Qrip infeksiyası
Diaqnoz
• Yaşlı şəxslərdə vaksinasiya seroloji və kliniki qrip infeksiyasının insidentliyini azalda bilər.
[16]
• Həmçinin, vakansiya zamanı pnevmoniya və ya qrip səbəbindən hospitalizasiya, eləcə də, baxım
evlərində yaşayan ahıl yaşlı şəxslər arasında ölüm riskinin əhəmiyyətli dərəcədə azalması müşahidə
edilir.
[17]
1[C]Evidence
xroniki ürək-damar və ya tənəüs sistemi xəstəlikləri (adətən rast gəlinən)
• Orta və ya ağır dərəcəli AXOX xəstələrində yuxarı tənəüs yolları sekretində hər hansı virusun (qrip
virusu da daxil olmaqla) olması ilə AXOX kəskinləşməsi arasında güclü assosiasiya mövcuddur. Bu
məlumatlar virusların əhali arasında AXOX kəskinləşmələrinə təkan verən faktorlar olaraq etioloji
rolunu dəstəkləyir.
[21]
• Yaşlı xəstələrdə qrip mövsümündə qripə qarşı vaksinasiya ilə ürək patologiyaları, serebrovaskulyar
xəstəliklər, pnevmoniya və ya qrip səbəbindən hospitalizasiya riskinin, eləcə də, bütün səbəblərdən
ölüm riskinin azalması arasında assosiasiya aşkar olunur. Bu nəticələr vaksinasiyanın faydalarını
əks etdirir və yaşlı şəxslər arasında vaksinasiyanın miqyasının artırılması istiqamətində səyləri
dəstəkləyir.
[22]
xroniki böyrək patologiyası (adətən rast gəlinən)
• XBX xəstələri qripin ağırlaşmaları üzrə yüksək risk qrupunda hesab olunurlar.
[23]
Hazırda ABŞ
Xəstəliklərə Nəzarət və Prolaktika Mərkəzlərinin (XNM) İmmunizasiya Praktikalarına dair
Məsləhətçi Komitəsi tərəndən XBX xəstələrində qrip peyvəndinin tətbiqi tövsiyə olunur.
[24]
Müşahidə tədqiqatlarında qrip peyvəndi ilə qrip səbəbindən hospitalizasiya riski, ölüm və həkimə
müraciət sayının azalması arasında əlaqə aşkar edilir.
[25]
şəkərli diabet (adətən rast gəlinən)
• Şəkərli diabet xəstələrində sözügedən əsas xəstəliklə əlaqədar olaraq ağırlaşma riski daha yüksəkdir.
Qrip infeksiyası zamanı şəkərli diabet ölüm göstəricisinin 5-12% artmasına səbəb olur və bunun
metabolik pozğunluq, ketoasidoz, immun cavab mexanizmlərinin pozulması və stalakok və
streptokok daşıyıcılığı hallarının sayının artması ilə əlaqədar olduğu güman edilir.
[26]
yüksək risk qrupuna daxil olanlara qulluq edənlər və onların ailə üzvləri (adətən rast
gəlinən)
• Məqsəd virusun yüksək riskli kontingentə yoluxdurulmasının qarşısının alınmasıdır.
• Ağır dərəcəli immunokompromisə malik olaraq, mühazə olunan mühitdə qulluq edilməsi tələb
olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın təmasda olan digər şəxslərdə diri
virus tərkibli vaksinlə müqayisədə inaktivasiya edilmiş qrip virusu peyvəndinə üstünlük verilir.
səhiyyə işçiləri (rast gəlinməyən)
• Səhiyyə işçiləri ictimai sağlamlığın qorunmasında əhəmiyyətli rol oynayırlar. ABŞ Xəstəliklərə
Nəzarət və Prolaktika Mərkəzlərinin (XNM) İmmunizasiya Praktikaları üzrə Məsləhətçi Komitəsi
(İPMK) xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bütün səhiyyə işçilərinin hər il qripə
qarşı peyvənd olunmasını tövsiyə edir.
[34]
Ağır dərəcəli immunokompromisə malik olaraq, mühazə
olunan mühitdə qulluq edilməsi tələb olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın
təmasda olan digər şəxslərdə diri virus tərkibli vaksinlə müqayisədə inaktivasiya edilmiş qrip virusu
peyvəndinə üstünlük verilir.
• Səhiyyə işçisinin vaksinasiya olunması onların evdə qripə yoluxmaqdan, beləliklə də, işdə xəstələri
yoluxdurmaqdan qorunması deməkdir. Xəstəxanalar və uzunmüddətli qulluq müəssisələrində
qrip alovlanmaları səhiyyə işçiləri arasında vaksinasiya göstəricilərinin aşağı olması ilə
DİAQNOZ
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.
15
Qrip infeksiyası
Diaqnoz
DİAQNOZ
əlaqələndirilmişdir.
[35]
Tədqiqatlar göstərir ki, səhiyyə işçiləri arasında, məsələn, uzunmüddətli
qulluq müəssisələri və qocalar evində vaksinasiya artırılarsa, qripəbənzər xəstəlik və hətta ölüm
hallarının sayını azaltmaq mümkündür.
hemoqlobinopatiya (rast gəlinməyən)
• Oraqvari hüceyrə anemiyası kimi hemoqlobinopatiyalar təkcə eritrositlərin deyil, həm də damar
epitelinin anomaliyaları, leykositlərin funksiyaları, laxtalanma və iltihablı cavab mexanizmlərinin
pozulması ilə müşayiət olunur. İnfeksiyanın prolaktikası məqsədilə qripəleyhinə müntəzəm
vaksinasiya tövsiyə olunur.
[27]
immunitetin zəiəməsi (rast gəlinməyən)
• Hemopoetik hüceyrə və ya bərk orqan transplantatı resipiyentləri və İİV xəstələri kimi
immunokompromisli xəstələrdə bu infeksiya xəstələnmə və ölümün aparıcı səbəbidir.
[28]
• Ağır dərəcəli immunokompromisə malik olaraq, mühazə olunan mühitdə qulluq edilməsi tələb
olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın təmasda olan digər şəxslərdə diri
virus tərkibli vaksinlə müqayisədə inaktivasiya edilmiş qrip virusu peyvəndinə üstünlük verilir.
• Ağır dərəcəli immunokompromisli xəstələrə (məsələn, kimyəvi terapiya, şüa terapiyası və ya digər
immunosuppressiv terapiya qəbul edən xəstələr, eləcə də, yüksək dozalı kortikosteroidlərin təyini)
inaktivasiya olunmuş vaksin ehtiyatla təyin edilməlidir, belə ki, peyvəndə qarşı immun cavab zəif ola
bilər.
• Bununla belə, transplantasiya kontingentində adyuvant vaksinin təhlükəsiz və immunogen olduğu
müəyyən edilmişdir.
[75]
• İmmunosuppressiyası olan və ya immunokompromisli xəstələrdə intranazal diri durulaşdırılmış
peyvəndin təyini əks-göstərişdir.
hamiləlik (rast gəlinməyən)
• İmmun, respirator və kardiovaskulyar dəyişikliklər hamilə qadınlarda qrip infeksiyasının daha ağır
formada təzahür etməsinə meylliliklə nəticələnir.
[32]
Qripə yoluxmuş hamilə qadınlarda vaxtından
qabaq doğuş riski daha çoxdur.
[33]
Üçvalentli inaktivasiya olunmuş qrip vaksini həm İİV-ə yoluxmuş,
həm də yoluxmamış hamilə qadınlarda immunogendir.
[31]
Təhlükəsizliyə gəlincə, ananın qrip
peyvəndi ilə peyvənd olunması anadangəlmə inkişaf qüsuru riskini artırmır.
[76]
Digər diaqnostik faktorlar
6-59 aylıq uşaqlar (adətən rast gəlinən)
• Ağciyər, böyrək və ürək patologiyaları kimi xroniki xəstəlikləri olan uşaqlarda qripin ağırlaşmaları
riski yüksək olsa da, sağlam uşaqlarda risk yalnız onların yaşı ilə əlaqədardır. 5 yaşdan kiçik
uşaqlarda böyük uşaqlarla müqayisədə hospitalizasiya ehtimalı daha çoxdur; 2 yaşadək uşaqlarda isə
qriplə əlaqədar ağırlaşmaların başvermə riski artmış olur.
[20]
Boğaz ağrısı (adətən rast gəlinən)
• Ağız-udlaqda boğazağrı və hiperemiyadan başqa əlamətlər rast gəlmir.
boyun limfadenopatiyası (rast gəlinməyən)
• Uşaqlarda daha çox rast gələn qeyri-spesik əlamətdir.
[68]
təngnəfəslik (rast gəlinməyən)
16
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.