyəti havidi.  
Qadın məclisində də bu mərasimlər olmaqla bərabər onlarda 
ayrıca  oxəama  və yaxud  aəı  mərasimi də vardır.  Bu  oxəamada 
 
235 
 
                                                 


öl
ən adamın anası, bacısı, xülasə yaxınlarından birisi yüksək bir 
s
əslə və həzin bir bəstə hava ilə məvzu, mərasimlə əlaqədar olan 
bayatılar söylər. 
Bakıda, ümumiyyətlə, mərasimlər bu bayatı ilə baəlar: 
Umdum, hay umdum, 
Su dibind
ə qum idim. 
M
ənim ki, heç kəsim yoxdu, 
S
əndin mənim umudum. 
Ondan sonra 
əgər ölənin baəqa əqrabasından ölən varsa, sıra 
il
ə eyni surətdə bayatılar söylər. Məclisdə bulunan baəqa qadınlar 
da iətirak edərlər. Daha əvvəlcə ölüm vaqesinə məruz qalmıə ma-
t
əmdar qadınlar da öz matəmlərini yeniləədirirlər və bayatı söyləyə-
r
ək aəlaəırlar. Bəzi matəm məclislərində oxəama mərasimini idarə 
etm
ək üçün bu xüsusda mütəxəsis olan qadınlar çaərılır. əlü sahibi 
əvəllcədən ölənin sənət və sifətlərini ona izah edər, o da bu sifətlər 
haqqında təkərləməli mənsur oxəamalar qoəar və bayatıya keçərək 
ölü m
ənsublarını təziyətə gələnləri aəlatmaqda müəssər olurlar: 
Bura hamam yeridi, 
Qolum camam yeridi. 
Aəlasın dərdi olanlar, 
D
ərdin təmam yeridi. 
Bel
ə qadınlara Azərbaycanda müxtəlif adlar verilir. Bakıda 
yed
əkçi, bəzi qəzalarda  aəıçı  deyirlər. Matəm məclisində 
söyl
ənilən bayatıya bəzi yerlərdə aəı da deyilir.  
M
ərasim, ölüm tarixindən etibarən bir həftə sürər. Həftənin 
h
ər günü ölü sahibi qadın evdə oturur və baə saəlıəına gələnləri 
q
əbul edər. Yanına hər yeni əəxs gəldikcə onların yanında oxəa-
ma
yı təkrar edər. Yeddi gün sonunda ölünün həftəsi çıxdıqda son-
ra h
ər  həftə pəncəənbə günləri ölü üçün cümə axəamı  mərasimi 
açılır  və bu günlərdə bayatılarla  axəama  qədər mərasim davam 
ed
ər. Bu əəkildə mərasim qırx gün sürər.  
Yed
əkçilər para ilə tutulduəundan bunlar ümumiyyətlə Bakı 
burjuaziyası  ilə baəqa  yerlərin  aəa  və bəy ailələrində fəaliyyət 
göst
ərirlər. Yoxsul ailələrdə bu vəzifəyi yuxarıda göstərildigi kibi 
ail
ə mənsubları  görürlər. Bu sətirləri qaralarkən  Bakının  əçəri 
236 
 


əəhər  əhalisindən Kəblə Rübaba  adlı  bir  yedəkçi  qadın  həyatda 
bulunur. əzü, bu ixtisasla qazandıəı para ilə bir neçə dəfə Kərba-
layi ziyar
ətə getmiədir.  Bakıda  yetiəmiə məəhur  yedəkçi  qadın-
lardan bundan üç  il 
əvvəl ölmüə yenə əçəri əəhərdə Qız ana ilə, on 
s
ənə qadar  əvvəl  ölmüə və Taza  Pir  civarında  yaəamıə Kəblə 
Umu zamanının ən əöhrət qazanmıə yedəkçilərindən olmuədur.  
Bayatıların toy (düyün) mərasimələrində də böyük mevqeyi 
var.  Qadın  dügünlərinin istər  adi  çaləı  gecələrində, istərsə xına 
gec
əsi və gəlin gəlmə gecəsində qadın qavalçı çalıb vəziyyətə aid 
baytılar söylər. Bu bayatılarda mevzu: gəlin ilə gögəyin tərifləri, 
s
əadət təmənniləri, gənc qızların ihtirasını qıcıqlayan təmayüllər 
v
ə sayirədir.  
 
VI 
Bayatılarda qadın yarıdıcılığı 
 
Bayat
ılara istinad edən xalq ənənələrini gözdən keçirirkən 
gördük ki, bu 
ənənələrin qəhrəmanları ümumiyyətlə qadınlardır. 
Qadınların  bayatılarla  bu  qədər  əlaqədar  olmaları,  heç  əübhəsiz 
onların  intiəarında  qadın  payının  kiçik  olmadıəını  göstərir. 
Müxt
əlif mərasimlərdə davam etdirməklə bayatıların  qüvvətlə 
yaəamasına  qadınlar  mühüm  səbəb təəkil  etdigi  kibi,  muhəqqəq 
bay
atıların yaranmasında da onların rolu vardır. Bir çox bayatılar 
qadın dilindən söylənmiədir. Hər nə qədər bu nev bayatıların bir 
qismi 
ərkəklər tərəfindən  düzülmüə olsa  da,  fəqət bir çoxunun 
qadınlar tərəfindən qoəulduəunu qəbul etmək lazım gəlir. Məsəla:  
Qardaə mənim gülümdür, 
Gülümdür, bülbülümdür. 
əlsə bacılar ölsün, 
Qardaə ölmək zülümdür. 
Qadınlara məxsus əeirlərin bayatılarda zikri də, bu fikri bir 
qat daha qüvv
ətləndirir.  
Qardaə mənim mələyim, 
Cibimid
ə ignəyim. 
Köç
əndə köçüm qardaə, 
Düəəndə kölgəligim. 
237 
 


Evlad  eəkinə  aid  bayatılarda  da  qadınların  ruhu,  haləti 
n
əzərə çarpar. əlüm hadisəsi bilxassə qoçuluk zamanlarında vaqe 
olan q
ətl münasibəti ilə söylənilən bayatıların qadınlar tərəfindən 
söyl
ənildigi çox barizdir: 
Qalalar, hay qalalar, 
Laçın orda balalar. 
Analar bala verm
əz, 
B
ərkə-zora salalar. 
Yaxud: 
Araz aəanda mələr, 
Kür qavuəanda mələr. 
Analar balasından, 
Ayrı düəəndə mələr. 
kibi baytılar eyni mahiyətdədir. ərkəklərin papaqlarına eəq bəslə-
m
ək əski qadınların tipik səvgilərindəndir. Bu bayatı o psixolojiyi 
taəımaqdadır: 
Qurbanam boz börkün
ə, 
Qonupdu toz börkün
ə. 
Orda b
əd nəzər çoxdu, 
Bir dua yaz börkün
ə. 
Bakının  Novxanı  məhəlləsi  əhalisindən səksən  iki  yaəlı 
Reyhan Adına qızı adlı bir ixtiyar qadının verdigi məlumata görə, 
Bakıda bayatı qoəmaqda ən qüvvətli olan Təbrizli qadınlardır. Bu 
izahatın  özü  də bayatılarda  qadın  yaradıcılıəının  böyük  hissəsi 
olduəunu göstərir. Bunlardan baəqa bayatıların çox zaman layla-
ninni yerind
ə olaraq  qadınlar  tərəfindən  iələdilməsi də bu nevin 
inkiəafında qadın rolunun az olmadıəını isbat edir.  
 
Bakı, oktyabr, 1928 
“Az
ərbaycanı öyrənmə yolu” jurnalı,  
1930-
cu il, sayı 4-5 (9-10), səh.9-42 
238 
 


İÇINDƏKILƏR 
 
Ön söz (B.
Əhmədov, Ə. Şamil) .................................... 3 
Az
ərbaycan türklərinin ədəbiyyati tarixi ........................ 22 
 
M
əqalələr 
Heca v
əzninin tarixi ........................................................ 144 
Türk el 
ədəbiyyatina elmi bir baxiə. «Oəuznaməə ......... 167 
əəirət dövründəki Azərbaycan ədəbiyyatina 
aid v
əsiqələr .................................................................... 181 
Türk xalq 
ədəbiyyatinda mani növü və 
Az
ərbaycan bayatılarının xüsusiyyəti ............................. 192 
 
239 
 


Əmin Abid (Əhmədov). 
Az
ərbaycan türklərinin  
ədəbiyyatı tarixi, 
Bakı, Elm və təhsil, 2016. 
 
 
N
əəriyyat direktoru: 
Prof. Nadir M
əmmədli 
 
 
Kompyuterd
ə yıədı: 
Aygün Balayeva 
 
 
Kompyuter t
ərtibçisi və 
texniki redaktoru: 
Ramin Abdullayev 
 
 
 
Kaəız formatı: 70/100 1/16 
M
ətbəə kaəızı: ə1 
H
əcmi: 15 ç/v 
Tirajı: 300 
 
 
 
Kitab Az
ərbaycan MEA Folklor ənstitutunun 
Kompyuter M
ərkəzində yıəılmıə,  
“ Elm və təhsil” NPM-də 
ofset üsulu il
ə çap olunmuədur. 
 
240 
 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə