№10 (80) 12.03.2012 Fərqli düşüncə
12
Gürcüstan prezidenti
M.Saakaşvilinin Milli Mәclisdәki
maraqlı çıxışı heç dә birmәnalı
qarşılanmadı. Çıxış gәnclәri
riqqәtә gәtirsә dә, hakimiyyәtә
yaxın bәzi millәt vәkillәrinin
narazılığı ilә qarşılandı. Onlar
Saakaşvilini Qarabağla bağlı
müәyyәn mövqe bildirmәmәkdә,
parlamentin tribunasından
Rusiyanın әleyhinә fikirlәr sәs-
lәndirmәk üçün istifadә etmәkdә
qınadılar.
Deputatların narahatlığını başa
düşmәk mümkündür. Ölkә siyasәtindә
bu son 20 ildә bir siyasәtçi obrazı, qәlibi
formalaşıb. Bu obrazın müәllifi H.Әliyev
olub. Bu obraz siyasәtçidәn ancaq
ümumi ifadәlәrlә kifayәtlәnmәyi, öz
fikirlәrini, öz mövqeyini gizlәtmәyi,
mübahisә vә qıcıq yarada bilәn ifadәlәri
işlәtmәmәyi tәlәb edir. Bir sözlә, bal-
anslaşdırılmış siyasәt bu ölkәdә tәkcә
diplomatik taktika deyil, hәm dә
siyasәtçinin davranış vә ifadә tәrzidir.
Çünki balansın mәntiqi hәtta siyasәt -
çilәrin leksikonuna belә sirayәt edib.
Tәbii, o baxımdan M.Saakaşvili standart
azәrbaycanlı siyasәtçi tipi ilә uzlaş-
mayan bir liderdir.
Amma gürcü lideri hәqiqәtlәri demә -
yә can atır. O, heç dә Rusiya ilә mövcud
münasibәtlәrin qәnaәtbәxş olmadığını
inkar etmir. Lakin bu münasibәtlәrin
yaranmasının tәqsiri birmәnalı şәkildә
Rusiyanın payına düşür. Gürcüstanı
tәcrid etmәk istәyini, Saakaşvili ilә heç
bir halda münasibәt qurmayacağını
mәhz Rusiya liderlәri bәyan edirlәr, özü
dә açıq tekstlә. M.Saakaşvili yaxın gün-
lәrdә Rusiya vәtәndaşları üçün birtәrәfli
qaydada viza rejiminin aradan qaldırıl-
ması haqda göstәriş verdi. Lakin
Rusiyadan bununla bağlı hәr hansı
reaksiya sezilmәdi. M.Saakaşvili Azәr-
baycan parlamentindә Rusiyanı elә dә
ciddi tәnqid etmәmişdi, SSRİ-ni bәrpa
etmәk cәhdlәrinin mәnasız olduğunu
demişdi.
TARİX RӘSMİ BAKININ
GÖZÜ İLӘ
Rәsmi Bakının özünün «istiqlaliyyәt
konsepsiyası» var. Bu konsepsiyada o
tәlqin edilir ki, 1918-20-ci illәrdә ciddi
bir hadisә baş vermәyib. Әksinә, o vax-
tın liderlәri Azәrbaycan torpaqlarında
Ermәnistan dövlәtinin qurulması kimi
bir işә razılıq vermәklә milli maraqlara
böyük ziyan vurmuş vә nәhayәt,
müstәqilliyi qoruyub saxlaya bilmәmiş -
dilәr. Rәsmi «ustanovka»lara görә dә
Azәrbaycan dövlәtçiliyinin bәrpası
H.Әliyevin, onun yaxınlarının, bir dә ki,
o dövrdә gedәn «obyektiv proseslәr»in
nәticәsidir. Bir sözlә, dövlәtçiliyin bir
banisi var – o da H.Әliyevdir.
Ona görә dә diplomatik protokola
görә, ölkәyә gәlәn bütün qonaqlar
sәfәrlәrini H.Әliyevin mәzarını ziyarәt
etmәklә, ondan sitatlar gәtirmәklә vә
onu xatırlamaqla başlayırlar. Saakaşvili
bu ssenarinin bәzi bәndlәrini pozdu. O,
Milli Mәclisdә M.Ә.Rәsulzadәdәn sitat
gәtirdi, özü dә bunu Azәrbaycanca de -
di. Әslindә isә o, H.Әliyevi xatırlamalı,
onun gürcü vә Azәrbaycan xalqları
üçün nә qәdәr böyük işlәr gördüyünü
qeyd etmәliydi. M.Saakaşvili «Bir kәrә
yüksәlәn bayraq bir daha enmәz!»
(M.Ә.Rәsulzadә) demәk әvәzinә mәhz
«Müstәqilliyimiz әbәdidir, dönmәzdir vә
sarsılmazdır!» (H.Әliyev) demәli idi.
Belә desәydi, o, daha çox alqışlana
-
caqdı. Bir vaxt Azәrbaycandan Gürcüs-
tana bәzi jurnalistlәr E.Şevardnadzedәn
H.Әliyevin vә M.Saakaşvilidәn İ.Әliye -
vin nә qәdәr «böyük siyasәtçi» oldu -
ğunu soruşmaq üçün yollanırdılar.
M.Saakaşvili bu әnәnәni bir az pozdu,
Azәrbaycanın lideri haqda tәriflәr
söylәsә, ölkәnin analoqu olmayan
inkişafından heyrәtә gәlsә dә, Milli Mә-
clisdә bu hakimiyyәtin tarixi rәqibindәn
– M.Ә.Rәsulzadәdәn sitat gәtirmәklә,
necә deyәrlәr, işlәri azacıq korladı.
Lakin rusların bir mәsәli var: «Xoşbәxt-
lik olmazdı, bәdbәxtlik kömәk et-
mәsәydi». Saakaşvili özü dә bilmәdәn
bir günün içindә gәnclәrin әsl kumirinә
çevrildi. Әsası da budur. Bәzilәrinin
narazılığına vә tәlaşına gәldikdә isә, o,
ötәridir, çünki insanlar bu günlә yaşasa
da, hәmişә tarixi anır, gәlәcәk haqda
düşünür, çünki bu günün ömrü cәmi 24
saatdır...
Hüseynbala Sәlimov,
müstәqil analitik
Tarixlә vә gәlәcәklә döyüşәnlәr
M.Saakaşvili vә İ.Әliyev
Vladimir Putin, 23 fevral 2012
"Qaynar Xәtt"ә yaz, hüquqşünaslar-
dan mәslәhәt al. Suallara hәr hәftәnin
şәnbә saat 18:05-dә hüquqşünaslar
canlı efirdә cavab verәcәklәr. Hәmçinin
cavablar sayta göndәrilmiş suallara
әlavә olunacaq. Suallarını, problem-
lәrini yaz.
"Online vәkil"lә başqa әlaqә va-
sitәlәri:
Telefon: 436 77 41 (Zәnglәr avtomat
tәrәfindәn qәbul olunur. Ona görә
sözünü bildirәndәn sonra telefon nöm-
rәnizi dә deyin ki, geri zәng edib әlaqә
saxlaya bilәk).
Elektron poçt: cavadovae@bureau-
mail.rferl.org
Canlı efir zamanı SMS: (+99450)
7441017
№10 (80) 12.03.2012 Fərqli düşüncə
13
AzadliqRadiosu.az
saytında hәmçinin
oxuyun
Hәmid Herisçi: “AYO ilә bizim yol-
larımız ayrılıb”
Bәhram Bağırzadә: «İki-üç adamı
içәri bassan, bәs edәr»
Günel Mövlud: Mәnә әlcәyini
bağışlayan o oğlan...
“Nobel” mükafatlı yazarın
“itmiş” romanı çap edildi
iPad-3-ün hansı üstünlüklәri
var?
Azәrbaycanın xalq artisti Alim
Qasımov martın 8-dә AzadlıqRa-
diosunun “Pen klub” proqramının
qonağı oldu. Amma söhbәtә ABŞ
sәfәrindәn körpü saldıq. O bir
ayağını qatlayıb stulda әylәşәn
kimi söhbәtә başladıq.
- 2000-ci ildә konsertdә “Daş qәlblәri
neylәrdin, İlahi” oxudunuz. Zal da sizi
alqışladı...
- Rәhmәtlik Sabirin sözlәridir. O da
hikmәtamiz sözlәrdir. Ya da:
Әzizim Әrzuruma,
Yol gedir Әrzuruma.
Dәvәsi ölmüş әrәbik
Dözәrik hәr cür zuluma.
Bir bayatı da vardı: “Sәrkәrdә igid
olsa, heç vermәz ordu bada”. Ya da
siyasi mövzulu qәzәllәr var. İnsanlar
içlәrindәki narazılıqları deyә bilmәyib,
onu sәnәtkar deyәndә daha maraqlı
alınır. Amma, әlbәttә ki, sәnәti siyasәtә
çox qatmaq olmaz. Siyasәtә qarışanda
gәrәk siyasәt lә oxuyasan, siyasәtlә dә
aradan gedәsәn.
“SӘSİMİN ӘZӘLӘLӘRİ
YORULUB. ALMANİYADA
DEDİLӘR Kİ, DÜZӘLMӘK ŞANSI
YOXDUR”
- Sәsiniz xırıltılıdır. Sәsinizlә bağlı prob-
lem yoxdur bu aralar?
- Bir ilә yaxındır ki, sәsimin dalınca
düşmüşәm. Sәsimin әzәlәlәri yorulub.
Almaniyaya göndәrmişdi mәni Heydәr
Әliyev Fondu, Mehriban xanım. Çox yeri
gәzmişdim, biri dedi ki, ciyәrindir, biri
dedi ki, boğazındır... Almaniyadasa dәqiq
diaqnoz qoydular ki, sәs әzәlәlәrin yoru-
lub, düzәlmәk şansı da yoxdur. Dedim
şükür sәnә, İlahi... Amma sәs mәş
-
ğәlәlәri, filan edirәm. Mәnә elә gәlir ki,
Allah üzümә gülüb hәmin sәsi qaytara-
caq mәnә.
- Nәdәn hiss edirsiz?
- Yavaş-yavaş düzәlmәyini hiss
edirәm. Әvvәl namaz qılanda da
görürdüm ki, sәsim sözümә baxmır.
• “OTURMUŞUQ, OTDU VERİBLӘR,
DADINA BAXMIŞIQ”
• “FӘRQANӘNİN BAŞINI
BAĞLAMASI ONA ÇOX
MANE OLUR”
• QӘDİR RÜSTӘMOVUN “QIRX”
MӘRASİMİNDӘ NİYӘ OXUDU?
• “ELӘ TAMAŞAÇI VAR DEYİR Kİ,
SӘNİ ÖLDÜRMӘK İSTӘYİRӘM”
AzadliqRadiosu.az saytında
söhbәti tam dinlәmәk olar.
Şahnaz Bәylәrqızı
Alim Qasımovun sәsindә
problem yaranıb
«Eurovision 2012» mahnı
müsabiqәsinә biletlәrin qiymә-
tini yarışmanı keçirәn yayımçı
- İctimai Televiziya müәyyәn-
lәşdirir. Avropa Yayım Bir-
liyinin tәlәbi odur ki, qiymәtlәr
müxtәlif sәviyyәdә - biletlәrin
azı 1/3-i beynәlxalq bazar, 2/3-si isә
yerli bilet alıcıları üçün çatımlı olsun».
Bunu «Eurovision 2012»nin tәşkilati
rәhbәri Sietse Bakker AzadlıqRadiosu-
nun «Eurovision» biletlәrinin qiymәti
müәyyәnlәşdirilәrkәn yerli әhalinin
maaşının nәzәrә alınıb-alınmamasına
dair sorğusuna cavabında bildirib.
S.Bakker ötәn illәrin mahnı müs-
abiqәlәri ilә Bakı-2012-dә biletlәrin
qiymәtini dә müqayisә edir:
S.Bakker bildirir ki, «Eurovision»
mahnı müsabiqәsinә gәlәn hәr kәs 2.5
saatlıq yarımfinal vә 3.5 saatlıq final
şoularında olur: «Bu qiymәtlәr müxtәlif
maliyyә imkanı olan şәxslәrә «Eurovi-
sion» müsabiqәsinin canlı şoularında,
yaxud mәşqlәrindә iştirak üçün şәrait
yaradır».
Arifә Kazımova
Sietse Bakker: ««Eurovision 2012»
nin biletlәri baha deyil»
№10 (80) 12.03.2012 Fərqli düşüncə
14
Rәsmi nikah olmadan, yalnız dini
kәbinlә İrana әrә gedәn azәrbaycanlı
qızlar hansı hüquqlara malik olurlar?
İslam ailәdә tәrәflәrә bәrabәr hüquq
verirsә, niyә azәrbaycanlı qızlar
boşanıb geri qayıdanda heç nәsiz qalır-
lar? Bu mövzu “İslam vә demokratiya”
proqramında müzakirәyә çıxarılıb.
Müstәqil hüquqşünas Xalisә Şahverdi
deyir ki, nәinki İran, ümumiyyәtlә,
istәnilәn xarici ölkәnin vәtәndaşı ilә
ailә quran qadınlar rәsmi nikaha gir-
mәlidir: “Bu, onlara müәyyәn hüquqlar
verir. Rәsmi nikaha girmәyәn cütlüklәr
ayrılanda, әmlakın bölünmәsindә prob-
lem yaranır. İstәr Azәrbaycan, istәr
İran tipli ölkәlәrdә daşınmaz әmlak,
böyük vәsaitlәr adәtәn kişinin adına
rәsmilәşdirilir. Belә olanda, ayrılanda
qadına heç nә çatmır”.
RӘSMİ NİKAH OLMAYANDA
KİŞİNİ CӘZALANDIRMAQ
ÇӘTİNDİR
Hüquqşünas deyir ki, xaricә әrә
gedәn azәrbaycanlı qızlar bir çox prob-
lemlә üzlәşir. Mәsәlәn, onları evlәnmәk
adıyla aparıb cinsi istismara mәruz
qoyurlar, yaxud әmәyini istismar edirlәr:
“İran kişilәri bura gәlәndә bizim qadın-
larla faktiki nikahda yaşayırlar, sonra da
onları atır, uşaqları qoyub gedirlәr.
Bәzәn qadınları cinsi yolla keçәn xәstә-
liklәrә yoluxdururlar. Bunlarla bağlı tәd-
bir görmәk üçün ölkә daxilindә
tәnzimlәmә mexanizmi var. Amma o in-
sanları tapıb cәzalandırmaq problem
olur”.
99 İLLİK SİĞӘ DӘ VAR, BIR
SAATLIQ DA
Uzun müddәt İranda yaşayan Nazlı
Güneyli deyir ki, bu ölkәdә rәsmi
nikahda olan qadınların da hüquqları
güclü qorunmur. Onun sözlәrinә görә,
İranda iki növ nikah var: “Dövlәt nikahı
vә siğә. Siğә sırf dini nikahdır. Bunu
istәnilәn molla edә bilәr, ya da tәrәflәrin
özlәri oxuya bilәrlәr. Siğәlәr 99 illik,
aylıq vә hәtta saatlıq ola bilir. Mәn hesab
edirәm ki, saatlıq siğә elә fahişәliyin
leqallaşdırılması demәkdir. İslam ölkәsi
olduğuna görә bu ölkәdә fahişәliyi din
pәrdәsi ilә ört-basdır edirlәr”.
KӘBİN MӘBLӘĞİNİ 89 İLLİK
KREDİTLӘ VERİBLӘR
Nazlı Güneyli deyir ki, İranda heç
rәsmi nikah da qadının gәlәcәyinә tam
zәmanәt vermir. Çünki nikah zamanı
qoyulan kәbin mәblәği çox hallarda
ödәnilmәmiş qalır: “Bu, müәyyәn qәdәr
sikkә, qızıl, pul, әmlak ola bilәr. Bu
mәblәği kişi evlәnәndә qadına ödәmә-
lidir. Amma әksәr hallarda bu, boşanana
qәdәr kağız üzәrindә qalır. Boşananda
da mәblәğ böyük olduğundan, kişinin
gәlirinә uyğun olaraq ona kredit müd-
dәti verilir. Bir dәfә mәhkәmә belә bir
qәrar vermişdi ki, bir xanımın kәbin
haqqı 89 illik kreditlә verilәcәk”.
UŞAĞIN ÜSTÜNDӘ ANANIN
HAQQI ӘMİDӘN DӘ AZDIR
İslam dini qadınlarla kişilәrә bәrabәr
hüquq tanısa da, Nazlı Güneyli prak-
tikada başqa halların mövcud olduğunu
deyir. Onun sözlәrinә görә, bölgәlәrdә
qadınların ailәdәki hüquqları kobud
surәtdә pozulur:
“Bir qadın әrinin icazәsi olmadan işә
girә bilmәz, xaricә gedә bilmәz, boşana
bilmәz, uşağa sahiblik edә bilmәz. Әgәr
kişi ölsә, onda uşaq әvvәlcә qayınataya,
qayına, onlar olmasa, sonra anaya çatar.
Yәni uşağın üstündә ananın haqqı
babadan vә әmidәn azdır”.
HACI SӘDİ AXUNDZADӘ: "RӘSMİ
NİKAH OLMASA, KӘBİN
KӘSİLMİR"
Qafqaz Müsәlmanları İdarәsinin
cәnub bölgәsinin nümayәndәsi Hacı
Sәdi Axundzadә isә deyir ki, idarәnin
tapşırığına әsasәn, axundlar rәsmi nikah
olmadığı halda, kәbin kәsә bilmәzlәr.
“Fahişәliyi din pәrdәsi ilә ört-
basdır edirlәr”
İslam cinsi
azlıqların
hüququnu
tanımır
İslam Әmәkdaşlıq Tәşkilatının
üzvlәri BMT-dә insan haqları ilә
bağlı növbәti müzakirәlәrin
mövzusuna etirazlarını bildiri-
blәr. Çünki bu dәfә qurumda les-
biyanlar, gey, bi vә
transseksuallara qarşı ayrı-seçki-
lik halları müzakirәyә çıxarılıb-
mış. BMT-nin insan haqları üzrә
ali komissarı Navi Pillay iclas za-
manı BMT-yә üzv dövlәtlәrә
müraciәt edib vә insanları sek-
sual zәmindә diskriminasiyaya
mәruz qoyan qanunları lәğv et-
mәyә çağırıb. Pillay bu cür insan-
ların homofobiyadan müdafiә
olunmalarını istәyib.
Lakin Pakistanın BMT-dәki nü-
mayәndәsi Muhammad Saeed Sarwar
gündәliyә seksual orientasiya an-
layışının çıxarılmasını pislәyib. İslam
Әmәkdaşlıq Tәşkilatının adından
danışan Sarwar bir qrup dövlәtin bu
cәhdlәrini kәskin qınayıb: “Biz ona görә
etiraz edirik ki, “seksual orientasiya”
kimi qeyri-müәyyәn bir anlayışı bura
gәtirmәk istәyirlәr. Bu, çox mübahisәli
bir termindir vә yanlışlığa sәbәb ola
bilәr. Hәm dә bu anlayış hüquqi ba -
xım dan tәsbit olunmayıb vә beynәlxalq
hüquqda yer almayıb”.
Muhammad Saeed Sarwar onu da
bildirib ki, beynәlxalq ictimaiyyәt yalnız
İnsan Haqları üzrә Bәyannamәdә yer
alan vә bu sahәdәki beynәlxalq sәnәd -
lәrә salınan haqları tanımalıdır.
BMT-yә üzv olan 192 ölkәdәn 76-da
cinsi azlıqların intim münasibәtlәri
cinayәt hesab olunur.
Xalisә Şahverdi "qarımış qız" stereotipindәn
uzaqlaşmağı mәslәhәt görür
Rusiyada evlәnәn qadınlar
Arxiv-foto
№10 (80) 12.03.2012 Fərqli düşüncə
15
AzadlıqRadiosunda verilişlәr:
Bakıda keçirilәcәk «Eurovision-2012» mahnı ya rış masında
Rusiyanı «Bu
ra novskiye babushki» («Бурановские ба-
бушки») qrupu tәmsil edәcәk. «Party For Everybody» mahnısı
ilә çıxış edәn qrup digәr 24 namizәd arasından seçilib. Folklor
mahnılarla çıxış edәn «nәnәlәr» qrupu Udmurtiyanın Бура-
ново kәndindәndir. Qrup udmurt dilindә müxtәlif hit mahnılar
ifa edir.
«Eurovision-2012» mayın 22-dәn 26-na kimi Bakıda keçir-
ilәcәk.
Nәnәlәrin ifasına aid videoya AzadliqRadiosu.az
saytında baxmaq olar.
Rusiya «Eurovision»a
nәnәlәri göndәrir
Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə
göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə
daxil olmaqla, yaxud MMS kimi mobil telefondan yollaya
bilərsiniz. Ehtiyac varsa anonimliyi təmin edirik.
Azərbaycandan: (050) 213-56-30,
Xaricdən: (+420) 602 517 052
Görüntüləri elektron poçtla da yollamaq olar:
efir@azadliqradiosu.az
Simsiz teleqraf
05.03.2012. Göndərdi: Azəri Elli
Yar, qoşadır eyvanımız...
Qeyd: Kəsr xətti ilə verilmiş – eyni saatlara düşən
verilişlər həftənin günlərindən asılı olaraq növbə ilə
təkrar gedir...
«Buranovskiye babuşki» qrupu
Bir gündә dünyanın әn varlı 20
adamı 11 milyard dollar itirib.
Bunu Bloomberg hesablayıb.
Amerikalı maliyyәçi Buffet 407 mi-
lyon dollar itirib. Onun var-dövlәti
44 milyarda düşüb.Dünyanın әn
böyük polad şirkәtinin sәdri Lak-
shmi Mittal bir gündә 918 milyon
itirib. Varlıların belә "kasıblamağına" sәbәb birjalarda 3-cü
gündür ki, davam edәn enişdir. Buna da öz növbәsindә sәbәb
Avropa iqtisadiyyatının son rübdә 0,3 faiz azalması haqda sta-
tistik mәlumat vә Yunanıstanın borc problemi әtrafında
yaranan vәziyyәtdir.
Nәticәdә martın 6-da ABŞ-ın S&P500 indeksi 1,5 faiz düşüb.
Sәhmlәrin belә enişindә Avropanın iki satış maqnatı Bernard
Arnault vә Amancio Ortega hәrәyә 1,2 milyard dollar itiriblәr.
Moet, Hennessy, Lois Vuitton kimi lüks brendlәrin daxil olduğu
dünyanın әn böyük lüks mallar şirkәtinin sahibi olan Arnaultun
var-dövlәti 41 milyarda düşüb. Dünyanın әn böyük paltar satışı
şirkәtinin sahibi olan Orteganın isә hazırda 37 milyardı var.
Ancaq birjalarda indiki enişә sәhm almaqda әlverişli mәqam
kimi baxanlar da var.
İnvestisiya strateqi Jeffrey Sault Bloombergә deyib ki, “Buf-
fetin narahatlığına sәbәb yoxdur. İndi almaq vaxtıdır. Çünki
dünya tәnәzzülә getmir”.
20 әn varlı adam bir günә
11 milyard itirdi
Lakshmi Mittal
Dostları ilə paylaş: |