XAÇMAZ
- 2016
Səməd Yusif oğlu Vəkilov 1906
-
cı il martın 21
-
də Qazax rayonunun
Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur.
Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi
məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli
hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası
dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şa
irin
atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O,
çox səxavətli olduğundan öz var
-
dövlətini əlində saxlaya bilməmiş,
yoxsullaşmışdır.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası
Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana
nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri
-
şairin babası
Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan
şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri
M
olla Pənah Vaqif (1719
-
1797) də bu nəslə mənsub olmuşdur.
Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd
məktəbində almışdır.
1918-
ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori
müəllimlər seminariyasının Azərbaycan
şöbəsini Qazaxa köçürərək
Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir
maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında
Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy
Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın
qohumu idi.
Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq,
bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi.
Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə
başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə
yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq
Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi
olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda
çıxış edirdi.
1922-
ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat
edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı
Xanqızı Vəkilova qayğı göstərir.
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası
formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın
divar qazetində çıxırdı.
Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925
-
ci ildə Tiflisdə çıxan
«Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı
qurtarması münasibətilə yazmışdı.
Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra
kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin
vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.
Poeziya get-
gedə şairin bütün varlığına hakim kəsilir. Gənc
şair öz
xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün
«Vürğün» təxəllüsünü götürür.
1929-
cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat
fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da
məşğul olur.
Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930
-
cu ildə çap
olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.
1930-1940-
cı illər
-
Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür.
1934-
cü ildə şairin «Könül dəftəri» və 1935
-
ci ildə «Şeirlər» adlı kitabları
nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi
sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər
hesabına zənginləşdirmişdir. Yalnız 1935
-
ci ildə Səməd Vurğun 7 poema
və 100
-
ə yaxın şeir yazmışdır. 1934
-
cü ildə yazılmış «Azərbaycan» şeiri
Azərbaycan
ədəbiyyatının
incilərindəndir.
Bu
şeirdə
doğma
Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın
xeyirxahlığı,
açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O,
Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı
qurmuşdur.
Səməd Vurğun 1936
-37-
ci illərdə yeni əsərlər yazmaqla yanaşı
tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin»
mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:
Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S.
Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin
«Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla
tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK
-
in fəxri fərmanı ilə təltif
edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin,
Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-
ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini –
«Vaqif»i yazır. «Vaqif» dramını 3
-
4 həftə ərzində, heyrətləndirici bir
sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair
böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir.
«Vaqif» dramına görə Səməd Vurğun 1941
-
ci ildə «Stalin mükafatı
laureatı» adına layiq görülmüşdü.
1937-1938-
ci illərin məlum hadisələri
-
qanlı represiyalar Səməd Vurğunu
da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq
məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək
və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun
məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması
qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez
-
tez çağırırdılar.
Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti,
məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən
Səməd Vurğun 1939
-
cu ildən başlayaraq Nizami haqqında məqalələr
yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını
məharətlə dilimizə çevirmişdir.
1939-
cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən
ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun
«Azad ilham» kitabı nəşr edilir.
1941-
ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının
motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə
dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının
tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942
-
ci ildə bu
əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür.